C. Nəticə
26.
1994‐cü ilin Informasiya Siyasəti və Açıqlama Siyasəti təshih edilməlidir. Şəffaflıq
öhdəliyini yerinə yetirmək və maraqlı tərəflərin hörmət və inamını qazanmaq üçün AİB güclü
liderlik, münasib resurslar və xarici əlaqələr barədə təşkilat daxilində fikirlərin dəyişdirilməsinə
dayanaraq daha aydın və cəmləşdirilmiş yanaşma inkişaf etdirməlidir. Bu cür yanaşma AİB‐in
işində maraqlı tərəfin iştirakını gücləndirmək məqsədilə informasiyanın vaxtında və müvafiq
açıqlanmasını dəstəkləyən istehsal mədəniyyətinə cilallanmalıdır.
IV.
SİYASƏT
27.
İctimai əlaqələr siyasətinin (Siyasət) məqsədi maraqlı tərəflərin AİB‐ə olan inamını və
AİB‐lə işləmək qabiliyyətini artırmaqdır. AİB əməliyyatlarının inkişaf təsirini daha da
gücləndirilməsi üçün Siyasət aşağıdakı məsələlərə yönəlibdir:
•
AİB rəhbərliyi, başqa maraqlı tərəflər, və ümumiyyətlə ictimaiyyət arasında
AİB‐in fəaliyyəti, siyasəti, strategiyaları, vəzifələri və nəticələrinin açıqlanması və
anlaşılması;
•
inkişaf məsələlərində yeni və innovativ perspektivlərlə təmin etmək üçün
öyrənilmiş dərslər və bilgi inkişafı mübadiləsi;
•
inkişaf prosesində iştiraka yönəlmiş AİB‐lə layihə təsir olunan insanlar daxil
olmaqla maraqlı tərəflər arasında daha geniş ikitərəfli informasiya yayımı; və
•
AİB əməliyyatlarının şəffaflığı və məsuliyyəti
28.
Beləliklə, AİB işi, görüşləri və fikirləri haqqında bilgi və informasiyanı ictimaiyyət və
maraqlı tərəflərlə daha da fəal bölüşdürəcəkdir. AİB həmçinin fərdi informasiya sifarişlərinə
cavab olaraq məlumatı açıqlayacaqdır. Məxfilik üçün ciddi səbəb olmadıqda informasiyanın
açıqlama prezumpsiyası olacaqdır.
29.
AİB etiraf edir ki, şəffaflıq yalnız inkişafın effektivliyini deyil, həm də ictimaiyyətin
təşkilata olan inamını artırır. AİB şəffaflığın müsbət nümunəsi olacağına və şəffaflıq
məsələlərində üzvlərinə verdiyi məsləhətlərə uyğun hərəkət edəcəyinə çalışır.
30.
AİB inkişaf etməkdə olan üzv ölkələrdə dəstək verdiyi fəaliyyətlərin ölkəyə məxsus
olduğunun önəmliliyini qəbul edir. Buna görə də inkişaf etməkdə olan üzv ölkələrin görüşləri
və maraqlarına Siyasətin icrası zamanı hörmətlə yanaşılmalıdır.
31.
AİB insanların AİB‐in yardım etdiyi fəaliyyətlər barədə informasiya və ideyaları
axtarmaq, almaq və ötürmək haqqını dəstəkləyir. AİB maraqlı tərəflərlə ünsiyyət qurmaq,
onları dinləyə bilmək və onların rəylərini öyrənmək üçün informasiyanı vaxtında, aydın və
münasib qaydada çatdırmalıdır. AİB layihənin dizaynı və icrasına onların töhfə verə bilməsi
üçün təsir olunan insanlarla kifayət qədər vaxtında informasiya ilə bölüşməlidir.
8
32.
İşi təkmilləşdirmək üçün keçmiş təcrübələrdən öyrənərək AİB uğursuzluqlar və uğurlar
haqda hesabat verməlidir. AİB məlumatı yalnız mənfi olduğuna görə saxlamalı deyildir. AİB
siyasət və əməliyyatlar üzrə konstruktiv debat və dialoqu həvəsləndirməlidir. İctimai təşkilat
kimi, AİB ictimaiyyət qarşısında hesabat verməlidir.
33.
AİB seçərəkdən məlumatı açıqlamamalıdır; Siyasət üzrə siyasət, strategiya və icra
planlarının şərtlərinə uyğun olaraq AİB‐in açıq elan etdiyi informasiyanı əldə etməkdə
insanların hüquqları bərabər olmalıdır.
34.
AİB üzvləri, vətandaş cəmiyyəti təşkilatları, biznes, media, akademik müəssisələri,
inkişaf üzrə tərəfdaşlarının və umumiyyətlə ictimaiyyətin yoxsulluğun Asiyada azaldılmasında
rolu barədə anlayışlarını genişləndərmək üçün çalışmalıdır.
35.
Praktika və qanun baxımından tam açıqlama həmişə mümkün olmur. Məsələn, AİB
ideyaları araşdırılmalı, informasiyanı bölüşməli, daxilində və üzvləri ilə açıq müzakirələr
aparlmalı və özəl sektor əməliyyatlarına aid xüsusi tələbləri müzakirə etməlidir. AİB
əməkdaşlarının, özünün və özəl sektorda layihə sponsorlarının qeyri‐ictimai /biznes
informasiyasının məxfiliyini qorumalıdır. Bununla belə, istisnalar məhduddur və AİB
hazırladığı bütün informasiyanı bu informasiya Siyasətin 126‐cı, 127‐ci, 130‐cu paraqraflarında
göstərilmiş istisnalara aid edilmədikdə açıqlamalıdır.
36.
Siyasətin başqa müddəaları ilə məhdudlaşdırılmadıqda Direktorlar Şurasına catdırılan
sənədlər Direktorlar Şurasına paylandıqdan dərhal sonra açıqlanmalı, Direktorlar Şurasının
müzakirəsinə təqdim olunan sənədlər isə Direktorlar Şurası tərəfindən təsdiq olunduqda və ya
müsbət rəy verildikdə açıqlanmalıdır.
37.
AİB Siyasətində göstərilən ümumi prinsipləri aşağıda təsvir edilən strategiya vasitəsilə
icra etməlidir. Siyasətdə AİB‐in fəal olaraq ictimaiyyət üçün açıqlayacağı informasiya və
həmçinin informasiyanın AİB‐in sifarişi ilə ictimaiyyət üçün açıqlanacağının və ya AİB‐in
razılığı olmadan açıqlanmayacağının müəyyən şərtləri göstərilir.
38.
Siyasətin açıqlama müddəaları (başqa müddəaları deyil) və Direktorlar Şurası
tərəfindən hər hansı başqa təsdiq olunmuş siyasət arasında ziddiyət yarandığı halda Siyasətin
açıqlama müddəalarına üstünlük verilməlidir.
V.
STRATEGİYA
39.
Siyasətin məqsədlərinə çatmaq üçün bu strategiya iki xüsusi nəticəni əldə etmək üçün
nəzərdə tutulmuşdur:
(i)
fəal xarici əlaqələr; və
(ii)
AİB əməliyyatları barədə informasiyadan təkmilləşdirilmiş istifadə imkanları.
9
40.
Strategiya iki ayrı lakin bir‐birini tamamlayan hissələrdən ibarətdir: xarici əlaqələr və
informasiyanın açıqlanması. Xarici əlaqələr AİB‐in tanıdılması və əsas müştəriləri tərəfindən
anlaşılması üçün əsasən güclü xarici əlaqələrin qurulmasında cəmləşəcəkdir –nəticə (i).
İnformasiya açıqlanmasının məqsədi, xüsusilə AİB‐lə birbaşa əməliyyat və biznes əlaqələrində
olan insan və təşkilatlarla tərəfdaşlığın gücləndirilməsi olacaqdır —nəticə (ii).
A.
Xarici əlaqələr
41.
AİB konkretləşdirilmiş xarici əlaqələr siyasətini müəyyən etməklə xarici əlaqələrə
yanaşmalarını prioritetləşdirərəkgücləndirəcəkdir. AİB üzvləri üçün önəmli məsələlərdə aydın
mövqe ortaya qoyacaq, bu mövqeni izah etmək üçün informasiya məhsullarını təkmilləşdirərək
daha geniş şəkildə yayacaqdır. Təşkilat daxilində xarici əlaqələrin önəmliliyinə aydınlıq
gətirmək üçün AİB təşkilat planlarında düzəlişlər edəcək və buna uyğun olaraq əməkdaşlarının
bacarıqlarını inkişaf etdirəcəkdir.
1.
İlkin şərtlər
42.
Xarici auditoriyaların maraqlarını artırmaq üçün, AİB əmin olmalıdır ki:
(i)
orijinal ideyalar və inkişaf məsələlərinə dair aydın mesajlar verir;
(ii)
əməliyyatı təcrübə və araşdırmalarından irəli gələn bu məsələlərin beynəlxalq
müzakirələrində fəal iştirak edir;
(iii)
media və digər xarici auditoriyalarla görüşmək üçün müntəzəm olaraq imkanlar
axtarır;
(iv)
açıq və fəal daxili ünsiyyət saxlamaqla əməkdaşlarAİB‐in məsələlərlə bağlı
görüşləri və mövqeləri barədə məlumatlandırılır;
(v)
sənədləşmə aparır; və
(vi)
əməkdaşlarıAİB‐lə birbaşa əməliyyat və biznes əlaqələri quran insan və
təşkilatlarla güclü əməkdaşlığı davam etdirir.
2.
Liderlik və Motivasiya
43.
AİB Menecmentinin hər bir üzvünün xarici əlaqələrin gücləndirilməsində yüksək
səviyyəli öhdəliyi vacibdir. AİB‐in xarici əlaqələr strategiyasının müəyyənləşməsində,
təshihində və icrasında Menecment əsas rol oynayacaqdır. AİB‐in əsas ünsiyyət quran
Menecment üzvləri xarici əlaqələr fəaliyyətində fəal iştirak edəcək və AİB‐in əsas auditoriyaları
ilə donor və borc alan ölkələrdə qərar verənlər və rəy liderləri daxil olmaqla güclü əlaqələr
quracaqdır.
44.
AİB‐in əməkdaşlarının xarici auditoriyalarla aktiv işləmək həvəsində olmadığını və AİB
daxilində xarici əlaqələrin yalnız ikinci dərəcəli məsələ deyil, həm də riskli olduğu barədə geniş
yayılmış fikri nəzərə alaraq, Menecment tərəfindən əməkdaşlarının xarici əlaqələrdə fəal
iştirakının həvəsləndirilməsi vacibdir. Əməkdaşlarınınişinin ictimaiyyətə izahının indi prioritet
olmasını anlamasına Menecment əmin olmalıdır. Bunun üçün, Menecment əməkdaşlarıilə
10
ünsiyyətini genişləndirəcək, onlarla fikirlərini bölüşəcək və bütün səviyyələrdə onların rəylərini
öyrənəcəkdir.
3.
Hədəf Auditoriyaları
45.
AİB geniş miqyaslı auditoriyalarla işləyir və onlara təsir etməyə çalışır (Qutu 1). Bu
qrupların hər biri AİB üçün önəmlidir və onun effektivliyinə töhvə verə bilər. AİB‐in əsas iş
apardığı inkişaf etməkdə olan üzv ölkələr, onun gündəlik əməliyyatlarında əsas partnyorlarıdır.
AİB‐in uzun müddətli məqsədlərinə çatması üçün bu ölkələrdəki qərar verənlər və rəy liderləri
ilə güclü əlaqələri vacibdir. Bu əlaqələrin inkişafında və saxlanılmasında daimi
nümayəndəliklər xüsusi rol oynayacaqdır. Donor ölkələrdəki qərar verənlər və rəy liderləri,
başqa inkişaf təşkilatları və vətəndaş cəmiyyəti daxil olmaqla, digər auditoriyalarla etibarlı
əlaqələrin qurulması AİB əməliyyatları və onların effektivliyinin artması üçün önəmlidir
(paraqraflar 9‐14).
46.
Resurslar həmişə məhdud oluduğundan AİB auditoriyalarını prioritetləşdirməlidir.
AİB‐in inkişaf etməkdə olan üzv ölkələrdəki geniş miqyasda qərar verənlər və rəy liderləri ilə
sıx biznes əlaqələrini nəzərə alaraq, bu strategiya yeni, xüsusilə də donor ölkələrdəki
auditoriyaları cəlb etməyi nəzərdə tutur. Auditoriyaların prioritetləşdirilməsi aşağıdakı
meyarlara əsaslanacaqdır:
(i)
Qərar verənlərə təsir səviyyəsi. AİB əməliyyatları müxtəlif qərar verənlərin,
xüsusilə də nazirlərin, parlament üzvlərinin və dövlət icraçılarının təsirindədir.
Hədəf qrupları bu qərar verənlərin fikirləri əsasında seçiləcəklər.
(ii)
Dolayısı hədəf qrupları üçün ”kanallar” rolu. AİB barədə informasiya və fikirlər bir
çox iştirakçılar tərəfindən ifadə olunur, və bundan sonra geniş hədəf qruplarına
ötürülür. AİB elə əlaqələr quracaq ki, bu əlaqələr onun mesajlarının strategiyada
bir başa deyil, dolayısıyla müəyyənləşmiş hədəf qruplarına çatdırılmasında
yardımçı olsun.
47.
İnkişaf etməkdə olan üzv ölkələrində hədəf qrupları ilə əlaqələrin gücləndirilməsi təsir
olunan insanlar üçün təmas nöqtələri olan AİB əməliyyat şöbələrinin məsuliyyəti olaraq
qalacaq, və bu şöbələr xüsusi əməliyyatlara bir başa qatılan vətəndaş cəmiyyəti təşkilatları ilə
əməkdaşlığın qurulmasına cavabdeh olacaqdır. QHT Mərkəzi ümumiyyətlə vətəndaş cəmiyyəti
ilə əlaqələrin qurulmasına və davamlılığına cavabdehdir.
48.
AİB üçün geniş ictimaiyyətlə əlaqələrin qurulması vacib olsa da, bu strategiya donor və
ya inkişaf etməkdə olan üzv ölkələrdəki icimaiyyəti və ya özəl sektoru birbaşa hədəf qrupları
kimi nəzərdə tutmur. AİB‐in geniş ictimaiyyətlə əlaqəsi bir başa olmayaraq qalacaqdır.
11
11
Qəbul olunub ki, informasiya ictimaiyyətə media və başqa rəy liderləri vasitəsilə çatdırıldıqda rəy liderlərinin fərdi
görüşləri və anlayışları ilə tənzim olunur.
11
4.
Hədəf Auditoriyaları ilə Əlaqələrin Yaradılmasına Yanaşmalar
49.
Hədəf auditoriyaları ilə güclü və davamlı əlaqələrin qurulması ardıcıl şəxsi qarşılıqlı
əlaqələri və yalnız ictimai əlaqələr materiallarını deyil, həm də mütəmadi əsas informasiya
mübadiləsini tələb edəcəkdir. Bu əlaqələrin qurulması üçün vaxt və xüsusilə də pul gərəkdir,
çünki AİB‐in gərargahı Manilada yerləşir, bu isə nə beynəlxalq media, nə də araşdırma mərkəzi
deyildir. Əlaqələr Menecment və rəhbər işçilər tərəfindən missiyalar zamanı və nümayəndəlik
ofislər vasitəsilə qurulacaq və inkişaf etdiriləcəkdir.
50.
AİB aparıcı media ilə əlaqələrini gücləndirəcəkdir. Qəzet, jurnal və TV xəbərlər
proqramlarında Menecmentin çıxışları AİB araşdırmaları və əməliyyatları barədə hədəf
auditoriyalarına təsir etmək üçün KİV‐lərdə informasiya yayacaqdır. AİB müntəzəm olaraq rəy
liderləri ilə AİB barədə informasiya mənbələrinə aid sorğular keçirəcək və buna uyğun olaraq
hədəf medianı seçəcəkdir.
51.
Xarici əlaqələr Avropa, Yaponiya və Şimali Amerikadakı nümayəndəlik ofislərinin əsas
funksiyası olacaqdır. Bu ofislər media və rəy liderləri ilə əlaqələri genişləndirmək üçün
fəaliyyət göstərəcək, AİB‐in görüşləri və inkişaf məsələləri barədə informasiya yayacaq və
inkişaf üzrə ictimai müzakirə və debatlara qatılacaqdır.
52.
Menecment və əməkdaşlarkonfranslar, seminarlar və beynəlxalq tədbirlərdə AİB‐in
mesajları və onun işi barəsində məlumatları çatdıracaq.
12
Əhəmiyyətli təsirə nail olmaq üçün
cəmləşdirilmiş, xarici strategiya tədricən həyata keçiriləcəkdir.
5.
Əsas Əlaqələndiricilər
53.
Xarici yayım üçün vəsaitlərin məhdud olmasını nəzərə alaraq, AİB tam aydın şəkildə
əlaqələndiricilərini və işləyəcəyi xüsusi hədəf qruplarını müəyyənləşdirməlidir. Prezident və
Vitse Prezident AİB‐in ən əsas olan əlaqələndiricilərindən olacaqdır. Şəxsi əlaqələr, yüksək
səviyyəli forumlarda çıxışlar, müsahibələr və məqalələr vasitəsilə qabaqçıl mediada AİB‐in
hədəf qrupları arasında adının yüksəldilməsinə səylərini yönəldəcəkdir. Baş iqtisadçı, başqa
şöbə və ofis rəhbərləri, daimi nümayəndəliklər və nümayəndəlik ofislərinin rəhbərliyi daxil
olmaqla xarici auditoriyalarla fəal ünsiyyətdə olacaqlar.
54.
Buna əlavə olaraq, AİB‐in ekspertləri, özəlliklə də xüsusi bazar iqtisadiyyatı
araşdırmaları keçirdikləri halda, şəxsi əlaqələr qurmaqla, konfranslara müraciət etməklə, media
ilə danışmaqla və öz ekspertiza sahələrində rəy məqalələri yazmaqla şəbəkələr quracaqlar.
12
AİB xarici fəaliyyətini izləmək və planlaşdırmaq üçün hal‐hazırda elektron xarici tədbirlər qeydiyyat jurnalının
üzərində işləyir
.
12
B.
İnformasiyanın Açıqlanması
55.
Siyasət AİB‐in hazırladığı və ya hazırlanılması üçün sifariş etdiyi sənədlərinə açıqlama
tələbləri qoyur. Belə sənədlərin hazırlamaq üçün tələbləri izah etmir. AİB‐in başqa siyasətlərinə
istinadlar Siyasət vasitəsilə edilir. AİB‐in başqa siyasətinə hər bir istinad bu siyasətə vaxtaşırı
düzəlişlər olunduğu kimi verilir. AİB tərəfindən inkişaf etdirilmiş və ya yenidən baxılmış
istənilən siyasət və ya strategiya Siyasətin qüvvəyə mindiyi tarixdən sonra bu siyasət və ya
strategiya üzrə tələb olunan sənəd və başqa informasiyaya aid açıqlama tələblərini aydın ifadə
etməlidir. Bu açıqlama tələbləri Siyasətdə göstərilmiş ümümi prinsiplərə uyğun gəlməlidir.
1.
Tərcümələr
56.
AİB‐in işçi dili ingilis dilidir.
13
Bununla belə, sənədlərin və başqa informasiyanın digər
dillərə tərcüməsi çox vaxt iştirakı həvəsləndirmək üçün, həmçinin də AİB‐in yardım etdiyi
fəaliyyətin səhmdarlar və başqa maraqlı tərəflərin anlaması və dəstəkləməsi üçün gərəkdir.
