inkişafını əhatə edən interaktiv təlim metodologiyası tətbiq olunmaqla yeni
«Təhsilin əsasları» fənni tədris edilir. Qeyd edilir ki, Azərbaycan Dövlət Pedaqoji
Universitetində, Azərbaycan Müəllimlər İnstitutunda və Gəncə Dövlət
Universitetində ibtidai sinif müəllimliyi kursları üçün yeni tədris planı (sillabus)
pilot əsasda həyata keçirilmişdir. Adları qeyd edilən təhsil müəssisələrinin
müəllim heyəti ilkin müəllim hazırlığında tətbiq ediləcək yeni fənni tədris
etmək üçün zəruri bilik və bacarıqlara sahib olmaq məqsədi ilə xüsusi kurslara
cəlb edilirlər. Fənnin kurikulumu və «Təhsilin əsasları» adlı əsas dərslik
hazırlanmışdır.
Qeyd edilənlər heç də o anlama gəlmir ki, yalnız bir fənnin tədrisi ilə pedaqoji
kadr hazırlığında inqilabi dəyişikliklər gözləmək olar. Sadəcə bu fənn çərçivəsində
pedaqoji təhsilin məzmun və texnologiyalarının bütün mərhələlərini ən yığcam
şəkildə əhatə etmişdir. Sözügedən mərhələlər «Azərbaycan Respublikasında
faziləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası»
[Annex 2. Study on teacher education for primary and secondary education in
six Eastern Partnership] sənədinin (2.9.) «Fasiləsiz pedaqoji təhsil və müəllim
hazırlığının məzmun və texnologiyaları» bəndində göstərilmişdir:
• Peşə baxımından müəllimin özünütəyini (öz gələсək müqəddəratını təyin
etməsi)
• Özünütəşkili
• Elmi-pedaqoji təşəkkül
• Elmi-pedaqoji сəhətdən özünütəkmilləşdirmə
• Pedaqoji yeniliyə meyilli olmaq baxımından özünürealizə (subyektin daxili
imkanlarının həyata keçirilməsi, özünütəsdiqi).
Qeyd edilən mərhələlərin bir fənn çərçivəsində deyil, pedaqoji təhsilin hər
səviyyəsində nəzərə alınması peşəkar təhsil işçilərinin hazırlanması baxımından
böyük əhəmiyyət daşıyır.
2011-ci ildə «Təhsilin əsasları» fənni çərçivəsində 132-134 nömrəli məktəbdə
və Respublikanın on bir rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində
«Məktəbin və sinfin idarə edilməsi metodologiyası» fəsli çərçivəsində mövcud
vəziyyət öyrənilmiş, şagirdlər barədə məlumat toplanmış, əldə edilən nəticələrin
sinfin idarə edilməsində və təlimin təşkilində nəzərə alınması sınaqdan
keçirilmişdir.
Sinif rəhbəri ilə birlikdə təcrübəçi müəllimlər verilmiş təlimatlara və tədqiqat
vasitələrinə (test, tapşırıq, müşahidə vərəqləri, müsahibə vərəqləri, söhbətin
təşkili üçün suallar, sənədlərin araşdırılması üçün göstərişlər) əsasən sinifdə
mövcud vəziyyəti bir çox parametrlər üzrə tədqiq etmişlər.
Beləliklə, altı il müddətində sınaqdan çıxmış və beynəlxalq ekspertlərin
diqqətini çəkmiş bir təcrübəni təhsil ictimaiyyəti ilə paylaşmaqda fayda var.
Fiziki, mənəvi və idraki baxımından inkişafını təşkil etmək kimi vəzifəni
yerinə yetirmək üçün məktəb və müəllimin şagirdi dərindən tanıması əsas
şərtdir. Bu, şagirdin fiziki-fizioloji, mənəvi-psixoloji, idraki inkişafının hansı
səviyyədə olduğunu qiymətləndirməyə və mövcud vəziyyətdən çıxış edərək
təlim-tərbiyə işini təşkil etməyə imkan verir. Təlim-tədris təşkil edilərkən hər
Dostları ilə paylaş: