7. Şagirdlərin milli, etnik, irqi fərqləri. Şagirdlər qarışıq qruplarda bir
araya gətirilməlidir. Birgə fəaliyyət, fərqli etnik, milli və irqi mənsubiyyətə
malik olan uşaqları vahid amal ətrafında birləşməyi bacarmaq kimi ümumbəşəri
dəyərlər tərbiyə edir. Respublikamızda irqi fərqlərə az təsadüf edilsə də, milli,
etnik fərqlərlə tez-tez qarşılaşmaq olar. Azərbaycanın bir sıra regionlarında
etnik azlıqların yaşaması və bu amilin siniflərin tərkibində də özünü göstərməsi
məsələyə münasibətin ciddiliyini önə çəkir. Belə uşaqların dil baryerləri, adət-
ənənə fərqləri, digər uşaqlarla münasibətlərinin qurulması və s. təlimin təşkilində
əhəmiyyət verilməli məsələlərdir. Bu müşahidələr nəticəsində sənədlər araşdırılmış
və valideynlərlə söhbət aparılmış, əldə edilən nəticələr cədvəl 7-də «Şagird
haqqında məlumat kartı»na daxil edilmişdir («Şagird haqqında məlumat kartı»
şagirdlə bağlı araşdırmaların nəticəsinə əsaslanaraq yerinə yetirilir. Bu kart
oktyabr ayının sonuna qədər işlənib tamamlanmalıdır. Yuxarı siniflərdə müxtəlif
məsələlər baxımından uşaqda baş vermiş dəyişikliklər araşdırılır).
Bütün şagirdlər barədə məlumatlar hazıranandan sonra «Sinifdə mövcud
vəziyyət»ə dair məlumat hazırlanıb məktəb rəhbərliyinə təqdim edilmişdir.
Cədvəl 8-də sinifdəki mövcud vəziyyət qiymətləndirilmişdir.
Dünyada gedən proseslər və baş verənlərə diplomatik yanaşma ehtiyacı
təhsil işçilərini indi daha ayıq-sayıq olmağa və yaranmış məsələlərin həllinə
ehtiyatla yanaşmağa çağırır. Yeniyetmə və gənclərimizə edilən hər təzyiq onları
normal insanlardan daha da uzaqlaşdırır. Uzaqlaşdıqca tənhalaşan gənclər
ağılagəlməz addımlar atmağa meyilli olurlar. Məktəblilərə sahib çıxmaq, ilk
növbədə, təhsil işçilərinin məsuliyyəti və mənəvi borcudur.
Dostları ilə paylaş: |