Article · December 013 citations reads 2,269 authors



Yüklə 324,81 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix30.03.2022
ölçüsü324,81 Kb.
#54470
1   2   3   4   5   6   7   8   9   10
Mqal-1

Ключевые  слова:  режим  пласта,  водонапорный  режим,  коллекторские  

свойства,  коэффициент  нефтеотдачи,  геологическое  разнообразие,  пластовое 

давление. 

Key words: reservoir condition, water drive, reservoir properties, recovery factor, 

geological variety, formation pressure. 

  

Neft yataqlarında layların  təbii rejimlərini  geoloji  amillər  formalaşdırır. Bunlara  



aşağıdakılar  daxildir:    yatağın    mənsub    olduğu  regionun  subasqı    sisteminin  

xüsusiyyəti  və  onun  bu  sistemdə  yerləşməsi; yatağın geoloji-fiziki  xarakteristikası -  

termobarik  şəraiti, karbohidrogenlərin  faza  vəziyyəti,  kollektor  süxurların  səciyyəsi  

və  yatım  şəraitləri  və  s. 

Lay  şəraitində  neft  və  qazın  istismar  quyularına  hərəkətini  təmin  edən  təbii  

qüvvələr  cəminə  yataqların  təbii rejimləri  deyilir. 

Neft  yataqlarında   nefti  hərəkət  etdirən  əsas  qüvvələrə  aşağıdakılar  daxildir: 

kənar  suların  basqısı,  kənar  suların  təsiri  nəticəsində  süxurların  və  suyun  elastiki  

genişlənməsi,    qaz    papağındakı    qazın    təzyiqi,  neftdə    həll    olmuş    qazın    təzyiqi,  

neftin   ağırlıq  qüvvəsi  və  s. 

Rejimlərin  təsnifatı   isə  layda   mövcud olan enerjinin  təzahür xüsusiyyətlərinə 

əsaslanır. Neftin lay şəraitində hərəkətedici qüvvələrin  xüsusiyyətlərindən  asılı  olaraq  

neft  yataqlarında  aşağıdakı  rejimlər  qeyd edilir: 

Subasqı rejimi. Bu  rejimdə  neftli  layda  hərəkət etdirici  qüvvə   əsasən  ətraf,  

yaxud  daban  sularının    yaratdığı    təzyiqdən    ibarətdir.  İşlənilmənin  ilk    dövrlərində  

istismara daxil olan quyuların sayının  tədricən artması  nəticəsində  neft  hasilatının  

da  artması  baş verir. Hasilat  lahiyə  səviyyəsinə  çatdıqdan  sonra  lay  təzyiqi  də  ilk  

dövrlərdə    sabitləşir.  Lakin    müəyyən    müddətdən    sonra  ətraf    suların    hərəkəti  

nəticəsində    layda  sulaşma  başlayır  və    neft    hasilatı  tədricən  azalır.  İşlənilmənin 

sonrakı dövrlərində də sulaşma prosesi fasiləsiz inkişaf edir, lay təzyiqinin düşgüsü isə 

kiçik miqyaslarda müşahidə olunur. İşlənilmə üçün ən əlverişli olan belə rejimli yatağa 

süni suvurma üsulu tətbiq edilmir.  

 Subasqı rejimində  yataqların neftvermə  əmsalı  0,60–0,70  arasında  dəyişir. 




Yüklə 324,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin