Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral



Yüklə 18,03 Kb.
Pdf görüntüsü
tarix09.03.2017
ölçüsü18,03 Kb.
#10749

Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 

2009-cu  il  tarixli  3  saylı  qərarı  ilə  təsdiq  edilmiş  “Ağ  ciyərlərin  xronik 

obstruktiv  xəstəliyi  üzrə  klinik  protokol”  əsasında  Səhiyyə  Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə islahatları 

çərçivəsində  ictimai  səhiyyə  kadrların  hazırlanması  üzrə  Tədbirlər 

proqramı əsasında çap edilmişdir.

Yüksək arterial qan təzyiqinin 

müalicəsində dərmanlar nə 

zaman istifadə  olunmalıdır?

Həyat  tərzinin  dəyişdirilmə  tədbirlərinə  uzun 

müddət  riayət  edilmirsə  və  bunun  nəticəsində 

arterial qan təzyiqinin normal ölçülərdən yüksəyə 

qalxması  baş  verirsə,  belə  halda  həkim 

tərəfindən  ciddi  nəzarət  edilməli  və  dərman 

müalicəsi vaxtında başlanılmalıdır.

 Dərmanları mütləq həkim 

təyin etməlidir! Özbaşına 

dərman qəbul etmək, həkimin 

təyinatını deyişdirmək, və ya 

qəbulunu dayandırmaq  

olmaz, ona görə ki bu zaman 

ağırlaşmalar əmələ gələ bilər!


Arterial hipertenziya nədir?

Arterial qan təzyiqi ürəkdən qovulan arterial qanın damar 

divarına göstərdiyi təzyiqdir. Bu təzyiq millimetr civə sütunu 

(C.S.) ilə ölçülür və iki ədədlə göstərilir. Birinci ədəd ürək 

yığıldığı anın göstəricisidir, (sistolik təzyiq), ikinci ədəd isə 

ürək boşaldığı anın göstəricisidir (diastolik təzyiq). 

Arterial qan təzyiqinin normadan yüksəyə qalxmasına, yəni  

sistolik arterial təzyiq 140 mm c.s. və daha çox və diastolik 

arterial təzyiq 90 mm c.s. və daha çox olan hala arterial 



hipertenziya  deyilir. Adətən,  arterial  təzyiqin  göstəriciləri 

belə ifadə olunur: 140/90 mm c. s.

Arterial hipertenziyanın aşkar olunması üçün arterial təzyiq 

müxtəlif  vaxtlarda,  sakit  şəraitdə,  oturaq  vəziyyətdə, 

manjet  ürək  səviyyəsində  olmaqla  ən  azı  üç  dəfə 

ölçülməlidir və orta göstəricilər nəzərə alınmalıdır.



Arterial təzyiq kimdə ölçülməlidir?

Yüksək arterial təzyiqin bir çox hallarda heç bir əlaməti 



olmadığı üçün bu barədə bəzən xəstənin məlumatı 

olmur.


 

 

hər bir insan ən azı 3 ildən bir 



mütləq təzyiqini ölçdürməlidir. Arterial qan təzyiqi bəzi 

əhali qruplarında daha tez-tez, yəni ən azı ildə iki dəfə 

yoxlanmalıdır. Bu qruplara aiddir:

yaşı 45-dən yuxarı olanlar

şəkərli diabeti olanlar

hamilə qadınlar 

artıq bədən çəkisi olanlar

zərərli vərdişləri olanlar

əvvəllər heç olmazsa, bir dəfə təzyiq göstəriciləri 

Buna görə də

klimakterik dövrdə olan qadınlar

Əgər  Sizdə  yüksək  arterial 

təzyiq aşkar olunubsa, 

həkim  bəzi  əlavə  müayinələr  aparacaq:  məsələn,  qanda 

xolesterinin,  şəkərin  və  laxtalanmanın  təyini.    Bu 

müayinələrin  məqsədi  yüksək  arterial  təzyiqin  orqanları 

zədələməsini vaxtında üzə çıxarmaqdır:

böyrək problemləri

ürək problemləri

beyin qan dövranı pozğunluqları

qanda yüksək xolesterin

şəkərli diabet və s.



Bilməlisiniz ki:

Yüksək  arterial  təzyiq  digər  ürək-damar  sistemi 

xəstəliklərinin  (məsələn,  miokard  infarktı,  ürəyin 

işemik  xəstəliyi  və  insultun),  həmçinin  böyrək 

büzüşməsinin yaranmasına səbəb ola bilər. Xəstələr 

özlərində  görmə  və  eşitmə  pozğunluqları,  yaddaşın 

pisləşməsi, baş gicəllənməsi, qulaqlarda küy hiss edə 

bilər. İllər ərzində yüksək təzyiqin davam etməsi ürək 

əzələsinin özündə ciddi, geri dönməyən dəyişikliklər 

yaratmaqla ürək çatışmazlığına səbəb olur.

Beləliklə,  yüksək  arterial  qan  təzyiqi  nə  qədər  tez 

aşkar olunarsa, ağırlaşmaların qarşısını almaq bir o 

qədər asan olar.

Təsadüfi  deyil  ki,  həkimlər  bu  xəstəliyi 

“səssiz qatil” adlandırırlar.  

Bu xəstəliyin 

qarşısını 

necə almaq olar?

Bunun üçün Siz ilk növbədə sağlam 

həyat tərzini seçməlisiniz! 

Yəni:

Qida  tərkibində  dəyişikliklər  etmək:  heyvani 

yağların,  duzun  (gündə  5–6  qramdan  çox 

olmayaraq)  istifadəsini  azaltmaq,  meyvə-

tərəvəzi qida rasionunda artırmaq 

Aktiv  və  müntəzəm  şəkildə  fiziki  təlimlər,  o 

cümlədən  sutkada  3  km-dən  az  olmayaraq 

gəzinti


Öz  arterial  təzyiqinə  nəzarət  etmək  (140/90 

mm. c. s.-dan çox olmamalıdır)

Tütünçəkməni tərgitmək

Spirtli içkilərin qəbulunu kəskin azaltmaq



Artıq çəkini azaltmaq

Əgər sizin aşağıdakı zərərli vərdişləriniz varsa, 

bunları etməlisiniz: 

Document Outline

  • Page 1
  • Page 2

Yüklə 18,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin