Mədəniyyətin bütöv sistemində aparıcı rol - ruhi mədəniyyət və
ruhi istehsala malikdir. Dil kimi mühüm mədəniyyət fenomeni ilk
insanların
birgə həyat fəaliyyəti prosesində, insan fikirlərinin
ötürülmə vasitəsi kimi əmələ gələrək,
sonralar intellektual
inkişafında böyük rol oynayaraq, sosial təcrübənin ötürülməsi və
toplanmasında, insanın
həyatı öyrənmə və
onu dəyişdirmə
fəaliyyətində kamilləşməyə başlamışdır. Dil ibtidai cəmiyyətlərin
formalaşmasında mühüm faktor oldu. Lakin yazının ixtira edilməsi
dünya mədəniyyəti üçün həqiqətən inqilabi dəyişiklik olaraq, ibtidai
cəmiyyətdən ilkin sivilizasiyalara keçidin əsasını qoydu. Dünyanın
mədəni tarixində
ilk sivilizasiyaların, şərtsiz olaraq, mühüm yer
tutması onunla bağlıdır ki, məhz onların formalaşma və inkişaf
dövründə yazı əmələ gəldi, dünyanın ruhi və maddi mədəniyyətinin
gələcək inkişafının fundamental əsasını təşkil edən, həyatfəaliyyətinin
ilkin mədəni etalonlarının yarandı. Onlara - şəhər həyat tərzi və şəhər
həyat təminat sistemləri, hüquq və beynəlxalq münasibət institutları,
elm və təhsilin ilkin formaları, ideologiya və din, cəmiyyətin siyasi
və iqtisadi sistemi, sosial infrastruktur, dövlət təşkili və idarə
edilməsinin davamlı formaları aiddir.
Qədim dövrlərdən bu günə qədər, dünya mədəniyyətinin əsas
inkişaf
faktorlarından
biri
müxtəlif dövlət
və
xalqların
mədəniyyətlərinin qarşılıqlı fəaliyyət və qarşılıqlı təsiridir. Müxtəlif
mədəniyyətlər yalnız
mutasiya
yolu
ilə
deyil,
həm
də
stimullaşdınlmış
transformasiya
və
xalqların
digərlərindən
proqressiv digərlərindən proqressiv yeniləşmələrin birbaşa iqtibası
232
Fuad Mammadov
Kullurnlopiva cffcklitli hava! va faalivvata aparan vol
ilə inkişaf edirlər. Belə ki, qədim dünyanın Şumer-Mesopotamiya,
Misir, Çin, Hind, İran-Qafqaz, Mərkəzi-Asiya və digər
şərq
sivilizasiyalarının ruhi və maddi nailiyyətləri həm öz inkişaflannı
qarşılıqlı
stimullaşdırmış, həm də
Yunan və Roma antik
sivilizasiyalannın
formalaşma
və inkişafında
əhəmiyyətli rol
oynamışlar. Demokratiya və humanizm ideallannın, ağıl və azadlığın
prioritetləri
üzərində
qurulmuş
yüksək insan mədəniyyətinin
formalaşması və inkişafında Afinanın Perikl dövründəki mədəni
mühiti mühüm rol oynamışdır. Yunan “paydeya”-sı ilk dəfə olaraq,
insanı hər bir hadisənin ölçüsü kimi təqdim edir. Öz növbəsində.
Yunan və Roma mədəniyyətinin görkəmli nailiyyətləri , ilkin orta əsr
islam sivilizasiyasının təşəkkül və inkişafına
səmərəli təsir
göstərmişdir.
Minilliklər ərzində bəşəriyyətin sosial-mədəni inkişafının başlıca
hərəkətverici qüvvəsi ağıl, bilik və humanizm olmuşdur. Antik dünya
və ilkin orta əsr mədəniyyətinin inkişafında Aristotel, Platon və digər
yunan alim və mütəfəkkirlərinin əsərləri fundamental əhəmiyyət
daşımışdır. Lakin əvvəllər antik dünyanın intellektual mədəniyyəti
ilkin xristianlıq tərəfindən inkia edilirdi. Onun estefetini ərəb-islam
dünyası qəbul etdi.
Hələ Antik mədəniyyətin inkişafı dövründə
Platon və Aristotelin başladığı
ideal dövlət quruculuğunun
yaradılması və cəmiyyətin dəyişdirilməsi ilə əlaqədar, insan səadəti
probleminin
mücərrəd fəlsəfi təhlili öz məntiqi davamını və
əhəmiyyətli inkişafını orta əsr mədəniyyəti dövründə Əl-KindiŞ Əl-
Fərabi, İbn-Sina, İbn-Badcı, İbn-Rüşt və digər alimlərin əsərlərində
tapdı. Bu alimlərin
diqqət mərkəzində , həm də həyat fəlsəfəsi
problemkləri və insan səadətinin axtanşı dururdu. İslam dünyasında
elmi-fəlsəfı
fikrin inkişafı , xüsusilə,
IX-XII1 əsrlərdə
ərəb-
müsəlman mədəniyyətində elm və biliyin dinlə işıqlandırılması .
müqəddəsləşdirilməsi ilə şərtlənir. Onlar cəmiyyətdə xüsusi statusa
malik olmaqla, Allahın verdiyi böyük nemət hesab olunurdular. Buna
görə də elm və biliyə cəmiyyətin mühüm sosial-mədəni nailiyyəti
kimi pərəstiş edilirdi. Yunan müdriklərinin baza əsərlərinə müraciət
edən müsəlman alimləri səadətə nail olmaq üçün elm, humanizm və
təhsilin əhəmiyyətini aşkar etmişlər. XII əsrdə Əndəlus filosofu
İbn-Badca ağılı insanın
ilkin hərəkətvericisi, onun seçim və
233
Fuad Mammadov
Kulturologiva cffcktivli hayal va faaliyyata aparan vol
fəaliyyətinin müəyyənləşdiricisi sayaraq, Həqiqətin dərk edilməsində
insanların qarşılıqlı anlaşma imkanı və bəşəriyyətin bütövlüyü
haqqında dahi humanist ideyanı təsdiq edir. Özünün utopik sosial-
siyasi
layihələrində
yaşadığı
müasir
cəmiyyəti
tənqidi
qiymətləndirərək, onun naqisliyini maddi rifah və mənasiz möminliyin
məqsədə çevrilməsində görürdü.
Orta əsr dünya mədəniyyəti üçün cəmiyyəti təhsilli “elit”, “alim”
və “qara camaat” kimi, bölgüyə ayırmaq səciyyəvi ‘idi. Bu ənənə
ərəb-islam dünyasında
da öz əməli ifadəsini tapmışdı.
Xalq
qarşısında öz yüksək missiya və məqsədini dərk edən ərəb filosofları
utopik bərabərliyə yox, müxtəlif sosiumlann maraqlarının real
harmoniyasına
əsaslanan cəmiyyəti
düzgün təşkil etmək üçün
dünyanı həqiqi , fəlsəfi dərk etməyə can atırdılar. Onlar düşünürdülər
ki, belə şeyləri dərk etməkdə çətinlik çəkən geniş xalq kütləsini din,
hissi, bənzədici obrazlar vasitəsi ilə təlimləndirmək vacibdir, çünki,
səadət və kütlənin xilası müqəddəs yazılara əməl etməkdədir (sosial
davranışın bir sıra hüquqi-etik normalarına əsaslanıb düzgün bilk və
düzgün fəaliyyətə çağıran
nəsihət) . Bununla yanaşı alimlər
çoxlarının anlaya biləcəyi sosial əhəmiyyətli biliklərdən, hamıya aid
olan
sosial fəaliyyət imperativlərinin
düzgün reallaşması üçün,
istifadə edilməsini mümkün saylrdılar. Cəmiyyətin maariflənmə yolu
ilə dəyişdirilməsi üzrə, məqsəd və miqyaslarına görə möhtəşəm layihə
hazırlamış alim-filosof İbn-Rüşt
“elit” və “kütlə”-ni bir-birindən
ayırmaq yox, birləşdirməyə çalışırdı. İbn-Rüşt islam mədəniyyətindı
ilk dəfə olaraq, Allahı dər5k etməyin yolunun ətraf aləmi dərk
etməkdən başladığı və insan səadətinin isə əməli xeyirxahlıqla əldə
edilməsi barədə fikir yürütmüşdür.
Bu dövrdə Azərbaycan ərəb-islam dünyasının bir hissəsi idi. Artıq
XII əsrdə Azərbaycanda şəhərlərin böyüməsi, onların iri mədəni-
iqtisadi
mərkəzlərə
çevrilməsi
müşahidə
edilir.
Orta
əsr
AZərbaycanının
şəhər mədəniyyəti mühitində antik fəlsəfənin
öyrənilməsinə,
tarix, riyaziyyat,
astronomiya, tibb elmləeinin
mənimsəniloməsi və
həyata realist yanaşma, humanistləşdirilmə
məqsədi
ilə
sosial
münasibətlərin
dəyişdirilməsinə maraq
yaranır.Orta əsrlərdə
azərbaycan xalqının ruhi mədəniyyətinin
humanistləşdirilməsi və proqressiv inkişafı
Nizami Gəncəvi,
234
Fuad Mammadov
Kulturologiva cffcktivli havat va faaliyyata aparan vol
Bəhmənyar əl-Azərbaycani, Xaqani Şirvani, Əbdül Həsən Şirvani,
Səfiəddin Urməvi, Əcəmi Naxçıvani,
Qətran Təbrizi,
Mahmud
Şəbüstəri, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və
digər alim, şair və mütəfəkkirlərin adı ilə bağlıdır. Onlardan bir
çoxlan öz fəaliyyətləri ilə,
azərbaycan xalqının kulturogenez
prosesində, antik dünya mədəniyyəti nailiyyətlərindən yaradıcılıqla
istifadə edilməsinə yardım edirdilər.
İntellektual yaradıcılığın
möhtəşəmliyini tərənnüm edən Nizami, Şəbüstəri, Nəsimi, Füzuli
fəlsəfəsi dövrünün dini ehkamlarına qarşı çıxaraq, təbiətin dərk
edilməsində insan ağlınrn, insanın özünün və cəmiyyətin fəal rolunun
əhəmiyyətini ilk dəfə olaraq aşkar etmişlər. Onların bu cəhdlər
hesabına feodal azərbaycan mədəniyyəti daxilində,
XIX əsrdə
maarifçiliyin azadfıkirlilik ideologiyasında öz parlaq əksini tapmış,
tərəqqipərvər demokratik mədəniyyət öz təşəkkülünü tapıb inkişaf
edirdi.
Əksər müsəlman filosoflarına aydın oldu ki, bəşəriyyətin rifahı,
normal sosial mövcudluq şərti kimi, nəzəri biliklər (İbn-Sinanın
təsnifınə görə“elm” ) və
düzgün praktik fəaliyyətin (“siyasət”)
vəhdəti ilə əldə edilir. Bununla yanaşı
antik və orta əsr
konsepsiyalarının
utopikliyi onda idi ki, burada
ideal insan
cəmiyyətinin
yaradılma prinsiplərinin əsasını
təcrübə və sübuta
əsaslanmayan mücərrəd fəlsəfi qurumlar təşkil edirdi. Nəzəri elmlər
əməli tələblərdən ayrı inkişaf edirdi. Yalnız intuisiya və müşahidə
elm üçün kifayət etmirdi. Ona təcrübə və eksperimentə əsaslanan
sübut zəruri idi.
Bu məsələnin həlli dünya mədəniyyət tarixinin növbəti dövrünün
taleyinə düşdü. Artıq, XIII əsrin sonunda,
islam sivilizasiyasının
tənəzzülü dövründə, başlıca olaraq monqol hücumları və xəlifətin
çökməsi ilə əlaqədar, dünya mədəni ibnkişafı prosesinin ağırlıq
mərkəzi İntibah Dövrünə qədəm qoyan, orta əsr Avropasına keçdi.
Məhz Avropada, tarixi varislik və zamanın tələbi faktorlarının tələbi
nəticəsində, orta əsr filosoflarının - biliklərin inklişaf etdirilməsi və
insan hərtərəfli inkişafı üçün elm və praktikanın inteqrasiyasının
zəruriliyi haqqında başlıca ideyaları həyata keçdi.
Fridrix Engelsin “ bəşəriyyətin indiyə qədər yaşadığı möhtəşəm
tərəqqipərvər çevrilişi” adlandırdığı Avropa İntibahı dövrü dünya
235
Fuad Mammadov
Kulturologiya cffckrivlj ЬдуаГ
уд
foaliyyato aparan yol
mədəniyyəti inkişafında
yeni səhifə oldu. Onun həyata gətirdiyi
humanist
mədəniyyət
xalq
kütlələrinin
yaradıcı
fəallığı,
təşəbbüskarlığı, ixtiraçılığı, bacanqlıq və tədbirliliyi üçün geniş
imkanlar açdı. İstər elmi, istərsə də etik baxımdan tərəqqipərvər
olduğuna görə, cəmiyyətdə humanizm ideologiyasının
təsdiqi
obyektiv səciyyə daşıyırdı. Petrarka və Erazmusun, ərəb filosoflarının
humanist dünya görüşü ilə səsləşən
baxışları,
onların orta əsr
avropada ilk dəfə olaraq, insanın xilasının tərbiyə və mədəniyyətdə
olması haqqında mühüm fəlsəfi kəşf etməsinə imkan verdi. Martin
Lüter ehkamçılıqla mübarizədə insan təfəkkürünün və mənəvi həyatın
təşkili,
milli
şüurun
təşəkkülünə
və
insan
şəxsiyyətinin
formalaşmasına güclü təsir göstərən islahatlara doğru ilk cığırı açdı.
Frensis Bekon və İmmanuil Kant həqiqətə gedən yolun elm, praktik
bilik və nüfuza istinaddan imtina etməkdən ibarət olduğunu deməklə,
insan şüurunu sərbəstləşdirdilər. Bu və bu kimi intellektual və etik
Dostları ilə paylaş: |