Xarici maraqlı tərəflərlə məsləhətləşmələr apararaq, AİB onun əməliyyatlarına aid sənədlər
üçün tərcümə əsasını inkişaf etdirməlidir.
57.
AİB əməliyyat ehtiyaclarından asılı olaraq tərcümələri öz üzərinə götürəcək. Bu
tərcümələrə aşağıdakı informasiya daxildir: (i) biznes, siyasətlər və strateji fikirlərə
ünvanlanmış və geniş beynəlxalq ictimaiyyətə çatdırılası məlumat; (ii) ictimai, xüsusən də təsir
olunan insanlarla məsləhətləşmələr üçün məlumat (paraqraf 74); (iii) xüsusi ölkələr, layihələr və
proqramlara aid məlumat; və (iv) internetdə yerləşdirmək üçün nəzərdə tutulmuş məlumat.
58.
Tərcümə kriterilərinə, aid olan auditoriyanın savadlılıq səviyyəsi, bildikləri dillər,
tərcüməyə alternativlər, tərcümə üçün tələb olunan vaxt və xərclər daxildir.
2.
AİB Əməliyyatlarına dair İnformasiya
59.
AİB inkişaf fəaliyyətini başlamaq və icra etmək məqsədilə borc alanlarla və özəl sektor
layihə sponsorları ilə sıx əməkdaşlıq edir. Bunu edərkən, AİB borc alanları və sponsorları AİB‐
in yardım göstərdiyi əməliyyatları barədə informasiyanın açıqlanması prezumpsiyası ilə tanış
edəcəkdir. Müəyyən edilmiş vaxt müddətinə uyğun olaraq və müvafiq borc alanla və ya özəl
sektor sponsoru ilə məsləhətləşmələrdən sonra aşağıdakı sənədlər ictimaiyyət üçün açıq və
açıqlama istisnaları seksiyasına uyğun olmalıdır (paraqraflar 123‐130).
13
AİB. 1966. Asiya İnkişaf Bankının Əsasına dair Razılaşma. Manila: Maddə 39.1.
13
a.
Ölkə və Regional Proqramlar
i.
Strategiya və Proqram Qiymətləndirmələri
60.
AİB ölkə strategiyası və proqramı (ÖSP), habelə regional əməkdaşlıq strategiyası və
proqram (RƏSP) sənədlərini hazırlayarkan qiymətləndirmə üzrə araşdırmalar aparır. Bu cür
strategiya və proqram qiymətləndirmələrinə yoxsulluğun təhlili, iqtisadi analizlər, tematik
analizlər (gender, idarəçilik, ətraf mühit və özəl sektor) və sektor qiymətləndirmələri daxildir.
Qiymətləndirmələr qeyri‐hökümət tərəflərlə məsləhətləşərək aparılarsa, ölkə daxili maraqlı
tərəflər üçün qaralama variantında açıqlana bilər. AİB strategiya və proqram
qiymətləndirmələrini tamamladıqda ictimaiyyət üçün açıqlamalıdır.
ii.
Strategiyalar və Proqramlar
61.
ÖSP ölkə ilə razılıqda AİB‐in aralıq inkişaf strategiyasını və əməliyyat proqramını
müəyyən edir. ÖSP‐lərə AİB yardımını gözləyən layihələrin konseptual sənədləri daxildir. ÖSP‐
nin təshihi (ÖSPT) ÖSP‐nin davamlı münasibliyini nəzərdə tutur, onun icrasını təsvir edir və
növbəti 3 il üçün əməliyyat proqramını şərh edir.
62.
Bundan əlavə, RƏSP subregional səviyyədə təklif olunan AİB yardımının məntiqi
əsaslandırılmasını verir. RƏSP AİB yardımının dövlət vəzifələrini və strategiyalarını necə
tamamladığını müəyyən edir və təklif olunan regional layihələrin konseptual sənədlərini əhatə
edir. RƏSP hər il təshih edilir(RƏSPT).
63.
AİB növbəti il üçün hazırlanması planlaşdırılan yeni strategiyalar və proqramların
siyahısını ictimaiyyət üçün müntəzəm olaraq açıqlamalıdır.
64.
Maraqlı tərəflərlə lazımı məsləhətləşmələri həvəsləndirmək
14
və ölkələrində və/və ya
regionda onlara ilkin strategiya və proqramlara töhfə vermələrinə imkan yaratmaq üçün AİB
ölkə daxilində maraqlı tərəflərə ilkin strategiya və proqramları məsləhətləşmələrdən öncə
onların şərhlərinə təqdim etməlidir. Bunlar (i) ilkin sənəd tamamlanandan sonra; və (ii)
strategiya və proqramın ilkin versiyası hazırlanandan sonra, lakin menecment toplantısında
baxılmasından öncə təqdim olunmalıdır.
65.
Direktorlar Şurasının təsdiqindən sonra AİB strategiya və proqramları və Şuradakı
strategiya və proqramlar üzrə sədrin hər müzakirəyə aid xülasəsini açıqlamalıdır. Əgər ingilis
dili müvafiq ölkədə geniş istifadə olunmursa, AİB Direktorlar Şurası tərəfindən dəstəklənəndən
sonra istənilən yeni ölkə strategiyası və proqramını (və ya onun təshihi) 90 təqvim günü
ərzində geniş anlaşılan dilə tərcümə etməlidir.
14
AİB. 2001. Yenidən Təşkilatlanmış AİB üçün Biznes Prosesləri. Manila: Əlavə 2: 2‐4 and Əlavə 4: 2
.
14
b.
Siyasətlər, Strategiyalar və Əməliyyat Qaydaları
66.
AİB siyasətlərinin, sektor və tematik strategiyaların yenidən baxılması və inkişafı
zamanı səhmdarların və digər maraqlı olan fərd və təşkilatların aktiv iştirakına cəhd edir. AİB
müntəzəm olaraq, siyasətlərinin və sektoral və tematik strategiyalarının baxılacaq siyahısını 12
ay ərzində açıqlamalıdır. Menecment tərəfindən bu inkişaf və ya baxılmaq üçün konsepsiya
sənədinin müddəaları siyahıya əlavə olunmalıdır. AİB gözlənilən üz‐üzə görüşlər daxil olmaqla
əlaqələr planlarını bu planlar tamamlanandan sonra açıqlamalıdır. AİB ictimaiyyət tərəfindən
məsləhət məqsədilə istifadə oluna biləcək ən azı bir siyasət və strategiya sənədinın ilkin
variantını hazırlamalıdır. Digər siyasət və strategiyaların, məsələn, ictimai əlaqələr siyasəti,
yoxsulluğun azaldılması strategiyası və hesabat vermə mexanizminin AİB Menecmenti
tərəfindən onların həmçinin bu paraqrafın tələblərinin predmeti ola bilməsini müəyyən edə
bilər.
67.
AİB bütün siyasət və strategiya sənədlərini Direktorlar Şurası və ya Menecment
tərəfindən təsdiq olunduqdan dərhal sonra açıqlamalıdır. Direktorlar Şurasının toplantısında
müzakirə olunan hər bir siyasət və strategiya üzrə AİB iclas sədrinin xülasəsini siyasət və ya
strategiya sənədini açıqladığı zaman açıqlamalıdır.
68.
AİB ölkə və regional proqramlar və layihələrin işlənməsinin siyasət və prosedurlarını
ictimaiyyət üçün açıqlamalıdır. Bunlara Əməilyyatlar Vəsaiti (Bank Siyasətləri və Əməliyyat
Prosedurları) və Yenidən Təşkilatlanmış AİB üçün Biznes Prosesləri daxildir. AİB həmçinin Layihə
Administrasiyası Təlimatını, əməkdaşlarının əsas prinsiplərini və AİB əməliyyyatları barədə
kitabçaları açıqlamalıdır.
Dostları ilə paylaş: |