c.
Layihələr və Proqramlar
i.
Layihə və ya Proqram üzrə İnformasiya Sənədi (LİS)
69.
AİB layihənin qısa xülasəsini daxil edilən layihə və ya proqram üzrə informasiya
sənədini ictimaiyyət üçün açıqlamalıdır. LİS‐lərə dövlət və özəl sektor layihələri üçün daxil
olmalıdır: (i) layihənin adı; (ii) sektor, tematik və məqsədli təsnifat; (iii) layihənin/proqramın
nömrəsi; (iv) yardım tipi və ya üsulu; (v) yerləşməsi və coğrafi əhatə zonası; (vi) təsvir; (vii)
gözlənilən inkişaf effekti daxil olmaqla işlərin miqyası və məqsədi; (viii) xərclər və
maliyyələşdirmə planı (yalnız dövlət sektoru layihələri üçün); (ix) layihənin icraçısı və ya
sponsoru (sponsorları); (x) social və ekoloji nöqteyi nəzərdən kateqoriyanın verilməsi; (xi)
ekoloji və sosial məsələlərin xülasəsi; (xii) ölkə mühiti; (xiii) aparılmış və ya planlaşdırılmış
məsləhətləşmələr; (xiv) AİB şöbəsi, bölməsi və ya məsul vəzifəli şəxs; (xv) layihənin konseptual
sənədinin və ya özəl sektor konseptual icazə sənədinin təsdiqlənmə tarixi; (xvi) LİS tərtibat və
onun son təshih tarixi; (xvii) artıq hazırlanmış və ya tərtibata hazırlanan texniki sənədlərin
siyahısı; və (xviii) layihələndirmə vaxtı, hazırlıq dövrü, reallaşdırma, ekpertiza və Direktorlar
Şurasında baxılma daxil olmaqla təxmini cədvəl. LİS‐ə hələ tamamlanmadığına görə (viii), (x),
(xi), (xiii), və (xvii) müddəalardakı informasiya ilkin LİS‐in açıqlanma anına kimi daxil
15
olunmaya bilər. Bu informasiya açıqlanan kimi sadalanan müddəalardakı informasiyalar daxil
ediləcəkdir.
ii.
LİS Dövlət Sektoru
70.
Layihə və ya proqramın konseptual sənədinin təsdiqindən 30 təqvim günündən gec
olmayaraq, AİB dövlət sektoru LİS layihə və ya proqram üzrə hazırlıq işlərinin başlanmasını
ictimaiyyətə açıqlamalıdır. Dövlət sektorunun kredit layihələrinin hazırlıq dövründə
layihələndirmə və nəzarət sxeminin hazırlanması üzrə işlər aparılır ki, bu da layihənin icrasını
qiymətləndirməyə əsas verir. AİB layihənin və ya proqramın ekspertizasınadək LİS‐ə
layihələndirmə və nəzarət sxemini daxil etməlidir.
71.
Layihə və ya proqramın hazırlıq prosesində, layihənin və proqramın cari statusunu əks
etdirmək məqsədilə AİB hər rüb LİS‐i təshih etməlidir. Layihənin icrası dövründə özünün
layihə idarə sistemlərini istifadə etməklə AİB, dövlət kreditli layihələrin və texniki yardımlı
layihələrin aparılmasına nəzarət edir. Layihələrin icrası prosesində AİB, yerinə yetirilmə
fəaliyyətləri, yaranan problemləri, qoyulan məqsədlərin inkişafı statusunu əks etdirmək və
kredit vəsaitlərin istifadəsi məqsədilə hər rübdə LİS‐i təshih etməlidir.
72.
AİB əgər dövlət layihələrinin və ya proqramlarının aparılmasında iştirakını
dayandırmağı qərara alırsa, müvafiq LİS‐ə bu qərarın səbəbləri göstərilməklə müvafiq ərizə
daxil edilməlidir. AİB 6 ay ərzində dayandırılmış layihələrin LİS‐lərini ictimaiyyət üçün açıq
saxlamalıdır.
iii.
Özəl Sektorun LİS
73.
Özəl sektor layihəsinə Direktorlar Şurası tərəfindən baxılmasına qalan 30 təqvim
günündən gec olmayaraq layihəyə Direktorlar Şurasında baxılacağı müəyyən edilirsə, AİB
layihə üzrə ilkin LİS‐i açıqlamalıdır. Ekoloji baxımdan həssas layihələr ətraf mühit siyasətinə
uyğun, belə ki, ətraf mühitin ilkin öyrənilməsi və ya qısa ekoloji ekspertizası tələb olunursa,
nəticələri 120 təqvim günündın az olmayaraq Direktorlar Şurasında baxılmasına qədər AİB
tərəfindən özəl sektor LİS‐i açıqlanmalıdır.
15
Layihənin hazırlanması, yenidən işlənməsi,
reallaşdırılması gedişində görülən işlərin dəyişkən inkişaf statusunu əks etdirmək üçün, əgər
belə olursa, AİB hər rüb LİS‐i ytəshih etməlidir. Əgər AİB özünün özəl sektorun layihəsinin
icrasında iştirakını dayandırmaq haqqında qərar qəbul edərsə, bu halda qərar müvafiq LİS‐də
əks olunmalıdır. Dayandırılmış layihələrdə bu qərar qəbul edilən vaxtdan 6 ay ərzində AİB,
LİS barədə ictimaiyyətə açıqlama verməlidir.
15
Ətraf mühit qiymətləndirmə hesabatlarının hazırlanması üçün AİB tələbləri, bax AİB. 2002. Ətraf Mühit Siyasəti.
Manila.
16
iv.
Təsir olunan İnsanlar üçün İnformasiya
74.
Təsir olunan insanlar, digər şəxslər və təşkilatlarla dialoqa nail olmaq məqsədilə AİB,
göstərilənlərə hazırlıq mərhələsində olan işlənilən dövlət və ya özəl layihə və proqram (sosial
və ekoloji məsələlər daxil olmaqla) haqqında təsir olunan insanlara informasiya verməlidir. AİB
layihələrin sponsoru və maliyyə dəstəkləri olanlarla sıx əlaqə saxlamalı və onların lazımı
məlumatlar aldığını, həmçinin təklif olunmuş layihələrdən göstərıcılərin geri alındığına əmin
olmalı, təsir olunan insanlarla əlaqələrin mütəmadi aparılmasını və kontakt dayaqlarını
müəyyən etməlidir. Belə fəaliyyət növü layihələrin hazırlıq işləri və bütün iş mərhələləri
ərzində aparılmalıdır ki, təsir olunan insanların rəyi lazımı səviyyədə nəzərə alınsın. AİB
layihələrin icrasında maraqlı tərəflərin rəyi və şərhlərinin nəzərə alınmasına təminat verməlidir.
Həmçinin AİB layihədə ciddi miqyasda dəyişiklik olarsa, təsir olunan insanları istənilən
informasiya ilə təmin etməlidir.
75.
74‐cü paraqrafın tələblərini həvəsləndirməkdən ötrü inkişaf etməkdə olan ölkələrin
hökümətləri AİB ilə birlikdə əlaqələr təşkil etməklə müəyyən layihə və proqramlar işləyə bilər,
xüsusən də onlar ictimaiyyətdə yüksək maraq doğurar. Belə planlar, misal üçün özünü
tövsiyələr vasitəsilə təsir olunan insanlar arasında dialoqun təşkilini, ictimaiyyətin iqtisadi və
hüquqi islahatlar barədə informasiyalarına geniş yol açır, təsir olunan insanların
nümayəndələrini AİB layihə və proqramlarının işlənib icrasına cəlb edir və əhali kütləsinin,
vətəndaş təşkilatlarının inkişaf prosesində geniş iştirakını yaradır.
16
76.
Özəl təşkilatlar və icraçı institutlar öz iş mahiyyətinə görə çoxşaxəli və müxtəlif
imkanlara malikdir, və bir çox hallarda onlarla ünsiyyətdə AİB çevik mövqe tutur. Mahiyyətcə,
ekoloji və sosioloji tələblərə AİB əsaslı kapital yatırımı özəl sektora və dövlət sektorunun
layihələri üçün praktiki olaraq eynidir. AİB siyasətinə əsasən özəl sektorun sponsorları,
qiymətləndirmə, tənzimləmə etməli, monitorinq aparmalı və sponsorluq etdikləri layihələrin
sosial və ekoloji mühitə təsirini xəbər verməlidirlər. AİB tələblərinə görə özəl sektorun
sponsorları layihələrin ilkin işlənmə mərhələlərində təsir olunan əhali ilə əlaqə yaratmalıdırlar,
həmçinin ictimaiyyət vaxtında layihələr haqqında asan başa düşüləsi formada müvafiq
məlumatlar almalıdır. Bu mənada layihənin sponsoru qiymətləndirmə edənədək AİB, təsir
olunan əhali ilə o hansı formada əlaqə yarada bilməsini məlumatlandırmalıdır.
v.
Ətraf Mühitin Vəziyyətinin Qiymətləndirilməsi
77.
Ətraf Mühit siyasətinin tələblərinə uyğun olaraq, AİB A kateqoriyalı layihələr üçün ətraf
mühitə təsirin ümumi qiymətini və ya ətraf mühit baxımından həssas sayılan B kateqoriyalı
layihələr üçün ətraf mühitin ilkin tədqiqatını, (i) AİB Direktorlar Şurasında borcun baxılmasına
qalmış, (ii) A kateqoriyalı altlayihə və ya ətraf mühit üçün həssas sayılan B kateqoriyalı
16
Əlaqə planlarında vəzifələr, formalar (dil daxil olmaqla), metod və məlumatın bölüşdürülməsi müddəti; maraqlı
tərəflər; və əsas məsələlər göstərilir. Bura həmçinin cavabların daxil edilməsi aiddir. Bəzi əlaqə planlarına layihə
informasiya mərkəzlərinin inkişafı daxildir. Uyğun olduqda, belə mərkəzlərin təsviri və maliyyələşdirmə planları
layihə təklifinə daxil edilir
.
17
altlayihənin təsdiqinə qədər və ya (iii) müvafiq hallarda layihədə ciddi dəyişiliklərin təsdiqə
qədər ən azı 120 təqvim günü ərzində açıqlamalıdır. Maraqlı tərəflərin sifarişlərinə əsasən, AİB
ətraf mühitə təsirin tam qiymətini və ətraf mühitin ilkin tədqiqatını təqdim etməlidir.
17
78.
Ətraf Mühit siyasətinin tələblərinə əsasən, borc alan və ya özəl sektorun sponsoru
layihənin ekoloji məsələləri barədə, təsir olunan əhaliyə təsir olunan qruplar və yerli QHT‐lər
ilə məsləhətləşmələr prosesində və ona qədər müvafiq informasiyalar təqdim etməlidir.
18
A
kateqoriyalı layihələrə borc alan və ya özəl sektor sponsoru təsir olunan əhali qruplarının belə
bir informasiya almasına 2 halda: (i) çöl işlərinin ilkin mərhələlərində ətraf mühitin təsirinin
qiymətləndirməsinə; və (ii) ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatı hazırlananda və
qiymət verilənə qədər zəmanət verir.
79.
Kredit‐maliyyə idarələri səhmdarların vəsaitləri və ya kredit xətləri ilə altlayihələr
tərəfindən investisiya verilən layihə və proqramlarda ekoloji siyasət çərçivəsində ətraf mühitin
qorunması sistemi tələb olunursa, belə layihələr və ya proqramlar üçün ətraf mühitin
qorunması sistemi təsvir olunmalıdır.
vi.
Köçürmələr Planı üzrə Sənədlər
80.
F2/BP Əməliyyat Vəsaiti Bölməsinə əsasən, məcburi köçürmələrə aid məsələlərdə, borc
verən və ya özəl sektor sponsoru təsir olunan əhali qruplarına təqdim etməlidir:
19
(i)
köcürmə planı layihəsi –qiymətlədirmədən öncə;
(ii)
son köçürmə planı hazırlanandan sonra – bu cür köçürmə planı; və
(iii)
işlənib hazırlanmış köçürmə planı ‐ köçürmə planına düzəliş‐təshih ediləndən,
işçi plan işlənəndən, və ya layihənin və ya proqramın miqyasında dəyişikliklər
aparılandan sonra
20
81.
80‐cı paraqrafdakı sənədlər üzrə informasiya ictimaiyyətə yerli dillərdə broşür və ya
buklet şəklində təqdim edilə bilər. Az savadlı əhali üçün digər uyğun ünsiyyət metodları
nəzərdə tutulmalıdır.
82.
AİB geniş ictimaiyyətin nəzərinə çatdırmalıdır:
(i)
köçürmə planının layihə və ya sxemi (və ya hər ikisi)—qiymətləndirmədən öncə;
(ii)
köçürmənin son planı — son köçürmə planı alınandan sonra; və
(iii)
işlənib tamamlanmış köçürmə planı — işlənib hazırlanmış köçürmə planı
alınandan sonra.
17
Layihənin İdarəetmə Təlimatının 5.04 Seksiyasına uyğun olaraq layihə miqyasında ciddi dəyişikliklər.
18
Ətraf Mühit siyasəti, paraqraf 63‐ə bax.
19
F2/BP OM Seksiyasında istinad 3. OM Seksiyasının F2/BP uyğun olaraq təsir olunan insanlar.
20
Miqyaslı dəyişikliklərlə təsir olunan insanlarla planın yayılmasının məhdudlaşdırılması.
18
vii.
Yerli Əhali üçün Planlaşdırılan Sənədlər
83.
Borc alan və ya özəl sektor sponsoru təsir olunan insanlara, yəni yerli əhali/milli
azlıqlara aşağıdakı sənədlər təqdim etməlidir:
(i)
yerli əhalinin inkişafı planı layihəsi—qiymətləndirmədən öncə;
(ii)
yerli əhalinin son inkişaf planı tamamlanandan sonra— yerli əhalinin inkişafı
planı;
(iii)
tamamlanmış yerli əhalinin inkişafı planı – işçi layihə hazırlanmasının ardınca
inkişaf planına və ya proqramına edilən düzəliş və ya həcmlərin dəyişməsi
aparılandan sonra
21
.
84.
83‐cü paraqrafda sadalanan sənədlər üzrə informasiya ictimaiyyətə broşür və ya buklet
şəklində, yerli dillərdə təqdim edilə bilər. Az savadlı əhali üçün digər uyğun ünsiyyət metodları
nəzərdə tutulmalıdır.
85.
AİB aşağıdakı sənədləri açıqlamalıdır:
(i)
yerli əhalinin inkişafı sxemi və ya planı (və ya hər ikisi)—ekspertizayadək;
(ii)
yerli əhalinin son inkişaf planı — yerli əhalinin inkişafı planının sonuncu
versiyası alınandan sonra; və
(iii)
tamamlanmış yerli əhalinin inkişafı planı — yerli əhalinin inkişafı üzrə
tamamlanmış plan alınandan sonra.
viii.
Biznes İmkanlarının Siyahısı
86.
Təyinatdan Direktorlar Şurasının təsdiqinədək, AİB maliyyələşdirməsi üçün dövlət
sektorunun işlənən hər layihəsinə, biznes imkanlarının siyahısını açıqlamalıdır. AİB həmçinin
icra agentlikləri tərəfindən verilən alınma üzrə bildirişləri və müqavilə üzrə mükafatları
açıqlamalıdır.
ix.
Yoxsulluğun
Səviyyəsi
və
Sosial
Mühitin
İlkin
Qiymətləndirilməsi
87.
Yoxsulluğun
səviyyəsini
və
sosial
mühitin
qiymətləndirilməsi
bütün
investisiyalaşdırılan layihə və proqramlar üçün aparılır ki, bu və ya digər əhali qruplarına
layihənin münasib və neqativ təsirlərini təyin etmək olsun. Qiymətləndirmə işləri tamamlanan
kimi AİB onun nəticələrini açıqlamalıdır.
x.
Texniki Yardım üzrə Hesabat
21
Miqyaslı dəyişikliklərlə təsir olunan insanlarla planın yayılmasının məhdudlaşdırılması.
19
88.
Texniki yardım üzrə hesabat, maliyyə tövsiyəsi olmaqla layihəyə texniki kömək göstərir.
Müvafiq orqanlar tərəfindən texniki yardım təsdiqlənəndən (Direktorlar Şurası, Prezident və ya
Vitse‐Prezident tərəfindən) dərhal sonra AİB bütün texniki yardım hesabatlarını açıqlamalıdır.
xi.
Texniki Yardım Layihələrində Nəzərdə Tutulan Sənədlər
89.
Texniki yardım layihəsi çərçivəsində müəyyən hesabatların hazırlanması nəzərdə
tutulub ki, bunlar icranın təhlili, fəaliyyət planı, iqtisadi sektorların təsnifatı və digər
məsləhətçilərin hesabatlarıdır. Texniki yardım hesabatları tamamlanandan sonra AİB onları
açıqlamalıdır. Faktla razılaşaq ki, ölkələr tez‐tez AİB‐ə vacib məsələlərə görə texniki yardım
məsləhəti kimi tövsiyələrin verilməsinə müraciət edirlər, AİB texniki yardım məsləhəti
çərçivəsində hazırlanmış sonuncu hesabatların açıqlanmasına ölkələrə imkan verməlidir.
22
Texniki yardım çərçivəsində hazırlanmış ölkə hesabatları və ya onların bir hissəsi yerli maraqlı
tərəflərə təqdim edilə bilər, əgər AİB müəyyənləşdirir ki, onlar məsləhətçi danışıqlar üçün,
tərəfdaşlıq əlaqələri üçün və ya layihənin işlənməsinə qiymət üçün lazımdır.
xii.
Hesabat və Prezidentin Tövsiyəsi
90.
Direktorlar Şurasının təsdiqinə təqdim edilmiş AİB proqram və layihələri üçün
Prezidentin hesabat və tövsiyəsi (PHT) həlledici sənəd sayılır. Dövlət sektoru layihələrinin
PHT‐ləri Direktorlar Şurası tərəfindən təsdiq ediləndən dərhal sonra AİB sənədi açıqlamalıdır.
Özəl sektor layihələlərinin PHT‐lərinin qısa variantı təsdiq ediləndən sonra AİB tərəfindən
açıqlanmalıdır; bu versiyaya məxfi informasiya və AİB layihə qiyməti və əməliyyat riski daxil
olmayacaq.
xiii.
Layihənin İdarə Olunması haqqında Memorandum
91.
İdarəetmə haqqında memorandumun informasiyasına görə, dövlət sektorunun hər
maliyyə layihəsi və ya proqramı üçün borc verənə, icra orqanına və AİB‐ə layihəyə rəhbərlik
etmək ixtiyarı verilir. Layihənin idarəetmə haqqında memorandumunun təsdiqindən sonra AİB
onu açıqlamalıdır.
xiv.
Sosial və Ətraf Mühit Monitorinqi üzrə Hesabatlar
92.
Kredit müqaviləsinin şərtləri üzrə layihə və ya proqramın gedişində sosial və ətraf
mühit monitorinqi üzrə müəyyən hesabatların hazırlanması tələb oluna bilər. Sosial və ətraf
mühit monitorinqlərin hesabatları AİB‐ə təqdim edildikdən dərhal sonra açıqlanmalıdır. AİB
özəl sektorun sponsorlarından sosial və ətraf mühit monitorinq hesabatlarının təsir olunan əhali
qruplarına təqdim edilməsini tələb etməlidir. Təsir olunan əhali qruplarının diqqətinə verilmiş
sosial və ətraf mühit monitorinqlərin hesabatları AİB‐ə təqdim edildikdə onun tərəfindən
açıqlanmalıdır.
22
Siyasətin istiqamətlənməsinə əsasən, açıqlanma prezumpsiyası, belə sənədlərin istənilən redaktəsi və ya
ixtisarlanması 126‐cı və ya 127‐ci paraqraflarda sadalanan istisnalara əsaslanmalıdır.
20
xv.
Layihə və Proqramların Miqyasının Dəyişməsi
93.
AİB təsdiqə təqdim edilən, əhəmiyyətli miqyas dəyişikliyi olan layihə və proqram
sənədlərini Direktorlar Şurasında təsdiqindən sonra açıqlamalıdır.
xvi.
Tranşların Ayrılması haqqında Hesabatlar
94.
Direktorlar Şurasında və ya Menecment tərəfindən təsdiq edildikdən sonra dövlət
sektorunun kompleks kreditləşdirmə əməliyyatlar proqramı çərçivəsində ayrılan tranşlar
haqqında hesabatları AİB açıqlamalıdır.
xvii.
Layihə, Texniki Yardım və Proqram İcrası Hesabatları
95.
Layihə, texniki yardım və proqramın icrası haqqında hesabatlar Direktorlar Şurası
üzvləri arasında yayılandan sonra AİB hesabatları açıqlamalıdır. Özəl sektor layihələrin icrası
haqqında hesabatda inkişafa dairməsələlərin yerinə yetirilməsi haqqında informasiya olmalıdır.
d.
Strategiya, Proqram və Layihələrə dair Digər İnformasiya
i.
Əməliyyatların Qiymətləndirilməsi
96.
Hər ilin dekabrında AİB özünün növbəti ilə planlaşdırdığı işlərin siyahısını ictimaiyyət
üçün açıqlamalıdır. Həmçinin fəaliyyət növlərinin seçmə kretirisi açıqlanmalıdır.
97.
AİB müntəzəm olaraq, aşağıdakı hesabatları hazırlayır: layihə/proqramın yerinə
yetirilməsi haqqında audit hesabatları, texniki yardım layihəsinin icrası haqqında audit
hesabatları, təsirin tədqiqatlarının qiymətləndirilməsi, ölkəyə yardım proqramına qiymət,
sektora yardım proqramına qiymət və xüsusi qiymətləndirmə işləri. Bu hesabatların hamısı
Menecment və Direktorlar Şurasına daxil olduqdan sonra AİB tərəfindən açıqlanmalıdır. Əgər
hesabat İnkişafın Effektivliyi Komitəsində (İEK) müzakirə olunursa, onda AİB müzakirədən
sonra 2 həftə ərzində İEK nəticələrini açıqlamalıdır. Həmçinin AİB, Menecment və ya
Əməliyyatların Qiymətləndirilməsi departamentinin cavablarını, belələri olduqda, ictimaiyyət
üçün açıqlamalıdır.
98.
AİB həmçinin illik qiymətləndirmə hesabatları hazırlayır. İllik qiymətləndirmə
təfsilatında görülən qiymətləndirmə işlərinin yekünu və Əməliyyatların Qiymətləndirilməsi
Departamentinin nəticələri göstərilir. Kredit portfeli və texniki yardım üzrə öhdəliklərin yerinə
yetirilməsi illik hesabatda AİB investisiya portfelinin icrasına illik qiymət verilir. İllik
qiymətləndirmə hesabatlar İEK‐də müzakirədən sonra AİB tərəfindən açıqlanmalıdır.
ii.
Birgə Maliyyələşdirmə üzrə İnformasiya
99.
Birgə maliyyələşdirmə tələb olunan dövlət sektorunun layihələrinin rüblük
hesabatlarını AİB hər rüb açıqlamalıdır. Texniki yardım haqqında hər müvafiq hesabatda rəsmi
21
ortaq maliyyələşdirmə üzrə informasiya açıqca verilməlidir, məsələn, texniki yardım
verilməsinə olan layihənin əsas şərtləri və ya investisiya layihəsi. Əgər birgə maliyyələşdirilən
tərəflərin etirazı yoxdursa, ilk tələb olanda AİB, belə birgə maliyyələşdirmə və hüquqi
müqavilələri təqdim etməlidir. Birgə maliyyələşdirən tərəflərin etirazı yoxdursa, AİB birgə
maliyyələşdirən tərəflərlə ikitərəfli və ya çoxtərəfli maliyyə müqavilələrini imzaladıqdan sonra,
AİB onu açıqlamalıdır. Birgə maliyyələşdirmələr üzrə kommersiya müqavilələrinin açıqlanması
lazım deyil.
iii.
Antikorrupsiya İnformasiyası
100.
AİB fırıldaq və ya korrupsiya ittihamları haqqında ərizələrin vaxtaşırı istintaqını aparır.
Bu istintaqın statistik nəticələrini AİB açıqlamalıdır. Bundan əlavə auditlərın əhəmiyyətli
tövsiyə və rəyləri AİB İllik Hesabatına daxil edilməlidir. Özünün antikorrupsiya siyasətinə
əsasən AİB istintaqın nəticələrini, istintaq subyektlərinin şəxsiyyətini və təqsirkar tərəflərin
adını daxil etməklə AİB daxil olan üzv ölkələrin hökümətləri,
23
ilə istintaqın nəticələrini
araşdıra bilər.
Dostları ilə paylaş: |