Article in Azerbaijan Journal of Educational Studies · June 2019 doi: 10. 32906/ajes/686


PEDAQOGİKA AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №1 42



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix01.01.2022
ölçüsü1,42 Mb.
#50883
1   ...   7   8   9   10   11   12   13   14   ...   30
Afet Suleymanova-article

PEDAQOGİKA

AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №1



42


şagirdin  bütün  parametrlər  üzrə  inkişaf  səviyyəsinin  nəzərə  alınması  təlim

nailiyyətinin keyfiyyətinə təsir edən əsas amildir. Bu baxımdan, sinifdə mövcud

vəziyyətin  araşdırılmasının  texnologiyası  tərəfimizdən  işlənib  hazırlanmışdır.

Qeyd edilən araşdırma hər dərs ilinin əvvəlində aparılmaqla şagirdlərə diferensial

yanaşmanı təmin edir. Sinifdə mövcud vəziyyəti araşdırmaq üçün aşağıda qeyd

edilən  istiqamətlərdə  tədqiqatlar  aparılır.  Cədvəl  2-də  həmin  tədqiqatlar  əks

edilmişdir.

Şagirdlərin fiziki-fizioloji vəziyyəti müxtəlif tapşırıqlar, məktəbin tibbi heyəti

və  fiziki  tərbiyə  müəllimi  ilə  sənədlərə  əsasən;  psixoloji  vəziyyətini  müxtəlif

test  və  tapşırıqlara  və  məktəb  psixoloqu  ilə  aparılan  araşdırmalara  əsasən;

təhsil  proqramı  üzrə  nailiyyət  səviyyəsini  sinif  jurnallarına  əsasən  və  fənn

müəllimləri ilə; şagirdlərin sosial vəziyyətini ailə ilə kommunikasiya qurmaqla

və müşahidələrə əsasən araşdırılmışdır. Toplanmış bütün məlumatlar əsasında

hər  bir  şagirdin  göstəricilərini  əks  etdirən  «Şagird  haqqında  məlumat»  kartı

işlənib  hazırlanmışdır.  Beləliklə,  həm  təlimin  təşkilində,  həm  də  sinfin  idarə

edilməsində  əhəmiyyətli  hesab  edilən  «şagird  haqqında  məlumat»lar  vahid

kartotekada toplanmışdır. Bu kartoteka sinifdə tədris işi aparan digər müəllimlər

üçün də əlçatandır. Aparılan işin məktəb-ailə, müəllim-şagird münasibətlərinin

daha da inkişaf etdirilməsi və sinfin idarə edilməsində xüsusi əhəmiyyəti var.

Həmin kartlardan yararlanaraq qruplarda təlim fəaliyyətinin səmərəliliyini

yüksəltmək üçün şagirdlərin müxtəlif parametrlər üzrə (idraki, sosial, psixoloji

və  s.  vəziyyəti)  qrup  tərkibləri  müəyyən  edilmişdir.  Onların  oturacağı  yerlər

müəyyənləşdirilərkən, sinifdə tərtibat və təchizat işləri aparılarkən və təlimin

təşkili zamanı şagirdlərə fərdi yanaşmanı təmin etmək üçün «Şagird haqqında

məlumat»  kartından  geniş  istifadə  edilmişdir.  Həmin  göstərilənlər

ümumiləşdirilərək  «Sinif  haqqında  məlumat  kartı»  tərtib  edilmiş,  məktəb

rəhbərliyinin «Siniflər haqqında məlumat» kartotekasına təqdim etmək üçün

hazırlanmışdır. Araşdırmalar aşağıda təqdim edilən ardıcıllıqda həyata keçirilmişdir. 




Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin