Aqil abbas dolu üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına!



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə1/2
tarix10.01.2022
ölçüsü0,53 Mb.
#51158
növüYazı
  1   2
-



 

 

© Aqil ABBAS 



 

DOLU 

Üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına! 

 

 



 

 

 

 

I FƏSİL 

 

Xahiş edirəm, bu əsərdə 

 

kim isə nə isə axtarmasın, bu yazıçı təxəyyülündən başqa bir şey deyil. 

A.Abbas 

 

 



*** 

... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və belə bir bürküyə adət eləməmiş şəhər 

bərk  tıncıxırdı.  Bir  yarpaq  belə  qımıldamırdı.  Azacıq  meh  yarada  bilən  çinarlar  da  çırpınıb-

çırpınıb süst düşmüşdülər. Qəflətən bu buludsuz, bu aydın, bürküdən ulduzları da yorulub day 

sayrışmayan göylər necə şaqqıldadı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı... Və dik atılan 

şəhər özünü atdı bayıra... 

... Dolu yağanda bu şəhərdə zurna-qavallı bir toy-bayram olardı, təbii ki, zurna-qavalı da 

dolunun özü gətirərdi. Baxmayaraq ki, dolu bağ-bağata da, avtomobillərə də, pəncərə şüşələrinə 

də, kasıb evlərinin kasıb damlarına da, çölü-biyabanda yaxaladığı adamlara da çox böyük zərər 

vururdu  - 

dəxli  yox  idi,  camaat  uşaq  kimi  sevinərdi.  Bu  dolu  çəkərdi  beş  dəqiqə,  on  dəqiqə, 

amma bu beş-on dəqiqənin dadı-ləzzəti damaqlardan uzun müddət getməzdi. 

Elə  ki  dolu  başladı,  camaat  həsrətlə  gözlədiyi  dolunun  gətirdiyi  zurna-qavalın  səsini 

eşitdi,  sevinclə  tökülərdi  bayıra.  Və  çölə  tökülən  bu  camaat  dolunun  tutmadığı  bir  yanda 

daldalanır, dolunun gətirdiyi qeyri-adi, soyulmuş baldırğan qoxusuna bənzər bir qoxunu ləzzətlə 

ciyərlərinə çəkib xoşallanar, əllərini dolunun altına tutub göylərə - buludların arasından süzülən 

Tanrı  işığına  tamaşa  eləyə-eləyə  bu  dolunun  damları,  torpağı,  ağacları,  pəncərələri 

döyəcləməsindən  yaranan  Tanrıdan  başqa  heç  bir  bəstəkarın  bəstələyə  bilmədiyi  qeyri-adi bir 

musiqiyə qulaq kəsilirdilər. 

Balacalar  isə  böyüklərin  əsəbləşmələrinə,  çığırıb-bağırmalarına  baxmazdılar,  dolunun 

altında sevinclə atılıb-düşər, yerdən ovuclayıb yığdıqları buz parçalarıyla bir-birini daşlar, arabir 

də  ağızlarına  atıb  konfet  kimi  sümürər,  dolunun  kefini  çıxarardılar.  Gecə  də  anaları  yanlarını 

şapalaqlaya-şapalaqlaya bellərini küpələyərdi... 

... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və belə bir bürküyə adət eləməmiş şəhər 

bərk tıncıxırdı. Bir yarpaq belə qımıldamırdı. Azacıq meh yaradan çinarlar da çırpınıb-çırpınıb 

süst  düşmüşdülər.  Qəflətən  bu  buludsuz,  bu  aydın,  bürküdən  yorulub  day  ulduzları  da 

sayrışmayan göylər necə şaqqıldadı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı... Və dik atılan 

şəhər özünü atdı bayıra. 

...  Amma  Dolunun  sevincini  yaşamağa,  gətirdiyi  soyulmuş  baldırğan  qoxusunu 

ciyərlərinə çəkməyə, Tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi musiqisinə 

qulaq asmağa yox. Uşaqlar bu Dolu ilə oynaya bilmirdilər, ağızlarına atıb konfet kimi sümürə 

bilmirdilər.  Bu  Dolunun  musiqisindən  ləzzət  almaq  olmurdu,  bu  Dolunun  musiqisi  insanların 

 




beyninə bir dolu kimi dəyib ruhunu əzirdi. Göydən dolu yağmırdı, Əzrayıl yağırdı. Kimi harda 

yaxalayırdısa, elə orda da cənginə alıb çeynəyirdi. 

Sambist  Eldarı  gecə  növbəsindən  qayıdanda  Lenin  bağının  başında  yaxalamışdı,  səhər 

batalyonun uşaqları yanğınsöndürən maşının köməyi ilə qoca palıdın başından parçalarını zorla 

yığa  bilmişdilər.  Xanəndə  Baratın  xanımını  evin  içində,  yuxunun  ən  şirin  yerində  cənginə 

almışdı,  başlarını  itirdiklərindən  yalnız  Ağcabədidə  xəstəxanaya  çatdıranda  bilmişdilər  ki,  sağ 

qolu  qalıb  evdə.  Əlinə  düşəndən  babat  vurub  çarpayıya  daş  kimi  düşmüş  Kefli  Çapay  səhər 

ayılanda evin ortasında parçalanmamış bütöv bir Dolunun sancıldığını görüb demişdi: 

Bunu kim göndərdi, ə?! 



Hərə  başını  götürüb  bu  Doludan  hara  gəldi  qaça  bildikcə  qaçmaq  istəyirdi.  Maşınlılar 

colum-


cocuğunu maşınına doldurub şəhərdən çıxarır, kəndə-kəsəyə üz tuturdu. Kənddə-kəsəkdə 

doğması  olmayanlar  isə  şəhərin  kənarında  Dolu  tutmayan  bir  yerdə  ya  maşında,  ya  ağacların 

altında  gecələyirdilər.  Maşınsızlar  isə  colum-cocuğunu  evin  dərin  yerinə  çəkir,  əlacsızlığın 

ağırlığı  altında  balalarının  qorxudan  bərəlmiş  gözlərinə  baxmağa  da  utanırdılar.  Bu  colum-

cocuğun baxışları onları dışardakı Doludan da bərk döyürdü. 

Və bu Dolu şəhəri qəfil it kimi həmişə gecədən bir az keçmiş,yuxunun ən şirin yerində 

tuturdu.  Gecənin  qaranlığından,  Dolunun  insanların  beynini  bir  dolu  kimi  döyüb  ruhunu  əzən 

şaqqıltısından çaşmış adamlar fırtınanın sahilə atdığı balıqlara oxşayırdılar. 

 

Yenə  gecə  yarıdan  keçmişdi...  Və  şəhəri  Dolu  necə  vururdusa...  Maşını  olanlar  yenə 



colum-

cocuğunu  maşına  doldurub  şəhərdən  çıxarmağa  çalışırdı.  Maşını  olmayanlar  isə  yenə 

colum-

cocuğunu  evin  dərin  yerinə  çəkib  ümidlərini  onları  çoxdan  yaddan  çıxarmış  Tanrıya 



bağlayaraq xəcalətlərindən domuşmuş balalarının qorxudan bərəlmiş gözlərinə də baxmağa ürək 

eləmirdilər... 

...  Bu  Yiyəsiz  Dövlətin  bu  Yiyəsiz  Övladları  önü  düşmən,  arxası  isə  heç  nəyə 

söykənməyən  səngərin  içində  silahlarını  əzizləri  kimi  bağırlarına  basıb  ürəkləri  qan  ağlaya-

ağlaya şəhərə yağan Doluya ağrı ilə tamaşa edirdilər. 

Allah, sən özün kömək ol! 



Allah, sən saxla... 

Yaratdığı  dünyanı  onun  iradəsi  əleyhinə  məhvərindən  çıxarmış  insanlara  qəzəblənmiş 

T

anrı  yorulmuşdu.  Müharibədə  qırılan  bu  günahsız  cavanlar  kimi  o  da  vaxtından  əvvəl 



qocalmışdı.  Qibləsini  azmış  insanların  üzünü  yenidən  qibləyə  çevirmək  üçün  bir  peyğəmbərə 

ehtiyac olduğunu görüb mələkləri yer üzünə göndərmişdi ki, bu peyğəmbəri tapsınlar. Mələklər 

də yer üzünün altını üstünə çevirsələr də Tanrının istədiyini tapa bilməmişdilər. Axırda Tanrının 

yanına əliboş qayıtmaqdan qorxan mələklər təsadüfən göy üzü kimi təmiz, Zəmzəm bulağı kimi 

saf, göz yaşı kimi dupduru bir səs eşitmişdilər. Tökülmüşdülər səs sahibinin üstünə, qanından, 

ruhundan bu qeyri-

adi səsi soymuşdular və Tanrıya hədiyyə aparmışdılar. 

Və  artıq  öz  yaratdıqları  ilə  bacara  bilməyən  Tanrı  qəzəbini  soyutmaq,  bir  az 

yorğunluğunu çıxarmaq istəyəndə Qədir Rüstəmovun səsinə qulaq asırdı. Bu səs onu qoymurdu 

ki, insanları məhşərə çəkib qiyami -qiyamət gününü qursun, şeytan bayram eləsin. Və indi Qədir 

Rüstəmovun  səsi  ruhuna  necə  işləmişdisə  Yiyəsiz  Övladların  yalvarışlarını  eşitmirdi.  Və  bu 

Yiyəsiz Övladlar özlərinə şah damarlarına yaxın bildikləri Tanrıya yalvara-yalvara şəhərə yağan 

Dolunun haranı vurduğunu dəqiqləşdirməyə çalışırdılar. 

Pələng: 


Deyəsən, İmarəti vurur. 

Evləri İmarətin böyründəydi. 

Qeyrət Dağarcığı: 

Ə, yox, görmürsən mərkəzə düşür. 



Drakon: 

Onda bizim evləri döyür ki! 



 




Bu Yiyəsiz Dövlətin bu Yiyəsiz Övladları yalnız səhər açılandan sonra biləcəkdilər ki, bu 

Dolu  onların  hansının  anasını  döyüb,  hansının  balasını,  hansının  bütün  ailəsini.  Hər  şeydən, 

yalvarıb-yalvarıb bir şey çıxmadıqlarını gördüklərindən hətta Tanrıdan da ümidləri kəsilmiş bu 

Yiyəsiz  Övladlar  hirslərindən-hikkələrindən  əllərini,  dodaqlarını  gəmirirdilər.  Elələri  olurdu 

bəzən dözə bilmirdi, səngərdən sıçrayıb çıxır, bağıra-bağıra irəli atılırdı və qarşıdan bağırtısız-

filansız ona atılan səliqəli-sahmanlı güllələrdən birinə qurban olurdu... 

*** 

...  Düşmənə  dörd-beş  güllə  vurandan  sonra  az-çox  ürəyi  soyusa  da,  indi  sandıqdakı 



otuziki  güllənin  otuzikisini  də  qarşısında  dayanmış  bu  At  Belində  Olan  Adamın  qarnına 

doldurardı, uf da deməzdi, bu adamın qarnı ölürdü otuziki güllədən ötrü. Düşmən düşmən olanda 

nə olar, onun da öz bir gözəlliyi vardı, heç olmasa bilirdin ki, qarşındakı düşməndi, sənin qanını 

içməkdən sərxoş olan bir düşmən. İndi bu qarşısındakında o gözəllik də yox idi. Bu düşməndən 

də daha dəhşətliydi. Bu insanın məcburən öz içində gəzdirdiyi, müalicəsi olmayan xəstəlik kimi 

bir şey idi. Bu xəstəliklə birgə yaşamaq zorundaydılar. Eyni göyü, eyni torpağı, eyni qanı, eyni 

şəhəri paylaşırdılar. Amma eyni göyü, eyni torpağı, eyni qanı bərabər paylaşsalar da, amma bu 

eyni şəhəri eyni paylaşmamışdılar. 

Birinin payına Dünyanın Ən Varlı Şəhərinin bazarında balaca bir ət dükanı düşmüşdü. 

Amma  bu  qarşısındakı  At  Belində  Olan  Adamın  payına  bu  şəhərin  az  qala  yarısı  düşmüşdü, 

dədəsindən,  babasından  qalmış  miras  kimi.  Katiblərin,  rəislərin,  day  hansı  kərtənkələlərin 

quşunu götürə-götürə özü də çoxlarına quş götürdə bilmişdi. Atını sağa da səyritmişdi, sola da. 

Həmişə at belində olmuşdu. İndi də at belindəydi, amma atını day əvvəlki kimi səyridə bilmirdi. 

Təkcə  o  yox,  hətta  onun  quşunu  götürdüyü  katiblər  də,  rəislər  də  day  atlarını  istədikləri  kimi 

səyridə bilmirdilər. 

Dünya  öz  məhvərindən  çıxmışdı,  baş  alıb  gedirdi.  Hara  gedirdi,  heç  kim,  hətta  öz 

yaratdıqlarının məhvərindən çıxartdıqları bu Dünyanın hara getdiyini Tanrının özü də bilmirdi. 

Və indi onu məhvərindən çıxaran insanlardan qurtulmaq üçün başını götürüb hara gəldi qaçan bu 

Dünyada insanlar elə bir duruma düşmüşdülər ki, içlərində nifrətdən başqa heç nə qalmamışdı. 

Bu  nifrət  vurub  çıxmışdı  sir-sifətlərinə  və  sir-sifətlərindən  zəhər-zəhrimar  yağırdı.  Bu 

məhvərindən  çıxmış  və  həm  Tanrıdan,  həm  də  özündən  baş  götürüb  qaçan  Dünyada  həm  bu 

şəhər, həm də bu şəhərin adamları qəflətən elə qocalmışdılar ki, elə bil vurğun vurmuşdu. Və bu 

vurğun  da  ən  çox  cavanları  vurmuşdu.  Dünənədək  müharibəni  kinolarda  görən  bu  vurğun 

vurmuş  cavanlar  qəflətən  bir  müharibə  Kinosunun  düz  ortasına  düşmüşdülər.  Özü  də  öz 

xoşlarına yox, onları bu müharibə Kinosunun içinə zorla itələyib salmışdılar. 

Bu  dəhşətli  Kinonun  ssenarisini  dünyanın  Böyük  Dövlətlərinin  Böyük  Saraylarında 

yazmışdılar. Çəkilişini də Tarkovskinin də, Tofiq Tağızadənin də həsəd aparacaqları rejissorlara 

tapşırmışdılar. Və həmin rejissorları da Böyük Dövlətlərin Böyük Saraylarında oturub çəkməkdə 

olduqları kinonun gündəlik kadrlarına ləzzətlə tamaşa edirdilər. Bu Kinonun iştirakçılarının isə 

nə ssenaridən, nə də rejissor işindən xəbərləri yox idi. Və bu Kino əvvəllər gördükləri kinodan 

təkcə  onunla  fərqlənirdi  ki,  burda  partlayan  bombalar  həqiqi  bombalar  idi,  insanlar  doğrudan 

güllələnir,  uşaqların  başı  doğrudan  kəsilir,  qadınlar  doğrudan  zorlanırdı.  Bu  kino  əvvəllər 

gördükləri kinodan bir də onunla fərqlənirdi ki, bu Kino sona çatmırdı və bu Kinonun sonu heç 

üfüqdə də görünmürdü. 

Fazil Müəllimin Kinoteatrında baxdıqları bütün kinolarda bizimkilərin atdığı (onda ruslar 

da bizimkilər idi, xaxollar da, latışlar da, elə ermənilərin özləri də) hər gülləyə bir alman qarnını 

tuturdusa,  bədbəxt  almanların  güllələri  həmişə  boşa  çıxırdı.  Ona  görə  yox  ki,  almanlar  güllə 

atmağı  bacarmırdılar,  ona  görə  ki,  ssenarini  yazanlar  da,  rejissorlar  da  bizimkilərin  qohum-

əqrəbalarıydı. Bu Kinoda isə bizimkilər, ruslar, xaxollar, latışlar, ermənilər deyil, bizimkilər elə 

bizimkilər  idi.  “Hollivud”un  və  “Mosfilm”in  birgə  istehsalı  olan  bu  Kinoda  ssenariçilər  də, 

rejissorla  da  ermənilərin  qohum-əqrəbalarıydı.  Və  keçmiş  bizimkilər  ermənilərə  dünyanın  ən 

bahalı,  ən  müasir  silahlarını  versələr  də,  indi  bizim  bizimkiləri  özününkülərinin  qarşısında 

əliyalın buraxmışdılar. Və bu Kinoda atılan bombalar bizim başımıza tökülürdü, yandırılan evlər 

 




bizim evləriydi, başı kəsilən uşaqlar bizim uşaqlarıydı, zorlanan qadınlar bizim qadınlarıydı. Bu 

Kinoda nemes biziydik. 

Döyüşlərin  birində  əllərinə  bir  erməni  qızı  düşmüşdü.  İntiqam  eşqindən  gözlərini  qan 

tutmuş  uşaqlar  qızı  zorlamaq  istəmişdilər.  Amma  tir-tir  titrəyən  qızın  insanın  iliyinə  işləyən 

yalvarışlı  baxışları  hələ  insanlığını  tam  itirmədiyindən  onun  qanını  dondurmuşdu.  Yaralı  ac 

qurdların  əlinə  düşmüş  çarəsiz,  ümidi  Tanrıdan  üzülmüş  bu  qızın  zorlanmasına  biganə  qala 

bilməmişdi.  Dəxli  yox  idi  ki,  bəlkə  də  günün  birində  bu  qız  onu  vuracaqdı,  amma  indi  onun 

qarşısında sabah onu vuracaq bir düşməni görmürdü, Tanrının ondan imdad diləyən yaratdığı bir 

varlığı görürdü. Bəlkə də uşaqlar bu qızı güllələsəydilər fərqinə varmazdı, amma zorlanmasını 

qəbul edə bilməmişdi. Və qızcığazı kolluğa basmaq istəyən uşaqları saxlamışdı: 

Dəyməyin! 



Araya mübahisə düşmüşdü. 

Bəs onlar bizimkiləri zorlaya bilər?! 



Biz erməni deyilik! 

Onu yaxşı tanımayanlardan biri: 

Ə,  nə  lotuluq  eləyirsən?-  deyib  qızın  üstünə  yeriyəndə  o,  gülləni  lüləyə  verib 



bağırmışdı: 

Kimin kişiliyi çatır, buyursun! Cırıq-cırıq eləyərəm! Dedim ki, biz erməni deyilik. 



Onun hədəqəsindən çıxmış gözlərindən qorxub geri çəkilmişdilər. Sonra qızın əynindən 

çıxarılmış pal-paltarı avtomatın lüləsi ilə yerdən qaldırıb atmışdı üstünə. 

- Geyin! Sürük burdan! 

Soyulmuş kənd yumurtası kimi qəşəng və yeməli olan qızcığac bayaqdan ayıb yerlərini 

örtmək istədiyi əlləri əsə-əsə paltarlarını götürüb tələm-tələsik geyinmişdi, amma sonra yerindən 

tərpənməmişdi. 

Sürük dedim sənə! 



Qulaqlarına  inanmayan  qız  ehmal-ehmal  geri  çəkilməyə  başlamışdı  və  qorxa-qorxa 

soruşmuşdu: 

Qardaş, adın nədi? 



Sənin qardaşıyın... Sürük dedim. 

Sən Həzrət Abbas, adın nədi? 



Qarabağ erməniləri bizimkilərə and verəndə Həzrəti-Abbasa and verərdilər. Və onlar da 

çox yaxşı bilirdilər ki, qarabağlılar Tanrıdan çox Həzrəti-Abbasdan qorxurlar. 

Qızın belə bir ağır and verməsi onu əsəbləşdirmişdi: 

Səni zorlayıb güllələmədiyimə görə adım eşşək oğlu eşşəkdi! Sürük dedim, qəhbə! 



Qız daha heç nə soruşmamışdı, çevrilib üzü erməni kəndinə doğru qaçmağa başlamışdı, 

heç dala da baxmamışdı. 

Axşam Komandir erməni qızını burax 

dığına görə onu danlayanda demişdi: 

Komandir, mən arvad davası eləmirəm, torpaq davası eliyirəm. 



İndi  O  və  onlar  torpaq  davası  eləyəndə  bu  qarşısındakı  At  belində  Olan  Adam  heç  nə 

olmamış  kimi  öz  kefindəydi.  Və  onun  vecinə  deyildi  ki,  torpaq  davası  eləyən  və  torpaq 

davasında  qırılan  bu  cavanlar  hər  şeylərini,  hətta  nişan  üzüklərini  belə  satıb  onun  da  evini-

eşiyini, yurdunu-yuvasını, ailəsini, namusunu qoruyurlar. Və indi əyinlərinə əsgər paltarı deyil 

kəfən  geyinmiş  bu  vurğun  vurmuş  cavanlar  döyüş  dostları  Musanın  Bakıda  qılçaları  kəsilmiş 

anasının həkiminə verməyə min manat pul tapa bilmirlər. 

At Belində Olan Adam bu cavanlara həmişə yuxarıdan-aşağı baxmışdı, heç onları adam 

yerinə qoymamışdı. Salamlarını hərdən ağızucu alsa da, çoxuna özü salam verməmişdi. Bazar 

uşağı kimi, küçə uşağı kimi baxmışdı onlara. Tək o  yox, at belində olanların hamısı günlərini 

pavilyonlarda,  ya  da  Xankəndində  erməni  qızlarının  qucağında  keçirən,  “sən  niyə  mənə  belə 

baxdın”  deyə  heç  nəyin  üstündə  dava-dalaş  salan,  kinoteatrın  arxasındakı  bulvarı  qladiator 

meydanına çevirən bu cavanların bu dünyadan nə istədiklərini başa düşə bilmirdilər. Əslində elə 

 




cavanlar özləri də bu dünyadan nə istədiklərini bilmirdilər. Bu dünya çox böyük idi və bu böyük 

dünyada  bilmədikləri  çox  şeylər  vardı.  Və  bu  böyük  dünyada  bilmədikləri  o  çox  şeyləri 

öyrənmək  həvəsində  olmadıqlarından  öz  bildikləri  kimi  yaşayırdılar.  Cəmiyyət  onlara  necə 

baxırdı  -  veclərinə  deyildi.  Çünki  onlar  çoxdan  tüpürmüşdülər  bu  cəmiyyətə  də,  onun 

qanunlarına  da!  Hərdən  o  tüpürdükləri  qanunların  cənginə  keçib  gəzdikləri  həbsxanalar  da 

onların  gözünü  qıra  bilməmişdi.  Onlar  qorxularını  analarının  bətnində  qoyub  çıxmışdılar. 

Çoxunun  da  iki  adı  vardı:  biri  atalarının  qoyduğu,  sənəddə  yazılan  ad,  birinin  də  Dədə 

Qorqudsuz-

filansız  özləri  qazanmışdılar  -  xarakterləriylə,  yumruqlarıyla,  dünyaya  baxışlarıyla, 

özlərini müharibəli kinolardakı qəhrəmanlara bənzətməklə. 

Və  Şeytanın  Övladları  dünyanı  öz  məhvərindən  çıxaranda,  Böyük  Dövlətlərin 

ssenariçiləri,  rejissorları  onları  zorla  itələyib  müharibəli  Kinonun  tən  ortasına  atanda,  onlara 

yuxarıdan-aşağı  baxanlar  və  Dünyanın  Ən  Varlı  Şəhərinin  kefini  görənlər  bu  Kinoda  heç 

epizodik rollarda da görsənmədilər, çıxdılar aradan. Amma onlar özləri kimilərini başlarına yığıb 

bəlkə də hər şeydən daha çox, qazandıqları adlarının şərəfinə, bazarında atom bombası satılması 

ilə öyündükləri Dünyanın Ən Varlı Şəhərlərinin şərəfinə atıldılar ölümün ağzına. Və heç kəs - 

nəinki at belində olan özümüzünkülər, hətta bu Kinonun Böyük Dövlətlərin Böyük Saraylarında 

oturan ssenariçiləri də, rejissorları da bunu gözləmirdilər. Və ağıllarına belə gəlməzdi ki, onların 

həyatın  dibində  saydıqları  bu  ipə-sapa  yatmazlar  əliyalın  topun-tüfəngin  qarşısına  çıxacaqlar, 

yazılan  ssenarini  pozacaq,  rejissorları  pis  vəziyyətdə  qoyacaq  və  bu  Kinonu  tezliklə  başa 

çatdırmağa imkan verməyəcəklər. 

İndi At Belində Olan Adam at belində olmayan, Böyük Dövlətlərin Böyük Saraylarında 

yazılan  Kinonun  ssenarisini  pozan,  rejissorlarını  çıxılmaz  vəziyyətdə  qoyan  bu  cavanların 

qarşısında  sarısını  udub  dayanmışdı.  Həmişəki  ədasından  əsər-əlamət  qalmamışdı,  udquna-

udquna heç vaxt adam ye

rinə qoymadığı cavanlara baxırdı. Baxırdı ki, bəlkə indi adam yerinə 

qoymağa məcbur olduğu bu cavanlardan hansısa araya girəyə, onu düşdüyü bu ağır vəziyyətdən 

xilas eləyə. 

Baxdı, baxdı, hiss elədi ki, bu cavanlardan heç biri ona kömək əli uzatmaq fikrində deyil, 

onların  da  sir-sifətlərindən  zəhər-zəhrimar  yağırdı.  At  Belində  Olan  Adam  hardan  biləydi  ki, 

onlar müharibənin içində deyil, müharibə onların içində yaşayır. Və artıq onların damarlarından 

qızıl qırmızı qan yerinə qapqara bir nifrət axır. Özü də bu nifrət təkcə düşmənə deyildi, onlardan 

olmayanların hamısınaydı, hətta bu adam qardaşları olsa belə. 

Gördü  cır  alça  yemiş  adamlar  kimi  üz-gözlərini  turşudub  maraqla  hadisənin  sonunu 

gözləyən bu cavanlardan kömək ummağa dəyməz, özünü ələ almağa çalışdı: 

Ay qardaşlar, mənə elə baxırsınız, elə bil erməniyəm. 



Drakon: 

Sən ermənidən də pissən, dəyyus oğlu dəyyus! 



At Belində Olan Adam içində nə qədər qorxu olsa da bir belə adamın arasında mənliyinə 

sığışdırıb söyüşü yeyə bilmədi: 

Əlindəki avtomata görə yekə-yekə danışma. 



Drakon avtomatı atdı uşaqların birinə və ona yaxınlaşıb necə vurdusa, At Belində Olan 

Adam aşdı və başladı yerdə qıvrılmağa. 

Drakon qayıdıb avtomatını götürdü: 

Qalx ayağa! 



Gördülər qalxa bilmir, qolundan tutub qaldırdılar. Cavanlığında o da qabağından yeyən 

olmamışdı,  heç  indi  də  pis  deyildi.  Bəlkə  də  təkbətək  savaşda  bu  cavanların  çoxuna  can 

verməzdi, elə Drakonun özünə də. Amma indi müharibənin adamyeyənə çevirdiyi bu cavanlara 

cavab verməyə qurd ürəyi lazımıydı, o qurd ürəyi də onda yoxuydu. Üst-başının tozunu çırpa-

çırpa yavaşca dedi: 

Qalsın qulluğunda! 



Drakon avtomatı dirədi onun otuziki güllədən ötrü ölən qarnına: 

Çıxart şalvarını! 



 




At Belində Olan Adamı elə bil ildırım vurdu, səksəndi: 

Nə deyirsən? 



Deyirəm, çıxart şalvarını! 

Yekə kişisən, ə! Lap ağ elədin ki! 



Çıxart  şalvarını,  dedim!  Ya  burdan  tumanpaça  gedəcəksən,  ya  da  səni  şadaraya 

çevirəcəm. 

At Belində Olan Adam kipriklərini qırpmadan maddım-maddım yenə ətrafdakılara baxdı. 

Amma yenə heç kim onun baxışlarına cavab vermədi. 

Kimsə istehza ilə dedi: 

İndiyədək o qədər adamı şalvarsız qoymusan! İndi də növbə sənindi! 



Gördü yox, vəziyyət çox ağırdı, canavar sürüsünün arasına düşüb, bunlar onun şalvarını 

çıxaracaqlar, ondan sonra gərək gedib özünü asa, başladı yalvarmağa: 

-

Ə,  nə  danışırsınız?  Mən  ağsaqqal  adamam,  hamımız  qohum-əqrəbayıq.  Çoxunuzun 



dədəsiylə çörək kəsmişəm. 

Drakon sözündən dönənə oxşamırdı: 

- Bizim qohum-

əqrəbalarımız səninkilər kimi Bakıda kef eləmirlər, səngərlərdə qırılırlar. 

Çıxart şalvarını! 

Ə,  məni  də,  özünüzü  də  biabır  eləməyin!  Ayıbdı!  Camaatı  üstümüzə  güldürməyin! 



Puldan  ötrü  adam  belə  şeylər  eləməz.  Mən  bilməmişəm  pulu  sən  istəyirsən,  nə  qədər  lazımdı 

uşaq göndərim, gedib gətirsin. 

Drakon az qaldı avtomatın lüləsi ilə onun qarnını deşə: 

Çıxart! 



-

Ə, qeyrətin olsun! Məni dalıağaclı eləmə! Bu şəhərə qan salma! 

Drakon: 

Qeyrətsiz sənin nəslindi! - dedi və avtomatın qundağıyla onun sinəsindən vurdu. 



At Belində Olan Adam səndərlədi, amma bu dəfə yıxılmadı, özünü tarazlaya bildi: 

Başından  yekə  qələt  eləyirsən,  Drakon!  Mənim  şalvarımı  çıxaran  hələ  anasından 



olmayıb. 

Bu vaxt Drakon onun başının üstündən bir qatar güllə buraxdı. 

At Belində Olan Adam elə bildi güllələr ona dəydi. Və güllə dəymiş kimi də geri sıçrayıb 

yıxıldı. 

Drakon avtomatı dirədi onun qarnına və bağırdı: 

Çıxart şalvarını!- sifətində bircə qıça da qan qalmamışdı. 



Artıq ölümünü gözünün altına alan 

 

At Belində Olan Adam yapışdı avtomatın lüləsindən: 



At, oğraş! Nəslini şalvarsız qoymasam atama lənət! 

Drakon uşaqlara əmr elədi: 

Ə, çıxardın bunun şalvarını! 



Uşaqlar düşdülər At Belində Olan Adamın üstünə. 

Bayaqdan  bir  kənarda  dayanıb  hadisələri  izləyən  Pələng  gördü  ki,  uşaqlar  zorla  At 

Belində  Olan  Adamın  şalvarını  çıxarırlar,  özünü  saxlaya  bilmədi.  Yeridi  irəli,  qarğa-quzğuna 

dönmüş uşaqların hərəsini bir tərəfə itələdi: 

Ə, ayıbdı! Onsuz da ona olan oldu - dedi və yaxınlaşdı Drakona; - Bu, sənin kimi oğula 



yaraşmaz! Vur öldür, amma camaatı biabır eləmə! 

Drakon Pələngi bir kənara itələdi: 

Sən nə deyirsən, ə?! 



Deyirəm bəsdi, burax getsin. Kişi kişinin şalvarını çıxarmaz! 

Drakon: 

Sən qarışma!- sonra yenə uşaqlara əmr elədi, - İşinizdə olun! 



 




Amma Pələng geri çəkilmədi,  yenidən uşaqların  qabağını kəsdi. Pələngin onun önündə 

meydan  oxuduğunu  görən  Drakon  bu  dəfə  özündən  çıxdı,  onun  qolundan  yapışıb  fırladıb  atdı 

kənara: 

Demədim sən qarışma? 



Pələng yıxıldığı yerdən qalxdı, hirsindən dodağını necə dişlədisə qan çənəsi aşağı axdı, 

dodağının qanını sümürüb tüpürdü yerə, əlinin dalı ilə ağzını sildi və yenidən girdi araya: 

- Drakon, dedim bu

rax getsin! Mən sənə əl qaldırmaq istəmirəm. 

Ə, küçük, sən də kişi olmusan? 



-

Böyüksən, qardaşımsan, cavab qaytarmıram, yoxsa... 

Uşaqlar At Belində Olan Adamı unudub girdilər onların arasın: 

Ə, yekə kişisiz,bir oğraşa görə dalaşıb camaatı üstümüzə güldürməyin! 



Drakonun başı çönmüşdü, heç nə eşitmək istəmirdi: 

Yaxın duranın anasını ağladaram!- dedi və Pələngi boğazladı, - Yoxsa, nə... 



Boğazını Drakonun möhkəm əllərindən qurtarmağa çalışan Pələng day dözmədi: 

Yoxsa mən sənin şalvarını... 



Ə, mənim?! 

Drakon Pələngin boğazını buraxdı, istədi onu vura, amma Pələng ondan cəld tərpəndi. Və 

Drakon həyatında ilk dəfə birinci vuruldu. Gözlənilməz zərbədən özünü itirdi, bir anlıq əli ilə 

üzünü tutub başını silkələdi və canavar ovunun üstünə atılan kimi atıldı Pələngin üstünə. 

Bir  az  əvvəl  az  qala  şalvarsız  qalacaq  At  Belində  Olan  Adam  artıq  özünə  gəlmişdi  və 

istehza  ilə  hər  gün  səngərdə  kürək-kürəyə  yatan  bu  oğulların  onun  üstündə  bir-birlərini  necə 

vəhşicəsinə yumruqlamalarına tamaşa edirdi. 

Bütün  söyüşlərə  baxmayaraq,  uşaqlar  yenidən  onları  aralamağa  çalışdılar  və  Drakonun 

yenidən yeddimərtəbəli söyüşlərini eşitdilər, kimsə dedi: 

 - 

Ə, buraxın qırsınlar bir-birlərini. 



Üz-

gözləri  al  qanın  içindəydi,  heç  kim  can  vermək  istəmirdi,  amma  Drakon  Pələngi 

üstələmişdi. 

Bu vaxt batalyonun həyətinə bir “UAZ” girdi, gəlib saxladı mərəkənin yanında. Bir nəfər 

cəld maşından düşdü və düşən kimi də bağırdı: 

Ə, nə durub baxırsınız?! Aralayın! 



- Komandir! Aralayana ana-

bacı söyüşü söyüblər. 

Aralayın, dedim sizə!- dedi Komandir və özü girdi savaşanların arasına. 



Komandirin özünün araya girdiyini görən uşaqlar da tökülüb onları birtəhər ayıra bildilər. 

Amma  aralanan  kimi  də  hər  ikisi  özünü  atdı  silahlarının  üstünə  və  qaldırdılar  bir-birlərinə. 

Komandir girdi ikisinin də arasına: 

Salın silahları, axmaqlar! Salın, dedim! 



Drakon: 

Çəkil, Komandir! Bu küçüyü deşik-deşik edəcəm. 



Pələng bağırdı: 

Küçüyün səsi gəlir! 



Komandir yapışdı hər ikisinin silahının lüləsindən, dirədi öz böyrünə: 

Onda mənə atın! Atın dana, it uşağı! Atın ürəyiniz soyusun! Niyə atmırsız?! 



Drakon: 

Çəkil, Komandir, vallah, ataram! 



At dana, nə durmusan?! At, qoy ermənilər bayram eləsin! 

Drakon silahı saldı aşağı və hayqırdı: 

Pələng, ananı ağlar qoymasam qəhbənin oğluyam. 



Pələng: 

Baxarıq, kimin anası ağlar qalacaq. Sonacan getməyən elə qəhbənin oğludu. 



Komandir: 

Kəsin səsinizi! - sonra uşaqlara əmr elədi;- Alın bunların silahlarını! 



 




Heç kim bu əmri yerinə yetirməyə ürək eləmədi, Drakonun canını almaq olardı, amma 

silahını yox. O boyda Sovet hökumətinin asıb-kəsən vaxtı Drakon bu şəhərdə açıq-açığına silahla 

gəzmişdi, heç kəs də ona gözün üstə qaşın var deyə bilməmişdi. 

Komandir: 

Əmr eləyirəm! 



 

Pələng  könülsüz-könülsüz  əmrə  tabe  oldu  və  silahı  özü  verdi,  amma  Drakon  üç-dörd 

addım geri çəkildi: 

 - 


Mənim silahımı alan oğlan hələ anasından doğulmayıb! Yaxın gələnə ataram! 

Ver silahı, dedim! 



Komandir, bu avtomatı mənə sən verməmisən, sən də alasan! Mən bunu maşınımı satıb 

gedib Tiflisdən almışam. 

Komandir əmri yerinə yetirməkdən çəkinən uşaqlara yenidən əmr elədi: 

Alın silahını! 



Uşaqlar irəli yeridilər, Drakon bir-iki addım da geri çəkildi və ağzı köpüklənə-köpüklənə 

dedi: 


Yaxın gələnin... 

Komandir: 

Sən Qur’ana and içmisən! 



Drakon hər an sıçramağa hazır olan bir əfi ilan kimi quyruğunun üstündə durmuşdu: 

Mən torpağı qorumağa and içmişəm, avtomatı sənə verməyə yox! 



At  Belində  Olan  Adamın  bədəninə  bayaq  batırılmış  min-bir  tikan  yavaş-yavaş 

çıxmaqdaydı, bundan ləzzət alırdı və ürəyində deyirdi: “Di, qırın bir-birinizi köpəyuşağı”. 

Komandir daha da sərtləşdi: 

Həbs eləyin bunu! 



Drakon: 

Məni? Qıraram hamınızı!- dedi və üz tutdu darvazaya tərəf. - Tüpürüm hamınıza! Mən 



getdim! Pələng, sən yoxsan! Sən ölüsən! 

Batalyonun ağsaqqallarından biri: 

Komandir, qoy getsin. Bir azdan hirsi soyuyar. Onu da başa düşmək lazımdı. Gözünün 



qabağında o boyda qardaşını vurublar. 

Bir xeyli uşaq da Drakonun ardınca getdi, bunlar onun xətrinə batalyona gələn döyüşçülər 

idi. Bunu görən Drakon geri çevrildi və qəzəblə bağırdı: 

Siz hara,ə! Küçüklər! Qayıdın geri! 



Drakon ge

tdi, darvazadan çıxanda da havaya bir qatar güllə buraxdı. 

Komandir hirsindən  yaşarmış gözlərini sildi. Nəfəsi çatmırdı, təngənəfəs olmuşdu. Son 

zamanlar hər dəfə əsəbləşəndə belə olurdu. Bir xeyli öskürdü, sanki nəfəs yollarını açırdı, bir az 

sakitləşdi, sonra Pələngdən soruşdu: 

Nə üstə boğuşurdunuz? 



Pələng  başı  ilə  At  Belində  Olan  Adamı  göstərdi  və  Komandir  onu  indi  gördü, 

ətrafdakılardan soruşdu: 

Bu burda nə gəzir? 



Uşaqlar: 

Drakon  dedi  ki,  gedin  basın  baqaja  gətirin.  Biz  də  gətirdik.  Amma  yazığımız  gəldi 



baqaja basmadıq. 

Nədən ötrü? 



Pələng: 

Şalvarını çıxartdırmaq istəyirdi, mən də qoymadım. 



Komandir qulaqlarına inanmadı. Drakonun ilan kimi xəzinəsinin üstündə qıvrılıb yatan, 

ev-


eşiyi dağılanlara əl uzatmayan vəzifəli adamlardan xoşlanmadığını, tez-tez onları sancdığını, 

hətta bəzilərinə lifçik də göndərdiyini bilirdi. Və onu da bilirdi ki, bu vəzifəli adamların bəziləri 

batalyonlara  könüllü  kömək  eləsələr  də,  bəziləri  bunu  Drakonun  qorxusundan  edir.  Amma 

 




Komandir onu da bilmirdi ki, mindiyi UAZ-

ı  kolxoz  sədri  ona  öz  xoşu  ilə  bağışlamayıb, 

Drakonun  qorxusundan  gətirib  vermişdi.  Belə  şeylərin  üstə  bir  neçə  dəfə  Drakonu  bərk 

danlamışdı. Demişdi ki, heç kimi məcbur eləmək lazım deyil, camaat bizə pis baxır. 

Drakonun da cavabı həmişə belə olmuşdu: 

Komandir,  bu  pulları  özləri  kəsməyib  ha!  Bu  camaatdan  qazanıblar!  Vuruşmağa 



qeyrətləri çatmır, qoy heç olmazsa canları çıxsın indi bir az millətə xərcləsinlər. 

Drakondan belə şeylər gözləmək olardı, kimisə döyə bilərdi, kimisə cəzalandıra, kimisə 

maşının baqajına da basa bilərdi, uf demədən kimisə öldürmək də onun əlində su içmək kimi bir 

şey idi, amma kiminsə şalvarını çıxartmaq... Buna onun qəbul etdiyi yazılmamış oğru qanunları 

yol vermirdi. Ona görə də Komandir çox təəccübləndi: 

Niyə? 



Pul istəyib, verməyib... 

Uşaqlardan biri Pələngin üstünə bozardı: 

Sən  də  bilmədiyin  şeyi  danışma.  Elə  deyil,  Komandir.  Dünən  Musagilə  qrad  düşüb, 



anasını  götürdülər  Bakıya,  arvadın  qılçalarını  kəsiblər.  Səhər-səhər  Musa  zəng  eləmişdi, 

həkimlər min manat istəyiblər. Drakon da göndərdi ki, gedin bundan alın. Biz də getdik vermədi. 

Drakon da hirsləndi, arxasını da özünüz eşitdiniz. 

Komandir  At  Belində  Olan  Adamı  başdan  ayağa  deyil,  ayaqdan  başa  süzdü,  sonra 

xayxırdı, özünü onun sifətinə tüpürməkdən zorla saxladı və tüpürdü yerə: 

Ə, sən nə cındır adamsan, ə! Bakıdan gələnlərin dalın yuyursan, özününkünə beş manat 



qıymırsan?! 

Drakonun  əlindən  zorla  qurtulmuş  At  Belində  Olan  Adam  indi  yenidən  qırx  arşın 

quyunun dibinə düşdü, özünə bəraət qazandırmaq istədi: 

-  Komandir! Seyi

d Lazım ağanın cəddi haqqı bilməmişəm. Hər gün o gəlir pul ver, bu 

gəlir pul ver. Mən köpəyoğlu nə bilim kim kimdi. Mənə demədilərki siz istəyirsiz. 

Komandir gördü ki, əsəbləri onu dalınca sürükləyir və belə getsə əlindən xəta çıxa bilər, 

onsuz da adları bədnam idi. Onları ermənilərə deyil, özlərinə düşmən sayan hökumət bu könüllü 

batalyonları gözdən salmaq üçün dəridən-qabıqdan çıxırdı, haqlarında gündə yüz şayiə buraxırdı. 

Gecə  Dolu başlayanda balalarını  götürüb canlarını qurtarmaq istəyənlər  heç qapılarının 

cəftəsini də vurmağa macal tapmırdılar. Yiyəsiz, ağzı günə qalmış dopdolu evlər demək olar ki, 

hər  gecə  yağmalanırdı.  Səhər  qayıdıb  evlərini  talanmış  görənlər  heç  şikayət  də  eləmirdilər, 

şikayət eləməyə yer də yox idi, milis səngərdə, rəis səngərdə, kimə şikayət eləsinlər. Hökumət də 

şəhərdə nə oğurluq, nə quldurluq olurdu hamısını batalyonun uşaqlarının üstünə atırdı. Onların 

isə  “Qur’an”  götürüb  nə  qapı-qapı  düşməyə  vaxtları  vardı,  nə  də  buna  həvəsləri  -  başları 

müharibəyə qarışmışdı. 

Belə söz-söhbətlərdən təngə gəlmiş Komandir bir gün Rəisin qabağını kəsib dedi: 

Rəis,  gəlmə  oğrular  bu  şəhərdə  ev  qoymadı.  Hökumət  də  bunu  bizim  üstümüzə  atır. 



Bunların qabağını al, yoxsa axırı yaxşı olmayacaq! 

Komandir, vallah, gücüm çatmır. Bilmirəm erməniylə vuruşum, yoxsa bu binamuslarla. 



Birdilər,  ikidilər,  böyük  bir  şaykadılar.  Oturublar  qonşu  rayonlarda,  gəlib  buranı  şimon  eləyib 

aradan çıxırlar. Həmin rayonun rəislərinə deyirəm, deyirlər ki, oğurluq sənin ərazində olur, canın 

çıxsın özün tap. İndi mən erməniylə vuruşum, oğru axtarım, nə bilim nə qələt eləyim?! 

Komandir  görmüşdü  doğrudan  Rəisin  gücü  çatmır,  bu  qarışıqlıqdan,  başlı-başınalıqdan 

əli-qolu açılan oğrulara xəbər göndərmişdi ki, adam kişi olar... Amma oğrular onu eşitməmişdi. 

Komandir bir də xəbərdarlıq etmişdi: 

Məni hövsələdən çıxarmayın! 



Oğrubaşının ona göndərdiyi cavab qısa olmuşdu: 

Əlindən gələni beş qaba çək! 



Bu cavabdan on-

on  beş  gün  sonra  ağzından  vurulmuş  oğrubaşının  cəsədi  Lenin 

meydanının  ortasına  atılmışdı,  biləyini  də  kəsib  qoymuşdular  sinəsinə.  Camaat  yığılmışdı 

meydana. 

 




Səni vuranın əlinə qurban olum! 

Arvad tumanı oğurlayan oğraş! 



Di gəbər! 

Komandir də bir az aralıda Drakonla dayanıb tamaşa edirdi. 

Rəis ona yaxınlaşıb yavaşca dedi: 

Komandir, heç olmasa bu oğraşın meyidini ataydın ermənilər tərəfə. 



Onda başqalarına görk olmazdı. Qoy camaat da bilsin kim kimdi. 

Komandir, açılmayacaq bir iş qoydun boynumuza, zəhləmi tökəcəklər. 



İndi  Drakon  yenə  hökumətin  əlinə  dəstəvuz  vermişdi.  Hökumət  birinin  üstünə  beşini 

qoyub bütün şəhərə yayacaqdı ki, At Belində Olan Adamı aparıb batalyonda döyüblər, pulunu 

əlindən  alıblar,  day  nə  bilim  nə.  İndi  Komandirin  gözünün  qabağına  bu  gəlirdi,  yoxsa  elə 

məmnuniyyətlə özü bunun şalvarını çıxartdırıb başına geyindirərdi. Hövsələsini basdı: 

Atın bunu bayıra! 



Uşaqlar bir andaca At Belində Olan Adamı itqusdu eləyib darvazadan bayıra tulladılar. 

Ömrü boyu başqalarını alçaldan və təhqir eləyən indi özü alçaldılmış və təhqir olunmuş 

halda “qalsın qulluğunuzda” deyib qayıtdı kabinetinə. 

Komandiri  yenə  öskürək  tutdu,  hirsindən  başı  partlayırdı.  Həmişə  əsəblərini 

sakitləşdirmək üçün iki stəkan tünd çay içərdi. Və bu iki stəkan tünd çay təkcə onun ağrılarının 

səmmini  almırdı,  həm  də  yorğunluğunu  çıxarırdı.  Üzünü  çayxana  tərəfə  çevirəndə  gözü  qoz 

ağacının  altında  dayanan  və  bayaqdan  bəri  baş  verənləri  çaşqınlıqla  izləyən  yad  bir  adama 

sataşdı, yenə özündən çıxdı... 

... Olmurdu, nə qədər əlləşsə də göydən tökülən odun-alovun içində bu dəli-dolu uşaqları 

əsl əsgərə çevirmək, onlara hərbi nizam-intizamı aşılamaq mümkün deyildi. Buna vaxt da yox 

idi. Bir tərəfdən də dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, uşaqlara təlim keçmək üçün 

batalyona peşəkar zabitlər vermirdilər. O da gedib orta məktəbdəki hərbi dərs deyən müəllimləri 

yalvarıb gətirmişdi batalyona. Əslində onların da çoxu mütəxəssis deyildi, sadəcə olaraq orduda 

olmuş adamlardı. Yenə sağ olsunlar, uşaqlara az-çox silahı söküb-yığmağı, təmizləməyi, güllə 

atmağı öyrədə bilirdilər. 

Əvvəllər həyətə iynə atsan yerə düşməzdi. Bura özünü göstərməyə, “mən də varam” deyə 

özünü  gözə  soxmağa,  uşaqlardan  eşitdikləri  döyüş  səhnələrinin  üstünə  beşini  də  qoyub  gedib 

orda-


burda öz adlarına çıxmağa gələnlərin sayı döyüşənlərin sayından qat-qat çox olardı. 

İmarət adlanan bu yer savaş başlayanadək “Qarabağ” komandasının stadionu olduğundan 

adamlar  elə  bil  bir  azdan  başlayacaq  futbola  baxmağa  gəlirdilər.  Komandir  bunun  qarşısını 

almaq üçün çox əziyyət çəkmişdi, hətta üç-dörd dəfə bir-ikisini qapaz altına da salmışdı, yenə 

öht  olmurdu.  Darvazaya  növbətçilər  də  qoydurmuşdu  ki,  heç  kəsi  içəri  buraxmasınlar.  Amma 

yenə görürdün çəpərdən, hasardan aşıb gələnlər var... 

Növbətçi! 



Növbətçi yüyürüb gəldi: 

Eşidirəm, Komandir! 



Bunu bura kim buraxıb?! 

Növbətçi qorxa-qorxa dedi: 

Bakıdan gəlib. Yurnalistdi, sizi görmək istəyir. 



- N

övbətçinin vəzifəsi nədi? 

Batalyonun həyətinə kənar şəxsləri buraxmamaq! 



Di get öz komandirinə de ki, səni bir sutka qubbağa salsın. 

Növbətçi: 

- Oldu, Komandir! 

Komandir: 

Bu jurnalistlər də elə bilir bura yel əsib qoz tökülüb. Ay qardaş, bura qoz tökülmür ey, 



bomba tökülür, bomba. Yaxşı, gəl görüm. 

 

10 




Getdi  çayxanaya  tərəf,  Yurnalist  də  onun  ardınca.  Çayxanadakılar  dərhal  qalxdılar, 

Komandir əli ilə işarə elədi ki, əyləşin, stolların birinin üstündə dominonu görüb: 

Onu  yığışdırın!  Kim  domino  oynamaq  istəyirsə,  getsin  xarabasında  oynasın.  -  sonra 



üzünü tutdu Yurnalistə;- Otur də, qolundan tutub oturadacam? 

Bəlkə  də  həyatında  ilk  dəfə  belə  sərt  qarşılanan  Yurnalist  özünü  itirmişdi,  ehtiyatla 

oturdu.  İki  çaynik  çay  gətirdilər,  birini  məxsusi  Komandir  üçün,  birini  də  qonağa.  Komandir 

əvvəl qonağa, sonra özünə çay süzdü: 

Çayını iç. Bağışla dana, limonumuz yoxdu, çölçülükdü, - dərhal da hiss elədi ki, yaxşı iş 



görmədi, hər halda qonaqdı və bir də bu yazığın nə günahı, gülümsəməyə çalışdı; - Fikir vermə. 

G

ünümüz  belədi.  Milləti  əli  yalın  qoyublar  ermənilərin  qabağında  aciz.  Heç  kimdə  hövsələ 



qalmayıb. Xoş gəlmisən. Eşidirəm. 

Yurnalistin qıvrığı bir az açıldı: 

Sizdən müsahibə almaq istəyirəm. 



Dostum, o gün bir qəhbə gəlibmiş. Qırılan oğullar qalıb bir tərəfdə, düşüb bu şəhərin 

küçələrinə,  axtarıb  harda  bağlı  qapı  var,  onu  çəkib.  Dünən  baxırdım,  deyirdi  camaat  qaçıb. 

Saçından  tutub  başını  soxasan  təzəyin  içinə  ki,  bəs  bu  ermənilərin  qabağını  kim  kəsib? 

Hökumət? Yoxsa sənin dədən? Kim qaçıb, ay qəhbə, hara qaçıb?! O tində gördüyün məktəbdəki 

uşaqları Amerikadan gətiriblər?! Olmadı də dostum, qoyun öldüyümüz yerdə ölək. Erməni bir 

tərəfdən,  hökumət  bir  tərəfdən,  siz  də  bir  tərəfdən.  Ə,  ordan  Qeyrət  Dağarcığını  çağırın. 

Hökumət yoxdu. Var ey, özləri üçündü. Hökumət hökumət olsaydı çoxdan arvad-uşağı burdan 

köçürərdi ki, rahat vuruşa bilək. Adam qeyrətə nə qədər boğular?! Gecə səngərdəsən, səhər gəlib 

görürsən  qrad  gəlib  düşüb  ev-eşiyini  dağıdıb,  ailəni  parça-parça  eləyib.  Sizi  ana  doğub,  bizi 

inək?! Sizinkilər uşaqdı, bizimkilər əcinnə?! Mən özüm ha məcbur eləyirəm ki, uşaqlar arvad-

uşağı şəhərdən çıxarsınlar, çıxartmırlar, utanırlar. Deyirlər ayıbdı. Qrad ayıba baxmır ey! Gecə 

burdaydın? 

Burdaydım. 



Qradı gördün? 

- Gördüm. 

Şalvarını batırmadın? 



Gecə Dolu başlayanda ilk zərbədən ev necə silkələndisə, elə bildi zəlzələ oldu. Yatdığı 

yerdən dik atıldı, tumanpaça özünü pəncərədən bayıra tulladı. Ev sahibi isə heç nə olmamış kimi 

sakitcə onun özünü pəncərədən necə atmasına baxıb güldü. Əvvəlcə uşaqlarını zirzəmiyə endirdi, 

sonra qayıdıb onun şalvarını götürdü, düşdü həyətə və atdı üstünə: 

Ala geyin, ə! Ayıbdı. Ermənilər qəfil gələrlər, biabır olarıq! 



O da titrəyə-titrəyə soruşdu: 

Bu nədi? 



Kanfetdi, ermənilər atır. 

Ev sahibinin özünü belə sakit aparması da onun titrəməsini kəsə bilmədi. Ev sahibi gördü 

ki, yox, qonağı çox pis qorxub, havalanmaq dərəcəsindədi. Gedib bir çabba stəkan araq gətirdi: 

Ala iç! Ala, utanma. Biz də əvvəllər belə olurduq. 



Arağı  birbaşa  çəkdi  başına,  soğanı  da  alma  kimi  gəmirdi.  Arağın  havası  onu  bir  az 

toxtatdı.  Amma  Dolu  kəsəndən  sonra  yenidən  qayıdıb  evə  girməyə  qorxdu,  oturdu  həyətdəki 

kötüklərin birinin üstündə: 

Bəlkə bir stəkan da... 



Ev sahibi gedib bir stəkan da araq gətirdi və gülə-gülə dedi: 

Köpəyoğlunun arağı qradın dərmanıdı. 



İkinci stəkandan sonra özünə gəlib soruşdu: 

Bəs bu uşaqlardan qorxmursan? 



Niyə qorxmuram? Adam deyiləm? Arvada deyirəm get kəndə, getmir, deyir səni qoyum 

hara  gedim.  Uşaqlar  da  deyir  anamız  getmirsə,  biz  də  getmirik.  İndi  görürsən  bu  camaat  nə 

ç

əkir?! 



 

11 



Gecəni yenidən xatırlayan Yurnalist dedi: 

Sözün düzü, bərk qorxdum. 



Bu  vaxt  hərbi  formanın  içində  itib-batan,  əlində  tutduğu  tüfəngdən  iki-üç  qarış  böyük 

qarayanız bir uşaq yaxınlaşıb əsgər salamı verdi: 

Yoldaş Komandir! Sıravi əsgər Qeyrət Dağarcığı sizin əmrinizlə gəlib! 



Yaxın gəl! Bilirsən bunun neçə yaşı var? On beş. Səngərdən çıxara bilmirəm. On dəfə 

qovmuşam, gedib görmüşəm səngərdədi. Day indi qovmuram. Gedə bilərsən. 

- Oldu!- 

deyə Qeyrət Dağarcığı yenə əsgər salamı verib çevrilib getdi. 

Bundan  yazın  dana!  Yoxsa,  axtarıb  beş-altı  bağlı  qapı  tapıb  çəkirsiniz,  sonra  da 



qəhbəşivən salırsınız ki, camaat qaçıb. Nə demək istəyirsiniz? Ermənilərə nakolka verirsiniz ki, 

şəhər boşdu, qorxmayın?! 

Mən o xanımın çəkdiyinə cavabdeh deyiləm. 



Ko

mandir soyumuş çayını götürüb atdı yerə, yeni bir çay süzdü, bir qurtum içdi, sonra 

sözünə davam elədi: 

Get də! Get o həkimi tap, o binamusdan yaz. Yaz ki, biri canını ver, biri də canını verən 



oğulun anasından pul istəyir. Yox, bunları yazmassan. Bilirsən gedib nə yazacaqsan?! Oğullar 

qalacaq  qıraqda,  bayaq  gördüklərini  yazacaqsan.  Yazacaqsan  ki,  cəbhəçilər  quldurluq  edir, 

vəzifəliləri soyur, bir-birini qırır, çünki sənin hökumətin bunu istəyir. 

Yurnalist başını buladı: 

Komandir,  mən  hökumət  jurnalisti  deyiləm.  Hökumət  jurnalisti  olsaydım,  hökumətin 



yanına gedərdim, bura gəlməzdim. 

Götür çayını iç. İncimə, həqiqət budu. Oturmusunuz Bakıda, burdan xəbəriniz yoxdu. 



İnsanlar  dəli  kimidilər,  hər  sözdən  havalanırlar.  Qəzetdəki  adi  bir  yalan  adama  erməni 

lləsindən pis dəyir. Dünən o verilişdən sonra bütün şəhər bir-birinə dəymişdi. Mən olmasam 



uşaqlar  gedib  onu  studiyanın  qabağında  sürüyəcəkdilər.  Qaldı  müsahibəyə...  Bilirsən  dostum, 

müharibədə  üç  cürə  adam  var.  Döyüşənlər,  tank  belində  şəkil  çəkdirənlər,  bir  də  müsahibə 

verənlər.  Bu  boyda  rayonda  iki  tank  var,  birini  camaat  pul  yığıb  alıb,  Qarağacıda 

qəbristanlığında ermənilərin qabağın kəsib. O birini də Mütəllibov göndərib özününkülərə, guya 

biz nemesik. Ağ Evin qabağındadı, ordakıları qoruyur. Şəkil çəkdirənlər üçündü, istəyirsən get 

birini  də  sən  çəkdir.  Bizim  batalyondakılar  döyüşənlərdi,  şəkil  yerini  də  göstərdim.  Müsahibə 

verənlər də Ağ Evdədilər, bilyard oynayırlar. Gecə düşən kimi də qaçırlar Bərdəyə, hələ biri qrad 

səsi eşitməyib. Elələri var heç Bərdədən bu tərəfə keçmir, sürücüləri gəlib ezamiyyət vərəqlərini 

möhürləyib gedir. 

Bunlardan xəbərim var. 



Xəbərin var, get yaz də, niyə yazmırsan? Dostum, Nitşe deyir ki... 

Nitsşenin adını eşidən Yurnalist - heç özü Nitsşeni oxumamışdı, sadəcə adını eşitmişdi və 

bir də onu bilirdi ki, Hitlerin ən çox sevdiyi filosof olub - təəccübünü gizlədə bilmədi: 

Siz Nitşeni oxumusuz? Axı mənə dedilər sizin ali təhsiliniz yoxdu. 



Ali məktəblərdə Nitşe keçirlər ki?! Bir də sənə kim deyib ki, mənim ali təhsilim yoxdu? 

Var. Özü də bilirsən müəllimim kim olub?! Bəy! 

Universitetdə oxumusuz? 



Hə!  Altıncı  kalonda,  düz  il  yarım  Bəy  mənə  dərs  deyib.  Sonra  biri  Bəyin  xətrinə 

dəydiyinə görə başını soxdum tualetə, qovdular, getdim diplomu Kalımada aldım. Nə deyirdim, 

hə. Qulaq as, Nitşe deyir ki, öləcəm, məni bu torpağa basdıracaqsız, sonra bu torpağı mənə görə 

daha çox sevəcəksiz. İndi biz nə qədər ölürük, sizlərə bu torpağı sevdirə bilmirik ki, bilmirik! 

Gərək bu millətin  yarısı qırıla ki, bu torpağı sevəsiniz. Hələ onu da Allah bilir sevəcəksiz,  ya 

yox! Nə isə... Bağışla, dostum, həm başım ağrıyır, həm də işim çoxdu. 

Komandir soyuduğundan bir az da tündləşmiş qapqara çayı bu dəfə yerə atmadı, götürüb 

su kimi çəkdi başına və qalxdı ayağa. 

İndi mənə müsahibə verməyəcəksiz? 



Niyə verməyəcəm, verəcəm, dostum. 

 

12 



Bəs nə vaxt? 

İnşallah. Xankəndində!- dedi Komandir və üzünü tutdu çayçıya;- O Şairi tapın, səhər 



buralarda sülənirdi. Qonağı təhvil verin ona. 

Kənarda dayanmış Şair bir az irəli çıxdı: 

- Burdayam, Komandir. 

Ayıqsan? 



Komandir, bir baş ki sərxoş deyil, kəs tulla dibindən. Zarafat   eləyirəm, sənin qanununu 

pozub bura sərxoş gəlmək olar? 

Deyəsən, ağıllanmısan. Yaxşı, qonağı sənə tapşırıram. 



Baş üstə, Komandir. Gecə elə bizdə qalmışdı. 

Day  denən taylı tayını tapıb ki! Dostum, sənə  bir söz də deyim, bilməmiş olmazsan, 



müharibə  başlayanda  Səməd  Vurğun  yazırdı  ki,  bilsin  ana  torpaq,  eşitsin  Vətən,  müsəlləh 

əsgərəm  mən  də  bu  gündən.  Bəs  hanı  bu  günün  səmədvurğunları?  Hanı?  Hanı  rəsulrzalar, 

süleymanrüstəmlər, qırılıblar?! Niyə gəlmirlər? O Lenin meydanında millət, Vətən deyib nənəm 

də bağırar! Bura gəlsinlər ey, bura! Demirəm ha gəlib silah götürüb bizə qoşulsunlar. Gəlsinlər 

görsünlər ölmüşük, qalmışıq. Gəlsinlər bu kəfən geyinən uşaqlarla görüşsünlər, onlara bir ürək-

dirək versinlər... 

Şair: 



Niyə, Komandir, gəlirlər.- dedi 



 

və üç-dörd nəfərin adını da çəkdi. 

Aydın  Məmmədovu  deyirsənsə,  o  mənim  xətrimə  gəlir.  Türmədə  bir  yerdə  yatmışıq. 



Sağ  olsun,  hərdən  gəlib  bu  uşaqların,  elə  də  mənim  başıma  bir  az  ağıl  qoyur.  Qaldı  o  biri 

saydıqların,  onlar  buralıdılar.  Bilmirəm  ürəkləri  yanır  gəlirlər,  yoxsa  gəlirlər  görsünlər  hələ 

evlərinə  bomba  düşüb,  ya  yox.  Yaxşı,  Allah  amanında,  sonra  görüşərik.  Şair,  gedin  Bayatda 

Azərhüseynin pavilyonunda bir tikə çörək yeyin. Qoy gecə də oralarda qalsın, havayı bombaya 

qurban olmasın. 

Şair: 


Baş üstə. 

Yurnalist: 

Komandir, icazə ver, bir dəfə sizinlə döyüşə gedim. 



Yox! Sən get qələminlə vuruş, dostum! Get bu uşaqlardan yaz. Get nə istəyirsən yaz, 

amma kişi kimi yaz, həqiqəti yaz. O qəhbəni də görsən denən bir də buralarda fırlanmasın, yoxsa 

verərəm bu qız görməmiş uşaqların əlinə, çeynəyərlər. 

Gedə-gedə Yurnalist Şairə deyirdi: 

Heyf, Bakıdan basa-basa bura gəldim, müsahibə vermədi. 



Şair: 

Ə, sən nə tupoy adamsan,ə. Bundan da gözəl müsahibə olar?! 



Pələng Komandirin bir az yumşaldığını görüb getdi ardınca: 

- Komandir! 

Komandir ayaq saxlamadan: 

Eşidirəm. 



Komandir!  Bir  qələtdi  eləmişəm.  Denən  silahımı  qaytarsınlar.  Mənim  də  maşınım 

yoxdu ki, satıb silah alım. 

Komandir dayandı, üz-gözündən peşmançılıq tökülən Pələngə baxdı - bu uşaqlar nə tez 

qocaldılar.  Müharibə  bu  cavanları  günbəgün  yox,  aybaay  qocaldırdı.  Bəxtləri  gətirib  onlara 

dəyməyən  güllələr  ruhlarına,  sevgilərinə  dəyirdi,  arzularına  dəyirdi.  Və  özləri  də  bilmədən 

sevgiləri  də  ölmüşdü,  arzuları  da,  ruhları  da.  Bircə  sabaha  olan  ümidləri  ölməmişdi,  o  ümidli 

sabahları ölümdən qurtarmaq uğrunda vuruşurdular. Hər döyüşdən salamat çıxmalarını qənimət 

bilirdilər.  Deyirdilər,  nə  yaşayırıq,  nəfə  yaşayırıq.  Hər  gün  nəfə  yaşayan,  dünyada sabaha 

ümidindən və əlindəki silahdan başqa heç nəyi qalmayan bu cavanın silahını əlindən almaq çox 

 

13 



ağır idi. Bu qocalmış cavan gecələr qız qucaqlayıb yatmırdı, silahını qucaqlayıb yatırdı. Könlünü 

almaq üçün əlini atıb Pələngin saçından yapışdı və mehribancasına dedi: 

Yaxşı! Sabah baxarıq! İndi ayrı bir məsələni həll elə. Həkim nə qədər pul istəmişdi? 



- Min manat. 

Komandir cibindəki pulları çıxarıb saydı, altmış beş manat idi, on beşini qaytarıb qoydu 

cibinə, əllisini verdi Pələngə: 

- Ala bunu, özüm

üzünkülərə də de, kimdə nə var yığsınlar, göndərin. Elə verin o jurnalist 

aparsın. 

Komandir  özümüzünkülər  deyəndə  şəhər  uşaqlarını  nəzərdə  tuturdu.  Şəhər  uşaqları 

müharibə başlayanadək heç də at belində olanlardan pis yaşamırdılar. Evləri-eşikləri, maşınları. 

Kiminin  çayxanası  vardı,  kiminin  mağazası,  kiminin  də  restoranı.  Çayxanası,  dükanı 

olmayanların  da  hardan,  necə  qazandığı  ilə  maraqlanmaq  da  ayıb  sayılırdı.  Özlərini  oda-közə 

vurub  qəşəng  qazanmağı  da  bacarırdılar,  qəşəng  yaşamağı  da.  Çoxu  alver  ilə  məşğul  idi. 

Moskvadan vurub Kiyevdən çıxırdılar, Kiyevdən vurub Riqadan. Son zamanlar əllərini Polşaya 

da uzatmışdılar. Dünyanın malını daşıyırdılar bu şəhərə. Hətta Moskvada tapılmayan şeylər də 

bu şəhərin bazarında tapılardı. Söz gəzirdi ki, Dünyanın Bu Ən Varlı Şəhərinin bazarında atom 

bombası da satılır. 

Uşaqlar da zarafatla deyirdilər: 

Bombamız var ey, müştərisi olmadığından üzə çıxarmırıq. 



Amma müharibə hər şeyi alt-üst elədi. Day pul qazanmaq haqqında düşünən yox idi, day 

restoranlarda şampan partlatmırdılar, day kimsə Moskvadan gətirdiyi “Mersedes”lə forslanmırdı. 

Day dünyanın malı bu şəhərə daşınmırdı. Moskvadan vurub Kiyevdən, Kiyevdən vurub Riqadan 

çıxan uşaqlar əllərindəkini-ovuclarındakını silah-sursata verib iki il idi oturmuşdular səngərlərdə. 

Kisədən yeyirdilər. Bu kisə də dibsiz deyildi. 

Hökumətin  bütün  hədələrinə  baxmayaraq,  şəhərin  imkanlı  adamları  bu  könüllü 

batalyonlara kömək edirdilər. Amma bu qədər könüllünü yedirdib-içirtmək, silah-sursatla təmin 

eləmək bir şəhərin gücündə deyildi, dünyanın nə qədər varlı şəhəri olur-olsun. Əllərində ovuc-

ovuc qızıl Gəncədə Şerbakın qapısında növbəyə dururdular ki, BTR cəhənnəm, bəlkə heç olmasa 

bir  şilka  ala  bildilər.  Dünyanın  bu  Ən  Varlı  Şəhəri  Şerbakı  dünyanın  ən  varlı  generalına 

çevirmişdi. Qızıl su qiymətinəydi, bir pulemyota bir ovuc qızıl verirdilər. Bu şəhərə bir avtomat 

gətirib  bir  maşın  aparmaq  olardı.  Evlərdə  gəbə-xəli  qalmamışdı  -  bir  ov  tüfəngini,  lap  təklülə 

olsun,  bir  xalçaya  dəyişirdilər.  Bir  kisə  patron  ver,  bir  gəbəni  götür  get.  Bu  bostanı  uralamaq 

üçün hər yerdən tökülüb gəlirdilər, hətta Gürcüstandan belə. Maşın-maşın, özü də insafsızcasına 

daşıyırdılar.  Daşıyırdılar  Dünyanın  Ən  Varlı  Şəhərinin  var-dövlətini  Tanrı  bilmirdilər, 

peyğəmbər bilmirdilər, soğan kimi soyurdular Dünyanın Ən Varlı Şəhərini. 

Bu camaat həm soyulurdu, həm qırılırdı, həm də lağ yeriydi: 

Nə oldu, ə! Yekə-yekə danışırdız?! İndi ermənilərlə bacarmırsız! 



Soyulmağa, qırılmağa birtəhər dözmək olurdu, amma bu lağa yox. Bu lağ camaata erməni 

gülləsindən pis dəyirdi. 

Başqa  bölgələrdən  qeyrətə  boğulub  gələn  könüllülərdən  savayı,  xalqın  çoxu  bu 

müharibəyə Ermənistanın Azərbaycana müharibəsi kimi deyil, Ermənistanın Dünyanın Ən Varlı 

Şəhəri ilə müharibəsi kimi baxırdı. 

Və indi Komandir çox gözəl bilirdi ki, özününkülər də daha əvvəlki kimi deyil, çoxu quru 

yurdda qalıb, şillə ilə üz qızardırlar, amma başqa çarəsi də yoxuydu. Gəlmə könüllülərdən pul 

istəmək ayıb olardı, onsuz da kasıb-kusub uşaqlarıydılar. Onlara da kimsə silah bağışlamamışdı. 

Onlar  da  əllərindəkini-ovuclarındakını  satıb  almışdılar  bu  silahları.  Vəziyyəti  yaxşı 

bildiklərindən hətta son zamanlar yemək-içməklərini də özləri ilə gətirirdilər ki, yerli camaatın 

boğazına şərik çıxmasınlar. 

Komandir də buna çox pərt olurdu: 

Adam xəcalət çəkir. Həm gəl burda vuruş öl, həm də yeməyini özünlə gətir. 



 

14 



Komandir gəlmə könüllülərin çoxunu bir az imkanlı ailələrə qonaq vermişdi. Onlar da bu 

könüllüləri öz balalarından ayırmırdılar: 

Qeyrətinizə qurban olaq! 



Komandir pulu Pələngə verəndən sonra aralandı. Amma üç-dörd addım atandan sonra nə 

fikirləşdisə dayandı: 

Bura  gəl!  -  barmağındakı  nişan  üzüyünü  də  çıxarıb  verdi  Pələngə.  -  Birdən  çatmaz, 



bunu da qoy üstünə. 

*** 


At  Belində  Olan  Adam  kabinetinə  girən  kimi  gördü  Katibin  telefonu  yaxasını  cırır, 

yüyürüb dəstəyi qaldırdı: 

Eşidirəm, yoldaş Katib! 



O nədi, ə?! Eşitdim cəbhəçilər şalvarını çıxarırmış... 

Yoldaş Katib... 



Gərək çıxaraydılar. Boğazına bir çatı sal də! Min manat puldu, ə?! Camaat canını qoyur. 

Gəlib bu şəhərdən milyonlar qazanmısan, indi o milyonlardan bu camaata beş manat xərcləməyə 

canın çıxır. O qurumsaq Polyaniçko istəyəndə yüyürə-yüyürə aparırsan. 

Yoldaş Katib, vallah... 



Sözümü  kəsmə.  Deyəsən  qulağına  səs  dəyib,  mən  hələ  bu  rayonun  katibiyəm.  Hah 

eləyib məni çıxardanacan səni elə günə qoyaram itə də əppək borcun qalar. Yüz min pul götür 

get  Gəncəyə,  o  Şerbak  oğraşdı,  nədi,  onun  adamlarına  ver,  özüylə  danışmışam,  şey-şüy 

verəcəklər,  gətir  payla  batalyonlara.  O  goreşən  buxalterin  var  ey,  ona  da  tapşır  aparsın  hər 

batalyona on-

on beş min pul versin. Kolbasa-çörək yeməkdən bağırsaqları quruyub. 

Baş üstə, yoldaş Katib! Baş üstə... 



Katib dəstəyi asmışdı. 

Düşdü  kresloya,  elə  bil  üstündən  tank  keçmişdi,  əzik-əzik  olmuşdu,  bütün  bədəni 

ağrıyırdı.  İnkir-minkirin  dəyənəyini  sağlığında  dadmışdı,  gedib  o  dünyada  cəhənnəmi  görüb 

gəlmişdi.  Düzdür,  Drakonun  uşaqları  ondan  əvvəl  də  at  belində  olan  adamları  çarmıxa 

çəkmişdilər, amma day belə təhqir eləməmişdilər. Bu təhqiri yemək mümkün deyildi. Necə olur-

olsun  ya  qisas  almalıydı,  ya  da  baş  götürüb  bu  şəhərdən  getməliydi.  Amma  baş  götürüb  bu 

şəhərdən getmək də məsələni çürütmürdü. Qisasını almasa bir kişi kimi ömrünün sonunadək bu 

dərd onu əzəcəkdi, bəlkə də üzəcəkdi. Özü cəhənnəm, onu qorxudan Bakıda yaşayan oğluydu. 

Uşaq bir-iki dəfə atasına demişdi: 

Ata,  ayıbıma  gəlir,  istəyirəm  nazirin  adına  bir  raport  yazıb  iş  yerimi  dəyişib  gəlim 



sizdəki milis batalyonuna. 

O da bərk hirslənmişdi: 

Qələt eləmə, otur yerində. Mən burdayam, bəsdi! 



İndi  uşaq  xəbər  tutanadək  bu  məsələni  yoluna  qoymalıydı.  Yoxsa  oğlu  atasının  belə 

alçaldılmasına dözməzdi, bu işə qarışardı. Bu da At Belində Olan Adama lap baha başa gələrdi. 

Fikirləşə də bilmirdi, başı şişmişdi. Qalxdı soyuducudan bir araq çıxartdı, nə illah elədi 

butulkanın ağzını aça bilmədi, baş barmağını zədələdi və hirsindən butulkanı çırpdı yerə, qayıdıb 

yayxandı kresloya, düyməni basıb Baş Mühasibi çağırdı. 

Baş Mühasib ayaq altındakı butulka qırıqlarına təəccüblə baxıb soruşdu: 

Müdir, nə olub? 



Canına azar olub. Ordan bir araq çıxart. 

Baş  mühasib  soyuducudan  bir  araq  çıxartdı,  səliqəylə  ağzını  açdı  və  stolun  üstündəki 

stəkanlardan birinə süzüb qoydu onun qarşısına: 

Evdən yaxşı kotlet gətirmişəm. 



Heç nə lazım deyil. - dedi və stəkanı götürüb çəkdi başına, bir siqaret çıxartdı. Qoymadı 

Baş  Mühasib  yandırsın,  özü  yandırdı.  -  Bura  bax,  ordan  yüz  min  pul  gətir.  Öyrən  gör  bu 

xarabada neçə könüllü batalyon var. Apar onların hərəsinə də bir on beş min pul ver. Bir də o 

 

15 



cəbhəçi oğlan var ey, adını bilmirəm. Dədəsi də bizdə işləyirdi, Pələng deyirlər, nə deyirlər, mən 

bilən o siznən qonşudu... 

Bəli. 


Xətrini-zadı istəyir, ya yox? 

İstəyir.Cəbhəçi olduğuna baxma, pis uşaq deyil. Nə lazımdı ki? 



Gecə  gələcəm  sizə,  onu  çağırarsan.  Bir  balaca  söhbətim  var.  Amma  onların 

batalyonlarına pul aparma. Dilxorçuluq edərlər. Sonra özüm bir şey göndərərəm. Di get işlərlə 

məşğul ol. 

Baş mühasib çıxdı. 

At Belində Olan Adam bir yüz də süzüb çəkdi başına və dedi: 

Eybi yox, sən Drakon ol, mən də mən! 



*** 

Komandir bölük başçılarını yığıb bütün göstərişlərini verəndən sonra postları yoxlamaq 

üçün qərargahdan çıxdı. Pələng dayanmışdı qapının ağzında. 

Bir şey yığa bildin? 



Üzüyü də hesablasaq yeddi yüz manat. 

Get Rəisin yanına, denən mən göndərmişəm, qalanın da ondan al, qoy üstünə, göndərin 



getsin. 

- Komandir... 

Pələng, pulu göndər, get yat. Sabah danışarıq. 



- Oldu, Komandir! 

*** 


Pələng evə girəndə onun əzilmiş sir-sifətini görən anası çaşdı. 

Hər səhər döyüşə yolladığın övladı evə dönənədək ürəyi səksəkədə yol gözləmək əvvəllər 

çox  ağır  idi.  Uşaqlar  salamat  qayıdanadək  bağır-övkələri  ağızlarına  gəlirdi,  gedib  o  dünyanı 

görüb  qayıdırdılar.  Gün  ərzində  o  qədər  nəzir-niyaz  deyirdilər  ki,  ev-eşiklərini  satsalar  da 

Tanrıya borclarını ödəyə bilməzdilər. Amma sonralar bu adiləşdi və analar Doluya öyrəşdikləri 

kimi buna da öyrəşdilər. Hətta o qədər öyrəşdilər ki, elə bil övladlarını səhər-səhər güllə ağzına 

deyil, keçmişdə olduğu  kimi işə göndərirdilər.  Üzlərini də məcbur qırxdırırdılar ki, belə əsgər 

olmaz. 


Bu şəhərdə hər şey adiləşmişdi, hətta ölüm də. Ölüm bir olardı, beş olardı, yüz olardı... 

Məsciddə tabut düzəltməyə taxta çatmırdı. Çoxdanıydı dəm-dəsgahlı - bəli-bəli, Dünyanın Ən 

Varlı  Şəhərinin  yas  mərasimləri  də  dəm-dəsgahlı  keçirilirdi  -  yas  mərasimləri  də  yox  idi. 

Ölənləri  məsciddə  yuduzdurub,  bəzən  heç  yuduzdurmaq  da  mümkün  olmurdu,  elə  paltarlı-

paltarlı  kəfənləyirdilər,  ordan  birbaşa  aparırdılar  şəhid  qəbristanlıqlarından  birinə,  dəfn  eləyib 

qayıdırdılar. Nə üç verilirdi, nə yeddi, nə qırx - bircə günlük qurulmuş mağarda bir stəkan çay 

içib  ölü  sahibinə,  ölənin  silah  dostlarına  başsağlığı  verib  dağılırdılar.  Nə  ehsan  verməyə  vaxt 

vardı, nə də mağarda oturub mollaya qulaq asmağa. Çox vaxt heç molla da çatışmırdı. Bu şəhər 

də məhvərindən çıxmış dünya kimi öz məhvərindən çıxmışdı. 

Və mollası çatışmayan bu şəhərdə hər gün səhər-səhər güllə ağzına işə göndərdiyi oğlunu 

bu sir-

sifətdə görən ana hürkümüş halda soruşdu: 

Buy! Allah məni öldürsün, bu nə sir-sifətdi, ay bala? 



Maşından yıxılmışam. 

Qoy yaralarına dərman sürtüm. 



Lazım deyil, boş şeydi. 

Çörək gətirimmi? 



Yemirəm,  it  kimi  yorulmuşam.  Qoy  bir  az  yatım,  bir-iki saatdan sonra oyadarsan 

yeyərəm. 

Onda bir stəkan çay iç, sonra yat,- dedi anası və gedib çay gətirdi; - Deyirlər Musanın 



anasının ayaqlarını kəsiblər, düzdü? 

Hə, düzdü. 



 

16 



Yazıqlar. Arvad belə, özləri də ilin-günün bu vaxtı evsiz-eşiksiz qaldı. Evin dağılsın, ay 

camaatı bu günə salan. Deyirlər, Qarağacıya da bomba düşüb, elədi? 

Hər axşam evə gələndə anası sualı sualın dalına calayırdı. Və elə suallar verirdi ki, bu 

sualların  cavabını  heç  ölkənin  başçısı  da  bilmirdi.  Reyqandan  başlayıb  gedib  çıxırdı  Turqut 

Özala, Mütəllibovdan başlayıb Elçibəydə qurtarırdı. Lap axırda da kirvələri Vartanın ölənlərinin 

goruna söyü

rdü, görüm bu evdə yediyin çörək burnundan gəlsin. 

Bala, bəs bu türklər niyə gəlmirlər? 



Gəliblər, ay ana, gəliblər! 

Allah, sənə şükür. Bəs qurban olduqlarım hardadı? 



Bakıda dönərxana tikirlər. 

Dönərxana nədi, a bala? 



Dönərxana?! Avtomat zavodu. 

Ayaqlarının altında ölüm! Onlar olmasa, ermənilər çoxdan bizi qırıb qurtarmışdı. 



Mütəllibovnan Elçibəy yenə yola getmir? 

Getmirlər, ay ana, getmirlər. Mütəllibov uruslara işləyir. 



Etibarı buraxdılar? 

Çoxdan buraxıblar. 



Xəlil Rzanı da? 

- Onu da 

buraxıblar. 

Allaha şükür. Camaat danışır ki, bizim katibi çıxarırlar, düzdü? 



Camaatdı da, danışır. 

- ... 

- ... 


Yenə suallar başlamışdı. 

Axı demədin Qarağacıya qrad düşüb, ya yox? 



Son  günlər  Dolu  dalbadal  bir  neçə  dəfə  Qarağacını  döymüşdü,  xeyli  qəbir  dağılmışdı. 

Tərs kimi də Dolulardan biri də gəlib düz atasının qəbrinə düşmüşdü. Uşaqlarla gedib qəbirləri 

birtəhər abıra salmışdılar. 

Düşüb. 



Anası əllərini dizinə vurub, oturdu çarpayıda: 

Qancıq uşağı, qancıq. Ölüləri də rahat buraxmırlar. Harasına düşüb? 



Qorxma, kənara düşüb. 

Kişinin qəbri salamatdı? 



Salamatdı. 

Anası yalvardı: 

Sənə qurban olum, sabah məni apar qəbir üstünə. 



Rəhmətliyin qızı, indi qəbirüstü vaxtıdı?! Deyirəm yorulmuşam, qoy yatım. 

Anası yenə əl çəkmədi. 

Görən bu gecə qrad atacaqlar? 



Sənə dedim get kəndə də. 

- Sizi bu odun-

alovun içində qoyub nə təhər gedim, a bala? 

Onda nəyinə lazım, atacaqlar, ya yox? 



Özünü  atdı  çarpayıya,  heç  paltarını  da  çıxarmadı,  əynini  çox  az  hallarda  soyunurdu, 

bilmək  olmurdu  gecə  nə  baş  verəcək.  Özü  demiş,  it  kimi  yorulduğundan  yatağa  da  daş  təki 

düşdü. 

Anası  xeyli  oğluna  tamaşa  elədi,  oğlunun  böyüdüyünü  görüb  ürəyi  atlandı,  əlini  atıb 

uşağın yanını qaşıdı: 

Maşallah! Kişi olub, saqqalı çıxır! 



*** 

Drakon  özünə  gələ  bilmirdi.  Pələng  yumruğu  onun  üzünə  vurmamışdı,  düz  ürəyinin 

başına  vurmuşdu,  özü  də  bıçaq  kimi.  Əlinin  altında  böyüyən  bir  uşaq  -  özünü  güllə  qabağına 

 

17 




verib odun-

alovun  içindən  salamat  çıxartdığı,  şəhid  qardaşının  yerində  bildiyi  bir  uşaq  -  ona, 

Drakona,  əl  qaldırmışdı!  Özü  də  millətin  gözünün  qabağında!  Dəfələrlə  erməni  gülləsindən 

qoruduğunu  indi  özü  məmnuniyyətlə  güllələmək  istəyirdi,  güllələyəcəkdi  də  -  söz  ağzından 

çıxmışdı. 

Dünyanın Ən Varlı Şəhərində hərəni bir şeyə görə tanıyırdılar - kimini vəzifəsinə, kimini 

puluna, kimi

ni nəslinə-nəcabətinə - onu da Sözünə görə. Hərə bir şeyin ağasıydı, o da Sözünün. 

Kim nəyin ağasıydı, xeyirin görmüşdü. Amma o, ağası olduğu Sözə görə gedib Maqadanda ağ 

ayıları görüb gəlmişdi. Və o Maqadanda da söz sahiblərinin içində Söz sahibi olmuşdu. 

Hər  yerdə  olduğu  kimi  Dünyanın  Ən  Varlı  Şəhərinin  də  katibi,  ispalkomu,  prokuroru, 

rəisi vardı. Amma başqa şəhərlərdən fərqli olaraq bu şəhərin dövlət tərəfindən təyin olunmayan, 

lakin  hamı  üçün  qəbul  olunan  öz  katibi,  ispalkomu,  prokuroru,  rəisi  vardı.  Dövlət  tərəfindən 

təyin olunanlar təyin olunmayanlarla hesablaşırdılar. Bura gələn vəzifəlilər Sovet qanunları ilə 

deyil,  bu  şəhərin  qanunları  ilə  yaşamalıydılar.  Bu  şəhərin  qanunları  ilə  yaşamaq  istəməyənlər, 

sinəsinə  döyüb  “bu  şəhərdə  qayda-qanun yaradacam”  deyənlər  də  olmuşdu.  Amma  belələri 

günlərin  birində  ya  kabinetində  ağzından  vurulmuşdu,  ya  camaatın  gur  yerində  mal  kimi 

döyülmüşdü, ya da evi yandırılmışdı. 

Ümumiyyətlə, bu şəhərdə Sovet hökuməti yox idi. Və yetmiş ili idi qura da bilmirdilər. 

Hələ  otuzuncu  illərdə  bu  şəhərdə  Sovet  hökuməti  qurmaq  istəyən  məşhur  bir  inqilabçını 

kabinetində  asmışdılar.  Üstündən  otuz  il  keçəndən  sonra  atasının  intiqamını  almaq  eşqiylə  bu 

şəhərə vəzifəyə gələn oğlunun meyidini də heç bir ay keçməmiş Qarqardan tapmışdılar. 

Bu  şəhərin  öz  Fantoması  vardı,  Zorrosu,  Şakası,  Caqası,  Ştirlitsi  də,  hələ  də  dağlarda 

yaşayan  qaçaq  nəbiləri  də.  Bu  nəbilər  hərdən  Arana  da  yenib  dostlarının  toyuna,  əzizlərinin 

yaslarına gəlirdilər. Milis də bilirdi ki, hansı qaçaq bu dəqiqə hansı toydadı, ya hansı yasdadı. Nə 

işinə qalmışdı, isti aşına niyə soyuq su qatmalı idi ki, meyidi də Qarqardan tapılsın. 

Dünyanın Ən Varlı Şəhərinə təyinat almaq üçün - “Gedib orda qayda-qanun yaradacam

qaçaq-


qulduru əlibağlı Bayıla göndərəcəm” deyə gələn rəislərdən biri bir qaçağın evinə getmişdi. 

Oğlunun yerini deməyən anasını söyüb-döymüşdü. 

Rəisinə heç cür mane ola bilməyən müavin başını bulayıb demişdi: 

Rəis, özüyün də evini yıxdın, bizim də. 



Rəis qəzəblə: 

Ə, o paqonundan, tapançandan utan! Belə qorxaqsınız deyin sizi adam yerinə qoymurlar 



ey! 

Rəis,  qoca  arvadı  döymək  igidlik  deyil.  Sən  bu  şəhəri  yaxşı  tanımırsan,  bu  camaata 



bələd deyilsən. Bunun altından çıxa bilməyəcəyik. 

Elə qorxursansa get raportunu yaz. 



Raportla qurtara bilsəydik nə vardı ki! 

Səhərisi  rəisin  günortayadək  işə  çıxmadığını  görüb  evinə  gedən  işçilər  onun  meyidini 

həyətin ortasında gördülər, ağzına da yaylıq basmışdılar. 

Şəhərin bir saytal ağsaqqalını iclasda təhqir eləyən təyinatlı katibin qalstukunu təyinatsız 

katibin  göstərişi  ilə  Fazil  Müəllimin  Kinoteatrının  qabağında  qayçı  ilə  kəsib  döş  cibinə 

qoymuşdular. Və təyinatlı katib də həmin gün bu şəhərdən getmişdi və bir daha onu bu şəhərdə 

görən  olmamışdı.  Təyinatsızların  təyinatlılara  bir  sözü  vardı:  “Ya  bu  şəhərin  qanunlarıyla 

yaşayacaqsınız, ya da bu şəhərdə yaşamayacaqsınız!” 

Müharibə  başlayanda  bu  şəhərin  təyinatlıları  Xədim  ölkənin  Xədim  rəhbərinin  günahı 

ucbatından  ermənilərin  topunun-tüfənginin  qabağında  aciz  qalıb  bu  şəhəri  qoruya  bilməyəndə 

təyinatsızlar bu şəhərin ağırlığını öz üzərlərinə götürmüşdülər və şəhər onların əlindəydi. 

Drakon  da  Maqadandan  dönəndən  bu  şəhərin  təyinatsız  rəisi  idi.  Sadəcə  heç  kəsdən 

çəkinmədən açıq-aşkar gəzdirdiyi silahı qanunsuz idi, bir də dövlətdən maaş almırdı. Təyinatlı 

rəislərdən bir fərqi də ondaydı ki, dükan-bazardan haqq almırdı, onunku böyüklər idi. 

Xırda-para mal-heyvan oğurluğunu nəzərə almasaq, bu şəhərdə oğurluq nadir hadisə idi. 

Təyinatlı rəislər bunu öz adlarına çıxıb yuxarıların qabağında sinələrinə döyərdilər. Amma hamı 

 

18 




bilirdi ki, o

ğrular Drakonun qorxusundan bu şəhərə əl bulamırlar. Ən böyük davaları da Drakon 

kəsərdi. Rəisin, prokurorun yoluna qoya bilmədiyini o yoluna qoyardı. Bəzən elə olurdu rəisin, 

prokurorun da ona işi düşürdü: 

Drakon, amandı... 



... Şəhərdə bir xəbər bomba kimi partladı - qastrol konsertləri verən Rəşid Behbudovun 

papağını və xəncərini günün-günorta çağı qapısında milis, içəridə beş-altı xidmətçisi olan Qonaq 

evindən  oğurlamışdılar.  Bütün  şəhər  ayağa  qalxmışdı.  Bakıdan  gələn  zənglər  böyüklərin 

telefonlarını bağrıcan eləmişdi. 

Rəşid Behbudov konsertləri saxlamışdı: 

O boyda Amerikada məni soymadılar... 



...  Onda  Amerikada  oğurluq,  quldurluq  baş  alıb  gedirdi.  Adam  ölümünün  biri  bir 

qəpikiydi.  Adamları  küçənin  ortasında  soyurdular.  Belə  şeylərə  görə  Çarlz  Xeyder  aclıq 

eləməkdən əldən düşmüşdü. SİTA hər gün Xeyderin yüz qram arıqladığını Xeyderin xətrinə əlini 

çörəyə uzatmağa ayıb bilən Sovet xalqına çatdırırdı: 

-

SİTA-nın  məlumatı.  Çarlz  Xeyder  45-ci  gündür  ki,  aclığı  davam  etdirir.  Dünyanın 



tərəqqipərvər xalqları... 

Dünyanın tərəqqipərvər xalqlarının kapitanı da biz idik. 

İndi o boyda cinayət yuvası Amerikada Rəşid Behbudovu soymadıqları halda bu boyda 

tərəqqipərvər xalq dünyanın ən məşhur xanəndəsinin papağını və xəncərini oğurlamışdı... 

... - 

Öz doğma şəhərimdə soydular. 



Doğrudan  da  ayıb  olan  bir  şey  idi.  Ağsaqqallar  yığışıb  getmişdilər  Rəşid  Behbudovun 

yanına üzr istəməyə: 

Sənə ondan da gözəl papaq tikdirərik. Xəncərini qızıldan düzəltdirərik. 



Rəşid Behbudov: 

Mən itən şeylərin qiymətinin davasını eləmirəm. Mən şərəfimin davasını eləyirəm. Bu 



oğurluq deyil, mənə sataşmaqdı. Özü də dəhşətli budur ki, mənə özümünkülər sataşır. 

Haqqı  da  var  idi.  Çünki  nə  puluna  dəymişdilər,  nə  qızıl  saatına,  nə  də  bir  avtomobilin 

qiyməti olan brilyant üzüyünə, təkcə papağını və xəncərini götürmüşdülər, vəssalam. 

Rəis əvvəl xidmətçilərin hamısını doldurdu KPZ-yə. Babat da döydürdü. 

Rəis, balalarımız sənə qurban! Seyid Lazım ağanın cəddi haqqı, bizlik deyil. 



Rəis,  götürsək bahalı şeyləri  götürərik də. O xəncərin heç  yüz manat  qiyməti  yoxdu. 

Ondan da gözəl papağı bizim öz ustalarımız yüz-yüz əlli manata tikirlər. 

Rəis  də  görmüşdü  yazıqlar  düz  deyir,  buraxmışdı.  Nə  rəis  indiyə  qədər  belə  qəribə 

oğurluqla rastlaşmışdı, nə də Dünyanın Ən Varlı Şəhəri. 

Hərə bir söz deyirdi. 

Yəqin dədə-baba düşmənlərinin işidi. 



Ə, belə də biabırçılıq olar? Dünyada bihörmət olduq. Ə, bu Rəşid Behbudova yox ey, 

Pənah xana sataşmaqdı. 

Rəşid  Behbudovun  doğulduğu  Bayat  kəndinin  camaatı  da  yığılıb  gəlib  tökülmüşdülər 

Qonaq evinin qabağına: 

- Ya papaqla 

xəncər tapılacaq, ya da ortaya qan düşəcək. 

Rəis çıxmışdı qarşılarına: 

Əşi, çıxın gedin xarabanıza, siz hardan çıxdınız?! Qoyun görək başımıza haranın daşını 



salırıq! 

Amma camaat getməmişdi: 

Onda bəyimizi verin özümüzə. Siz qoruya bilmədiniz, aparıb özümüz qoruyarıq. 



Tüstüsü təpəsindən çıxan rəis bağırmışdı: 

Ə, sizin də, sizin qonağınızın da... Bu dəqiqə hamınızı soxacam kepezeyə. 



Bundan xəbər tutan Katib dərhal rəisə xəbər göndərmişdi: 

Ə,  avara,  bir  çepe  azdı,  birini  də  eləmək  istəyirsən?!  Camaatla  işin  yoxdu.  Get  itən 



şeyləri tap, yoxsa partbiletini alıb verəcəm Rəşid Behbudova. 

 

19 




Rəis  görmüşdü  vəziyyət  ağırdı,  camaat  da  getmir,  içəri  keçib  Rəşid  Behbudova 

yalvarmışdı: 

Sənə  qurban  olum,  iki-üç  saata  tapacam.  Kişi  sözü!  Sən  çıx  bu  camaatı  başa  sal, 



dağılsınlar. Yoxsa şəhər camaatı da bunlara qoşulacaq, vallah, onda məni Sibirə göndərəcəklər. 

Rəşid Behbudov da rəisin Sibirə göndərilməsini istəməmişdi, çıxmışdı həmkəndlilərinin 

qabağına  və  xahiş  eləmişdi  ki,  dağılsınlar.  Söz  də  vermişdi  ki,  mütləq  gələcək  kəndə,  onlarla 

ayrıca görüşəcək, hələ bir konsert də verəcək. 

Kövrələn kim, ağlayan  kim, Rəşid Behbudovu  duz kimi  yalayan həmkəndliləri bundan 

sonra  dağılmışdılar.  Amma  kəndə  qayıtmamışdılar,  gedib  oturmuşdular  Qonaq  evi  ilə  üzbəüz 

çayxanadakı görsünlər axırı nə olur. 

Əli  hər  yerdən  üzülən  rəis  prokuroru  da  götürüb  getmişdi  Bayata,  Azər  Hüseynin 

yeməkxanasına, Drakonu da çağırtdırmışdı ora. 

Rəis: 


Drakon, bilirsən ki, ikimiz də sənin xətrini çox istəyirik. Sən bizim qardaşımızsan. 

Xətriniz xoş olsun. 



Rəis: 

Ölmüşük, bizi yerdən götür. 



Vallah, mən bilən, ölüləri yerdən götürmək işi ilə Molla Rəşid məşğul olur. 

Prokuror: 

Zarafat vaxtı deyil. Doğrudan vəziyyət ağırdı. Sənin köməyin lazımdı. Kömək elə, itən 



şeyləri tapaq. 

Drakon: 


Düzü, mənə də pis təsir edib, şəhərimizə ləkədi. Sizsiz də axtarıram. Bu, oğru işi deyil. 

Oğru işi olsaydı o biri şeyləri də aparardı. Sataşmaq, nə bilim dədə-baba düşmənçiliyi, bunlar da 

boş şeylərdi. Kimin Rəşidlə nə işi? Bu nəsə başqa məsələdi. Uşaqlara tapşırmışam məşğuldurlar. 

Özümün də ağlımda bir şey var. Tapacam. Amma bir şərtim var. 

Prokuror: 

- Buyur! 

Mən  söz  verirəm  ki,  itən  şeyləri  tapacam.  Amma  siz  də  söz  verin  ki,  oğrunu 



tutmayacaqsınız. 

Prokuror: 

Kişi kimi söz verdim. 



Sevdikləri qızlara özlərini  yetişmiş göstərmək üçün təzə-təzə siqaret  çəkməyə başlayan 

və məktəblərin qabağında dava salmağı özlərinə peşə edən cüvəllağı uşaqlar məsələlərini ayırd 

eləmək üçün Fazil Müəllimin Kinoteatrının arxasındakı bulvara yığışırdılar. Drakon da vaxtilə 

bu bulvarda çox məsələləri ayırd etmişdi, çox dalaşmışdı. 

Bulvara adam göndərdi ki, bu cüvəllağı uşaqların avtoritetlərini onun yanına gətirsinlər. 

Bu cüvəllağılar nə qədər özlərindən razı olsalar da dərhal çağırışa gəldilər. 

Drakon məsələni çox kəskin qoydu: 

Rəşid Behbudovun şeylərini kim aparıb, bir saatdan sonra burda olmalıdır. Kim aparıb, 



niyə  aparıb,  məni  maraqlandırmır.  Heç  kim  də  cəzalanmayacaq.  Amma  şeylər  bir  saata  qədər 

burda  olmasa,  sizin  hər  biriniz  məktəblərinizin  qabağında,  özü  də  dalına  düşdüyünüz  qızların 

gözü önündə eşşək kimi döyüləcəksiniz. Aydın oldu?! Di durun! 

Yarım saat keçməmiş cüvəllağı uşaqlar özləri kimi bir cüvəllağıyla qayıtdılar, papaq və 

xəncərlə bir yerdə. 

Ə, lotu, bunları neyləyirsən? 



Drakon əmi, bir dostumla qız üstə mərc gəlmişdik. 

Yaxşı, bəs bunları necə götürə bildin? 



Sinif  yoldaşımızın  nənəsi  Qonaq  evində  xadimədi.  Ondan  öyrənmişdim  ki,  Rəşid 

Behbudov neçədə gəlir, neçədə yatır. Mən də küçədəki palıd ağacından keçdim dama, ordan da 

düşdüm içəri. Gördüm yatıb, sakitcə götürüb gəldiyim kimi də qayıtdım. 

 

20 



Adın nədi? 

Pələng. 


Ə,  lotu,  sən  əjdahasan  ki?!  İndi  dur  get.  Amma  yadında  qalsın,  kişi  baş  kəsər,  adam 

öldürər, oğurluq etməz. Oldu? 

Oldu, Drakon əmi. 



Rəislə  prokuror  təzədən  doğulmuşdular,  amma  Rəşid  bəy  onların  sevincini  gözlərində 

qoydu: 


Yox, bunları aparan gəlməlidi! Görüm mənə niyə sataşıb? 

Rəşid müəllim, Allah haqqı, bir uşaqdı, heç cinayət işi də düşmür. Dostlarının yanında 



lotuluq eləmək üçün aparıb. 

Rəşid Behbudov: 

Gəlməsə, konsert yoxdu! 



Drakon Pələngi götürüb gəldi Qonaq evinə. 

Pələng: 


Rəşid əmi, Seyid Lazım ağanın cəddi haqqı, mən də sizin kimi məşhur olmaq istəyirəm. 

Özümün  də  səsi  var,  istəyirsən  oxuyum.  Xoşum  gəldi,  bir  də  uşaqlarla  mərc  çəkdim.  Məni 

bağışla. 

Rəşid Behbudov xeyli güldü, sonra dedi: 

Oxu, xoşuma gəlsə, səni bağışlayacam. 



Pələng də əlini qoydu qulağının dibinə, qaldırdı ey. 

Rəşid Behbudov onu qucaqlayıb basdı bağrına: 

Oğul,  sən  əməlli-başlı  xanəndəsən  ki!  Bax,  mən  də  bu  papağı  da,    bu  xəncəri  də 



bağışladım sənə. 

Şəhər bir-birinə dəydi. Pələng o xəncəri belinə bağlayıb şəhərə çıxa bilməsə də, papağı 

başına  qoyub  Dünyanın  Ən  Varlı  Şəhərində  fors  elədi.  Və  həmin  axşam  konsertdə  Rəşid 

Behbudovla birlikdə “Lalələr”i oxudu - papaq başında, xəncər də belində. 

Səhərisi  günü  Dünyanın  Ən  Varlı  Şəhərinin  özündəndeyən  pullu  kişiləri  Pələngdən  bu 

xəncəri almaq üçün elçini elçi dalınca göndərdilər. Hətta maşın təklif eləyənlər də oldu. 

Pələng: 

Bunu mənə Rəşid əmi bağışlayıb, heç nəyə dəyişmərəm. 



İndi Rəşid Behbudovun papağını başına qoyan, xəncərini belinə qurşayan Pələng həmin 

xəncərlə Drakonu vursaydı, bu onu o qədər yandırmazdı, nəinki onu yumruqla vurması. İçində 

vulkan  püskürürdü.  Möhkəm  ağlamaq  istəyirdi,  boşalanadək,  əlləri  yanına  düşənədək,  bəlkə 

onda içindəki vulkanı söndürə bilərdi. 

Gözünü

n qabağında ən yaxın dostları qırılmışdılar, parça-parça olmuşdular, ağlamamışdı. 



Səngərdə  qucağında  keçinən  qardaşını  torpağa  tapşıranda  da  ağlamamışdı,  ağlaya  bilməmişdi, 

göz yaşı qurumuşdu. Ona görə də içində bircə damla göz yaşı da tapılmadı ki, ağlaya. Gözlərini 

yumub xeyli özünü ələ almağa çalışdı, bir şey çıxmadı. Alnını üç-dörd dəfə maşının sükanına 

vurdu, bu onun başının ağrısını bir az sakitləşdirdi. Harasa getmək, burdan uzaqlaşmaq istəyirdi, 

amma getməyə bir  yer də yoxuydu. Son qərarını verdi - bu gecə Pələngə atacaq. Bu qərardan 

sonra  Pələngə  atmış  kimi  bir  az  toxtadı.  Vaxtını  keçirmək  üçün  maşını  sürdü  şəhərdə  bir  az 

aralıda  yerləşən  Qozlu  bağa  -  Familin  yeməkxanasına.  Dünyanın  öz  məhvərindən  çıxmayan 

vaxtı şəhər uşaqlarının mətəsi sayılan, həmişə qonaq-qaralı olan  yeməkxanada indi boşluq idi. 

Bircə  stolun  arxasında  altı-yeddi  alayarımçıq  əsgər  geyimli  adam  oturmuşdu  -  könüllülər  idi. 

Ləhcələrindən hiss elədi ki, yerli deyillər, salam verdi. Cavanlar gəlmə olsalar da onu tanıdılar və 

hörmət əlaməti olaraq qalxdılar, süfrəyə dəvət etdilər. 

Təşəkkürünü bildirdi: 

Nuş olsun!- dedi və bağın lap aşağısındakı stolların birinə getdi. 



Bufetçi tez yüyürüb gəldi, əlindəki dəsmalla stolu təmizləyə-təmizləyə dedi: 

Rəis, xoş gəlmisən! Nəyünüz belə təksən? 



Müdiriniz hanı? 

 

21 



Bir az əvvəl Katib yuxarı keçirdi, dedi ki, Abdaldakı postun uşaqları iki gündü acdı. O 

da yemək-içmək götürüb getdi Katibin dalınca. Nə istəyirsən, nə gətirim? Haramıdakı uşaqlar bir 

az dombalan göndərib, nübardı, deyim bişirsinlər? 

Yox, lazım deyil. Bir dənə araq. O qonaqların da pulunu mənim hesabıma yaz. 



Narahat olma. Müdir tapşırıb, gəlmə könüllülərdən pul almırıq. Bəlkə bir az pendirdən, 

göy-

göyərtidən... 



- Olar. 

Amma nə qədər elədi araq getmədi. 

 

*** 


 

Komandir postları gəzdi. Lap axırda da çıxdı Abdala. Uşaqlar gileyləndilər ki, iki gündü 

ac-

susuzdular.  Yaxşı  ki,  bir  az  əvvəl  Famil  bir  az  şey-şüy  gətirdi,  yoxsa  bu  gecə  də  ac 



qalacaqdılar. 

Komandir zarafata saldı: 

Ə,  müsəlman  deyilsiniz?  Elə  bilin  Orucluq  ayıdı.  -  sonra  soruşdu;  -  Drakon buralara 



gəlməmişdi? 

Yox. Dünən burdaydı. 



Komandir  bərk  dilxor  oldu,  deməli,  Drakon  gedib,  belə  bir  vaxtda  onları  tək  qoyub. 

Döndü şəhərə. Qarqarın üstündə Şelli Eldarla rastlaşdı. 

Vəziyyət nə təhərdi? 



Ağırdı, Komandir! Çox ağırdı! Beş-altı avtomatla nə qayırmaq olar? Dayandoldurumla 

qalmışıq tankın, beteerin qabağında əsir-yesir. Elə söz verirlər. O gün ermənilər az qalmışdılar 

kəndi götürələr. Rəis özünü yetirməsəydi çox pis olacaqdı. Yabayla, baltayla çıxartdıq it uşağını. 

Allahın  patronunu  da  cirəylə  verirlər.  Mal-heyvanın  hamısı  satıb  vermişik  patrona,  bilmirəm 

mal-


heyvan qurtarandan sonra neyləyəcəyik. Bizimki lap Molla Nəsrəddinin anekdotuna dönüb. 

Döyüşə əliyalın gedirik, deyirik, bəlkə bir erməni öldürüb silahını götürdük. Silah götürəndə də 

üstündə qırğın düşür, bilmirsən kimə verəsən, kimin xətrinə dəyəsən. 

Komandir güldü, zarafatla çiyninə bir dürtmə vurub dedi: 

Bizimki  də  elə  Molla  Nəsrəddinin  anekdotudu,  amma  babatından.  Srağagün  boyda 



babat  trafey  götürmüşük.  Uşaqları  göndər  üç-dörd  avtomat  verim,  bir  dənə  də  yağın  içində 

pulemyot. 

Mən ölüm?! 



Komandir: 

Sən niyə ölürsən, ə, ölsün səni istəməyənlər. Bəs Ağ Evdə nə deyirlər? 



Başqa yerlərdə Ağ Ev partiya komitələrinin binalarına deyirdilər - bu şəhərdə isə Qonaq 

evinə.  Bakıdan  ermənilərin  qabağını  almaq  üçün  yox,  camaatın  başının  altına  yastıq  qoymaq 

məqsədilə  göndərilən  bütün  yüksək  vəzifəlilər  də,  yaxın,  ya  uzaq  rayonlardan  kömək  adıyla, 

əslində yüksək vəzifəlilərə yarınmağa gələn rəhbərlər də bura yığışırdı. Bu Ağ Ev ikinci Mərkəzi 

Komitəyə  çevrilmişdi.  Sadəcə  olaraq  bu  ikinci  Mərkəzi  Komitəni  ölkənin  Birincisi  yox,  elə 

İkincisi  idarə  eləyirdi.  “05”  nömrəli  maşınların  biri  girirdi,  biri  çıxırdı.  Alabəzək  telefonlar 

susmurdu. Həyət də həmişə sabahkı toya hazırlaşan bəy evinə oxşayırdı. 

Ağ Evin Eşikağası da əlində bir topa açar oturmuşdu pilləkanın yanında, qabağında da 

pürrəngi  çay,  elə  yorğun-arğın  bir  görkəmi  vardı  ki,  sanki  ölkənin  bütün  problemlərindən  bu 

sorumluydu. 

Ağcabədidən turac göndəriblər, neyləyək? 



- Verin 

aşağıda arvadlar təmizləsinlər. 

Şəmkirdən konyak göndəriblər. 



Ay uşaq, qoyun zirzəmiyə. 

Salyandan gəlmişəm, katib ikra göndərib. 



Qalxın, qoyun soyuducuya. 

 

22 



Bu cəmdəkləri neyləyək? 

Ə, nə bilim neynəyəsiniz, verin aşpaza da. 



Eşikağası  da  hərdən  bir  vaxt  tapıb  təzə  “06”-sında  çayxanaya  da  gəlirdi,  topa  açar  da 

əlindən düşməzdi: 

Vallah, yorulmuşam. Billah, yorulmuşam. Hər şey tökülüb mənim üstümə, mən yetim 



neyləyim? O gün Polyaniçkoya da deyirəm, Viktor Petroviç, Allahınız olsun, heç olmazsa mənə 

bir həftə vaxt verin dincəlim. Deyir nə danışırsan, sən olmasan biz batarıq. 

Lotular da sözlərindən qalmırdılar: 

Doğrudan da, sənin işin çox çətindi. Biri vedrə istəyir, biri qorşok, biri sabun. 



Həyət qazan kimi qaynayırdı. Kənardan baxana elə gəlirdi ki, hökumətin başbilənləri bu 

qaynar qazanda Qarabağ məsələsini həll edirlər. 

Bura  həm  də  dünyada  nə  baş  verdiyindən  xəbərsiz  camaatın  dünyadan  xəbər  tutma 

yeriydi.  Darvazanın  ağzı  dolu  olurdu.  Şikayətə  gələnlər,  qaçqını,  qaçqın  olmayanı,  uşağı  əsir 

düşən,  evini  Dolu  vuran,  yardım  istəyən.  Bir  də  şəhərə  yolu  düşmüşkən  kəndə  xoş  bir  xəbər 

aparmaq istəyənlər - kimi axtarsan burda tapardın. Qapıdakı növbətçilər də eşitdiklərinin üstünə 

beşini də qoyurdu: 

Polyaniçko  gecə  burdaydı.  Kişi  adamdı.  Dedi  az  qalıb,  bu gün-sabahlıqdı,  Moskva 



bizim tərəfimizdədi. 

Gecə yoldaş Mütəllibov selektirni müşavirə keçirirdi. Bayaviklərin anasını ağladacaqlar. 



Müdafiə naziri deyir təzə tanklar almışıq. Budey bundan. 

Darvazanın ağzındakı tankı göstərirdilər. 

- Qorbaçov Aqambekyana deyib, von atsuda... 

Raisa ermənilərin üzüyünü çırpıb təpələrinə... 



- ... 

Kənddən  gələnlər  də  burda  eşitdiklərinin  üstünə  beşini  qoyub  danışmaq  üçün  sevinə-

sevinə dönürdülər kəndə, şəhərdən gələnlər də çayxanalara. 

Polyaniçko gecə gəlibmiş. Deyib ki, az qalıb. Moskva bizim tərəfimizdədi. 



Mütəllibov  gecə  selektirni  müşavirə  keçirib.  On-on  beş  günə  bayaviklərin  şalvarını 

çıxaracaqlar. 

-Qorbaçov Aqambekyana var-

yox söyüşü edib. 

Şerbakdan təzə tanklar almışıq. 



Əlisaab müəllim Təşkilat Komitəsində Paqosyanı eşşək kimi döyüb. 

Polyaniçko Zori Balayanı Stepanakertdən it kimi qovub. 



Bir  mərəkə  də  Ağ  Evlə  üzbəüz  Çayxanaydı.  Bura  da  Bakıdan  gələnlərlə  -  gələcək 

mərkəzikomitəçilərlə  dolu  olurdu.  Anadilçilər,  çənlibelçilər,  yurdçular,  cəbhəçilər,  bozqurdlar, 

demokratlar, sosial demokratlar. 

Hər  tirə  də  şəhərin  say-saytal  oğullarından  birini  yanlayırdı.  Hərdən  də  boş-bekar,  işə-

gücə  yaramayan adamları  Lenin meydanına  yığıb mikrofon üstə dalaşa-dalaşa bir az Bakıdakı 

hökumətə,  bir  az  yerli  hökumətə,  bir  az  da  ermənilərə  söyür,  axırda  da  yumruqlarını  havaya 

qaldırıb: 

Bərk durun, biz burdayıq! - deyib dağılışırdılar. 



Komandir hər dəfə bu Çayxananın önündən keçəndə əsəbləşirdi: 

Bu şəhəri Sovet hökuməti dağıda bilmədi, amma Bakıdan gələn bu uşaqlar dağıdacaq. 



Bir dəfə maşından düşüb girmişdi çayxanaya: 

Ə, burda nə sülənirsiniz?! Ya silah götürün qoşulun bu camaata, ya da ... gedin, qoyun 



öldüyümüz  yerdə  ölək.  Yoxsa  bir  gün  sizi  maşına  basıb  aparıb  tökəcəm  Qarqarda  erməninin 

qabağına. 

Elçibəyə də zəng eləmişdi: 

Bəy!  



Bu uşaqları burdan yığışdır! Gəlib bu şəhərdə oyun oynayırlar, camaatı parçalayırlar. 

 

23 




Amma bu Bəylik də deyildi. Bəy yaxasını cırsa da xeyiri yox idi. Çünki Bəyin də xəbəri 

olmayan ssenaridə belə yazılmışdı. 

Bakıdan  gələn vəzifəsizlər Çayxanada öz keflərindəydilər, Bakıdan gələn vəzifəlilər də 

Ağ Evdə. 

Saunada yorğunluqlarını çıxarıb dincələndən sonra, Şəmkir konyakından bala-bala vurub, 

bilyard masasının arxasında gözəl-gözəl qeybət eləməklə məşğul idilər. Kimini vəzifəyə gətirir, 

kimini  vəzifədən  götürür,  kiminə  də  torba  tikirdilər.  Babat  vurandan  sonra  hətta  bəziləri 

özlərində cəsarət tapıb hökuməti də, partiyanı da söyürdü. Çünki bu hökumət, bu partiya elə bu 

bədbəxtləri  də  bədbəxt  günə  qoymuşdu.  Əllərinə  heç  bir  səlahiyyət  verməyib  basmışdılar 

millətin bu söyüş-qarğış yerinə, üzü tüpürcəkli eləmişdilər. 

Ən çox söyən də Səhiyyə Nazirinin Müaviniydi: 

Belə getsə, bu xalq bizi paza keçirəcək. 



Birincinin Daimi Nümayəndəsi: 

Sizi bilmirəm, mən day bu camaata yalan danışmaqdan yorulmuşam. Xəcalət çəkirəm. 



Öz  aralarında  belə  danışsalar  da  mitinqlərdə  cəbhəçilərə  də  aman  vermirdilər  -  birini 

cəbhəçilər deyəndə, beşini də onlar deyirdi. Elə çıxışlar eləyirdilər ki, sanki hökumət Xankəndini 

azad etmişdi, indi də Zəngəzuru təmizləyirdi. 

Bu  Bakıdan  tökülüb  gələn  və  bir  yaralı  barmağa  da  işəməyə  qabiliyyətləri  və 

səlahiyyətləri olmayanlar Katibi də boğaza yığmışdılar. 

Ay qardaşlar! Ay mənim canım-gözüm, əzizlərim! Bura niyə  yığılmısınız? Bir  yaralı 



barmağa da işəmirsiniz! 

Niyə?! Bəs bu yardımlar nədi?! 



Katibin  ən  zəhləsi  gedən  şey  vardısa  elə  bu  yardımlar  idi.  Yardım  gələndə  az  qala 

havalanırdı.  Bir  də  görürdün  qabaqlarına  Birincinin  Hollivudun  kino  ulduzlarına  oxşayan, 

qırmızı qalstuklu şəkli vurulmuş dörd-beş maşın zurna-qavalla girdi hər küçədə bir sütül oğlanın 

yası  olan  şəhərə.  Gəlib  dayanırdılar  Lenin  meydanında.  Yardım  gətirənlər  Leninin  çoxdan 

yuyulmadığından kir-pas basmış heykəlinin altında bir-iki nitq irad edib, Birincini o ki var öyür, 

salamını  da  camaata  çatdırandan  sonra  yardımpaylama  mərasimi  başlanırdı  -  undan, kartof-

soğandan, yemiş-qarpızdan. Ermənilərin yandırdığı kəndlərdən qaçıb bu şəhərə pənah gətirənlər, 

artıq  Dünyanın  Ən  Varlı  Şəhərindən  ən  kasıb  şəhərinə  çevrilməkdə  olan  bu  şəhərin  öz 

imkansızları  tökülürdü  meydana.  Bir  mərəkə  qopurdu,  insanlar  insanlıqlarını  itirirdilər.  Lap 

yaxın  günlərədək mal-mülk sahibi olmuş adamlar bir kisə unun üstə  yumruq davasına çıxırdı. 

Dünənədək  adi  bir  söyüşə  görə  adam  öldürülən  şəhərdə  söyüşün  biri  bir  qəpik,  nə  ağsaqqala 

baxan olurdu, nə arvad-uşağa. 

Katib  insanların  bu  qədər  alçaldılmasına  və  alçalmasına  dözə  bilmirdi.  Pəncərədən  bu 

müdhiş səhnəni seyr edəndə bəzən gördüyü mənzərənin təsirindən özünü saxlaya bilməyib uşaq 

kimi  ağlayırdı.  Axırda  yardımın  meydanda  paylanmasına  qadağa  qoydu.  Tapşırdı  ki,  o  zurna-

qavalı yığışdırsınlar, gələn yardımları şəhər ticarət idarəsinin anbarına təhvil versinlər, ordan da 

birbaşa göndərsinlər erməni mühasirəsində olan kəndlərə: 

Mənə heç kəsin yardımı lazım deyil. Bu şəhər hələ ölməyib. 



Amma şəhər ölürdü. 

Bu  da  həm  Bakıdakıların,  həm  də  Ağ  Evdəki  vəzifəlilərin  xoşuna  getmədi,  mübahisə 

düşdü. 

Amma Katib geri çəkilmədi: 

Camaatı dilənçi kökünə salmısınız, indi də qarpız paylamaqla öyünürsünüz. Bu camaata 



qarpız lazım deyil, bu camaata patron lazımdı, avtomat lazımdı, arvad-uşağı qorusun. 

Və  Katib  o  qədər  boğaza  yığılmışdı  ki,  hətta  bir  neçə  dəfə  yuxarıya  zəng  edib  ağzına 

gələni demişdi: 

Mən  bilmirəm  bu  bədbəxt  camaatı  yola  verim,  ermənilərlə  vuruşum,  yoxsa 



göndərdiyiniz bu nazirlərə qulluq eləyim. 

Yuxarıdan da demişdilər: 

 

24 



Cəbhəçilər  kimi  danışırsan.  Səni  orda  oturdublar  ki,  sekanın  sözünü  deyəsən, 

cəbhəçilərin yox. 

Burda cəbhəçi yoxdu. Burda yalın əllə torpağını qoruyan camaat var. Heç bilmirlər Xalq 



Cəbhəsi nə deməkdi, özləri də bombanın altında yaşayırlar. 

Bilirik, səni o Naxçıvandakı danışdırır, onun kadrısan. Şükür elə ki, hələ səni vəzifədə 



saxlayırıq. 

Onun  çörəyini  siz  məndən  çox  yemisiniz.  Darıxmayın,  gildir-gildir burnunuzdan 



gələcək.  Özü  də  məni  vəzifəylə  hədələməyin.  Bura  mənim  şəhərimdi,  bu  qırılan  camaat  da 

mənim  camaatımdı.  Tabut  düzəltməyə  taxta  da  tapmıram.  Tüpürüm  sizin  vəzifənizə.  İşdən 

çıxararsınız,  əlimə  bir  avtomat  götürüb  gedib  oturaram  camaatımın  içində.  Siz  qorxun! 

Darıxmayın, belə getsə bu millət sizi dənizə tökəcək! 

Bütün bunla

r haqqında Birinciyə məlumat vermişdilər, üstünə də bir az qoymuşdular. 

Yoldaş  Mütəllibov,  O  heç  kimi  saymır.  Həftə  səkkiz-mən  doqquz  Naxçıvandadı.  Öz 



camaatı çörək tapmır, Naxçıvana un göndərir. 

Birinci: 

Arı pətəyinə çöp uzatmayın. Onsuz da o şəhər qaynayır, daşsa çətin olacaq. Qoyun hələ 



işləsin. Sonra bir şey fikirləşərik... 

Əlində neçə dənə könüllü batalyon var, özünü general kimi aparır. 



Viktor Petroviç adam yerinə qoymur. 

Elə danışır elə bil şəhər ona dədəsindən qalıb. 



Zəng eləyirik ya telefonu götürmür, götürəndə də, gözünü yumub ağzını açır. 

Birinci: 

Camaatı qalıdırın üstünə. 



Öz camaatıdı. 

Boş-boş  danışmayın,  öz  camaatı,  özgə  camaatı.  Bir  az  maaşlarını  gecikdirin, 



yanağacağın azaldın, görün öz camaatı onun başına nə oyun açır. Bəs ora it ilxısı qədər adam 

göndərmişəm, nə ilə məşğuldurlar? Gəlmə-yerli davası salın, nə qələt eləyirsiniz eləyin. 

Sonra DTK-

nın sədrini çağırmışdı: 

Sənin bu cəbhəçilərin içində agentlərin yoxdu?! 



- Var Ayaz Niyazoviç. 

Bəs niyə göndərmirsən o şəhərə? Bu boyda respublika qalıb bir şəhərin əlində. Göndər, 



qoy canları çıxsın, o şəhəri dağıtsınlar. 

Baş üstə! Böyüklərindən birini vurduraram. 



Yox, elə olmaz. Sən necə keqebeşniksən?! İşi elə qur ki, özləri bir-birin vursunlar. 

O da baş üstə! 



... Birincinin 

tapşırığı  elə  həmin  gecə  yerinə  yetirildi.  Ali  Sovetin  iclasından  çıxıb 

Dünyanın Ən Varlı Şəhərinə qayıtmaq istəyən xalq deputatı Eldar Bağırovu 9-cu mikrorayonda 

maşınında vurdular. 

Hadisədən beşcə dəqiqə keçməmiş Respublika Prokurorluğu rəsmi məlumat yayımladı ki, 

deputat Eldar Bağırovu Dünyanın Ən Varlı Şəhərinin könüllü batalyonlarından birinin komandiri 

Yavər vurub... 

... Şelli Eldar Ağ Evdə olmuşdu və həmişə eşitdiyi sözləri yenə eşitmişdi: 

- Bir az da dözün... 

...  - 


Boş  şeydi,  Komandir.  Orda  adam  yoxdu,  bircə  o  Səhiyyə  Nazirinin  Müavinindən 

başqa. O gün gəlmişdi kəndə. Məni çəkdi bir kənara, on min manat pul çıxartdı ki, bunu payla 

uşaqlara. Almırdım, yalvardı, dedi ki, ay qardaş, mənim də gücüm buna çatır, bizdən də bir şey 

gözləməyin,  özünüz  başınıza  bir  çarə  qılın.  Bir  az  da  dava-dərman  gətirmişdi.  Bu  gün  yenə 

getmişdim,  deyirəm  camaat  qırılır,  deyirlər  ki,  Mütəllibov  Maskvayla  danışıb,  bu  gün-sabah 

ruslar Yerevanı bombalayacaq. Bunlar elə bilir biz qoyunuq. Bərk dirənəndə də deyirlər ki, get 

Katib

dən istə. Deyirəm Katibin topu var, tüfəngi var, tankı var? Katib müdafiə naziridi? Az-çox 



yenə nə əl tutursa, sağ olsun. 

 

25 




Komandir bir siqaret yandırdı, birini də ona uzatdı. 

Çəkmirəm, dərd qoyur ki, ayrı şey çəkək. 



Müdafiə naziri orda yox idi? 

Ondan nazir olar?! Alkaşın biridi, hələ onu ayıq görən olmayıb. Gör o gün başımıza nə 



gəlib.  Bu  yaxınlarda  Goranboyun  katibi  bir  az  yardım  gətirmişdi.  Dedim,  əmoğlu,  bizə  ərzaq 

lazım deyil, patron lazımdı. Dedi, qardaş, vallah, elə biz də siz gündəyik, amma çalışaram bir şey 

tapım.  Sağ  olsun,  kişi  adammış,  gedən  kimi  bir  buluddağıdan  top  göndərmişdi.  Əsgəranda 

ermənilərin bir beteeri var, bizi yığıb boğaza. Sənin dediyin o nazir özü gəlmişdi, iki nəfər də 

topçu gətirmişdi, guya beteeri vuracaqdılar. Bizim Qarağacıdakı su qülləsini vurdular. Camaat 

boğurdu,  əllərindən  zorla  aldım.  Bunlar  bu  ölkəni  dağıdacaqlar,  bizi  də  boş  yerə  qırdırırlar, 

körpə-körpə uşaqlar hayıf olur. Elə bil bu millətin qəsdinə durublar. 

Möhkəm ol. Sənki ruhdan düşən oğlan deyilsən. 



Nə qədər ruhla yaşamaq olar? Ruhu topa qoyub atmaq olmur ey! Lənkərandan beş-altı 

könüllü  gəlib,  cavan  uşaqlardı,  od-alovdular.  Srağagün  ikisini  vurdular.  Biri  lap  uşağıydı, 

qucağımda öldü. Can verəndə deyirdi, dayı, qoyma ölüm. Buna hansı köpəyoğlu dözər?! Atası 

kişi adammış. Meyidi aparmadı. Dedi, şəhid harda ölübsə, orda da dəfn olunmalıdı, oğlum bu 

şəhərdə ölüb, burda da dəfn eləyin. Dünən basdırdıq. Heç yas vermək üçün rayona da qayıtmadı, 

oğlunun tüfəngini götürüb oturub səngərdə. Nə isə! Səni də yordum. Sənin günün mənimkindən 

yaxşı deyil ha. Bəlkə gedək kəndə, uşaqlar səni görüb bir az ürəklənsinlər. 

Qalsın ayrı vaxta. Drakonu axtarıram, görməmisən? 



Mən bayaq şəhərə gedəndə Qozlu bağ tərəfə keçdi. Nahaq o namərdə görə Drakonun 

xətrinə  dəymisən.  Gərək  qoyaydın  şalvarını  çıxarıb  keçirəydi  başına.  Namərd  oğlu  namərd.  O 

gün  bizim  uşaqlar  gedib  qarajından  bir  az  pulsuz  benzin  götürmüşdülər,  zavqarı  döyüb 

öldürürmüş. İstədim gedib idarənin ortasında salım təpiyin altına, dedim, lənət şeytana, onsuz da 

adımıza yüz söz çıxarırlar. 

Qucaqlaşıb ayrıldılar. Komandir maşına minəndə dedi: 

Sabah uşaqları göndər, dediklərimi verim. 



Komandir getdi Qozlu bağa, amma Drakonu tapa bilmədi. 

Bufetçi: 

Komandir, heç çörək də yemədi. Odur ey, arağı da qalıb stolun üstə. Burda ermənistanlı 



uşaqlar çörək yeyirdilər, onlarla getdi. Amma hara getdilər, onu bilmirəm. 

*** 


At  Belində  Olan  Adam  telefonu  götürüb  Rəisi  yığdı.  Xoş-beşdən,  hal-əhvaldan  sonra 

dedi: 


Rəis, sənə indiyədək bir ətək pul vermişəm? 

Söz Rəisin xətrinə dəydi: 

Dədəyin pulunu vermisən? 



Yaxşı, yaxşı, hirslənmə, qulaq as. Yəqin ki, bugünki hadisəni eşitmisən. 

Rəis özünü bilməməzliyə vurdu: 

Gündə yüz hadisə olur, hansını deyirsən? 



Sənin agenturan keqebenkindən yaxşı işləyir. Bilirsən nəyi deyirəm. 

Eşitmişəm. 



Onu soxdur kepezeyə, eşşək kimi döydür. Özüm ölüm, sənə Bakıda üçotaqlı ev almayan 

kişi deyil. 

Ə,  başına  at  təpib,  Drakonu  kepezeyə  soxmaq  olar?  İstəyirsən  mənim  şalvarımı 



çıxarsınlar?! Hələ sağ olsunlar ki, onlar bizi kepezeyə salmayıblar. 

Onda gəl başqa cür danışaq. 



- Buyur. 

Rəis,  Ətağa  cəddi,  günü  sabah  səni  Gəncəyə  rəis  göndərtməyən  alçaq  oğlu  alçaqdı. 



Bakıda da üçotaqlı ev öz yerində. Ürəyindən ayrı nə keçir, ona da hazıram. 

Nə belə səxavətli olmusan, ə? Sonra? 



 

26 



Rəis,  heç  kim  bilməsə  də  mən  sənin  gücünə  bələdəm.  Əlinin  altında  üç-dörd yüz 

milisionerin var. Pristupnu mir də səni yaxşı tanıyır. 

- Sözünü de. 

Bax, yenə deyirəm. Bakıda üçotaqlı ev, Gəncəyə rəis, bir diplomat da pul. 



Bunu demisən, sözünü de. 

Onu atdır! 



Elə bil rəisi ildırım vurdu: 

Oğrac  özünsən!  Bütün  nəslindi!  Binamus  oğlu  binamus!-  dedi  və  telefonun  dəstəyini 



necə  yerinə  çırpdısa,  dəstək  ortadan  qırıldı,  əlini  də  yaraladı;  -  Göpəyoğlu!  Ona  görə  erməni 

anamızı... 

Dalbadal üçüncü zərbəni alan At Belində Olan Adam da dəstəyi tulladı: 

Buna  bax  ey,  qudurub.  Elə  bil  kisəynən  pul  verdiyim  adam  deyil.  Eybi  yox,  altda 



qalanın canı çıxsın. Səni uvolit elətdirib bu rayondan it kimi qovdurmasam mən də mən deyiləm! 

*** 


İkinci saunada yayxınmışdı, əlində də bir bardaq “Əsgəran” pivəsi: 

Bu erməni it uşaqları pivə bişirməyi bacarır də. Çex pivəsinin adı var, bizim pivələrin 



dadı , - dedi və pivədən bir az tökdü daşların üstə, bir anda içərini pivənin dadlı qoxusu bürüdü, - 

Bəh, bəh, bəh! Hə, indi de görüm işlər necə gedir? 

Viktor Petroviç, şəhərdə vəziyyət çox pisdi, başlı başını saxlasındı. Katib cəbhəçilərlə 



oturub-

durur,  əl  altdan  onları  silahlandırır.  Bir  ayağı  da  Naxçıvandadı.  Elə  bu  gün  mənə 

Şerbakdan  yüz  min  manatlıq  silah  aldırıb  gətirdib.  Rəis  də  cinayətkarların  hamısını  yığıb 

qoltuğunun  altına.  Keqebe  də  onlara  işləyir.  Bakıdan,  Şəkidən  hardan  oldu  erməni  tapdırıb 

gətirir,  verir  cəbhəçilərə.  Bu  dəqiqə  cəbhəçilərin  zirzəmisinidə  altı-yeddi  erməni  var.  Özü  də 

deyəsən biri də Şaumyankəndin ya katibidi, ya da qardaşı. 

İkinci süpürgəni verdi ona: 

- Döy görüm. 

At Belində Olan Adam süpürgəni saldı soyuq suya, sudan bir az çilədi İkincinin kürəyinə, 

başladı döyəcləməyə. 

Süpürgənin ləzzətindən İkinci bir az da xoşallandı: 

Bir az bərk vur. Ayaqlarımın altına döy. Hə, bax belə. Bir az da bərk. Az qalıb, bu gün-



sabah  katibi  o  məsələ.  Birinciylə  danışmışam.  Amma  deyir  elə  edin  ki,  cəbhəçilər  özləri 

qovsunlar. 

Dedim  axı,  cəbhəçilər  onu  qovmaz.  Yerli  adamdı,  qohum-əqrəbası  da  çoxdu,  böyük 



nəsildilər. 

O daşların üstünə bir az da pivə at. Hə, yaxşıdı. Şantaj eləyin. İndi nazirlərlə də ayrı-ayrı 



danışacam. İşləmək lazımdı, işləmək. Onların silahı var, sizin də pulunuz. Pul silahdan yüz dəfə 

güclüdü. Puldan tökün, özlərini özlərinə qırdırın. 

At Belində Olan Adamın əlinə Rəisin torbasını tikmək üçün yaxşı fürsət düşmüşdü: 

Bu gün bir cəbhəçi üstümə avtomat çəkib məni öldürürdü. Rəisə dedim, tədbir görmək 



əvəzinə məni küçə söyüşləriylə təhqir elədi. Milisin avtomatlarının yarısı cəbhəçilərin əlindədi. 

Bu  müharibə  başlayandan  qoşulub  onlara.  Cəbhəçiləri  yığıb  doldurub  milis  batalyonuna.  Nə 

qədər o burdadı, bu cəbhəçilər meydan sulayacaq, Allah hələ axırını xeyir eləsin. 

Yaxşı, indi məşğul olaram. 



İkinci  girdi  hovuza,  bütün  yorğunluğunu  tökdü  hovuzun  biz  kimi  suyuna,  təzədən 

doğuldu, hovuzdan çıxıb qurulandı, keçdi salona. Süfrə hazır idi. Nazirlər, nazir müavinləri onu 

gözləyirdilər, heç kim əlini süfrəyə uzatmamışdı. Saunanın havasından pörtmüş sifətindən qan 

damırdı.  Dəsmalla  alnında  puçurlamış  tər  damlalarını  sildi,  məclisə  bir  nəzər  saldı,  Katibi 

görməyib soruşdu: 

Katib hanı? 



Səhiyyə Nazirinin Müavini: 

Getdi Gülablıya. Deyirlər ermənilər orda yaman fəallaşıblar. 



 

27 



Bilmirdi gələcəm? 

Demişdik. 



İkinci hirsləndi: 

Bu lap qudurub! Sukinsın! 



Süfrəyə mürəbbə düzən Çayçı əl saxladı, bunu bütün şəhər üçün söyüş bildi - bu camaatın 

bir xasiyyəti vardı, hətta sevmədikləri bir həmyerlilərini də başqası söyərdisə qəbul etməzdilər, 

bunu özlərinə sığışdırmazdılar: 

Xahiş edirəm, bizim Katibi təhqir eləməyin. 



Hələ  indiyədək  ağzından  bir  dəfə  də  olsun  “bəli”,  “xeyr”dən  başqa  ayrı  bir  kəlmə 

eşitmədikləri  Çayçının  bu  sözləri  məclisdəkilərin  hamısını  şaşırtdı,təəccüblə  bir-birlərinə 

baxdılar. 

Elə İkincinin özü də gözləmədiyi bu sözlərdən hirslənməkdən daha çox təəccübləndi: 

Nə dedin? 



- Heç. 

Dedim ki, xahiş edirəm bizim Katibi təhqir eləməyin. 

İkinci necə bağırdısa, bayırdakılar da bu bağırtını eşitdilər və elə bildilər içəridə nə isə 

oldu. 


Rədd oool! 

Çayçı indicə İkincinin qabağına qoyduğu çayı götürdü: 

Baş  üstə!  Onda  çayınızı  özünüz  tökərsiniz.  -  dedi  və  salondan  çıxdı,  çıxarkən  də 



əlindəki stəkanı qapının ağzında dayanmış At Belində Olan Adama verdi; - Ala! 

İkincini elə bil ilan vurmuşdu, yerində qıvrılırdı: 

Allahın çayçısı da qudurub. Tək bu yox ey, bütün şəhər qudurub. Hamısını da o katib 



qudurdub. Mən onu yerində oturdaram. - üzünü tutdu Müdafiə Nazirinə; - Bu sukinsının əlinə bir 

qundağı  qırıq  təklülə  ver,  bas  səngərə.  Burda  artıq-urtuq  yeməkdən  porsuğa  dönüb.  Deyin  o 

Rəisi bura çağırsınlar. 

Heç kəs əlini çörəyə uzatmırdı, hamının iştahı küsmüşdü. İkinci də qarşısındakı yeməyi 

kənara itələdi: 

Nu davay, indi məlumat verin görək vəziyyət necədi? 



Səhiyyə Nazirinin Müavini: 

Yaxşı  deyil,  Viktor  Petroviç.  O  boyda  Təşkilat  Komitəsi  Stepanakertdə  niyə  oturub? 



Ermənilər  gündə  bir  kənd  yandırır.  Bu  şəhərdə  salamat  ev  qalmayıb.  Hər  gün  Ermənistandan 

maşın-maşın bayavik göndərirlər. Deyirlər hələ aralarında zəncilər də var. 

Mən ordakı vəziyyəti soruşmadım. Siz mənə burdan danışın. 



Mən də elə burdakı vəziyyəti deyirəm. Burdakı vəziyyət ordan asılıdı. Oranı düzəltmək 

lazımdı... 

İkinci onun sözünü kəsdi: 

Dedim ki, burdan danışın. Bu boyda hökumət oturmusunuz burda, əlinizdə milis, ordu, 



prokuror.  Şəhəri  oğrular,  quldurlar  idarə  edir.  Hakimiyyəti  əldən  vermisiniz.  Sizi  bura  nəyə 

göndəriblər? 

Səhiyyə Nazirinin Müavini gördü ki, heç kəs başını ağrıtmaq istəmir, yenə özünü verdi 

İkincinin gülləsinin qabağına: 

-

Viktor  Petroviç,  burda  oğru-quldur yoxdu, arvad-uşağını,  ev-eşiyini  qorumaq  istəyən 



camaat  var,  hər  gün  də  qırılırlar.  Ermənilərin  tankı,  topu,  qradı,  bəs  bu  camaatın  nəyi  var?! 

Berdenkayla vuruşurlar. Yaralılara dərman da çatdırmaq olmur. Camaat adamın üzünə tüpürür. 

Elə gecə olmur ki, şəhəri qrada tutmasınlar. 

Bir az çox şişirdirsən. Neçə saatdı burdayam, hanı qrad, hanı top? 



- Sizin 

xətrinizə atmırlar. Siz Əsgəranı üzü yuxarı keçən kimi başlayacaqlar. 

Söz İkincini tərs şapalaq kimi tutdu: 

İkibaşlı danışma. 



Səhiyyə Nazirinin Müavini geri çəkilmədi: 

Siz soruşdunuz, mən də olanı dedim. 



 

28 



İkinci  gördü  nazir  müavini  üzə  dirənib,  daha  dərinə  getmədi,  üzünü  tutdu  Müdafiə 

Nazirinə: 

Hanı sənin qoşunun? 



Müdafiə Naziri qalxdı ayağa: 

Mənim  qoşunum  var?  O  burnu  fırtılıqlı  uşaqları  deyirsiniz?  Onlardan  qoşun  olar? 



Qoşunu  yığıblar  Bakıya.  Heç  bilmirəm  mənim  vəzifəm  torpağı  qorumaqdı,  yoxsa  Mərkəzi 

Komitəni?!  Səhiyyə  Nazirinin  Müavini  düz  deyir,  camaat  üzümüzə  tüpürür.  Yer  yarılsa,  yerə 

girərəm. 

Niyə girmirsən? Gir də! 



Yarılmır axı. 

Mən yararam. 



Necə məsləhətinizdi. 

Bu  hadisələrin  hansı  sonluqla  bitə  biləcəyindən  heç  özlərinin  də  xəbəri  olmayan  bu 

vəzifəlilər  də  bezmişdilər  hər  şeydən,  axı  bu  millətə  nə  qədər  yalan  danışmaq  olar?  Axı  bu 

milləti nə qədər aldatmaq olar? Camaat üzlərinə deyirdi ki, siz ermənidən pissiniz. 

Bu yazıqlar ermənidən pis deyildilər, onları ermənidən pis eləyən əllərindən buraxmağa 

qorxduqları vəzifələriydi. Onları yığmışdılar bir vəzifə torbasının içinə, ağzını da bağlamışdılar, 

çıxa bilmirdilər bu torbadan. Partlaya-partlaya qalmışdılar bu torbanın içində. Və dözməyib bu 

torbadan  çıxmaq  istəyənlər  olurdu.  Amma  bu  torbadan  çıxmaq  istəyənlərə  elə  bir  başqa  torba 

tikirdilər ki, bu torba o torbanın yanında muştuluq olurdu. Bu torba Bayılın divarları kimi çox 

möhkəm idi, sökmək mümkün deyildi. Amma hərdən Bayıldakı torbanı gözləri altına almayıb 

belə yığcam iclaslarda ürəklərini boşaldanlar da olurdu. Və bəzən də bu ürəkboşaltmalar onlara 

baha-

başa gəlirdi. Belə iclasların birində İkincinin üzünə ağ olub ürəyini boşaldan bir prokuror 



səhərisi günü Xankəndinə Təşkilat Komitəsinə çağırılmışdı və Komitənin qabağındaca ermənilər 

onu girov götürmüşdülər. 

Hökumət bütün torpedaları işə salsa da bir xeyri olmamışdı. Katib görmüşdü hökumətin 

əlindən bir şey gəlmir, Komandirdən xahiş eləmişdi ki, bu işə qarışsın. Komandir elə həmin gün 

Drakonla  Pələngi  göndərmişdi  Xankəndinə.  Onlar  da  ermənilərin  liderlərindən  birini  gecə 

evindən oğurlayıb gətirmişdilər, soxmuşdular zirzəmiyə. İkinci nə qədər çığırıb-bağırsa da xeyri 

olmamışdı. 

Komandir xəbər göndərmişdi: 

Ona deyin, proletariatın inqilabda itirəcəyi bircə zənciridi, onu da biz çoxdan itirmişik. 



Bağırmasın, yoxsa onun özünü də oğurlayarıq. 

İkinci görmüşdü bu həna o hənadan d 

eyil  barışmalı  olmuşdu.  Bundan  sonra  Komandir  gətirdikləri  ermənini  prokurorla  dəyişmişdi. 

İkinci də hökumətin şər maşınını işə salmışdı. 

Cəbhəçilər prokuroru Salatın Əsgərovanın qatili ilə dəyişiblər. 



Deyirlər prokurorun oğlundan kalan pul alıblar. 

Ay namərdlər! 



İkincinin tapşırığı ilə qəzetlər bu şayiəni bütün ölkəyə yaymışdı. 

Amma  Komandir  “Qur’an”  götürüb  camaatın  üstünə  getməmişdi:  “Kimin  nə  danışdığı 

mənə maraqlı deyil, özüm ki bilirəm nə var, nə yox”. Heç qəzetlərə də cavab verməmişdi, bilirdi 

ki, onsuz da cavabını çap etməyəcəklər. Bircə Salatının anasına xəbər göndərmişdi ki, ay ana, 

belə şeylərə inanma. Salatının anası da demişdi ki, ay oğul, mən heç əvvəldən inanmamışdım. 

İkinci Müdafiə Nazirinin ağzından vurdu: 

Sənin araqdan başın açılır ki, yerə girəsən, yoxsa göyə çıxasan?! 



Mənim içməyim hökumətə sərf edir. Yoxsa elə bu burnufırtılıqlı uşaqlarla Stepanakerti 

şumlayaram. İnanmırsınız, çəkilin kənara, görün şumlayıram, ya yox. 

İkinci: 


Səhər nə yemisiniz belə? Hamınız bülbül kimi ötürsünüz. 

Bir nəfər içəri daxil olub dedi: 

 

29 




 - 

Viktor Petroviç, rəis gəlib. 

-

Gəlsin içəri. 



Salona  girən  Rəis  qapının  ağzında  dayanmış  At  Belində  Olan  Adamı  görəndə  dalağı 

sancdı, amma özünü onda qoymadı, istehzayla dedi: 

Sən  də  burdasan?  Bəs  deyirlər  sənin  şalvarını  çıxarıblar,  əynindədi  ki!  -  sonra  irəli 



yeriyib  dayandı  İkincinin  önündə,  əlini  qulağının  dibinə  atıb  özünü  təqdim  etdi:  -  Yoldaş 

Polyaniçko, şəhər milis idarəsinin rəisi sizin əmrinizlə gəlib. 

İkinci: 

Rəis, məndə məlumat var ki, sən cinayətkarları himayə edirsən? 



-

Yalan  məlumatdır,  yoldaş  Polyaniçko.  Mənim  ermənilərlə  heç  bir  əlaqəm  yoxdur. 

Buyurub keqebedən öyrənə bilərsiniz. 

Mən erməniləri demirəm. 



Mən də ayrı cinayətkar tanımıram. 

İkinci yerindən qalxıb var-gəl eləməyə başladı: 

Deyəsən  söz  güləşdirirsən,  özün  yaxşı  bilirsən  mən  nə  deyirəm.  Günün-günorta  çağı 



cəbhəçilər  şəhərin  mötəbər  bir  şəxsinin  evinə  soxulub  pul  istəyirlər,  üstünə  avtomat  çəkirlər, 

döyürlər, məşğul olmursan. Hələ məlumat almışam ki, üstəlik onları işə də götürmüsən, rəsmi 

silah vermisən. 

Yoldaş  Polyaniçko,  biz  fakt  əsasında  cinayət  işi  qaldırırıq.  Həmin  şəxs  bizə  rəsmi 



müraciət  eləməyib.  Buyursun,  rəsmi  müraciət  eləsin,  biz  də  araşdıraq.  Qaldı  ikinci  məsələyə, 

vəziyyətlə əlaqədar nazirlik bizə bir rota formalaşdırmaq əmri göndərib. Əmrdə də göstərilib ki, 

rota yerli gənclərdən formalaşdırılsın. Mən də sağlam, qabiliyyətli gəncləri rotaya götürmüşəm. 

İkinci gəldi durdu Rəisin qarşısında: 

Sənə əmr eləyirəm, elə indi get o quldurları həbs elə. 



Yoldaş Polyaniçko, mən bu əmri yerinə yetirə bilmərəm. 

Niyə? 


Onları həbs eləsəm bayaviklərlə kim vuruşacaq, burda oturanlar? 

Görünür babat pullarını almısan. 



Rəis  gördü  geriyə  yol  yoxdu,  onsuz  da  yuxarıların  alçaldıcı  əmrlərindən,  aşağıların 

söyüşlərindən  boğaza  yığılmışdı,  bu  rəislik  deyildi,  it  əzabıydı,  çəkirdi.  Hər  gecə  Dolunun 

altında kabinetdə yatmaqdan da bezmişdi, məsciddə şəhid yudurtmaqdan da, qulağı eşidə-eşidə o 

şəhidlərin ata-analarının onun və onun kimilərinin ölənlərinin goruna söyüşlərini eşitməkdən də. 

Ömrü b

oyu  gözəl-gözəl  istirahət  evlərində,  buz  bulaqların  başında  yeyib-içdikləri  müharibə 



başlayandan gildir-gildir burnundan gəlirdi. Çoxdan tüpürüb gedərdi. Amma dünyanın düz vaxtı 

Dünyanın Ən Varlı Şəhərindən qazandığı pullarla özü də, balaları da dünyanın kefini görmüşdü. 

Nəyi vardı Dünyanın Ən Varlı Şəhərinə borcluydu. Bu şəhərdə qazanmaq üçün başqa yerlərdə 

olduğu təki kimisə asıb-kəsmək, tutub içəri basmaq, oboxeyislə qorxutmaq lazım deyildi. 

Bu  şəhərdə  camaat  pul  qazanmağı  da  gözəl  bilirdi  və  qazandıqları  pulları  ürəklə 

xərcləməyi də. Bu şəhərdə vəzifəli adamlara pulu az qala zorla verirdilər, özü də işi düşən də pul 

verirdi,  işi  düşməyən  də.  Bir  əlin  verdiyi  pulu  o  biri  əl  bilmirdi.  Qaynayıb-qarışmışdı  bu 

camaata, olmuşdu bu camaatdan biri, oğrusuyla da dil tapmışdı, doğrusuyla da. Və indi dünya 

məhvərindən çıxanda, onu gözü üstə saxlayan, onu özününkü sayan bu camaatı dar ayaqda əsir-

yesir kökündə qoyub qaçmağı özünə ar bilmişdi, kişiliyinə sığışdırmamışdı. Və bu camaatla bir 

səngərdə yatırdı, nə gecəsi vardı, nə də gündüzü. 

Qorbaçov  silahları  yığmaq  əmrini  verəndə  Ermənistan  bu  əmrlə  gündöyməzini  silib 

atmışdı tualetə. Bizdə isə rəislər daha artıq silah təhvil vermək üçün özlərini öldürürdülər, elə bil 

pambıq planı doldururdular. Amma o, yuxarıdan nə qədər sıxsalar da bir adamın evinə də milis 

göndərmədi. 

Nazirlikdən: 

Sən o boyda şəhərdən silah tapa bilmirsən? 



Yoxdu! Neyləyim, özümü silah eləyim?! 

 

30 



Nə nağıl danışırsan?! Bazarında avtomat satılan şəhərdə silah tapmırsan? 

Bilirsiniz  nə  var?  Əvvəl  ermənilərdən  silahları  yığın,  sonra  mən  sizə  bir  vaqon  silah 



təhvil verim. Mən bu camaatı topun-tüfəngin qabağında əliyalın qoya bilmərəm. 

Hələ altdan-altdan başqa şəhərlərə adam salıb silah aldırırdı və bu silahların da çoxunu 

ermənilərin mühasirəsindəki kəndlərə göndərirdi. 

Camaat da dünyanın düz vaxtı onun bu şəhərdən qazandıqlarının hamısını halal eləmişdi: 

Ə, bu Rəis kişi oğlu kişiymiş! 



Artıq geriyə yol yox idi, vardı ey, amma bu yol kişi oğlu kişilik deyildi. 

Yoldaş Polyaniçko, mən də burda oturan bütün vəzifəlilər kimi rüşvət almışam, özü də 



pis almamışam. Sizin özünüzün də rüşvət almaq stajınızdan sizə yaxşı məlumdur ki, hamımızın 

bir  vəzifəsi  də  rüşvət  almaq  və  aldığımız  rüşvəti  də  yuxarılarla  bölməkdi.  Amma  mən 

başqalarından  fərqli  olaraq  həmişə  pulluların  pulunu  almışam,  yetim-yesirin yox. Sizin o 

dedikləriniz  yetim-yesirlərdi,  pulları  yoxdu.  Olub-qalanlarını  da  satıb  tüfəngdən-zaddan  alıb 

hökumətin əvəzinə bu şəhəri qoruyurlar. 

İkinciyə  bəlkə  də  həyatında  indiyədək  belə  bir  sərt  söz  deyilməmişdi.  Ona  görə  də  bu 

gözlənilməz cavabdan özünü itirdi: 

Sən kiminlə danışdığının fərqindəsənmi? 



Yoldaş Polyaniçko, əvvəla, sən yox, siz! Mən sizə siz deyə müraciət edirəm. Mən bir 

milis polkovnikiyəm, kimin qarşısında olduğumu da çox gözəl bilirəm. 

Otura


nların hamısını soyuq tər basmışdı. Rəisin az-çox köntöy olduğunu bilsələr də, hər 

halda  ondan  ölkənin  ikinci  şəxsinə  bu  qədər  sərt  bir  cavab  gözləmirdilər.  Rəis  taleyini  ortaya 

qoymuşdu və yəqin ki, artıq uduzmuşdu. 

Bayaq  saunanın  kefindən,  indi  isə  hirsindən  pörtmüş  İkinci  yenə  alnının  tərini  sildi  və 

dəsmalı hirslə stola çırpdı, stolda nəsə qırıldı: 

Mən səni tutduğun vəzifədən azad edirəm. 



Müdafiə Naziri nə vaxtdan bəri bir  yerdə çörək  yediyi Rəisi düşdüyü uçurumdan xilas 

etmək üçün İkincini sakitləşdirməyə çalışdı: 

Viktor Petroviç, rəis yaxşı oğlandı, şəhərdə böyük hörməti var, camaat onu eşidir. Gecə-



gündüz səngərlərdədi, güllənin altındadı. Heç ailəsini də şəhərdən çıxarmayıb... 

Səhiyyə Nazirinin Müavini də Müdafiə Nazirinin sözünə qüvvət verdi: 

Dünən  idarəsinə  qrad  düşüb,  gözünün  qabağında  iki  milis  işçisi  ölüb.  Çox  böyük 



sarsıntı  keçirib.  Bütün  gecə  özüm  onun  yanında  olmuşam.  Hələ  heç  özünə  gəlməyib,  bu  dəfə 

bağışlayın. Ağsaqqalsınız! Qul xətasız, ağa kərəmsiz olmaz. 

Amma hirindən-hikkəsindən boğazının damarları çıxmış İkincini sakitləşdirə bilmədilər: 

Eşitmədin? Gedə bilərsən! Mən səni tutduğun vəzifədən azad elədim! 



Rəis təmkinini pozmadı: 

Yoldaş Polyaniçko, siz partiya işini yaxşı bilə bilərsiniz. Amma görünür hərbi işi yaxşı 



bilmirsiniz. 

Mən hərbçiyəm.Məni bu vəzifəyə daxili işlər naziri təyin edir və daxili işlər naziri də 

vəzifədən  götürür.  Mən  nazirə  tabeyəm,  sizə  yox.  Nazir  əmr  verər,  mən  də  vəzifəmi  əmrdə 

göstərilən şəxsə təhvil verərəm. 

Eybi  yox,  mən  elə  indi  nazirlə  danışaram.  Çiyninə  bir  avtomat  verib  səni  göndərər 



Stepanakertə, gedib Kərkicahanda uçastkovı işləyərsən. 

Rəis: 


Dedim ki, mən hərbçiyəm. Nazir əmr eləsə sıravi milis işçisi kimi də bu dövlətə qulluq 

eləməyə borcluyam və hazıram. İndi gedə bilərəm? 

Gedə bilərsən! 



Rəis bu dəfə hərbi salam vermədi, üzünü bir az əvvəl onu müdafiə edənlərə dedi: 

İkinizə də təşəkkür edirəm. Məni müdafiə etdiyinizə görə yox, belə nakişilərin arasında 



kişiliyinizi qoruya bildiyinizə görə. 

Və  çevrilib  otaqdan  çıxdı,  çıxanda  da  qapının  ağzında  əmrə  müntəzir  dayanmış  At 

Belində Olan Adama dedi: 

 

31 




Sənin bu şəhərdən qazandıqlarını burnunun iki deşiyindən tökmək mənə borc olsun. 

*** 

Anası Pələngi oyatmaq üçün əlini bir balaca ona toxundurmuşdu ki, uşaq yerindən necə 



dik atıldısa, yazıq arvad qorxdu: 

- Bissimillah! Bissimillah! 

Hövlnak qalxan Pələng: 

Nə oldu? Qrad başladı? 



Yox, ay bala, səni çöldə çağırırlar. 

Ağlına birinci o gəldi ki, yəqin Drakondu, haqq-hesab çəkməyə gəlib, rəngi  qaçdı. 

A bala, sənnən deyiləm?! 



- Kimdi? 

Rəhmətlik dədəngilin buxaltiridi. 



Toxtadı,  keçdi  yan  otağa,  hər  ehtimala  qarşı  Rəşid  Behbudovun  bağışladığı  xəncəri 

pencəyinin altından qurşadı belinə və çıxdı darvazaya. 

Qonşu, gecə vaxtı xeyir ola? 



Xeyir olar, inşallah.Bir gedək bizə, sözüm var. 

Burda deyə bilməzsən? 



Hər halda ev yaxşıdı. 

Gedək deyirsən gedək də. 



İçəri girəndə gördü ki, At Belində Olan Adam yayxanıb divana, qarşısında da bir stəkan 

çay, televizora baxır, televizorda vurhavur konsert gedirdi. 

Uşaq vaxtı televiziyada Livanı göstərəndə dəli olurdu: bir tərəfdə kəndlər, şəhərlər yanır, 

millət qırılır, bir tərəfdə də restoranlar, barlar, göbək rəqsləri. Uşaq ağlıyla fikirləşirdi ki, bu necə 

dövlətdi, bu necə millətdi, belə də müharibə eləmək olar? 

 

Onun üçün, elə hamı üçün müharibə deyilən şey Böyük Vətən Müharibəsi idi - kinolarda 



gördükləri,  kitablarda  oxuduqları,  atalarının-babalarının  vuruşduqları,  qırıldıqları  müharibə. 

Uşaqlı-böyüklü hamının ayağa qalxıb düşmənlə döyüşdüyü müharibə. Bütün ölkənin “Hər şey 

cəbhə  üçün,  hər  şey  Vətən  üçün”  dediyi  müharibə.  Və  uşaq  ağlıyla  fikirləşirdi  ki,  bəs  bu 

livanlılar niyə demirlər: “Hər şey Vətən üçün! Hər şey cəbhə üçün!” Və heç cür nə onun, nə də 

kimsənin  ağlına  gələ  bilməzdi,  heç  yatsalar  yuxularına  da  girməzdi  ki,  bu  televiziyada 

gördüklərini haçansa həyatda da görəcəklər və yaşadıqları ölkə elə Livan kimi olacaq. Millətin 

bir parası qırılacaq, millətin o biri parası isə öz kefində, öz damağında! Və uşaq vaxtı televizorda 

gördüyü Livan hətta bu ölkənin yanında muştuluq olacaq. 

İndi At Belində Olan Adam yayxanmışdı divana, qarşısında bir stəkan çay və ləzzətlə bu 

millətin olmayan televiziyasında bu millətdən olmayanların vur-çatlasınına tamaşa edirdi. 

İstədi elə qapıdan geri qayıtsın, çevrilib qonşuya baxdı, gördü qonşu əlini atıb boğazına, 

qayıtmadı. 

A

t  Belində  Olan  Adam  dərhal  hiss  elədi  ki,  Pələng  bu  görüşdən  xoşlanmadı.  Qalxdı 



ayağa, televizoru söndürdü, amma Pələngə yaxınlaşıb əl uzatmağa qorxdu, əli göydə qala bilərdi, 

bu da işləri korlayardı: 

Axşamın xeyir. Gəl otur, qardaş. 



Amma Pələng oturmadı: 

- Xeyirdimi? 

Gəl, gəl otur. Kişisən, kişi oğlusan. Rəhmətlik atanın da xətrini çox istəyirdim. Gözəl 



insanıydı. Neçə il bir yerdə işlədik, çox çörək yemişdik. Gəl, gəl otur. 

Pələng atasının adını eşidəndə bir az yumşaldı və könülsüz-könülsüz keçib oturdu. 

At Belində Olan Adam Baş Mühasibə dedi: 

Bizi tək burax. 



Otaqda ikisi qaldı. 

 

32 




Əvvəla,  sənə  təşəkkür  edirəm,  məni  böyük  bir  biabırçılıqdan  qurtardın.  Ömrü  boyu 

özüm də, balalarım da sənə borcludu. 

Nə sən, nə də balaların mənə heç nə borclu deyil. 



Yox, borcluyuq! Mənə görə özünü Drakon kimi bir əjdahanın ağzına atdın. 

Pələngin  söhbətə  qulaq  asmağa  heç  həvəsi  yox  idi.  Həm  də  postda  qaldığı  iki  günün 

yuxusu gözündən tökülürdü: 

Rəis,  -  bu  şəhərdə  vəzifəlilərə  rəis  deyirdilər,  -  sözünün  canını  de,  mən  hələ  posta 



gedəcəm. 

Yaxşı,  sözümün  canın  deyirsən,  mən  də  sözümün  canın  deyirəm.-  deyə  o,  əlini  atıb 



divanın  altından  bir  çanta  çıxartdı  və  qoydu  stolun  üstünə:  -  Qulaq  as,  burda  ürəyin  istədiyin 

qədər pul var. Bu pulla Bakıdan ev ala bilərsən, maşın ala bilərsən, evlənə bilərsən. Bunu sənə 

gətirmişəm. 

Səhər-səhər  Musanın  anası  üçün  min  manat  qıymayan  nədən  belə  səxavətli  olmuşdu, 

nədən  onun  ayağına  gəlmişdi?  Düzdür,  yaxşılıq  eləməyinə  Pələng  ona  çox  böyük  bir  yaxşılıq 

eləmişdi, biabırçılıqdan, özü də dəhşətli bir biabırçılıqdan qurtarmışdı. Amma Pələngə görə hər 

qəpiyinin qədrini bilən bu adam həmin yaxşılığı bu qədər pulla qiymətləndirmək qabiliyyətində 

deyildi, qəpiyinin qədrini bilən bir belə pulu buna görə çölə atmazdı. Görünür burda nə isə başqa 

bir 

əmma vardı. 



Rəis, səni yaxşı tanıyıram, bilirəm pulun da çoxdu, amma sən bu qədər pulu havayı çölə 

atanlardan deyilsən. 

Havayı niyə, həyatımı qurtarmısan. 



Rəis, açıq danış, de görüm məndən nə istəyirsən? 

Sözü bir başa demək çətin idi, özü də çox çətin idi. Məsələ çox pis sonuclana, onun üçün 

daha ağır qurtara bilərdi. Hərçənd ki, ona olan olmuşdu, qaradan artıq rəng yoxuydu. Tutar-tutar, 

tutmaz da... Amma necə olur-olsun tutdurmaq lazımıydı, daha uzaqdan gəzişməkdən vaz keçdi, 

birbaşa gəldi mətləbin üstünə. 

Yaxşı,  lap  açıq  danışıram,  amma  cavab  verməyə  tələsmə.  Mənə  diqqətlə  qulaq  as. 



Drakonu məndən də yaxşı tanıyırsan. Yaxşı bilirsən ki, anasına qəhbə deyibsə, səni atacaq. Eldar 

Bağırovu  vurdular,  kimə  nə  dedilər  ki,  səni  də  vursalar  kimə  nə  deyələr?!  Müharibədi,  kim 

kimədi? Qorxma, döyüşlərin birində işini gör, arxanda mən durmuşam. 

Pələng  gözlərini  qıyıb  qarşısındakı  adamın  anlaya  bilməyəcəyi  bir  baxışla  onu  süzdü. 

Qarşısındakı  adam  bu  gün  səhər  şalvarını  batıran  adama  oxşamırdı.  Yenə  səhər-səhər 

düşürüldüyü  atın belinə  qalxmışdı. Və bu atı daşlı-kəsəkli  yolda səyirtmək istəyirdi.  Bu  adam 

pulla hər şeyi almağı öyrənmişdi və hər şeyi də həmişə ala bilmişdi - diplomu da, vəzifəni də, ad-

sanı, xətir-hörməti də, toylarda, yaslarda məclisin yuxarı başını da. Hər şeyi satın ala bilmişdi - 

katibləri də, rəisləri də, prokurorları da, özündən yuxarıları da, özündən aşağıları da. Onun üçün 

bu  dünyada  hər  şey  satılırdı,  hər  şey  alınırdı.  İndi  də  onu  almaq  istəyirdi,  qiyməti  də  özü 

müəyyənləşdirmişdi, xəsislik də eləməmişdi. Əjdahaları satın almağı bacaran bir adam üçün o 

çox kiçik bir əşya olsa da, ortaya çox böyük pul qoymuşdu. 

Hə, nə deyirsən? 



Pələng xeyli bir çanta pula baxdı, bu bir namərdə öz qardaşına güllə atdıracaq qədər pul 

idi, sonra yenə baxışlarını qaldırıb qarşısındakını süzdü. Onun təzə-təzə dərk elədiyi, təzə-təzə 

qədəm  qoyduğu  bir  duyğunu  -  kişiliyini  satın  almaq  istəyən  bu  adamın  sinəsində  qəşəng  bir 

xəncər  yeri  vardı.  Amma  o,  Rəşid  Behbudovun  bağışladığı  xəncərə  əl  atmadı.  Gözlərinin 

qabağına  Musanın  ayaqları  kəsilmiş  anası  gəldi,  həkimə  verilmək  üçün  qəpik-qəpik  yığdıqları 

pul  gəldi,  Komandirin  barmağından  çıxartdığı  nişan  üzüyü  gəldi,  ətsiz  yedikləri  borş  gəldi... 

Daha  çox  şeylər,  çox  şeylər  gəldi  gözlərinin  qabağına.  Amma  o  çox  şeylərin  içərisində  nə  ev 

vardı, nə maşın, nə də toy. O heç qız sevməyə macal tapmamışdı ki! Və indi qabağına çox şeylər 

gələn  gözlərinin  önündə  bir  çanta  pul  vardı,  ağlına  gəlməyəcək,  yuxusuna  girməyəcək,  bütün 

nəslini xoşbəxt edə biləcək qədər pul. Acı-acı güldü. 

Hə, nə deyirsən? Bunu Allahdan başqa bir kimsə bilməyəcək. 



 

33 



Pələng yenə At Belində Olan Adama baxdı, çantadakı pula baxdı, qalxdı ayağa, çantanın 

ağzını örtüb götürdü: 

Nə deyirəm ki! - dedi və otaqdan çıxdı. 



At Belində Olan Adam dərindən nəfəs aldı: 

- Di 


get, köpəyoğlu! Görək kim kimi şalvarsız qoyur. 

 

*** 



 

Pələng həyətə girəndə gördü anası artırmada əli qoynunda dayanıb intizarla onu gözləyir 

gecənin bu çağında bu qəfil çağırış arvadı qorxutmuşdu. 



Bu gecə vaxtı xeyiriydimi, ay bala? 

- Xeyiriydi. 

Girdi


lər evə. Pələng çantanı stolun üstünə qoyub açdı. Anası pulları görəndə matı-qutu 

qurudu, əli üzündə qaldı: 

Bu nədi, ay bala? Oğurluq eləmisən?- dedi və halsız düşdü çarpayıya. 



Oğurluq  nədi,  ay  ana?!  Bakıdan  göndəriblər,  batalyonun  puludu.-  amma gördü anası 

inanmadı, and içdi;- Seyid Lazım ağanın cəddi, batalyonun puludu. 

Anası yenə inanmadı: 

Denən Həzrət Abbas haqqı! 



Həzrət Abbas haqqı! İndi inandın? - Sonra “türk” adı gələndə çiçəyi çırtlayan anasını 

həm rahatlatmaq, həm də sevindirmək üçün dedi; - Türklər göndərib. 

Anasının gözləri alacalanıb işıqlandı: 

Buy, onlara qurban olum! Buy, onların başına dolanım! 



Sən mənə bir stəkan çay gətir, işim var. 

Türklərin adını eşidəndən sonra rəngi üstünə gələn anası getdi çay gətirməyə. 

“Mənə bir belə verirsə, gör namərdin nə qədər pulu var ey” deyə fikirləşən Pələng əlinin 

arxasıyla pulları sığalladı, elə bil qayçının ağzından indicə çıxmışdı. İlk dəfə hiss elədi ki, heç 

demə gül kimi, çiçək kimi pulun da öz qoxusu varmış. Və gülün, çiçəyin qoxusu kimi pulun da 

qoxusu ləzzətliymiş. Və gül-çiçək qoxusu verən puldan iki dəst götürüb qoydu qoltuq cibinə. 

Əlində çay otağa girən anası bunu gördü: 

Onları niyə götürürsən? 



Lazımdı, -dedi, sonra iki-üç dəstini də götürüb bir qəzetə bükdü verdi anası; - Ala bunu, 

bərk yerə qoy. Müharibədi birdən məni vurub-eləyərlər, lazım olar. 

Allah eləməsin, ay bala. 



-

Biz Allahın yadından çoxdan çıxmışıq. 

-Axmaq-

axmaq danışma, ağzın əyilər. 

Pələngin əli havada qalmışdı: 

Di ala dana, qoy bərk yerə. 



Anası yenə əlini pula uzatmadı: 

Bəs deyirdin batalyonundu? 



Həzrət  Abbas  haqqı  batalyonundu.  Tezdən  aparıb  verəcəm  Komandirə.  Bunlar  da 

mənim payımdı. Mən indiyədək heç sənə yalan danışmışam?! 

Anası pulları alıb qoynuna soxdu, Pələngi də gülmək tutdu: 

Amma yaman bərk yerə qoydun, ha!- dedi sonra çantanı atdı çarpayının altına, tələm-



tələsik bir-iki qurtum çay içdi və evdən çıxdı;- Sən yat, mən Musanın qardaşına bir söz deyib 

gəlirəm. 

Getdi Musanın xalasıgilə. Evə Dolu düşəndən sonra Musanın qardaş-bacılarını xalası əri 

yığıb aparmışdı öz evlərinə. Darvazanı xeyli döydü: 

Ay dədəm vay, bunlar nə bərk yatıblar, ə! 



Nəhayət, Musanın Xalası Ərinin yuxulu səsi gəldi: 

Ay kimsən?! 



 

34 



Mənəm, Pələngdi. 

Darvaza açıldı, Musanın Xalası Əri gecənin bu gözü Pələngi görəndə elə bildi Bakıdan 

bəd xəbər gəlib, salamsız-kəlamsız soruşdu: 

- Arvad keçinib? 

Yox, salamatdı. Musa qardaşına xəbər göndərib, ona görə gəlmişəm. 



Gəl içəri. 

Sağ ol, tələsirəm. Zəhmət olmasa çağır. 



Səsə Musanın Qardaşı da artırmaya çıxmışdı, Pələngi görüb düşdü darvazaya tərəf, çatan 

kimi o da soruşdu: 

- Arvad keçindi? 

Pələng girdi onun qoluna: 

Ə, loxəbər özünüzsünüz. Bir bəri dur görüm. Dayı, sən bizi bağışla. 



Musanın Xalasının Əri: 

Allah bağışlasın!- deyib girdi həyətə. 



Pələng cibindən iki dəstə pul çıxartdı və uzatdı Musanın Qardaşına: 

Ala bunları. 



O da Pələngin anası kimi ömründə ilk dəfəydi bu qədər pul görürdü, təəccüblə soruşdu: 

Bunlar nədi, ə? 



Korsan? Görmürsən puldu?! 

Görürəm ey puldu, deyirəm nədi? 



Bakıdan Musanın dostları göndərib. 

Ə, nə səfeh-səfeh danışırsan. Musa dünən o boyda Bakıda dərman almağa əlli manat pul 



tapmayıb. Nə dost, hansı dost?! Musanın dostunun biri sənsən, acından günorta durursan. 

Pələng əsəbləşdi: 

Ə, nə zəhləmi tökürsən?! Dostları olmasın, yaxşı oğlanlar olsun. Götür get evinizi tikdir, 



arvaddan  da  narahat  olma.  Bu  gün  Musaya  pul  göndərmişik.  Nə  gözünü  döyürsən,  ala  dana!- 

dedi və pulları basdı onun cibinə. 

Nə  deyirəm,  vallah,  kim  göndəribsə,  Allah  balasını  saxlasın.  Pələng,  eşitdim  bu  gün 



Drakonla dalaşmısan? 

Boş şeydi, bir balaca dilləşmişik. 



Musanın Qardaşı başını buladı: 

Necə  dilləşməyiniz  üz-gözündən  görünür.  Boş  şey  deyil,  söz  Drakonun  ağzından 



çıxıbsa, səni atacaq. Deyirəm, bəlkə sabah gedək Seyid Lazım Ağanın yanına. 

Bu  camaat  üçün  Seyid  Lazım  Ağanın  sözü  “Qur’an”  ayəsi  kimiydi,  heç  kim  keçə 

bilməzdi.  Camaat  Ağanın  şəkillərini  ciblərində  gəzdirir,  maşınlarının  ön  şüşəsinə  yapışdırır, 

evlərinin  ən  görkəmli  yerlərindən  asırdı.  Üzündən  nur  yağan  Ağa  adətən  çox  vaxt  bazarda 

Drakonun mağazasının qarşısında, onun üçün qoz ağacından xüsusi hazırlanmış taxtda otururdu. 

Bazara gələnlərin çoxu onun əlindən öpməmiş, xeyir-duasını almamış bazardan çıxmazdı. Nəzir-

niyazı  olanlar  da  onu  elə  burda  tapardı.  Dükanın  ağzında  bir  qutu  vardı,  bu  qutu  axşamadək 

nəzir-niyazla  dolardı.  Amma  Ağa  əlini  o  nəzir-niyaza  vurmazdı,  bu  nəzir-niyaz  kasıb-kusuba 

paylanırdı.  Təzə  işə  başlayanlar,  ya  bir  vəzifəyə  gedənlər  Ağadan  bir-iki  manat  pul  alardı  - 

bərəkət olsun deyə. 

Bu  günlərdə  bir  Dolu  gəlib  ağanın  on-on  beş  addımlığında  torpağa  sancılmışdı,  amma 

partlamamışdı. Gördükləri möcüzədən əlləri üzlərində qalan camaat Dolu düşərkən heç tükü də 

ürpənməyən Ağanın əlinə-ayağına düşmüşdü: 

Cəddinə qurban olaq, Ağa! 



Bir an da bütün Qarabağa səs yayılmışdı, hətta xəbər gedib Bakıya da çatmışdı - Ağanın 

cəddi  camaatı  ölümdən  qurtarıb.  Müharibə  başlayandan  bəri  Dolu  döyməkdən  xeyli  öləziyən 

Dünyanın Ən Varlı Şəhərinin bu ən varlı bazarı yenidən qaynamağa başlamışdı - Ağa nə qədər 

bazardadı, cəddi camaatı qoruyacaq. 

 

35 



Və  indi  Musanın  Qardaşı  çox  gözəl  bilirdi  ki,  Drakon  nəyə  and  içir-içsin,  Ağanın  bir 

kəlmə sifarişi bəsdi. 

Hə, nə deyirsən, səhər gedək? Sən utanırsansa mən gedim. 



Musanın Qardaşı Pələngin ürəyindən xəbər vermişdi, amma özünü sındırmadı: 

O məni atmaz! Bir sözdü də deyib. Özü də mənim əlimi pişik yeyib?! 



Yaxşı da, gopa basma. Səhər gedirik, ya yox? 

Pələng gülümsədi: 

Nə deyirəm, gedək deyirsən, gedərik. 



*** 

Bayaqdan yatmaqdan ötrü ölən Pələngin gözünə səhərədək yuxu getmədi. Və heç bilmədi 

ki, onu yatmağa qoymayan çarpayının altındakı gül-çiçək qoxusu verən bir çanta puldu. Dan yeri 

onun gözlərində söküləndə düşdü həyətə, qurşaqdan  yuxarı  yuyundu. Sonra evə qalxıb ağzına 

bir-

iki tikə pendir-çörək qoydu. Anası daş kimi yatmışdı, oyatmağa heyfi gəldi, əyilib sümükləri 



çıxmış qupquru əlindən öpdü və evdən çıxdı. 

Batalyonun həyətində ağız deyəni qulaq eşitmirdi, vurhavuruydu, maşınlara doluşurdular. 

- Hara? 

Deyirlər ermənilər Gülablıya girib. 



Yüyürdü  Komandirin  maşınına  tərəf.  Əlini  atıb  yerindən  tərpənməkdə  olan  maşının 

qapısını açdı: 

Komandir, bəs mən?! 



Komandir: 

Arujeynikə de, silahını versinlər! 



*** 

Yüksəkliyi ələ keçirən ermənilər ovucları içində qalan kəndi güllə yağışına tutmuşdular. 

Göydən  ucuz  ölüm  tökülürdü.  Və  göydən  tökülən  bu  ucuz  ölümdən  canlarını  qurtarmaq  üçün 

arvad-


uşaq,  ağsaqqal-qarasaqqal  ayaqyalın,  başıaçıq  üzümlüklərin  arasıyla  üzüaşağı  qaçırdı. 

Körpələrin çığırtısı, qadınların fəryadı tük ürpədirdi. 

Bir  yük  maşını  yolun  ortasında  yanırdı,  ətraf  parçalanmış  meyidlərlə  dolu  idi.  Yolun 

kənarındakı şah tutun budaqlarından bağırsaqları çölə tökülmüş bir adam sallanırdı və hələ nə 

baş verdiyini anlamadan bağırırdı. 

Sürücü  öyüdü,  maşını  saxlayıb  düşmək  istədi,  Komandir  hirslə  boynunun  dalına  bir 

şapalaq vurdu: 

Sür, köpəyoğlu! Camaat qırıldı! 



İdarənin  qabağında  xeyli  silahlı  əsgər  vardı,  Direktor  birinin  yaxasından  yapışıb 

şapalaqlaya-şapalaqlaya bağırırdı: 

Hara qaçırsınız, ay qəhbə uşağı qəhbə?! 



Komandir: 

-  Saxla!- 

deyib çığırdı və heç maşının dayanmağını gözləmədən qapını açıb özünü atdı 

yerə, əli ilə də arxadan gələnlərə işarə elədi ki, dayanmayın, qalxın yuxarı. 

Komandiri görən Direktor bir az da ürəkləndi: 

Ə, binamuslar... 



Komandir əsgəri Direktorun əlindən alıb kənara itələdi: 

Müəllim, bir dayan görüm. Nə olub? 



Görmürsən bu binamusları, postu qoyub qaçırlar. 

Komandir qorxudan ciyərləri ağızlarından  gələn, tozun-torpağın içində, tökülüb-itən bu 

burnu fırtılıqlı əsgərlərə baxdı. 

Onların çoxunu Bakıda küçələrdən tutub milisə gətirir, pulluları buraxır, imkansızları isə 

Müdafiə  Nazirliyinin  adamlarına  təhvil  verirdilər.  Bəzilərinin  üstündə  heç  sənədi  də  olmurdu. 

Bir də görürdün ağlayırdılar ki, vallah, biz uşağıq, orta məktəbdə oxuyuruq. Kim idi baxan? Və 

Müdafiə Nazirliyi də ömründə bircə dəfə də silah görməyən bu burnufırtılıqlı uşaqlara heç bir 

təlim  keçmədən,  döyüşə  hazırlamadan,  hətta  əyinlərinin  ölçüsünə-filanına  baxmadan  əsgər 

 

36 




paltarı geyindirib doldururdular avtobusa və göndərirdilər ermənilərin ət  maşınının ağzına, elə 

bil  millətin  qəsdinə  durmuşdular.  Belələrinin  çoxu  birinci  döyüşdəcə  güllənin  səsindən  şoka 

düşürdü. 

İmkan düşən kimi bu əsgərlərə baş çəkən Komandir belələrinə az qala yüz dəfə deyirdi: 

Ay oğul, güllənin səsindən qorxma, güllənin səsini eşitdinsə, deməli,sənlik deyil. Sənə 



dəyən gülləni eşitməyəcəksən. 

Amma  nə  fayda?  Ömürlərində  kinolardan  başqa  bircə  dəfə  də  güllə  səsi  eşitməyən  bu 

uşaqların  bəziləri  döyüş  başlayan  kimi  silahlarını  atıb  qaçır,  bəziləri  də  səngərin  içində 

qulaqlarını  tutub  uşaq  kimi  ağlayırdılar.  Özlərini  batıranlar  da  olurdu.  Qınamaq  da  mümkün 

deyildi, ana uşaqları idi, çoxunun üzünə heç ülgüc də dəyməmişdi. 

Gözlərinin qabağında cavan-cavan oğlanların havayıdan qırılmasına, qırılmayanların da 

minbir xəstəlik tapmasına dözə bilməyən zabitlər xəlvətcə Komandirin yanına gəlmişdilər: 

Komandir, bizi eşidən yoxdu. Etiraz edənləri də tutub soxurlar içəriyə ki, provakatorsan. 



Yenə səndən çəkinirlər. Qoyma, uşaqlar havayıdan qırılır. 

Komandir: 

Vallah, sizin hökumət elə bilir düşmən erməni deyil, mənəm. Amma çalışaram. 



Durub getmişdi Katibin yanına: 

Katib, sən bu şəhərin yiyəsisən, niyə qoyursan hökumət bu xalqın uşaqların qırdırsın? 



Rəhmətliyin oğlu, nə şəhər, nə rayon, nə yiyə?! İndi heç bu ölkənin yiyəsi yoxdu. Elə 

bilirsən  məni  eşidirlər?  Dəfələrlə  demişəm,  dava  da  eləmişəm.  Sekada  söymədiyim  adam 

qalmayıb,  heç  filan  yerlərinə  də  deyil.  Deyirəm  heç  olmasa  bu  yazıqları  paylayın  bizim 

batalyonlara,  qoyun  bir  az  təlim  keçsinlər.  Deyirlər,  cəbhəçiləriyin  sayın  artırmaq  istəyirsən? 

Guya  cəbhəçilər  mənimdi.  Deyirəm,  bizim  batalyonlara  vermirsiniz,  yaxşı,  onda  verin  Şirin 

Mi

rzəyevin batalyonuna, o ki cəbhəçi deyil, nazirliyin batalyonudu. Ona da razı olmurlar. Çünki 



yuxarıların  axmaq  göstərişlərini  yerinə  yetirmədiyinə  görə  Şirindən  də  zəhlələri  gedir.  O  gün 

Kolanıda  bir  kapitan  Müdafiə  Nazirinin  boğazını  üzürdü.  Deyirdi  ki,  tüfəng  tuta  bilməyən  bu 

uşaqlarla erməninin qabağına necə çıxım? Düzü, zəhləm getsə də, Nazirə yazığım gəldi, oturub 

zülüm-


zülüm  ağladı.  Dedi  elə  bilirsiniz  mən  insan  deyiləm,  elə  bilirsiniz  mənim  balalarım 

yoxdu?! Neyləyim?! Ali Baş Komandan nə əmr eləyir, mən də onu yerinə yetirirəm. 

Heç olmazsa o uşaqlara verdikləri silahları bizə versinlər, bu camaata versinlər, biz də 



işimizi bilək. 

Katib acı-acı güldü: 

Komandir, bayaqdan ağzımda bir “Qur’an”lıq söz danışıram, sən də deyirsən silahları 



bizə versinlər. Bir nəfərə deyirlər Əzrayıl bala paylayır, o da deyir ki, balama dəyməsin, onun 

balası mənə lazım deyil. Şükür elə ki, əlimizdəkini almayıblar. Çalışaram heç olmasa onları ön 

cəbhədən çıxarsınlar. 

Ayrılarkən Komandir dedi: 

Katib,  ağsaqqalımızsan,  səndən  keçə  bilmirəm.  İcazə  ver,  o  ağevdəkilərin  hərəsinin 



əlinə bir qoşa lülə verib soxum səngərə, ağılları başlarına gəlsin. 

Onlar  peşkadılar,  Komandir.  İşin  olmasın.  Özü  də  içlərində  bizi  istəyənlər  də  var. 



Amma neyləsinlər, nəyin nəyidilər ki! 

Ko

mandir qorxudan sapsarı saralmış bu əsgərlərə baxdı, gördü ki, onları təzədən döyüşə 



soxub qırdırmağın heç bir mənası yoxdu, soruşdu: 

Komandiriniz hanı? 



Vurdular! Uşaqların yarısı dağda qırıldı! 

Komandir: 

Müəllim,  işin  yoxdu,  qoy  getsinlər.  Günah  bunlarda  deyil  ey,  bunları  bura  göndərən 



namərdlərdədi.- dedi, sonra üzünü tutdu əsgərlərə:- Silahlarınızı buraxın, gedin. Müəllim, sən də 

silahları payla öz camaatına, göndər yuxarı, Abdalın üstünə. Oranı möhkəmlədin, ordan da girə 

bilsələr, qabaqlarını kəsmək mümkün olmayacaq. Di siz də buraxın silahlarınızı. 

 

37 




Əsgərlər əvvəl-əvvəl bir-birlərinə baxdılar, sonra başlarını saldılar aşağı, xəcalətindən heç 

kim silahını birinci atmağa ürək eləmədi. 

Komandir: 

Ə, vaxt yoxdu, buraxın silahlarınızı dedim. Çıxın kənddən! Özü də üzümlüklərin içiylə 



gedin ki, sizi qırmasınlar. 

Bəziləri  utana-utana  silahını  gətirib  Komandirin  önünə  buraxdı  və  çəkildilər  bir  tərəfə. 

Bəziləri isə hələ də dayanıb çəkinə-çəkinə Komandirə baxırdı. 

Siz nəyi gözləyirsiniz? Gedin, utanmayın! 



Biz döyüşə qayıtmaq istəyirik. 

Komandir daha gözləmədi: 

Müəllim, silahları payla camaata, bunları da götür özünlə! Çıxın Abdala! Dağ bizlikdi. - 



dedi və cavab gözləmədən mindi maşına:- Sür! Namərd uşağı, namərdlər! Xalqın burnufırtılıqlı 

uşaqlarını küçələrdən yığıb göndərirlər ki, gedin ölün. Vuruşa bilənlər də Mütəllibovu qoruyur. 

Eybi yox, qoy bu ermənilərlə qurtaraq, onun da məsələsinə baxarıq. 

Batalyon  döyüşə  hazır  vəziyyətdə  meşənin  içində  Komandiri  gözləyirdi.  Çatan  kimi 

qərargah rəisi məlumat verdi: 

Sol tərəfdə bir beempeləri var. Çıxır yolu vurur, tez də gizlənir. Deyəsən pulemyotları 



çoxdu. Yaxşı möhkəmləniblər. Beempe olmasaydı dərd yarıydı. Çətin olacaq. Artilleriyasız heç 

nə edə bilməyəcəyik. Oğraşlar bu boyda postu uşaq-muşağa tapşırıblar. 

Kimsə tövşəyə-tövşəyə kəsə yolla aşağıdan yuxarı dırmanırdı, hamının çiçəyi çırtladı: 

Komandir! Baxın! 



Komandir geri çevrildi -  Drakon idi - 

ciyər dolusu bir nəfəs aldı, bəlkə də heç vaxt bu 

qədər sevinməmişdi, gözləri doldu. Bunu uşaqlar da hiss elədi. 

Drakon gəlib çatdı. Dayandı Komandirin önündə, nəfəsini dərmədən ağır-ağır dedi: 

Komandir! İcazə ver məlumat verim! 



- Buyur! 

Döyüş  başlayanda  Ağbulaqda  postdaydım.  Özümü  çatdıra  bilmədim,  yoxsa  postu 



verməyə  qoymazdım.  Yazıqlar  lap  uşaqdılar.  Amma  komandirləri  əjdaha  oğlanıydı,  snayperlə 

vurublar.  Komandirləri  vurulan  kimi  də  qorxularından  düşüblər.  Bir  beempeləri  var,  rusdu 

köpəyoğlu,  tanıyıram.  Çox  yaxşı  işləyir.  Bir  dənə  qranatamyotları  var,  iki  dənə  də  erpeka 

pulemyotları. Çox deyillər, otuz-otuz beş nəfər ola-olmaya. 

Drakon əsgərlikdə olmamışdı, elə bu uşaqların çoxu da! Əsgərlikdə olanlar da vardı ki, 

iki ildə heç avtomat da görməmişdilər. Ya tikinti batalyonunda qulluq eləmişdilər, ya da özlərini 

vermişdilər yeməkxanaya, anbara. Ya da generalların bağlarını qorumağa. Hamısı da qayıdandan 

sonra gopa basırdı ki, generalın qızıyla gəzirdi, amma indiyədək əsgərlikdən bir general qızı, heç 

mayor qızı da alıb gətirən olmamışdı. Alıb gətirdikləri qızların ataları ya elektrik idi, ya sürücü, 

çox qudursa ti

carətçi  qızı.  Bir  də  əsgərlikdən  gələnlərin  hamısı  bığlı  olardı,  bununla  fors 

eləyirdilər ki, komandir nə qədər elədi bığımı qırxdıra bilmədi: 

Dedim, komandir, biz azərbaycanlılar kişiyik ey! Kişinin də bığı olar. 



Bığsız  komandirlər  kişi  deyildilər,  amma  bığsız  komandirlərin  bağında  qulluq  eləyən, 

axşamlar itlərini gəzməyə çıxaran bığlı bizimkilər kişiydilər. 

Və belə yerlərə, general qızları ilə kef eləmək üçün general bağlarına düşməyin xatirinə 

də  yalvara-yalvara  ruslara  nə  qədər  rüşvət  verirdilər.  Və  heç  bilmirdilər  ki,  pul  verməsələr  də 

bizimkilərin yeri elə tikinti batalyonudu, yeməkxanadı, çayxanadı. Lap pulluları da uzağı general 

bağlarına göndərilirdi, general qızları ilə kef eləməyə yox, general qızlarına nökərçilik eləməyə. 

Ölmüşdü  rus,  bizimkiləri  aparıb  raket  qurğuları  öyrədəydi,  təyyarə,  tank  sürməyi,  top  atmağı 

öyrədəydi. Hələ fəxr də eləyirdik ki, Hacı Zeynalabdin Tağıyev Çara hər il külli miqdarda pul 

verirmiş ki, bizimkiləri əsgər aparmasın, guya aparacaqmış. 

Amma indi bu müharibə çox qısa zamanda, bu əsgərlikdə olmayan, ya da əsgərlikdə olub 

general  qızlarıyla  gəzdiklərini  gopa  basan  bu  uşaqlara  çox  şeyi  öyrətmişdi.  Hətta  elə  şeylər 

öyrətmişdi ki, iyirmi ilin zabiti də o şeyləri bilmirdi. Güllələrin səsindən silahın növünü təyin 

 

38 



edirdilər, mərminin səsindən topun. Səsindən Amerika istehsalı silahları da tanıyırdılar. Adətən 

bu silahlardan xaricdən gətirilən muzdlular istifadə etdiyindən hətta onu da bilirdilər ki, qarşıda 

nə qədər muzdlu var. 

Döyüşlərin  birində  bir  ölü  zənci  ələ  keçirmişdilər.  Ermənilər  bu  zəncinin  meyidini  bir 

neçə diri azərbaycanlıyla dəyişdilər. Və uşaqlar heç bilmədilər ki, ermənilər bu sahibsiz zəncinin 

meyidini niyə belə çox istəyir. 

Drakon da bu işdə ustaların ustasıydı, onun kimi silah səsi tanıyan yoxuydu. 

Bu vaxt BM

P yenə çıxdı və yoldakı maşınlardan birini də vurdu. 

Komandir: 

Nu,  davay!  Üç  yerdən  qalxırıq.  Özünüzü  havayı  gülləyə  verməyin.  Snayper,  sən  çıx 



sağdakı yala, ordan işləyərsən. Güllə atan kimi də yerini dəyiş. Drakon, sən öz uşaqlarını götür 

sağdan  çıxart.  Mən  mərkəzdə  olacam.  İndi  Qatırdan  Vanyanı  istəyərəm.  Versə,  işimiz  asan 

olacaq.  Bəd  ayaqda  tarana  gedəcəyik  ha.  Bəri  başdan  deyirəm,  kim  qorxur  getsin,  qınamarıq. 

Amma döyüşdən qaçsa, özüm öldürəcəm! Ya Allah! 

Drakon: 

Komandir, icazə ver, bir söz deyim. 



Tez elə. 

Komandir, bilirsən ki, mən buraları beş barmağım kimi tanıyıram. Sovet hökuməti üç il 



məni  bu  meşələrdə  tuta  bilmədi.  Sən  mənə  icazə  ver,  o  beempeni  aşırım.  Onların  gücü 

beempedədi.  Siz  yerinizi  möhkəmlədin,  hücuma  keçməyin,  çox  demirəm,  yarım  saat  məni 

gözləyin. 

Pələng çıxdı qabağa: 

Komandir, mənə də icazə ver. Biz həmişə kəşfiyyata bir getmişik. 



Komandir: 

Yox! Sən mənə burda lazımsan. 



Pələng baxışlarıyla Drakona yalvardı və Drakon bu baxışları tutdu: 

Qoy gəlsin. Qorxma, mən onu bulvarda vuracam. 



Komandir yenə razı olmadı: 

Yox, ona görə demirəm, Pələng mənə burda lazımdı. İstəyirsən başqa adam götür. 



Drakon: 

Yaxşı, onda heç kim lazım deyil, mən getdim. 



Komandir sonuncu tapşırıqlarını da verdi, uşaqlar mövqelərini tutub girdilər döyüşə. 

Komandir telsizi götürdü: 

Qartal! Qartal! Mən Komandirəm! Qartal! Qartal! 



Telsizdən Rəisin səsi gəldi: 

Qartal eşidir! Qartal eşidir! 



Qartal!  Ermənilər  Gülablının  üstündəki  postu  götürüblər.  Camaat  qırılır.  Döyüşə 

girmişəm. Bizə kömək ver. Qartal! Eşidirsən? 

Eşidirəm, Komandir! Eşidirəm! Milis batalyonu sənə köməyə gəlir, özüm də gəlirəm. 



Möhkəm ol! 

Kişisən, Rəis! 



Day mən rəis deyiləm. Gecə işdən çıxartdılar. Yaz batalyonuna. 

Zarafat edirsən? 



İndi zarafat vaxtıdı? Gəlirəm! Möhkəm ol! 

Bu vaxt telsizdən Qatırın səsi gəldi: 

Komandir! Eşidirsən? Komandir! 



Komandirin ürəyi atlandı: 

Səsinə quzu kəsim! 



Komandir! Mənimkilər gəlir. Bildin də kimi deyirəm? 

- Bildim! Bildim! 

Möhkəm ol! 



 

39 



Möhkəməm!-  dedi  Komandir,  sonra  üzünü  tutdu  uşaqlara:-  Qatır  tankı  göndərib. 

Uşaqlara deyin, ürəklənsinlər. 

Qatır tankı göndərib... 



Qatır tankı göndərib... 

Vanya gəlir... 



Drakon özünün tanıdığı cığırlarla ermənilərin arxasına keçirdi. Yuxarı dırmaşdıqca nəfəsi 

çatmırdı. Hər dəfə döyüşə girəndə özünə söyürdü: “Nə bilim bu oğraş müharibə düşəcək, yoxsa 

nə içərdim, nə də çəkərdim”. Cavanların əlində siqaret görən kimi alıb atardı: 

Mən çəkib ağ günə çıxmışam! 



Yenə  özünə  söyə-söyə  üzüyuxarı  dırmaşırdı.  Birdən  hiss  elədi  ki,  arxadan  kimsə  gəlir, 

girdi  ağacların  birinin  arxasına,  bıçağına  çıxartdı  -  bu  vaxt  Pələng  ləhləyə-ləhləyə  cığırda 

göründü, çiynində də qumbaraatan, Drakon duruxdu. 

Ə, sən hara gəlirsən? 



Pələng: 

Səni tək buraxa bilərdim?! Beempeni qranatla partlatmaq çox çətindi. Bunu görürən?- 



deyə çiynindəki qumbaraatanı göstərdi. 

Bunu hardan aldın? 



Almadım, meşədən tapdım. Bizimkilər qaçanda atıbmış. Heyf ki, bir atımlıqdı. 

Qorxmursan səni ataram? 



- Yox. 

Niyə? 



Əlin qalxmaz! 

Yaxşı, getdik. Bunu sonra ayırd eləyərik. 



Döyüş çox ağır gedirdi. Komandir tez-tez uşaqlara xəbər göndərirdi: 

Qeyrətinizə qurban olum! Möhkəm dayanın! Arxamızda ana-bacılarımızdı! 



Amma  Qeyrət  bədbəxt  oğlu  bədbəxt  neyləsin!  Qeyrətin  gücü  pulemyotun,  avtomatın 

güllələri  qarşısında  çox  aciz  idi.  Qeyrət  nə  qədər  özünü öldürürdü, gücü BMP-nin  gücünə 

çatmırdı.  Qeyrətin  gücü  sinəsi  ilə  o  güllənin,  o  mərminin  qarşısına  sipər  olmağa  çatırdı,  bu 

torpağın  yolund  ölməyə  çatırdı  və  ölürdü.  Və  qeyrət  sinəsini  gərmişdi  düşmən  gülləsinin 

qabağına. 

