United Nations Children’s Fund Azerbaijan Country Office



Yüklə 12.93 Kb.
tarix22.04.2017
ölçüsü12.93 Kb.


United Nations Children’s Fund

Azerbaijan Country Office

3, UN 50th Anniversary

Baku, Azerbaijan AZ 1001

Telephone 994-12 492 17 82

994-12 492 30 13

Facsimile 994-12 493 82 78

e-mail baku@unicef.org

www.unicef.org



Birləşmis Millətlər Uşaq Fondu

Azərbaycan Nümayəndəliyi

3, BMT-nin 50 illiyi küçəsi

Bakı, Azərbaycan AZ 1001

Telefon 994-12 492 17 82

994-12 492 30 13

Faks 994-12 493 82 78

e-mail baku@unicef.org

www.unicef.org




Press release

AZƏRBAYCANDA ÜMUMDÜNYA ANA SÜDÜ HƏFTƏSİ

Bakı, 1 Oktyabr - 1-7 Oktyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və UNICEF Azərbaycanda Ümumdünya Ana Südü Həftəsini keçirir. Ümumdünya Ana Südü Həftəsinin 2004-cü il üçün məqsədləri qadınların artım dövrünün və səhhətinin ayrılmaz bir hissəsi kimi ana südü ilə qidalanmanın bərpa olunması, qadınların fizioloji doğuş təcrübəsinə dair biliklərinin genişləndirilməsi, və ana südü ilə qidalanmanı dəstəkləyən qrupların fəaliyyətinin artırılmasından ibarətdir.
Ümumdünya Ana Südü Həftəsi çərçivəsində Respublika ərazisində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Oktyabr ayının 1-dən başlayaraq Respublika Doğum evində, Bakı şəhəri 1, 2, 3, 4, 5, 7 saylı doğum evlərində, Quba, Dəvəçi, Xızı, Əli-Bayramlı, Hacıqabul, Lerik, Sabirabad rayonlarının Mərkəzi Xəstəxanalarının Doğum şöbələrində ardıcıl tədbirlər həyata keçiriləcək, əhali arasında maarifləndirmə işi təşkil olunacaqdır.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası körpələrin yalnız ana südü ilə qidalandırılmasına dair gənclər tərəfindən gənclər arasında maarifləndirmə işini təşkil etməyi nəzərdə tutur. Gənc qızların doğum evlərinə səfərləri, uşaqlar arasında asfalt üzərində rəsm müsabiqəsi və klassik musiqi gecəsi keçiriləcəkdir.
Azərbaycanda Ümumdünya Ana Südü Həftəsi 7 Oktyabr 2004-cü il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Konfrans zalında keçiriləcək konfransla yekunlaşacaqdır. Konfransın işində səhiyyə və təhsil işçiləri, ictimaiyyətin nümayəndələri, hökumət, qeyri-hökumət, gənclər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Konfransın açılışında Azərbaycan Respublikası Səhiyyə naziri Əli İnsanov, UNICEF-in Azərbaycandakı nümayəndəsi xanım Hana Sinqer, millət vəkilləri və digər rəsmi qonaqlar iştirak edəcəklər.

###


UNICEF dünyanın 158 ölkəsi və ərazisində fəaliyyət göstərir. Onun proqramları təhsil, səhiyyə, su təchizatı və uşaqların müdafiəsi kimi sahələri əhatə edir. UNICEF həmçinin hökumətlə uşaq haqlarının təkmilləşdirilməsi, və uşaqların öz gələcək həyatlarında qərar vermək hüquqlarına təminat verəcək siyasəti, büdcə ayırmaları və proqramları təbliğ edir.




For every child

Health, Education, Equality, Protection

ADVANCE HUMANITY




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə