Arxiv fondu sənədlərindən istifadənin məqsədi və təşkiledici formaları



Yüklə 211,36 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix29.12.2021
ölçüsü211,36 Kb.
#48910
1   2
Arxiv fondu sənədlərindən istifadənin məqsədi və təşkiledici formaları

Mühaziralər, məruzələr – müəyyən mövzular üzrə, sənədlər. Şifahi jurnallar 

bir qayda olaraq müəyyən ada və daimi mövzu rubrikasına malik olur və müntəzəm 

olaraq keçirilir. Belə tədbirləri keçirərkən arxivdə aparılan axtarışlar və aşkar olunmuş 

sənədlər barədə auditoriyaya məlumat verilir.  



Oxucu konfransları – arxivin oxu zalında işləyən və yaxud işləmək fikrində 

olan istifadəçilərə arxiv fondlarının tərkib və məzmunu va onlara dair EMA, yeni daxil 

olmuş  sənədlər,  üzərindən  məxfiliyi  götürülmüş  sənədlər,  arxivin  informasiya 

fəaliyyəti barəsində məlumatların verilməsi, habelə oxu zalında xidmətin keyfiyyətini 

yaxşılaşdırmaq  məqsədilə  təşkil  edilir.  Oxucu  konfransları  zamanı  istifadəçilərin 

ehtiyacları, informasiya xid- məti üzrə onların arxivin işinə verdiyi qiymət öyrənilir. 



Tələbələr  və  şagirdlər  üçün  dərslər  –  arxivlə  ali  və  orta  təhsil  müəssisələri 

arasında bağlanmış müqavilələr əsasında, onlarla razılaşdırılmış planlara uyğun olaraq 

təşkil edilir. Dərslər mövzular üzrə olub, mühazirələr, seminarlar, praktik və fakultativ 

məşğələlər formasında aparılır. 



Yüklə 211,36 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin