Article · December 013 citations reads 2,269 authors



Yüklə 324,81 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix30.03.2022
ölçüsü324,81 Kb.
#54470
1   2   3   4   5   6   7   8   9   10
Mqal-1

Qarışıq rejim. Yataqların  işlənilməsində neftin hərəkətinə eyni zamanda bir neçə 

təbii  enerji  təsir  edirsə  ona  qarışıq  rejim  deyilir.  Qarışıq  rejimlər  təbii  və  texnogen 

mənşəli  olurlar.  Təbii  qarışıq  rejimin  müxtəlif  formaları  mövcuddur  məsələn,  

strukturun tağ hissəsində qazbasqı rejim,  aşağı hissələrində isə neftdə  həllolmuş qaz 

rejimi  və  yaxud  yatağın  konturətrafı  zonalarında  subasqı  rejimi,  mərkəzi  hissələrində 

isə neftdə həllolmuş qaz rejimi özünü göstərə bilər. Texnogen qarışıq rejim. Adından 

göründüyü  kimi  işlənilmə  prosesinin  təsiri  nəticəsində  yaranır  və  müxtəlif  formada 



 

özünü biruzə verir. Məsələn, işlənilmənin ilk dövründə yataqda qeyd olunan neftdə həll 

olmuş qaz rejimi sonralar qravitasiya rejiminə keçə bilər.  

Neft  və  qaz  yataqlarının  işlənilmə  layihələrinin  tərtib  edilməsində  və  işlənilmə 

prosesinin  bilavasitə  həyata  keçirilməsində  təbii  rejimlərin  müəyyən    olunması    çox  

böyük  əhəmiyyət kəsb edir.

 

Qarışıq  rejimli  yataqların  işlənilməsini  səmərəli  aparmaq  üçün  burada    lay 



enerjisini  təşkil edən amillərin rolunu nəzərə almaq lazımdır. Bütün mümkün hallarda 

yatağa süni təsir üsulları tətbiq edilməlidir.  

Lakin  nəzərə  almaq  lazımdır  ki,  lay  rejimləri  haqqında  məlumatlar  bilavasitə 

işlənilmə  proseslərində  əldə  edilir:  məsamələrdə  toplanmış  neftlərin  quyudibi  zonaya 

hərəkət  etdirən  qüvvələrin  xarakteri  öyrənilir  və  artıq  tətbiqinə  başlanılmış  işlənilmə 

layihələrinə  müvafiq  dəyişmələr  edilməsi  tələbatı  qarşıya  çıxır.  Odur  ki,  lay  rejimi 

haqqında məlumatların daha əvvəl – yatağın işlənilmə prosesinə başlanılma ərəfəsində 

əldə  edilməsi  daha  aktualdır.  Məhz  bu  məlumatlara  istinadən  neft  yataqlarının 

işlənilmə layihələri tərtib olunsa, onların istismar xüsusiyyətləri elmi cəhətdən etibarlı 

əsaslandırıla  bilər.  Beləliklə,  lay  rejimlərinin  proqnoz  edilməsinin  aktuallığı  şübhə 

doğurmur.  

Əvvəlcə onu qeyd  etmək  lazımdır  ki, lay  rejimləri  haqqında  ən  ümumi  təsəvvür 

analogiya  üsulu  ilə  əldə  edilir  ki,  bu  da  regionda  artıq  kəşf  edilmiş  və  istismara 

verilmiş neft-qaz yataqlarının geoloji-fiziki xassələrinin oxşarlığına istinad edir. Təbii 

ki, bu üsulun etibarlılıq dərəcəsi yüksək olmur və yatağın enerji xüsusiyyəti haqqında 

yalnız  ümumi  mülahizələr  söyləməyə  imkan  verir.  Qoyulan  məsələnin  həlli  isə 

proqnozlaşdırılan  yatağa  qazılmış  ilkin  quyulardan  əldə  edilmiş  məlumatlar 

əlaqədardır.  Belə  ki,  bu  quyulardan  əldə  edilmiş  süxur  və  flüid  nümunələri,  geoloji 

müxtəliflik,  lay  təzyiqi  və  temperaturu  haqqında  ölçü  nəticələri  və  s.  məlumatları 

yatağın daxili quruluşunu və onlarda toplanmış neft, qaz və su yığımlarının yerləşmə 

şəraitini  və  hidrodinamiki  xüsusiyyətlərini  proqnozlaşdırmağa  imkan  verir.  Bu 

məqsədlə aşağıda qeyd olunan yanaşmadan istifadə edilə bilər.  

Əvvəlcə  quyulardan  götürülmüş  süxur  nümunələri  və  flüidlərin  qiymətlərini 

quyunun  müvafiq  kəsilişləri  ilə  uzlaşdırılır.  Sonra  onların  yataq  həcmini  nə  dərəcədə 

əks  etdirdiyi  öyrənilir.  Tədqiqatlar  nəticəsində  işlənilmənin  əvvəlində  məhdud  sayda 

quyulardan əldə edilən məlumatlar: strukturun ölçüləri, laylaşma xarakteri, litalogiyası, 

neft-qaz  və  suyun  ayrı-ayrı  layların  məsamələrində  yerləşmə  şəraiti  öyrənilir. 

Quyularda aparılmış ölçü işləri lay təzyiqinin və temperaturunun səciyyələndirilməsinə 

də  imkan  verir.  Beləliklə,  yatağın  geoloji-hidrodinamikasını  səciyyələndirən 

məlumatlar  əldə  edilir  ki,  bunlarda  onların  lay  enerjisi  haqqında  ilkin  məlumatların 

alınmasına şərait yaradır. 

Cənubi  Xəzər  hövzəsi  yataqlarında  məhsuldar  qat  laylarında  aparılan  müvafiq 

tədqiqatlar aşağıdakı mülahizələri ön plana çəkir: 

Hərgah, lay iri və ya orta dənəli, yaxşı seçilmiş qumlardan təşkil edilmişsə, onun 

keçiriciliyi  yüksək  və  neftlərinin  özlülüyü  kiçikdirsə,  belə  yataqda  aktiv  enerji 

mənbəyinin  mövcudluğunu  göstərir.  Lakin,  burada  yatağın  neftli  sahəsinin  onun  su-

neft  konturu  ilə  əlaqəsinin  olub-olmaması  nəzərə  alınmalıdır.  Belə  ki,  yataq  hərgah 

sadə  quruluşlu  olmaqla  tektonik  qırılmalarla  su-neft  konturundan  izolə  edilməmişsə 

(heç  bir  tektonik  qırılma  yoxdursa),  bu  yataqda  subasqı  və  ya  onun  xüsusiyyətlərinə 



 

oxşar  bir  rejimin  biruzəsini  göstərmək  olar  (məsələn  Mərkəzi  Abşeron  yataqlarında 

qırməki altı və qırməki üstü qumlu lasy dəstələri). Əksinə, yatağın neftlilik sahəsi su-

neft  konturu  ilə  bilavasitə  sərhədlənmişsə  (tektonik  qırılmalarla  izolə  edilmişsə)  və 

konturətrafı  zona  ilə  əlaqəsi  yoxdursa,  onda  bu  yatağın  işlənilməsində  qazbasqı 

rejiminin olacağı haqqında fikir söyləmək olar. 

Yatağın kəsilişində məhsuldar qumlu laylarla gilli layların intensiv növbələşməsi 

şəraitində, neftdə həll olmuş qaz rejiminin biruzəsini proqnozlaşdırmaq olar (məsələn, 

qırməki  lay  dəstəsinin  işlənilmə  obyektləri).  Belə  kəsilişdə  qalınlığı  sahə  üzrə  sabit 

qalırsa, yüksək keçiricili qum laylarına rast gəlinirsə, onda neftlərin hərəkətinə  su-neft 

konturunun  da  təsiri  özünü  göstərə  bilər  (məsələn,  Balaxanı-Sabunçu-Ramanı  və  ya 

Suraxanı mədənlərində qırmaəki lay dəstəsinin bəzi istismar obyekləri). 

Geoloji müxtəliflik kəskin olmayan layda, süxurların keçiriciliyi yüksək, neftlərin 

özlülüyü isə az olduqda, bu yataqda birmənalı aktiv subasqı rejimi olacağını gözləmək 

olar.  Lakin  bu  tip  lay  yüksək  qaz  amili  ilə  səciyyələnirsə  və  onun  yatma  bucağı 

böyükdürsə, burada qazbasqı rejimi, yatım bucağı azdırsa onda layda neftdə həllolmuş 

qaz rejiminin olacağını gözləmək olar.  

İlkin  quyulardan  əldə  edilmiş  nümunələr  lay  süxurlarının  keçiriciliyinin  aşağı, 

neftlərin özlülüyünün  isə  yüksək  olması  bu  yatağın  işlənilməsində  qeyri-aktiv  rejimli 

olacağını göstərir. Burada işlənilmənin əvvəlində neftdə həll olmuş qaz, bir qədər sonra 

isə qravitasiya rejiminin olacağı proqnozlaşdırıla bilər.  

Qeyd etmək vacibdir ki, lay rejimlərinin etibarlı proqnozu neft yatağının işlənilmə 

proseslərini  daha  effektli  aparılmasına  imkan  verir.  Məsələn,  əgər  layda  aktiv  enerji 

mənbəsi  mövcuddursa  (məsələn,  subasqı  rejimi),  belə  halda  laya  qazılmış  quyular 

arasında  məsafə  nisbətən  böyük  götürülür  və  ona  əlavə  suvurulması  məqsədə  uyğun 

sayılmır. Hərgah, lay rejimi passivdirsə (məsələn, neftdə həllolmuş qaz rejimi), yataq 

sıx  quyu  şəbəkəsi  ilə  işlənilməli  və  onun  enerjisini  aktivləşdirmək  üçün  tədbirlər 

həyata keçirilməlidir (yatağa su və ya qaz vurulmalıdır).  

Rejim  mənsubiyyətindən  asılı  olaraq,  yatağın  işlənilmə  proseslərini  effektli 

aparmaq üçün digər tədbirlər də həyata keçirilir. 

 

 

NƏTİCƏ 



Cənubi  Xəzər  hövzəsi  yataqlarının  geoloji-geofiziki  və  hidrodinamiki  ölçü 

qiymətlərinin  sistemləşdirilməsi  əsasında  lay  rejimlərinin  proqnozlaşdırılması  həyata 

keçirilmişdir.  Müəyyən  edilmişdir  ki,  məsələdə  yatağın  kəsilişi  sadə  quruluşlu, 

kollektorları  yaxşı  seçilmiş  qumlardan  təşkil  edilmişsə  və  layın  keçiriciliyi  yüksək, 

neftlərin  özlülüyü  kiçikdirsə,  belə  hallarda  subasqı  rejiminin  biruzəsini  əvvəlcədən 

söyləmək  olar.  Yatağın  kəsilişində  məhsuldar  qumlu  laylarla  gilli  layların  intensiv 

növbələşməsi  şəraitində  passiv  enerji  mənbəyi  olan  neftdə  həll  olmuş  qaz  rejimi 

proqnozlaşdırılır.  

Beləliklə,  axtarış  və  kəşfiyyat  dövrlərində  yatağa  qazılmış  ilk  quyulardan  əldə 

edilən süxur və flüid nümunələri, lay təzyiqi haqqında məlumatlar müxtəlif məhsuldar 

layların  işlənilməsinin  gələcək  dövrlərində  enerji  mənbəyinin  xüsusiyyətlərinin 

proqnozunu həyata keçirilməyə imkan vermişdir.   




 


Yüklə 324,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin