Atabeyler Eldenizler dovleti: Atabeyler dovleti



Yüklə 53,8 Kb.
səhifə2/2
tarix19.10.2023
ölçüsü53,8 Kb.
#157215
1   2
Tarix 1ci variant cavablar

Xurremiler herekati:
Ərəb xilafətinə qarşı mübarizənin ən yüksək zirvəsi Xürrəmilər hərəkatı idi. Xürrəmilər (“xürrəm” - pəhləvi dilində “əbədi od”, “əbədi günəş” deməkdir) ədalətsizliyin kökünü sosial və mülki bərabərsizlikdə görürdülər. Onların şüarlarında torpaq və istehsal vasitələrini hakim təbəqələrdən almaq tələbi var idi. Xürrəmilərin ilk çıxışı 778-ci ildə, ikinci çıxışı isə 808-ci ildə olmuşdu. 816-cı ildə Cavidanla Əbu İmran arasındakı çəkişmə onların hər ikisinin ölümü ilə nəticələndi. Həmin ildən etibarən xürrəmilərin vahid rəhbəri Babək oldu. 816-ci ildə Cavidanm ölümündən sonra Bəzz qalasının sahibinə və xürrəmilərin rəhbərinə çevrilən Babək əsarətdən azad olmaq yolunu xalqı ayağa qaldırmaqda görürdü. Babəkin ən qüdrətli sərkərdələri Müaviyə, Abdulla (Babəkin qardaşları), Tarxan, Adin, Rüstəm və İsma idi. Onun döyüşçüləri arasında türklərlə yanaşı, digər xalqların nümayəndələri də var idi. Azadlıq mübarizə¬sinin əsas hərəkətverici qüvvəsi kəndlilər idi. Hərəkatda şəhər yoxsulları, sənətkarlar, hətta feodallar da iştirak edirdilər. Xürrəmilər hərəkatının mərkəzi Azərbaycan olmuşdur829-cu ildə baş verən I Həştadsər döyüşündə Babək ərəblər üzərində parlaq qələbə qazandı. Xəlifənin sevimli sərkərdəsi Məhəmməd əl-Tusi öldürüldü. Ərəblərin Bəzz qalasını ələ keçirmək niyyəti boşa çıxdı. 830-cu ildə baş vermiş I Həmədan döyüşündə də Babək qalib gəldi. Bu, onun nizami ərəb orduları üzərində sayca beşinci qələbəsi idi. Nəticədə Həmədan şəhəri Babəkin əlinə keçdi. IX əsrin 20-ci illərinin sonu - 30-cu illərinin əvvəlləri azadlıq mübarizəsinin uğurlu dövrü idi. Babəkin qələbələrinin əsas səbəbi onun xilafətə qarşı milli- azadlıq mübarizəsi aparmasında və xalqın birliyində idi. 837-ci il sentyabrın 15-də Afşin Babəki xəlifə Mötəsimin yanma Samirə şəhərinə yola saldı. Bundan əvvəl o, Babəkin son arzusunu, Bəzz qalası ilə vidalaşmaq xahişini yerinə yetirdi. Babəki 838-ci il yanvarın 4-də Samirə şəhərinə gətirdilər və martın 14-də edam etdilər. O, edam zamanı misilsiz dözüm nümayiş etdirdi. Xəlifə Mötəsim belə dəhşətli edamla digər üsyançıları qorxutmaq istəyirdi. Babəkin kəsilmiş başı üsyançıları qorxutmaq üçün Xorasana göndərildi. Babəkin qardaşı Abdulla isə Bağdadda edam edildi.
Xürrəmilər hərəkatı məğlub olmasına baxmayaraq Ərəb xilafətini kökündən sarsıtdı və o, əvvəlki mövqeyini bir daha bərpa edə bilmədi. Xilafətə tabe olan ölkələrdə milli-azadlıq hərəkatı başlandı. Xilafətə daxil olan ölkələrdə, o cümlədən Azərbaycanda IX əsrin II yarısından müstəqil dövlətlər yaranmağa başladı.
Yüklə 53,8 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin