Article in Azerbaijan Journal of Educational Studies · June 2019 doi: 10. 32906/ajes/686



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix01.01.2022
ölçüsü1,42 Mb.
#50883
1   2   3   4   5   6   7   8   9   ...   30
Afet Suleymanova-article

PEDAGOGY


Azərbaycan  Respublikası  öz  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra

iqtisadi  sahədə  müstəqil  siyasət  aparmağa  başlamışdır.  Bu  siyasətin  başlıca

istiqamətlərini bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya

təşkil edir. 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi», «Bakı – Tbilisi – Ceyhan»

neft və «Bakı – Tbilisi – Ərzurum» qaz kəmərlərinin reallaşdırılması, «Bakı –

Tbilisi – Qars» yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi istiqamətində

atılmış  uğurlu  addımlar,  tarixi  İpək  yolunun  bərpasında  ölkəmizin  iştirakı

Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyası qloballaşmanın respublikamız

qarşısında açdığı böyük perspektivlərin nəticəsi olmuşdur [Annex 2. Study on

teacher education for primary and secondary education in six Eastern Partnership].

Bununla belə, dünyada qloballaşma vüsət aldıqca, Qərbin və Şərqin tanınmış

alimləri bu prosesin dünya xalqlarının həyatına təsirini, onun üstünlüklərini və

boşluqlarını  tədqiq  edirlər.  Ondan  necə  faydalanmağın  və  hansı  məsələlərdə

daha düşünülmüş addımlar atmağın yolları ilə bağlı tövsiyələr işləyib hazırlayırlar.

Alimlərin bir qrupu hesab edir ki, bəzi məsələlərdə qloballaşmanın təsirlərini

proqnozlaşdırmaq çətin olur. Müxtəlif mədəniyyətlərə aid yeniyetmə və gənclərin

təfəkkürünə televiziya, musiqi, internet, qida məhsulları vasitəsi ilə ardıcıl və

sistemli  şəklidə  təsir  göstərilir  [Dasen,  P.  2000,  pp.17-49;  Schlegel,  A.  2001].

Tədqiqatçılar  göstərir  ki,  hələ  milli  mədəniyyətlə  bağlılığı  zəif  olan,  milli

təfəkkürü tam formalaşmamış yeniyetmələrin inanc, dil və mədəniyyətinə bu

amillər  daha  sürətlə  təsir  edir  [Arnett,  J.J.  2000,  pp.469-480;  Côté,  J.E.  2000,

pp.85-116],  gənc  nəsli  milli  mənsubiyyət  çaşğınlığı  [Phinney  &  Baldelomar,

2011]  ilə  üz-üzə  qoyur.  Qloballaşma  ilə  əlaqəli  olan  belə  vəziyyət  psixopo-

tologiyalarla nəticələnir [Hermans, H.J.M., & Dimaggio, G. 2007, pp.31-61]. 

Dünyada baş verən ictimai-iqtisadi proseslər təhsilə də öz təsirini göstərir.

Hər  dəfə  ayrı-ayrı  cəmiyyətlərdə  baş  verən  ciddi  dəyişikliklər  ictimai  sifarişi

müəyyənləşdirir. Hələ 1954-cü ildə İkinci Dünya müharibəsindən sonra dünyada

gedən proseslərin təhsilə təsirini önə çəkən Hannah Arendt «Təhsildə böhran»

(«The Crisis in Education») məqaləsində bu sahədə baş verən böhranı ənənələrdə

və cəmiyyətdə gedən böhranla əlaqələndirir. O, tərbiyəçilərin təhsildə rolunu

və belə böhranlı şəraitdə onların vəzifələrini diqqətə çatdıraraq yazır: «Tərbiyəçinin

vəzifəsi  köhnəlik  və  yenilik  arasında  vasitəçi  olmaqdan  ibarətdir»  [Hannah

Arendt. 1954]. 

Filip  Coombsun  1968-ci  ildə  yazdığı  «Dünyada  təhsil  böhranı:  Sistemin

təhlili» əsərindən oxuyuruq: «Bu böhranın təbiəti «dəyişiklik», «harmoniya» və

«bərabərsizlik»  sözləri  ilə  səciyyələndirilə  bilər.  1945-ci  ildən  bəri  bütün

ölkələrdə fantastik şəkildə ətraf mühit dəyişiklikləri yaşandı. Bu, elm və texnikada,

iqtisadiyyatda və siyasətdə, demoqrafik və sosial strukturlarda eyni zamanda

baş vermiş inqilabi dəyişikliklər idi. Təhsil sistemləri də olduqca sürətlə inkişaf

etmiş və hər zamankından daha çevik olmuşdur. Bütün bunlara baxmayaraq,

təhsildəki dəyişikliklər ətrafda baş verən dəyişikliklərlə ayaqlaşa bilmirdi. Təhsil

sistemləri və ətraf mühit arasında baş verən bu uyğunsuzluq əksər ölkələrdə

müşahidə  olunur  və  təhsildə  dünya  böhranının  əsasını  təşkil  edirdi»  [Philip

H.Coombs.  1968,  pp.246].  Bu  uyğunsuzluğun  bir  çox  səbəbləri  göstərilsə  də,

Afət Süleymanova


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin