65
proses müxtəlif dövrlərdə müxtəlif cür
işlənmiş və həyata keçirilmişdir.
2005-ci ildə Azərbaycan Avropa
məkanına inteqrasiya olundu, Boloniya
təhsil prosesinə qoşuldu, qlobal dünyaya
daxil oldu. Məhz bu dövrdən etibarən inte-
raktiv təlim metodları meydana gəldi. Bu
metodlar tez bir zamanda rəğbət qazandı və
məktəblərimizdə geniş istifadə edilməyə
başlandı. İntеrаktiv təlim metodları şаgird-
lərin fəаl idrаk fəаliyyətinə əsаslаnаn və
təhsil prоsеsinin digər iştirаkçılаrı ilə
əməkdаşlıq şərаitində həyаtа kеçirilən təlimi
nəzərdə tutur.
Bu, bir növ “necə öyrətmək” məsə-
ləsini özündə ehtiva edir. Strategiyada
göstərilir ki, “Təhsilin inkişafında mühüm
irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi
göstərir ki, informasiya-kommunikasiya tex-
nologiyalarına əsaslanan, yaradıcı düşüncəni
inkişaf etdirən və təhsilalanın fərdi
xüsusiyyətlərini nəzərə alan müasir, fəal-
interaktiv təlim metodları daha yüksək
nəticələr verir. Həmin məqsədlə, davamlı
olaraq mütərəqqi tədris metodlarının yara-
dılması və müəllimlərin səriştəsinin artırıl-
ması təhsil siyasətində mühüm yer tutur”.
Bu gün məktəblərimizdə tədris
prosesində interaktiv təlim metodlarından
istifadə getdikcə genişlənməkdə, artmaqda
və öz səmərəsini verməkdədir. Avropa
alimlərinin fikrincə, səmərəli, təkmil peda-
qoji fəaliyyətin yarısı pedaqoji texnologiya-
ların, o biri yarısı isə müəllimin pedaqoji
ustalığının payına düşür.
İntеrаktiv təlim metodları müəllim
və şаgirdlərin fəаl əməkdаşlığını ön plаnа
çəkir. Burada yalnız müəllim-şagird
əməkdaşlığı deyil, həm də şagird-şagird
əməkdaşlığı əsas yer tutur. "İnteraktiv təlim
zamanı müəllimin başlıca vəzifəsi şagirdlərə
yardımçı olmaqdan, təlim prosesində
şagirdlərin fəaliyyətini əlaqələndirib onları
yaradıcı axtarışa həvəs yaratmaqdan, axtarıb
araşdırmağı, nəyi harada öyrənməyi
öyrətməkdən ibarətdir" (2. I c, s.636).
Həm bilik mənbəyinə, həm şаgird-
lərin qаvrаmа, dərkеtmə хüsusiyyətlərinə,
həm də müəllim ilə şаgirdlərin əmək-
dаşlığınа əsаslаnаn interaktiv təlim metodla-
rı şagirdlərin təfəkkürünü, yaradıcı fəaliy-
yətini inkişaf etdirir. "Təcrübə göstərir ki,
şagirdlərin təfəkkür müstəqilliyi mühüm
didaktik əhəmiyyət kəsb etməklə yanaşı,
həm də zəruri tərbiyəvi əhəmiyyət kəsb edir.
Belə ki, şagird müstəqil bilik qazanmaqla
(yaradıcı və tənqidi təfəkkür prosesində)
həm də fəal həyat mövqeyinə malik olur,
onda təşəbbüskarlıq, öz gücünə inam,
çətinliklərdən qorxmamaq kimi müsbət iradi
keyfiyyətlər formalaşır" (3. s. 6).
Fəal və interaktiv metodların tətbiqi
prinsipləri müəyyənləşdirilmişdir ki, onlar
aşağıdakılardır:
1) Şəxsiyyətyönümlü təlim prinsipi; 2) fəal
idrak prinsipi; 3) inkişafetdirici təlim prinsi-
pi; 4) qabaqlayıcı təlim prinsipi; 5) təlim və
tərbiyənin çevikliyi prinsipi; 6) əməkdaşlıq
prinsipi; 7) dialoji təlim prinsipi (4. s. 9-10).
Tədris prosesinin optimallaşdırılması
üçün bir neçə texnologiyanı eyni zamanda
tətbiq etməyə imkan yaranır. Pedaqoji prose-
sin və inkişafın təmin olunmasında çox
böyük əhəmiyyət kəsb edən həmin imkanlar
həyatiliyi, müasir mövqeyi ilə diqqəti cəlb
edir. Çünki şəxsiyyətin hərtərəfli, ahəngdar
inkişafını təmin edən əlverişli şəraitin yara-
dılması, eyni zamanda, təlim prosesinin
optimallaşmasına, qazanılan biliklərin, anla-
yışların şüurluluğuna, əhatəliliyinə, bu
məqsədlə yeni təlim metodlarının meydana
çıxmasına və tətbiqinə gətirib çıxarır. Bütün
bunlar isə öz növbəsində yeni təlim texnolo-
giyalarının effektliyini inandırıcı şəkildə
nəzərə çatdırır. Məhz, buna görədir ki, tanın-
mış pedaqoq alimlər və mütəxəssislər peda-
qoji texnologiyaların izahında mahiyyət dol-
ğunluğuna xüsusi diqqət yetirirlər. Belə bir
Dostları ilə paylaş: