6. Şagirdlərin hazırlıq səviyyəsi və inkişaf dinamikası. Summativ
qiymətləndirmənin nəticələrinə görə, hər bir şagirdin qazandığı nailiyyətin
səviyyəsi nəzərə alınmaqla yüksək nəticələr nümayiş etdirən şagirdlər və aşağı
nəticələr nümayiş etdirən şagirdlər olmaqla uyğun səviyyəli və fərqli səviyyəli
şagirdlərdən ibarət qruplar müəyyən edilir. Bu tərkibin idrak səviyyəsi baxımından
müəyyən edilmiş qruplarla üst-üstə düşə bilməsi ehtimal olunsa da, bir çox
hallarda ciddi fərqlər müşahidə edilir. Belə ki, idraki imkanları geniş olan
şagirdlərin baxımsızlıq və ya hər hansı digər səbəbdən summativ qiymətləndirmə
zamanı aşağı nəticələr nümayiş etdirməsi halları tez-tez müşahidə olunur. Bu
səbəbdən summativ qiymətləndirmənin nəticələri nəzərə alınmaqla yenə də
həm uyğun, həm də fərqli səviyyəli uşaqlardan ibarət qruplar müəyyən edilir
və məqsədəmüvafiq təlim fəaliyyətlərinə cəlb olunmaqla şagirdlərin potensial
imkanlarının nəzərə alınması, yaxud yüksək nəticə nümayiş etdirənlərlə aşağı
nəticə nümayiş etdirənlərin əməkdaşlığına şəraitin yaradılması kimi ciddi
pedaqoji aktlar baş verir.
Belə qruplaşma inkişaf dinamikası yüksək olan və inkişaf dinamikası aşağı
olan uşaqlarla da nəzərə alınmalıdır. Aşağı dinamika ilə inkişaf edən uşaqların
yüksək dinamika ilə inkişaf edən uşaqlarla bir qrupda təlim fəaliyyətinə cəlb
edilməsi qarşılıqlı fəaliyyətin və ikincilərin inkişaf dinamikasının yüksəldilməsində
böyük rol oynayar.
Tədqiqatlar sənədlərin araşdırılması (sinif jurnalı və şagird partfoloyosu),
müqayisə, dəyərləndirmə yolu ilə aparılmışdır.
Afət Süleymanova
Dostları ilə paylaş: |