Adətən kinolarda “ura” eləyib alman pulemyotunun qabağına atılmaq olurdu, amma bu 

Kinoda  “ura”  eləyib  erməni  pulemyotunun  qabağına  atılmaq  olmurdu.  Çünki  o  kinolarda 

rejissorlar  “ura”  eləyənin  tərəfindəydilər,  bu  Kinoda  pulemyot  atanların.  Yüksəkliyə  yaxın 

düşmək mümkün deyildi. Yerdən baş qaldıran yerində vurulurdu. Beempe də öz işindəydi, qəfil 

çıxır,  köməyə  gələn  texnikalardan  birini  vurur  və  yenə  gizlənirdi.  O  biri  texnikalar  da 

qorxusundan  üzümlüyün  içindən  çıxa  bilmirdi.  Milislərin  gətirdiyi  minamyotun  da  elə  bir 

köməyi çatmırdı, atanlar çox təcrübəsiz idilər. 

Komandir: 

Pələngi çağırın! Onun minamyotdan yaxşı başı çıxır. 



Amma Pələngi gördüm deyən olmadı. 

Komandir, Pələng yoxdu. 



Necə yəni yoxdu? 

Yoxdu də. Bəlkə qaçıb? 



- Axmaq-

axmaq danışmayın. 

Vallah, yoxdu. Ya qaçıb, ya da vurublar. 



Elə bil Komandirə güllə dəydi. Döyüşdən qorxulu şey kiminsə qaçması idi. Hətta bircəcə 

nəfərin qaçışı bir neçə nəfərin ölümündən betər idi. Əslində bütün döyüşlərdə qəhrəmanlar iyirmi 

faiz olurdu, bu iyirmicə  faiz bəs idi qələbə üçün. Qırx faiz isə bu iyirmi faizə baxıb döyüşür. 

Yerdə  qalan  qırx  faiz  isə  önlərində  olan  o  altmış  faizin  hesabına  qeyrətə  gəlirdi.  Amma  bircə 

nəfər qaçdımı, bütün düzən dağılırdı. İndi Pələng qaçmışdısa, düzən dağıla bilərdi. Ona görə də 

Komandir dedi: 

 

40 



Yaxşı, elə eləyin uşaqlar bilməsin. 

Komandir yenə telsizi götürdü: 

Qatır! Qatır! Eşidirsən? 



Telsizdən Tankçı Vanyanın səsi gəldi: 

Slışu Komandir! Slışu! 



Vanya, qırıldıq! 

Slış, Komandir, jdi! Qırdırma! Çatmışam! 



Komandir məlumat istədi. 

Ölənlər də var, yaralananlar da. 



Yaralıları görün ortadan çıxara bilirsinizmi? Medbrat hardadı? 

Bakılılardan biri həkimiymiş, medbratla işləyir. Amma uşaqların birinin vəziyyəti çox 



ağırdı. 

Yaralıları mənim maşınımla yollayın şəhərə. 



*** 

BMP-


nin gizləndiyi  yerin yüz-yüz əlli addımlığındaydılar, burdan belə meşə qurtarırdı, 

yaxınlaşmaq  çətin  idi.  BMP-dəkilər  çox  arxayınıydılar,  yaxşı  da  yer  seçmişdilər.  Bir  nəfər 

buferin üstündə oturub siqaret çəkirdi. BMP-nin üstündə xaç nişanı da yox idi. Bunların hamısı 

Xankəndindəki  366-cı  polkun  texnikalarıydı.  Verirdilər  ermənilərə.  Yoxlama  gələndə  də 

yığırdılar polkun həyətinə ki, buyurun, hamısı burdadı. 

Drakon: 


- Dörd-

beş belə beempemiz olsa Əsgəranı çoxdan şumlamışdıq. 

Pələng: 

Şerbak birini iki yüz əlli m 



inə satır, gedib alsınlar dana. 

Bizə  min  manat  qıymayan,  iki  yüz  əli  minə  beempe  alacaq?!  Davay,  işində  ol.  Vura 



biləssənmi? 

Anasın ağladacam. 



Pələng bir ağacın arxasında yerini rahatladı. Məsafəni gözəyarı ölçüb-biçdi, səhv etmək 

olmazdı.  Qumbaraatanı  sığallayıb  öpdü.  Adəti  idi,  həmişə  döyüşə  girəndə  silahını  oxşayıb 

öpərdi. 

Bir  dəfə  bir  BPM-ni  vurandan  sonra  sevindiyindən  çaşıb  qumbaraatanı  öpmüşdü. 

Dodaqları necə yanmışdısa, ağız-burnu xeyli sarıqlı qalmışdı. 

İndi onun qumbaraatanı öpdüyünü görən Drakon zarafatla dedi: 

Ə, o qız deyil ey, dəmirdi. Gözlə, birdən sonra yenə öpərsən. Onda gərək sənə təzə ağız, 



burun alaq. 

Lazım  olan  anı  gözləməyə  başladı.  Bircəcik  mərmisi  vardı.  Və  hər  şey  bu  bircəcik 

mərmidən asılı idi. Bircəcik mərmi, bircəcik sərrast atəş... 

Drakon h


iss elədi ki, Pələng çox həyəcanlanır: 

Özünü toparla! Bax ha, vura bilməsən, səni doğrudan öldürəcəm. Tələsmə. Birinci dəfə 



deyil ki? Mən də getdim bir az  yuxarı, o daşı  görürsən, onun arxasına. Mənim işarəmi gözlə. 

Yenə deyirəm, qorxma. Vura bilməsən mən həll edərəm. Sən də məni qoruyarsan ki, qumbara 

məsafəsinədək yüyürə bilim, yaxşı? 

Pələng başı ilə işarə elədi ki, yaxşı. 

Drakon kol-

kosun içiylə göstərdiyi qaya parçasına tərəf sürünməyə başladı. 

Drakonun qaya parçasına çatanadək keçən beş dəqiqə Pələngə bir saat kimi gəldi. Drakon 

qaya  parçasına  çatdı,  avtomatı  qoydu  yerə,  sonra  çantasından  iki  qumbara  çıxarıb  taxdı 

kəmərinə. Məsafəni ölçdü, qumbaranı atmaq üçün azı otuz-qırx addım qaçmalı idi. Hər anı bir il 

çəkəcək qədər böyük məsafəydi. Gərək bu otuz-qırx addımda vurulmayaydı. Özünü sakitləşdirdi, 

gücünü tamam yığdı, özünə tam arxayın olandan sonra Pələngə işarə elədi. 

BMP-


ni Pələngin gözü yesə də, onu soyuq tər basmışdı. Əlindəkinə çox güvənmirdi. Bu 

biratımlıq qumbaraatanlar o qədər də etibarlı deyildi, dəfələrlə onları pis vəziyyətdə qoymuşdu. 

 

41 



Əlinin  arxası  ilə  alnının  tərini  sildi,  barmağını  qoydu  tətiyə,  BMP-ni  götürdü  nişana,  amma 

atmadı. Hiss elədi ki, hazır deyil. Yenə də üz-gözünün tərini sildi, yenə barmağını qoydu tətiyə, 

dərindən bir nəfəs aldı, sonra bütün nəfəsini buraxıb bir anlıq dondu və... 

... BMP alovlandı. 

BMP-

nin vurulduğunu görən Komandir sevinclə bağırdı: 



- Drakon beempeni vurdu! 

Drakon  geri  sürünməyə  başladı.  Pələng  isə  ağaca  söykənib  gözünün  yaşını  silirdi. 

Sürünə-sürünə gəlib Pələngin dörd-beş addımlığına çatan Drakon baş barmağını qaldırıb dedi: 

Kişisən ey! 



Bu vaxt yanan BMP-

nin arxasından əli karabinli bir erməni çıxdı, dərhal da Drakonun 

kürəyini nişan aldı. Hər şey bircə anda oldu - erməninin yanan BMP-nin arxasından çıxması da, 

Drakonu  nişan  alması  da,  Pələngin  çığırması  və  özünü  işığa  atılan  ilan  kimi  Drakona  uçan 

gülləyə atması da, güllə dəymiş Pələngin Drakonun üstünə düşməsi də. Hər şey bircə anda oldu, 

bircə anda... milyard illik tarixin bircə anında, bircə göz qırpımında... 

Drakon güllə səsinə geri çevriləndə erməni ikinci gülləni lüləyə verirdi, macal tapmadı, 

Drakon erməniyə tərəf bir qatar güllə yolladı... 

Tələm-tələsik Pələngi meşənin dərinliyinə sürüməyə başladı. 

Pələng xırıltılı səslə soruşdu: 

Oğraş məni vurdu? 



Qorxma, qorxma, boş şeydi. 

BMP-

nin  gözlənilmədən  vurulması  erməniləri  çaş-baş  salmışdı.  Bir  neçəsi  yüyürüb 



gəlmişdi  yanan BMP-nin yanına, çaşqın halda ətrafa baxırdılar, amma atəşin hardan açıldığını 

dəqiqləşdirə bilmirdilər. Meşəni atəşə tutmağa başladılar. Amma Drakon cavab vermədi, Pələngi 

bir az da dərinliyə sürüdü. 

Ermənilər  bir-iki  daraq  boşaltdıqdan  sonra  gördülər  cavab  gəlmir,  dayandılar,  meşəyə 

girməyə ürək eləmədilər, qayıtdılar əvvəlki mövqelərinə. 

Drakon ermənilərin onların ardınca gəlmədiyinə əmin olduqdan sonra dayandı. 

Pələng yenə zarıdı: 

Oğraş məni vurdu? 



Ə, dedim ki, qorxma dana! Boş şeydi! 

Pələngi soyundurdu. Güllə sağ döşündən girmişdi. 

Yaranın  ağzını bağlamaq üçün patronun birinin  mərmisini çıxartdı. Barıtından bir azca 

tökdü 

yaraya  və  yandırdı.  Pələng  fınxırdı,  sonra  bədəni  titrədi,  titrədi  və  sakitləşdi.  Özü  də 



soyundu,  köynəyini  çıxartdı  yaranın  üstünə  basıb  kəməri  ilə  möhkəm-möhkəm  sarıdı,  aldı 

çiyninə. Amma bir az gedəndən sonra yoruldu, gördü gücü çatmır, qoydu yerə ki, bir az nəfəsini 

dərsin. 

Pələng zəif səslə yenə soruşdu: 

Denən qardaşımın goru haqqı boş şeydi?! 



Qardaşımın  goru  haqqı  boş  şeydi.-  dedi  Drakon,  sonra  bir  siqaret  yandırıb  qoydu 

Pələngin dodaqlarına. 

Pələng  siqaretin  bal  kimi  acı  tüstüsünü  zorla  çəkdi  ciyərlərinə,  bu  bal  kimi  acı  tüstü 

ağrılarının üstünə bir sığal çəkdi, bir qurtum da aldı. 

Yara  nə  qədər  bərk  sarınsa  da  qan  dayanmırdı,  gözləmək  olmazdı,  birtəhər  gücünü 

toplayıb yenidən onu belinə aldı, amma Pələng yalvardı: 

Qurban olum, qoy yerə, sinəm deşilir. Qoy, qoy yerə. 



Qaytarıb ehtiyatla uzatdı yerə və başını da qoydu dizinin üstünə. 

Qoyma ölüm, qardaş, qoyma. Ölmək istəmirəm. 



Drakonu  qəhər  boğdu,  udqunaraq  içindən  fınxırıb  çıxmaq  istəyən  hıçqırtının  qarşısını 

zorla kəsdi: 

Dedim ki, qardaşımın goru haqqı boş şeydi. Ə, mən səni heç belə qorxaq bilmirdim. 



Ölümdən qorxmuram ey! 

 

42 



Bəs onda nə sarsaq-sarsaq danışırsan? 

Arvadın ürəyi partlayacaq. 



Ə, sarsaq-sarsaq danışma. Bir az da döz ki, səni həkimə çatdıra bilim. 

Drakon onu yenidən çiyninə qaldırmaq istədi, amma Pələng yenə qoymadı. 

Dəymə! Qurban olum, dəymə! Deyəsən ölürəm, qoy rahat ölüm. İncitmə! 



Drakon: 

Qorxma, qoymaram öləsən. Səni Əzrayıla vermərəm.- dedi sonra onu toxtatmaq üçün 



zarafata salmaq istədi; - İnşallah, səni özüm öldürəcəm. Özü də bilirsən harda? 

- Bulvarda? 

Yox, Şuşada, Cıdır düzündə. 



Şuşada ölsəydim, uf da deməzdim.- Bir az susdu, yenidən nəfəsini toplayıb dilləndi; - 

Görən uşaqlar postu götürdü? 

Hə, götürdülər. Eşitmirsən bizim avtomatların səsini? 



- Drakon! 

- Haycan! 

Sən qardaşıyın goru, məni vuracaqdın? 



Qəhərdən boğulan Drakon onun yarasından öpdü: 

Mənim sənə əlim qalxar?! Özümü atardım, səni yox! 



Mən də! Yaman soyuqdu. Üşüyürəm, üstümü ört. 

Drakon pencəyini çıxarıb saldı onun üstünə. 

Pələngin bədəni soyuqdan tir-tir titrəsə də dodaqları od tutub yanırdı. Bu od tutub yanan 

dodaqlarını diliylə islatmaq istədi, amma dili yanırdı: 

Su istəyirəm. 



Yaxınlıqda bulaq vardı və şəhərdə istidən təntiyəndə pendir-çörəkdən,  yemiş-qarpızdan 

götürüb özlərini verirdilər bu bulağın başına. Yemiş-qarpızı, arağı doldurardılar bu bulağın buz 

kimi suyuna. Babat vurandan sonra bulağın gözündən beş daş götürməyə mərc çəkərdilər, hələ 

ki, o mərci hər oğul udammırdı, əlləri necə keyiyirdisə... 

Bir  də  görürdün  kiminsə  maşınının  mühərriki  qızdırıb  yolda  qalıb.  Belələrinə  zarafatla 

deyərdilər: 

Ə, qardaş, özünü ver Gülablıya, Soyuqbulağın suyundan doldur, canın qurtarsın. Bax 



biz doldurmuşuq, neçə ildi maşınımız qızdırmır. 

Bu saat gətirirəm. - deyə Drakon getdi bulağa. 



Ağzını bulağın  gözünə dirəyib doyunca içdi, başının tükü də, ayaq barmaqları da suyu 

hiss  elədi.  Sonra  papağını  su  ilə  doldurub  qayıtdı.  Pələngin  sifətində  qan  qalmamışdı.  Sudan 

onun sir-

sifətinə, sinəsinə çilədi, dodaqlarını islatdı, amma içməyə vermədi. 

 

Pələng yalvardı: 



Ver içim, onsuz da ölürəm. 

Drakon  artıq  onun  üz-gözünə  qonmuş  ölümü  görürdü.  Və  onu  da  görürdü  ki,  Pələngi 

ölümün  pəncəsindən  qopara  bilməyəcək.  Pələngin  başını  bir  az  qaldırdı  və  suyu  ehtiyatla  ona 

içirtməyə başladı: 

İç! 



Pələng suyu qurtum-qurtum içdi, sonra get-gedə sönən bir səslə dedi: 

Qalanını da tök başıma. 



Drakon qalan suyu da tökdü onun başına, əslində elə bir şey də qalmamışdı. 

Həəə...  Məni  bağışla,  Drakon,  sənə  əl  qaldırdım.  Drakon,  anama  deyərsən  Rəşid 



Behbudovun  papağını  da,  xəncərini  də  versin  sənə.  Sən  də  onu  mənim  adımdan  oğluna 

bağışlayarsan. 

İnşallah, sən özün bağışlayarsan. 



-  Drakon,- 

udqundu,  sanki  dilçəyində  ilişib  qalmış  son  sözləri  dartıb  çıxarırdı;-  Heyf... 

Drakon... 

 

43 




- Can Drakon! 

Mən qız görmədim ey... 



Drakon 

onun  başını  bərk-bərk  sıxdı  sinəsinə,  amma  bu  dəfə  dözə  bilmədi,  bayaq 

boğazından qaytardığı fınxırtını bu dəfə saxlamağa gücü yetmədi, hönkürdü... 

Və elə hönkürdü ki, göz yaşından bütün heyfini aldı. 

Amma Pələng nə bu fınxırtını eşitdi, nə də Drakonun göz yaşlarını gördü... 

... Pələng Şuşadaydı... 

Drakon Pələngi uzatdı otların üstünə. Gözləri açıq qalmışdı və ağacların başı üzərindən 

görünən bir parça aydın və işıqlı göyə baxırdı - Drakon onun gözlərini örtməyə ürək eləmədi, 

başını  bağrına  basıb  saçlarından  öpməyə  başladı.  Xeyli  belə  oturdu.  Pələngin  bir  az  əvvəl  bir 

damla  qan  qalmayan  və  Drakonun  dünən  əzişdirdiyi  üzü  nura  boyanmışdı,  işıq  saçırdı  -  bu 

dəqiqə Dünyanın Ən Gözəl Ölüsü onun qucağındaydı.  O da Dünyanın  Bu Ən Gözəl Ölüsünü 

bağrına basıb ağlayırdı, amma bəbəklərindən göz yaşı axmırdı, qan axırdı, qıpqırmızı qan. 

Amma Pələng nə onun hönkürtüsünü eşidirdi, nə də yanaqlarından axan qıpqırmızı qanı 

görürdü - 

baxışları ağacların başı üstündə görünən bir parça göy üzünə zillənmişdi və o bir parça 

göy ü


zündə Tanrını axtarırdı... Kipriklərində də iki damla qurumuş göz yaşı vardı... 

Nəhayət, Drakon Pələngi qucağından yerə qoydu, sonra pencəyini onun üstündən götürüb 

bükdü  və  qoydu  başının  altına.  Əyilib  son  dəfə  onun  yarasından  öpdü,  avtomatı  tulladı  bir 

k

ənara. Qumbaraları yenidən kəmərinə taxıb yuxarı dırmaşmağa başladı. 



BMP  hələ  tüstülənirdi.  Sürünə-sürünə  gəlib  çatdı  BMP-yə,  bir  az  yorğunluğunu  aldı. 

Burdan  səngərə  qumbara  çatdıra  bilməzdi,  həm  məsafə  uzaq  idi,  həm  də  qollarında  güc 

qalmamışdı,  bir  az  da  yaxınlaşmaq  lazım  idi.  Ehtiyatla  səngərə  tərəf  sürünməyə  başladı. 

Ermənilər güclü atəş altında olduqlarından başlarını səngərdən çıxara bilmirdilər, Vanyanın tankı 

işləyirdi. 

Bütün gücünü yığdı, qalxdı ayağa və: 

Alın, sizin bajınızı... 



Var gücüylə qumbaranı səngərə qolazladı və ikincini də elə bir sürətlə göndərdi ki, elə bil 

bu iki qumbara birdən atıldı. 

Eyni andaca partlayan iki qumbaranın vahiməsindən - elə bildilər səngərə mərmi düşdü - 

sağ  qalan  ermənilər  cəsədlərin  havada  uçduğu  səngərdən  çıxıb  geri  qaçmağa  başladılar.  Və 

qarşılarında  gözlərindən  qıpqırmızı qan axan Drakonu gördülər. Avtomatlar işlədi. Drakon isə 

yalnız əlləriylə qana boyanmış üzünü güllələrdən qorumağa çalışdı və: 

- Ay... 

Drakonun  çiynindəki  mələklər  gördü  ki,  güllələr  onu  son  anda  anasını  çağırmağa 

qoymayacaqlar, özlərini atdılar güllələrin qabağına. Güllələr mələkləri deşik-deşik elədi, amma 

bu bir an kifayət elədi ki, Drakon anasını çağırsın... 

... ana... 

Yaratdığı  dünyanı  onun  iradəsi  əleyhinə  məhvərindən  çıxarmış  insanlara  qəzəblənən 

Tanrı  yorulmuşdu.  Müharibədə  qırılan  bu  günahsız  cavanlar  kimi  o  da  vaxtından  əvvəl 

qocalmışdı.  Qibləsini  azmış  insanların  üzünü  yenidən  qibləyə  çevirmək  üçün  bir  peyğəmbərə 

ehtiyac olduğunu görmüşdü. Və bu peyğəmbəri tapmaq ümidiylə yer üzünə göndərdiyi mələklər 

dünyanın altını üstünə çevirsələr də Tanrının istədiyini tapa bilməmişdilər. Tanrının da  yanına 

əliboş qayıtmağa qorxurdular. Birdən göy üzü kimi təmiz, Zəmzəm suyu kimi saf, göz yaşı kimi 

dupduru  bir  səs  eşitmişdilər.  Bu  səsi  sahibinin  qanından,  ruhundan  soyub  Tanrıya  hədiyyə 

gətirmişdilər.  Və  artıq  öz  yaratdıqları  ilə  bacara  bilməyən  Tanrı  qəzəbini  soyutmaq,  bir  az 

yorğunluğunu çıxarmaq istəyəndə Qədir Rüstəmovun səsinə qulaq asırdı. Bu səs onu qoymurdu 

ki,  insanları  məhşərə  çəkib  qiyami-qiyamət  gününü  qursun,  şeytan  bayram  eləsin.  Və  Qədir 

Rüstəmovun  səsi  ruhuna  necə  işləmişdisə  Yiyəsiz  Övladların  yalvarışlarını  eşitmirdi.  İndi  də 

eşitməyəcəkdi... 

Qədir  Rüstəmovun  səsi  “ay  ana”  fəryadından  diksindi  və  susdu.  Və  bu  an  Tanrı  da 

Drakonun fəryadını eşitdi. Və yaratdığı bu şah əsərin son arzusunu ürəyində qoymadı... 

 

44 




... “Ay ana” sədası bir anda cənnəti silkələdi... 

Drakonun anası bu səsə dik atıldı: 

- Can ana! 

... Bu vaxt Pələngin bir parça göy üzündə Tanrını axtaran gözləri güclü bir işıq gördü, bir 

nur gördü - 

Tanrı Dünyanın bu Ən Gözəl Ölüsünə bir nur kimi, bir işıq kimi göründü - və Pələng 

rahat-

rahat gözlərini qapadı... 



... Drakon isə girdi anasının qucağına: 

Yaman yorulmuşam, ay ana. Qoy bir az yatım. 



- Yat, bala, yat! Laylay balam, a 

laylay. Laylay dedim yatasan,   qızılgülün içində şirin 

yuxu tapasan. Laylay balam, a laylay... 

... Drakon qızıl qanın içində şirin bir yuxu tapmışdı... 

... Batalyon zirvəni götürmüşdü, bayrağı da sancmışdı. 

Komandir Drakonu basmışdı bağrına, balası vurulmuş pələng kimi onun sinəsindəki hələ 

qanı qurumamış yaraları yalayırdı. 

Qələbə  sevincini  bir  andaca  itirən  uşaqlar  başlarını  aşağı  salıb  sakitcə  gözləyirdilər. 

Gözləyirdilər ki, bu illərdə ilk dəfə göz yaşlarını gördükləri Komandir ürəyini təmiz boşaltsın. 

Nəhayət, Komandiri Drakonun üstündən qaldırdılar və... 

... qızıl qanın içində şirin yuxu tapmış Drakonu qaldırdılar çiyinlərinə... 

Komandir isə min ilin yorğunu kimi arxalarından gəlirdi. Girdilər meşəyə. Cığırla bir az 

getmişdilər ki, dayandılar. 

Komandir səsləndi: 

Nə oldu? Niyə dayandınız? 



-  Komandir, bir ora bax! - 

deyə  uşaqlar  ağacların  birinin  altında  uzanmış  Pələngi 

göstərdilər və Drakonu yerə qoyub ona tərəf yüyürdülər. 

Dünyanın Ən Gözəl Ölüsü - sanki sinəsində lalələr açmışdı -  ağrıdan-acıdan uzaq, üz-

gözündə Tanrı nuru, xoşbəxtcəsinə uyumuşdu, Drakonun pencəyi də başının altında. 

Komandir heç nə deyə bilmədi, sadəcə olaraq üç-dörd saat öncə qorxub qaçdığını zənn 

edərək söydüyü Pələngin - Dünyanın Bu Ən Gözəl Ölüsünün- ayaqları altında dizi üstə düşdü... 

*** 


... Mağarı batalyonun həyətində qurmuşdular. Başdakı gəbənin üstündə də bir az əvvəl 

torpağa  tapşırdıqları  qırılan  oğulların  qırmızı  lentlər  bağlanmış  şəkilləri  asılmışdı  -  ortada da 

Drakonla Pələngin. 

Bütün  şəhər  burdaydı.  Ağ  Evin  möhtərəm  qonaqları  da  təşrif  gətirmişdilər.  Uşaqlar 

əvvəlcə onları yasa buraxmaq istəməmişdilər, Komandir qarşılarını kəsmişdi: 

Dəyməyin! Günahdı! Yasdan heç düşməni də qovmazlar. 



Komandir yas sahibi kimi oturmuşdu mağarın ağzında, Rəis də yanında. 

Məclisdəkilər o qədər pıçıltıyla danışırdılar ki, elə bil bu boyda mağar bomboş idi, arada 

yalnız  çaxmaqların  çaqqıltısı  gəlirdi,  bir  də  mollanın  “Fatihə”si  eşidilirdi.  Molladan  başqa 

süfrədəki  çaylara  əl  uzadan  da  yox  idi.  Çaylar  buğlanıb-buğlanıb  soyuyurdu.  Çayçı  soyumuş 

çayları dəyişirdi, amma yenə buğlanıb-buğlanıb soyuyurdular. 

Sükutu Komandirin qəfil hönkürtüsü pozdu: 

Rəis! Belim qırıldı, Rəis! Bu niyə belə oldu, ay Allah! Niyə belə elədin?! 



Rəis onu sakitləşdirməyə çalışdı: 

Ə, yaxşı, yaxşı! Özünü ələ al, yekə kişisən! Dost var, düşmən var! 



Rəis, nə dost, nə düşmən! Ə, mən cəhənnəm ey, bu şəhərin beli qırıldı. 

Bu  vaxt  mağara  qarayaylıqlı  bir  qadın  daxil  oldu,  kişi  məclisinə  heç  vaxt  qadın 

girmədiyindən  hamı  çaşdı  -  Pələngin  anası  idi,  əlində  də  bir  çanta.  Dayandı  Komandirin 

qarşısında. 

Komandir  hönkürtüsünü  kəsib  yerindən  dik  qalxdı,  bütün  mağar  qalxdı.  Qadın 

Komandirin  qızarmış  gözlərinə  baxıb  doluxsundu,  yaylığının  ucuyla  yaşarmış  gözlərini  sildi, 

sonra əlindəki çantanı qoydu stolun üstünə. 

 

45 



Komandir, uşaq bunu dünən gecə gətirmişdi. Deyirdi ki, türklər göndəriblər. 

Komandir duruxdu: 

Kimlər göndərib? 



Türklər. Batalyona göndəriblər dedi. Dedi, sabah verəcəm Komandirə. Belə oldu. Götür. 

Komandir  çantanın  ağzını  açdı,  təəccüblə  gah  çantadakı  pullara  baxdı,  gah  Pələngin 

anasına, gah mağardakılara - çiyinlərini çəkdi. 

Pələngin  anası  sonra  əlini  qoynuna  salıb  bir  bükülü  də  çıxartdı,  onu  da  qoydu  stolun 

üstünə: 


Bunu da mənə verib demişdi ki, ölüb-eləsəm lazımın olar. Nəyimə lazımdı? Ala, bunu 

da götür! Gönd

ər  bu  ölən  oğulların  analarına.  -  sonra  üzünü  tutdu  mağardakılara:  -  Hamınıza 

qurban olum! Təki siz salamat olun! 

Və mağardan çıxdı. 

Mağara  yenə  də  bir  qəbiristanlıq  sükutu  çökdü,  heç  kim  bu  sükutu  pozmağa  ürək 

eləmirdi. Çaylar yenə soyumuşdu və Çayçının bu soyumuş çayları dəyişməyə cəsarəti çatmırdı, 

çiynində dəsmal boynunu büküb dayanmışdı mağarın ağzında. 

Və bir anda bütün şəhərə səs yayıldı: 

Türklər uşaqlara pul göndəriblər... 



Deyirlər özləri də gəlir... 

Di gedin, erməni köpəyuşağı! Elə bilirdiniz qardaşlarımız bizi  tək qoyacaqlar... 



Və İkinciyə xəbər çatdı ki... 

... Batalyonun həyətində Türkiyənin bayrağın qaldırıblar! 

...  Batalyonun  həyətində  qaldırılan  isə  Türkiyənin  bayrağı  deyildi,  Drakonun  Pələngin 

qanına hopmuş köynəyiydi... 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin