AntiBÖhranli idarəetmə



Yüklə 24,83 Kb.
səhifə2/2
tarix26.09.2022
ölçüsü24,83 Kb.
#64146
1   2
referat 2884

kadr funksiyası. Bu istiqamətli istehsala lazım olan işçi qüvvəsi və digər insan resursları ilə təmin olunur.

  • maliyyə və mühasibat uçotu. Bu funksiyada biznesin pul təsərrüfatına aid olan aspektləri təcəssüm olunur.

  • maddi- texniki təchizat. Bu funksiya işçi qüvvəsini çıxmaqla istehsal sistemini bütün resurslarla təmin edir.

  • elmi tədqiqat və təcrübə- konstruktor işləri. Bura məhsul və istehsalın tərəqqisini sürətləndirmək daxildir.

  • məhsulun yayılması və satışı. Bu funksiya vasitəsilə məhsul və xidmətlər istehlakçılara çatdırılır.

  • istehsal. Bu funksiya məhsul hazırlanmasının təmin olunması, ehtiyatların yaradılmasını, istehsalın planlaşdırılması, keyfiyyətə nəzarət və texnologiya sahəsində qərarların qəbul olunmasını nəzərdə tutur.


    1. marketinq. Nəhayət, bu funksiya isə mübadilə yolu ilə ehtiyacların ödənilməsinə yönəldilən insan fəaliyyətinin növü kimi çıxış edir.

    Göstərilən bütün daxili amillər qrupu müəssisənin inkişafını müəyyənləşdirir.
    Qeyd edək ki, yeni yaranan müəssisələrin müflisləşməsi daha çox daxili amillərdən asılı olur. Bu da sahibkarlıq bacarığının zəif olmasını göstərir. Xaric ölkə müəssisələrinin apardığı təhlillər göstərir ki, kiçik müəssisələrin uğursuzluqlarının səbəbinin 90%- i menecerlərin təcrübəsizliyi ilə bağlıdır.
    Xarici ölkə tədqiqatçılarının fikrincə, klassik bazar iqtisadiyyatında müəssisənin müflisləşməsi günahının öçdə biri xarici amillərin, üçdə ikisi daxili amillərin üzərinə düşür. Lakin bizə belə gəlir ki, Azərbaycanın hazırkı iqtisadi durumunu nəzərə alsaq bunun əksini görərik. Çünki hal- hazırda respublikamızda xarici amillər daha çox müəssisələrin müflisləşməsinə səbəb olur. Yalnız sabit iqtisadi artım dövründə müəssisələrin müflisləşməsi daha çox daxili amillərdən asılı olur.
    Xarici ölkələrin təcrübəsi göstərir ki, əgər böhran daxili səbəblərdən irəli gəlirsə, onda rəhbər kimi kənardan mütəxəssis dəvət edirlər, əgər xarici səbəblərdən irəli gəlirsə, onda qabiliyyətli işçini firmanın öz heyətində axtarırlar.
    Yeni rəhbər seçərkən də bir mütəxəssis tapmağa cəhd edirlər ki, o, yalnız firmada işləmək təcrübəsinə, işi təşkil etmək bacarığına deyil, həm də özünə inamlı olsun, firma heyətindəki psixoloji stresi götürmək qabiliyyətinə malik olsun və uğura nail olmaq inamı yarada bilsin. Yeni rəhbər firmanın inkişafının yeni konsepsiyasını işləyib hazırlamağı bacarmalıdır.
    Müəssisənin böhranlı vəziyyətdən çıxarılmasında mühüm rolu idarəetmənin təşkilati quruluşunun təkmilləşdirilməsi oynayır. Idarəetmənin təşkilati quruluşunu müəyyən edən parametrlər aşağıdakılardır:

    • idarəetmə funksiyaları üzrə idarəetmə heyətinin sayı

    • xətti idarəetmə heyətinin sayı

    • hər bir səviyyədə struktur bölmələrinin sayı

    • idarəetmə funksiyalarının mərkəzləşdirilmə səviyyəsi

    böhranlı vəziyyətdən asılı olaraq müəssisənin təşkilati quruluşunun yenidən qurulması 3 istiqamətdə aparılmalıdır:

    1. gələcək dövrdə istehsalın genişləndirilməsini təmin edən təşkilati quruluşa keçmək

    2. operativ fəaliyyətə xidmət edən təşkilati quruluşa keçmək

    3. səmərəli idarəetmə və nəzarəti təmin edən təşkilati quruluşa keçmək

    hər 3 istiqaməti özündə birləşdirən təşkilati quruluşu formalaşdırmaq üçün təklif olunan 9 qaydaya riayət etmək lazımdır:

    1. idarəetmənin təşkilati quruluşu imkan çərçivəsində sadə olmalıdır

    2. idarəetmənin təşkilati quruluşunun sxemi daha aydın və tez qavranılan olmalıdır

    3. hər bir işçiyə yazılı iş təlimatları veriməlidir

    4. əlaqə sistemi səmərəli olmalıdır ki, informasiya dəqiq ötürülsün və əks əlaqə olsun

    5. tabeçilik və məsuliyyət xətti aydın müəyyənləşdirilməlidir

    6. məsuliyyətin koordinasiyasını ali rəhbərlik həyata keçirməlidir




    1. hər firma üçün rəhbərliyin idarəçilik hüdudları real olmalıdır

    2. xətti rəhbərliyin və funksional şöbələrin funksiyaları dəqiq bölünməli və koordinasiya olunmalıdır

    3. müflisləşmədən çıxmaq üçün zərərlə işləməyin qarşısını almaq üçün təşkilati quruluş çevik olmalı, daxili və xarici mühitdə baş verən əyişikliklərə tez reaksiya verməyi bacarmalıdır

    Müflisləşmiş müəssisənin yenidən qurulması, onun strukturu və fəaliyyəti istiqamətinin dəyişdirilməsi yolu ilə həyata keçirilə bilər. Bu məqsədlə yenidənqurmanın təşkilatçısı müəssisənin əmlakının hamısını və ya müəyyən hissəsini digər təsərrüfat subyektinə sata bilər. Adətən, borclu müəssisə və ya onun əmlakının mülkiyyətçisinin nümayəndəsi əmək kollektivi və kreditorların bir hissəsi yenidənqurma yolu ilə müəssisənin sağlamlaşdırılmasına başlanılmasında maraqlı olurlar. Məssisənin yenidən qurulmasının 2 forması vardır:

    • borclunun əmlakının xaricdən ( kənardan) idarə edilməsi və sanasiya

    Birinci formada əmlakın bir hissəsinin arbitraj məhkəməsi tərəfindən təyin edilmiş kreditorlar vasitəsilə satılması yolu həyata keçirilir.
    Borclu müəssisənin yenidən qurulmasının ikinci, yəni sanasiya formasından daha çox istifadə edilir.



    Yüklə 24,83 Kb.

    Dostları ilə paylaş:
  • 1   2




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin