müəllif dördünün daha əsaslı olduğunu hesab edir: əhalinin təhsilalma cəhdlərinin
sürətlə artması, resursların kəskin çatışmazlığı, təhsil sistemlərinə xas ətalət,
cəmiyyətlərin özlərində baş verən ətalət [Philip H.Coombs. 1968, pp. 4].
Bu gün cəmiyyətlər və mədəniyyətlərdə gedən dəyişikliklər, elm və
texnologiyaların inkişafı, qloballaşmanın vüsət alması nəticəsində insanların
həyat fəlsəfəsi kökündən dəyişir. Dəyişmiş cəmiyyətin, nəslin özünə müvafiq
olan məktəbə ehtiyacı yaranır. Məktəbin bu ehtiyacları nə qədər qarşılaya
bilməsi məsələsi alimlərin araşdırma mövzusu, müzakirə obyektidir. Bu gün,
hətta qabaqcıl təhsil təcrübələri olan ölkələrdə təhsil böhranı yaşandığını bu
sahədə tədqiqatlar aparan ən sanballı təşkilatlar da qeyd edir. Dünya Bankının
rəsmi səhifəsində «Təhsil böhranı: məktəbdə olmaq öyrənmək anlamına gəlmir»
1
başlıqlı məqalədə yazılır: «Öyrənmə böhranının qalıcı olmasının böyük
səbəblərindən biri, inkişaf etməkdə olan dünyada kimin öyrənə bildiyi və kimin
öyrənə bilmədiyi haqqında təhsil sistemlərinin az məlumatlı olmasıdır. Gələcəkdə
tələb olunacaq peşə və bacarıqların növləri haqqında dəqiq məlumatın olmaması
səbəbindən məktəb və müəllim əsas oxu və yazı bacarıqlarından daha artıq
bacarıqlar öyrətməlidirlər. Öyrənənlər məlumatları şərh etməyə, fikirlər
formalaşdırmağa, yaradıcı olmağa, yaxşı ünsiyyət qurmağa, əməkdaşlıq etməyə
və çevik olmağa alışqan olmalıdırlar». Elə həmin səhifədə «Dəyişiklik yaxşı
müəllimlə başlayır» başlığı altında qeyd edilir: «Hər gün artan dəlillər onu
təsdiq edir ki, təlim böhranının əsasında tədris böhranı durur. Şagirdlərin yaxşı
oxuması üçün onlara yaxşı müəllimlər lazımdır. Bir çox təhsil sistemində az
diqqət yetirilir: Müəllim nə bilir? Uşaqlara nə öyrədir?».
Miçiqan Universitetinin Sosial Araşdırmalar İnstitutunda «Gələcəyin moni-
torinqi» layihəsi çərçivəsində
2
aparılan sorğunun nəticələri göstərir ki, sorğuya
cəlb edilən yuxarı sinif şagirdlərinin 80 faizi narkotik maddədən, 50 faizi isə
alkoqoldan istifadə edir. Amerikanın təhsil sistemindəki böhrana kömək edən
və düzgün təhsilin əsasını müəyyənləşdirən müxtəlif amillər araşdırılarkən
müəyyən edilmişdir ki, daha çox maliyyənin ayrılması heç də hər zaman bir
məktəbin daha yaxşı şagirdlər yetirəcəyinə zəmanət vermir. ABŞ-ın Ohayo
ştatının böyük büdcəsi olan Klivlend və kiçik büdcəsi olan Hudson məktəbləri
müqayisə edilərkən aşkar olmuşdur ki, birinci məktəbdə hər 9 şagirddən biri
təhsilini yarımçıq buraxdığı halda, ikinci məktəbin məzunlarının 90 faizi kollecə
daxil olur. Tədqiqatçılar inanır ki, təhsilin məqsədi həyatda qazanmağı deyil,
həyatı necə düzgün yaşamağı öyrətməkdən ibarətdir. Bu fikrə tam əks mövqedə
duran Amerika Kommunist Partiyasının nümayəndələri də dünya təhsilində
böhranın yaşandığını təsdiqləsə də, onun mövcudluğunun səbəbini fərqli şəkildə
Dostları ilə paylaş: