4. Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat
4.1. Qətnaməni və ya qərardadı qəbul etmiş birinci instansiyası məhkəməsinin adı_________________________________________________________________________
4.2. Qətnamə və ya qərardadın tarixi və nömrəsi________________________________
4.3. Şikayət olunan qətnamə və ya qərardadın alınma tarixi: _____________________
4.4. Mübahisənin predmeti __________________________________________________
5. İşin halları
Bu hissədə apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. İşin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir.
6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər
Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
Dostları ilə paylaş: |