Əlavə № 2
Arterial təzyiqin ölçülməsi texnikası
Arterial təzyiq – qan-damar sisteminin fəaliyyətini səciyyələndirən
ən vacib parametrlərdən biridir. Qan təzyiqi zaman vahidi ərzində
ürəyin vurduğu qanın həcmi və damarların
müqaviməti ilə müəyyən
olunur.
U
Avadanlıq:
►
tonometr (müxtəlif ölçülü manjetlərlə)
►
fonendoskop
►
saniyəölçən
Arterial təzyiqi ölçərkən hamilə qadının psixoemosional
vəziyyəti nəzərə alınmalıdır.
U
Aşağıdakı vəziyyətlərdə aparıla bilər:
►
oturaq vəziyyətdə
►
kürəyi ilə yastığa söykənmiş və bir
qədər sola meylli
yarıuzanmış vəziyyətdə
U
Arterial təzyiqi ölçərkən:
►
qolda manjet ürək səviyyəsində yerləşməlidir
►
hər iş gününün əvvəlində arterial təzyiqi ölçən cihazın
düzgün işləməsi yoxlanmalıdır
►
arterial təzyiqi ölçməzdən öncə tibb işçisi hamilə qadına
prosedurun məqsədini başa salır, onu sakitləşdirir və lazımi
vəziyyəti almağı təklif edir
►
arterial təzyiqi ölçmək üçün dəqiq işləyən cihazlardan istifadə
edilir
►
uyğun ölçüdə olan manjetdən istifadə edilir (manjetin
minimum 80% qolun ətrafında olmalıdır).
Beləliklə,
ölçmənin yanlış nəticələrinin minimallaşmasına nail olunur
►
sfiqmomonometr yastı səthi ilə qadının ürək səviyyəsində
yerləşdirilir (sfiqmomonometrin səthi
arterial təzyiqi ölçən
şəxsin baxış oxuna perpendikulyar olmalıdır)
►
fonendoskop düzgün istifadə olunmalıdır: qulaqcıqların səs
ötürücüsünün
15
►
oxu eşitmə kanalının oxu ilə eyni səviyyədə olmalıdır
►
fonendoskopun membranı dirsək büküşünün daxili səthində
yaxşı hiss edilən pulsasiya sahəsinə qoyulur
►
manjetə hava 2-3 mm/san sürətlə doldurulur (hava 20-30
saniyə ərzində vurulmalıdır)
►
ölçülmənin nəticələri 2 mm Hg süt.-na
qədər dəqiqliklə qeyd
olunur
►
diastolik təzyiqin ölçülməsi üçün Korotkovun 5-ci tonu
nəzərə alınır (ürək tonlarının itməsi), belə ki, bu tonun
qeydiyyatı 4-cü tona (ürək tonlarının karlaşması) nisbətən
daha asandır. Hamilələrin 15%-də diastolik
təzyiq ürək
tonlarının itməsi qeyd olunandan öncə 0 səviyyəsinə qədər
enir. Bu halda 4-cü və 5-ci tonlarda qeyd edilmiş təzyiq
göstəricilərini hesaba almaq lazımdır (məsələn, 148/84/0)
►
təkrar ölçülmələr aparılarkən aşağı göstəriciləri deyil, orta
göstəriciləri qeyd etmək lazımdır
►
yekun nəticə olaraq bir neçə ölçülmənin nəticəsi nəzərə alınır
(minimum 30 dəqiqə, maksimum 4 saat müddətində).
Ölçmənin nəticələri barədə mütləq hamilə qadına
məlumat verilir
və onun vəziyyəti qiymətləndirilir.
Dostları ilə paylaş: