Fuad Mom m odov
K ultu ro lo g lva e ffe ktlvli h.ival
у э
faalivvata aparan vol
od. Olumlu, ölümlü yeddiqat yaranışın arxasında baş verən xeyir-
şər mübarizəsi
xeyirin qələbəsi
ilə başa çatmalıdır. Yüksək
mənəviyyatlı bu fəlsəfənin əsas prinsiplərindəki varisliyk dünya
monoteist dinlərində - iudaizm, xristianlıq və islamda da müşahidə
edilir. Sonralar səkkizguşəli ulduzun bədii təcəssümü İntibah dövr
italyan rəssamı Andrea Montenyanın
“Cadugərlərin
sitayişi”
əsərində öz əksini tapmışdır. Sonralar isə bu ulduz, bizans ənənələrinə
uyğun olaraq, Müqəddəs Məryəmin
Smolensk və vladimir
ikonalarında
təsvir edilmişdir. Bəşəri ruhi vəhdəti simvollaşdıran
dünyəvi həyat işarəsi olmaqla, o, islam mədəni-dini ənənələrində öz
əksini, cənnətdə yeni həyatın ifadəsi kimi tapmışdır. Bu rəmz müasir
Azərbaycan Respublikasının bayrağı və gerbinin də əsasını təşkil
edir. O, azərbaycan folkloru və təsviri sənətində , daha dəqiq, qədim
azərbaycan xalçalan və memarlığında geniş yayılmışdır. Səkkiz guşəli
ulduzun mahiyyət mahiyyət sinonimi mifoloji Simürğ quşudur.
Feniks (cənnət quşi) - yunan mifologiyasında,təqribən Həbəş
mənşəli,
assiriyalılan tərəfindən adlandırılan sehrli qartalaoxşar
quşdur. Feniks ölümünə yaxm özünü yandırır və külün içərisindən
yenidən yaranır. Digər mülahizələrə görə, o,
finikiya hökmdarı
Agenorun oğlanlarından biri, Kadm, Kilik və Avropanın qardaşı,
Sidon şəhərinin banisi, ya da beotiya hökmdarı Aminorun oğludur.
Moson təsəvvürlərinə görə, Feniks - xeyirxahlıq və yenilik rəmzi,
qanun, vicdan və kamillik hamisidir. Despotizm, zorakılıq, şər, həsəd,
hərislik, qüsur, təkəbbür və qəzəbi inkar edən simvoldur.
Simürğ - uzağıgörən qartalaoxşar quşdur, iran və azərbaycan
mifologiyasında
xoş məram və
yenidən yaranma
( “ölülər
içərisindən dirilmə”),
yeni həyat üçün dirilmə rəmzidir. Qədim
avrasiya mifi, müqəddəs dağ və ya səmadan yerə “ həyat ağacının”
budağını gətirən qartalaoxşar quşla əlaqədardır. Həm Şərq, həm də
Qərbdə qəbul edilmiş, kainatda xeyirin, yeninin, əbədi həyatın
qələbəsi , ölkədə rifahın və allah mərhəmətinin qədim rəmzi olan
səkkizguşəli ulduzun mahiyyət və sinonimlərindən biridir. Simürğ adı
avestadakı “mereqxo saeno” quşunun işarəsinə qədər gedir. Dünya
ağacında (bütün toxumlar ağacı) yaşayan it başlı və pəncəli, qanadlı,
bədəni balıq pulcuqlanndan ibarət “quşlar şahı” , fantastik məxluq
114
F u a d M a m m a d o v
Kulturologiva effektivli tovat va faalivvata aparan vol
(torpaq, dəniz və havada hakimlik rəmzi) olan “senmurv”
bizi
avesta işarələrinə aparır.
Sol ə l
Dostları ilə paylaş: