2. Şagirdlərin sosial vəziyyəti: vaxtında və lazımınca qidalanmaması,
mövsümə uyğun geymlərlə, lazım olan məktəb ləvazimatı ilə, təlim üçün yararlı
müasir texniki avadanlıqlarla təmin olunmaması onun nailiyyət keyfiyyətinə
təsir edir. Maddi cəhətdən imkansız uşaqların aşkar edilməsi və onların
dəstəklənməsi inkişafda olan insanın gələcəyinin təmin olunması üçün çox
əhəmiyyətlidir. Buna nail olmaq üçün müəllimlə şagird arasında isti və qayğıkeş
münasibətlərin yaradılması vacibdir. Bu istiqamətdə fəaliyyətini düzgün qura
bilməyən müəllim çox keçmədən təlimdə şagirdin geriləməsinin şahidi olacaqdır.
Bu onun həm təlim nailiyyətində, həm də davranışında özünü büruzə verəcəkdir.
Psixoloqlar göstərirlər ki, diqqət və qayğı azlığı hiss edən uşaqlar özlərinə
diqqət çəkməyin digər yolları haqqında düşünürlər. Bir çox hallarda, «digər
yol» ətrafdakılara qarşı aqressivlik, zorakılığa meyillilik və dərslərdən yayınma
Afət Süleymanova
Qloballaşan dünyada gedən proseslərin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər
http://journal.edu.az
Dostları ilə paylaş: |