Article in Azerbaijan Journal of Educational Studies · June 2019 doi: 10. 32906/ajes/686


PEDAQOGİKA AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №1 36



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix01.01.2022
ölçüsü1,42 Mb.
#50883
1   2   3   4   5   6   7   8   9   ...   30
Afet Suleymanova-article

PEDAQOGİKA

AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №1



36

———————————————————————————

1

https://www.worldbank.org/en/news/immersive-story/2019/01/22/pass-or-fail-how-can-



the-world-do-its-homework

2

https://rcg.org/realtruth/articles/164-aec.html




ifadə edir. 2016-cı il 1 May bəyanatında «hazırda xalq təhsilinin hücum altında»

3

olduğu, son illərdə proqramların, tədris, kadr və maddi ehtiyatların azalması ilə



nəticələnən ağır büdcə kəsintilərinin normaya çevrildiyi şərh edilir. 

Arnold  M.  Gallegos  «İnkişaf  etməkdə  olan  ölkələrdə  artan  təhsil  böhranı:

inkişafa təsir edən hallar və yeni perspektivlər» sərlövhəli məqaləsində yazır:

«Bir  çox  inkişaf  etməkdə  olan  ölkələr  təhsil  imkanlarını  yaxşılaşdırmaq  və

genişləndirmək üçün təxminən üç onillik ərzində əldə etdikləri böyük uğurlarına

baxmayaraq, təhsil böhranı ilə üzləşməkdə davam edirlər» [Arnold M. Gallegos.

1982. pp.15-21].

İnsanların tənhalaşması, bir-birinə laqeydləşməsi, ənənəvi ailə modellərinin

dəyişməsi,  boşanmaların  artması,  uşaq,  yeniyetmə  və  gənclərin  həyatına  öz

təsirini  göstərir.  Məktəbyaşlı  yeniyetmələr  arasında  son  zamanlar  müşahidə

edilən  sui-qəsdlərin  baş  vermə  səbəbi  ictimaiyyətin  müzakirə  mövzusuna

çevrilir, günahkarlar axtarılır. Valideynlər müəllimləri, müəllimlər valideynləri,

uşaqlar hər ikisini, onların hamısı isə idarəçiləri günahlandırırlar. Baş verənlərin

səbəbləri  üzərində  düşünmək  və  yaranmış  vəziyyətdən  çıxış  yollarını

müəyyənləşdirmək, günahkarı axtarmaqdan az əhəmiyyətli deyildir.

Dünya miqyasında müxtəlif dövrlərdə və müxtəlif əqidə sahiblərinin apardığı

təhlillərdən belə qənaətə gəlmək olur ki, təhsil sahəsində istənilən nəticələrə

nail  olmaqda  baş  verən  çətinliklərin  əsas  səbəblərindən  biri  dünyada  gedən

dəyişikliklərin sürətinin, aparılan islahatların sürətindən qat-qat artıq olmasıdır

[Philip H.Coombs. 1968, pp.246]. Uğurlu təhsil, zamanı qabaqlamaq, bütün bilik,

bacarıq  və  səriştələr  baxımından  ən  azı  15-20  il  sonraya  hədəflənməkdir.

Dünyada gedən sürətli dəyişikliklər nəzərə alınarsa, belə qənaətə gəlmək olar

ki,  birinci  sinifdə  təhsil  alan  uşaq  məktəbi  bitirən  zaman  hansı  cəmiyyətdə

yaşayacaqsa,  o  cəmiyyətin  təhlillərə  və  elmi  proqnozlara  əsasən  müəyyən-

ləşdirilmiş  xüsusiyyətləri  təhsilin  hədəflərini  şərtləndirən  əsas  amillər  hesab

edilməlidir.  Yəni  təhsil  yalnız  bu  günün  deyil,  15-20  və  daha  çox  illər  sonra

mövcud olacaq cəmiyyətlərin ehtiyaclarına köklənməlidir. Bunun üçün isə təhsil

siyasətini müəyyən edən bütün qanunverici sənədlərin də zamanı qabaqlaması

zəruri  şərtdir.  Bundan  da  irəli  gələrək  bütün  icra  sənədləri,  təhsilin  bütün

səviyyələrinin  məzmunu  və  hər  səviyyədə  məzmunu  tətbiq  edəcək  pedaqoji

heyətin hazırlığı, həm ümumi, həm də ali təhsil müəssisələrinin infrastrukturu

bu günə deyil, gələcəyə hesablanmalıdır. Yəni cəmiyyətin mövcud vəziyyəti və

gələcəklə  bağlı  proqnozlar  inteqrasiya  edilərək  gələcəyin  məktəbinə  verilən

tələblər  müəyyənləşdirilməlidir.  Elə  bir  məktəb  ki,  bütün  müəllimlər  zəruri

kompetensiyalara, şagirdlər əsas bacarıq və vərdişlərə sahib ola bilsinlər. Həmin

məktəblər uşaqların fiziki-psixi sağlamlığı baxımından təhlükəsiz və hər kəsə

əlyetərli olsun.

Qeyd  edilənlər  bir  qədər  utopiyaya  bənzəsə  də,  dünyada  buna  nail  olan

ölkələr  mövcuddur.  Təhsil  sistemində  baş  verən  böhranları  aşaraq,  zamanı

Afət Süleymanova




Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin