Article in Azerbaijan Journal of Educational Studies · June 2019 doi: 10. 32906/ajes/686


Qloballaşan dünyada gedən proseslərin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix01.01.2022
ölçüsü1,42 Mb.
#50883
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
Afet Suleymanova-article

Qloballaşan dünyada gedən proseslərin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər

http://journal.edu.az



49


Ana dili, həyat bilgisi dərslərində linqvistik yaddaşı iti olan şagirdlərə təlim

materialları  tərtib  etmək  sadə  görünsə  də,  bu,  riyaziyyat  dərsində  müəllimi

düşünməyə vadar edir. Linqvistik yaddaşı iti olan şagirdlərə hesablama: toplama,

çıxma, müqayisəetmə kimi tapşırıqların mətn şəklində təqdim edilməsi onların

problemi  daha  dərindən  dərk  etməsinə  xidmət  göstərmiş  olur.  Riyaziyyat

dərsliklərində  verilən  məsələlər  də  linqvistik  yaddaşı  iti  olan  şagirdlər  üçün

yararlı olan materiallardır. 

Riyazi yaddaşı iti olan şagirdlər qruplaşdırılarkən müəllim onların tapşırıqlarında

rəqəmlərin,  həndəsi  fiqurların  yer  tutmasına  əhəmiyyət  verməlidir.  Məsələn,

Ana dili dərsində kiçik mətn tərtib etməli olan şagirdlər qrupuna riyazi məsələni

əks etdirən bir şəkil təqdim edilə bilər. Şagirdlərə həmin şəkil üzrə mətn tərtib

etmək, mətni oxumaq və sair fəaliyyətlər tapşırmaq olar. 

Şagirdlərin görmə, eşitmə, linqvistik və riyazi-məntiqi, təbiət, bədən-kinetik,

fərddaxili, fərdlərarası dərketmə tiplərinə, üsullarına əsasən qruplaşdırılması

və təlim tapşırıqlarının da bu baxımdan tərtib edilməsi və ya seçilməsi bütün

dərslərdə tətbiq edilməli bir yanaşma deyil. Müəllim məqsəd baxımından dərsin

forma və üsullarında dəyişikliklər etdiyi kimi, bu iş üsulunu da mütəmadi tətbiq

etməməli, yalnız zərurət yarandıqda müraciət etməlidir. O, sinfi qruplaşdırarkən

şagirdlərin  fərqli  dərketmə  üsullarından  müxtəlif  məqsədlərlə  istifadə  edir.

Belə  ki,  bir  halda  müəllim  eyni  dərketmə  üsullarına  aid  olan  şagirdləri

qruplaşdırmaqla onların mürəkkəb problemlərini həll etməyə, digər halda isə

bir üsulda dərketməsi daha çox inkişaf etmiş şagirdləri digər dərketmə üsullarına

aid olan uşaqlarla bir qrupda əməkdaşlığa cəlb etməklə və müvafiq tapşırıqlar

verməklə, onlarda müxtəlif dərketmə üsullarının daha da inkişaf etdirilməsinə

nail ola bilər. 

Bütün bu araşdırmaların aparılması üçün zəruri qiymətləndirmə üsulları və

vasitələri  müəyyənləşdirilmiş,  diaqnostik  qiymətləndirmə  vərəqləri,  əqli

inkişafdan ləngimə hallarının olub-olmadığını müəyyənləşdirmək üçün müşahidə

vərəqi (mütəxəssislər tərəfindən işlənmiş), dərketmə üsulunu (intellekt tipini)

müəyyən  etmək  üçün  şagirdlər  üçün  test,  valideynlər  üçün  sorğu  vərəqi  və

müəllim üçün test vərəqləri işlənib hazırlanmış, təcrübəçi müəllimlər tərəfindən

araşdırmalar zamanı istifadə edilmişdir. 


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin