könül ısıqli gərək.
könül istər göz arar.
könül istər, baş ölçər. {xoşgörülük aldanmağın başlanqıcı, yıxılmağın özüdür (xoşgörülük: ağımsarlıq. yaramsarlıq. optimislik)}.
könül istəyincə, baş dönməməli, duyub, düşünməlidir.
könül iyi, dilək gözəl, əsim gözəl, külək gözəl, iyi toxum, bitgi gözəl.
könül kəndi kəndi doyurmasa, ikinci varlıq çox əksik gətirir. könul verdik daşır aldıqca yok.
könül korsa, göz gördüyün anlamaz.
könül könüldən aralı, yollar ulatır könlü könülə.
könül könüldən su içər.
könül qalası, kişi isdər alası.
könül qalmasa qapalı, bağlı yollar açıq durar.
könül qanıt bilməz. könül ya dinər, ya sevər, ya söyər. (könül dəlil, məntiq bilməz, könül ya susar, ya istər, ya nifrət edər).
könül olsa verər olur haçadan, buyruq olsa düşər olur bacadan. (buyruq: qismәt).
könül olsa yoxsunluğun yük olmaz. (yoxsunluğun: məhrumiyyətin).
könül sağır soğur, boynunda ip olmasa. (sağır soğur: kar kor). (könlüvü cilovla). {könül atı yularsız, çatmaz olur barınqa. (barınqa: mənzil)}. (könlündən keçəni güd, toparlan, əlayağıvı yığ).
könül saysana (hesab kitab) bilməz, başda tutduğun verməz.
könül seçir sevgini, baş onayırsa oni, uçmuq olur çevrəniz. (uçmuq: cənnət).
könül sevdiyin, baş çəkdiyin haylar.
Könül sevən göyçək olar. (Araz Gunduz).
könül sevən göyçək olur!. (gözdü seçən gözəli, könül sevər sevəni). (könül gözəli yox, sevdiyin seçər).
könül sevən gözəlin, nə ağı nə qarası.
könül sevən xoş olar, günü keçsə boş olar. (boş olar: heç olar).
könül sevən mut olar. (mut: xoş).
könül sevən, bol olursa, gen gəlməz, sıx olursa, dar gəlməz. (könül sevən, yoş (xoş) olar).
könül sevər duymaz sənin yolağun. (yolağun: yol göstəməni. nəsihətin). {könül sevər duymaz sənin əngəlin. (əngəlin: önləyin. cilovun. ovsarın. yuların)}.
könül sevər, ayaq təpər baş tələsər.
könül sevsə, ayaq gedməz baş dansa.
könül sızlar səsi çıxmaz, könül ağlar, yaşı çıxmaz.
könül toxluğu, baş dənliyi. (dənliyi: dəngliyi. dincliyi).
könül tosun, odlu, həvəsli, istəkli olursada, baş duymalı, düşünməlidir. {tosun: tovsun (odlu). (< tov). sərkeş}.
könül tovğac, baş duyğac (olmalı). (tovğac. batur. cəsarətli). (duyğac. ehtiyatlı. düşüncəli). bu söz kişini könül sevər xoş olurluğa çağırıb, ardındanda, başı untmamağa yönəldir. könül saysana (hesab kitab) bilməz, başda tutduğun verməz.
könül tutursa qanad, uçudar başı ayağ salı. (könül: həvəs).
könül uçsun, başda beyin gərək. (könül tosun, odlu, həvəsli, istəkli olursada, baş duymalı, düşünməlidir). {tosun: tovsun (odlu). (< tov). sərkeş}.
könül umuqdan su içər. (umuqdan: gözlədikdən. bəklədikdən).
könül üçünə güvən. -baş, əl, ayaq.
könül verdə sevənə, dəğər verdә bilənə.
könül versən sevənə, dəğər versən bilənə, gögər güllər bağında, kol kos tikən yanında.
könül yağı, içyağı deyil, göz yaşı, don yaşı deyil. (don: üz).
könül yaxmaz, göz axmaz.
könül yamaq götürməz. (qırma könül, könül yamaq götürməz).
könül yarıq göz yaşar, əlin yarın qan axar.
könül yarınsa gedən yolda, gül çiçək açar tikən kolda.
könül yaş tanımaz, ürək yaşı danmaz. (könül, istək armaz, yorulmaz, qocalmaz, ürək ətdir, yıpranır, əprir). (könlün, eşqin, həvəsin yaşı yox, bu bir söz, onun qaşı (iradı) yox).
könül yaylasın yaylar.
könül yetsə, qol yetər. (qol: əl).
könül yoxdur haçarsız ola.
könül yolun dartışar, baş işləsə yerində. (baş yerində olsa kişi könlündən keçəni edməz).
könül, sevgi vergilən, ağ qaravı seçənə!.
könüldə olmasa yanar ocağun, sevirəm sevərəm tutmaz dodağun.
könüldə olursa güvənc, itirmədən qorxman.
könüldə sevginiz var olmalıdır, seçimlə bacarıq qovuşmalıdır, böylə bir durmuşun yaşanmalıdır. (durmuşun: yaşamın).
könüldəkin gözləmə sən ağızdan, bəsib toxla dosd olamaz yavuzdan. (yavuzdan: əğri. yağu).
könüldən çıxan ut bilməz. (könüldən qavulandan hər nə gözlənir, ut, utanmadan sıvay).
könüldən qopan, könüldə yatır.
könüldəşə elçi gərəkməz. {könüldəşlər elçi aramaz). (aramaz: gəzməz)}. (elçi: arxan. vasitə). (iki könül bir olsa, kimin ona sözü var).
könüldəşlər elçi aramaz. (aramaz: gəzməz). (könüldəşə elçi gərəkməz). (elçi: arxan. vasitə). (iki könül bir olsa, kimin ona sözü var).
könülə sığan söz de, qarnıva sığan yüz ye.
könülə sığsa, hər nəyə sığar.
könüllə kirtin (inan), dilinlə qurtul.
könüllə kirtin, dilinlə qurtul. (kirtin: inan).
könüllə ölç, əllə biç. (kişi yaşamın dadın almaq istərsə, könlünün sözü, dili ilə yaşamı sürməlidir).
könülsüz baş sevgi adın tanımaz.
könülsüz iş küt axarı.
könülsüz kişi, yazısın bulur, ürəksiz kişi daş altda gərək. (könülsüz: həvəssiz. armansız). (ürəksiz: qıyın. zalim. acımayan. düşünməyən. qanmıyan).
könülsüz uşaq gülə bilməz, könüllü uşaq dura bilməz. (könülsüz: qussəli). (könüllü: sevincli. şad).
könülsüz yaşam, kültəyəm boşam. (yaşam: gəncəm). (kültəyəm: bir yığınam).
könülsüz yaşam, sevgidən boşam. (yaşam: gəncəm).
könülsüz yükün, göyə ağmaz. (ağmaz: çıxmaz). (yükün: namaz).
könünldə ki, qarında kı bilinməz.
köp gəpiriş pozurqan, köp yügürən azırqan. (söz uzansa pozar, iti qopan, yügürən, çox qızan hirslənən azar).
köp şişrilən, şişirdənə yer qoymaz.
köp yoylaqanqu tülkü, qolqa tüşpöy, qoyucu eməs (qırqız). {çox yelən (gəzən) tülkü bir gün yaxayı ələ verir}. (çox gəzən tülkü, yaxalanmadan dincəlməz). (su təstisi su yolunda qırılır).
köpçülügə gəngəşib, kəndi başın unutma. (başın: fikrin).
köpdəndə köp minlər könül qıranlar, çalışda qur bir ufacıq könül sən. (köpdəndə köp: çoxdan çoxdur).
köpdəndə köp minlər könül qıranlar, çalışda qur bir ufacıq könül sən. (köpdəndə köp: çoxdan çoxdur).
köpə yaranmaq qıyın. (yaranmağın köpçülügə çox qıyın). (qıyın: zor).
köpə yürən azdan qalar. (köpə yürən: köpəçi. tamahkar).
köpəçi küpəçiyə aldanar. (köpəçi: köpə yürən. tamahkar). (küpəçiyə: torbaçıya. kələkçiyə).
köpəçini küpçü küpə basar, torbaçı torbalar. (köpəçi. köpə yürən. tamahkar). (küpçü: küpəçi. torbaçı. kələkçi).
köpək boranda qudurar.
köpək ölümü, qurda bayramdır.
köpəklə yatan birə ilə qalxar.
köplənc, sözü keçən başa gələn olur. (köplənc: koplanç. çoxraq. əğləb). (qurd ağzasan quyruğu görünət). (adın çək qulağın bur).
köpmüş köpək, qapmaz, yatan ilan çalmaz.
köpöoğluya bax, hey, papaxda qoyur başına.
köprü üstə yol üstə, yap yapılmaz. (yap: tikinti).
köprü üstə yol üstə, yapı yapılmaz.
köprü üzrə yurd salma.
köprüdən keçməmiş sayın, ayıdır dayın.
köprüki var yaxşı ötər yamanda.
köprünü görür, deşiyi görənoq. (görənoq: görmür).
Körle (görmez) yatan şaşı kalkar. -itle yatan bitle kalkar, Kötü kişilerle yatan, kalkan kişilere az çok kötü huylar bulaşır. (Bayram Özdemir).
körpə sütsüz böyüməz, pambıq susuz. (körpə sütsüz, pambıq susuuz dirçəlməz).
körpə sütsüz, pambıq susuz dirçəlməz.
körpə uşaq, körpə sevinc.
körpəsən pişməyivə çox qalırı, çatmağa körpüyə, ver var yoxuvu.
körpəsən, pişməyivə çox qalırı, çatmağa körpüyə ver, var yoxuvu.
körpü, çaydan oyanadır.
kös kilimincə ayağın, soyuqda ta donmuya yağın. (kös: çöz. uzat). kös kilimincə ayağın, söyuqda donmuya yağın.
kös kilimincə ayağın, soyuqda ta donmuya yağın. (kös: çöz. uzat). (kös kilimincə ayağın, söyuqda donmuya yağın).
köşdən qalan batıbdı, arda baxan yatıbdır.
köşşək kimi mәmәsi yox sağmağa, yəhәri yox minmәyә. (köşşək: dəvə balası).
köşşəyi yiyəsi diyən yerə bağla birdə döy qabırğasına.
kötü adama böyük çanağını göstərmə. (yamana çonğ ayağınğı görsötmə): .
kötü başlı yarıqarın yekəldir, iyi başlı aydınlıqlar yaraltır.
kötü bir çağda, uğursuza uğramaq (düşmək).
kötü çavar, yellə çapar. (çavar: xəbər). (yaman salıq carçı gəzməz).
kötü dilli qocadan yalnız dul yeğdir.
kötü duyqu, durmuş yaşam yıpratır, iyi duyqu gözəlliklər yaratır, kötü biri öz qapısın qapatır, iyi olan kəndi özün aratır.
kötü duyqular yıpraq ömürdən doğur, könü duyqular, sevimli ürəkdən olur. (yıpraq: çürük. atil). (könü duyqular: iyi duyqular).
kötü günlər güdülmədən çatarmış, igid oğlan qorxmaz ondan aşarmış. yarınların armanların kəndi başda bəsləyən, işə keçib doğru oxun atarmış. ( güdülmədən: gözlənmədən).
kötü xəbər tez qaçar. (yaman salıq qır çapar).
Kötü söyleme eşine ağu katar aşına, İnsanlara, hele eşine kötü söz söyleme, hiç beklediğin bir kötülükle karşılaşabilirsin. (Bayram Özdemir).
kötü yoldaşın qadası, ocax qazanın qarası. (kötüyə yanaş qarası, yoldaşın, qazana yanaş qadası).
kötüdən uman, götündə bulur. (yamanda yeğ aran, baş verib börk almış). (yeğ aran: iyilik gəzən).
kötüdən ya qaçın ya qaçıt.
kötük çətin yanar, gec sönər. (kötük yanmaq bilməz, yansa sönmək bilməz).
kötük gücü yaldızı, gövdə gücü qolları. (yaldızı: yıldızı: ildizi: kök sapları). (kölgə salar ağaclar, yapraqilə dal ilə).
kötülük kökü qırar, qırılmaz, iyilik kökü əkilər, durmaz.
kötülük yapdın iyilik bəkləmə, iyilik yapdın kötülük bəklə!. .
kötüsün görcək, iyisin atma. (duyan bilsin. -danalıq, öküzlük, qanmamazlıq edməyə gərək yoxdur, hamının pisidə var, iyisidə. kəndivə gəl!).
kötüyə görə tənəsi yox, təniyə görə budağı.
kötüyə yanaş qarası, qazana yanaş qadası. (kötü yoldaşın qadası, ocax qazanın qarası).
kötüysə ya qaçıt ya qaçın, iyiysə ya yoluğ ya yaxın. (yoluğ: gözdən qoyma. qayğısın çək).
kötüyü qoyub, köpüyü tutub.
kötüyün quyla, yemişin dər.
kövrə qarır, könül qarımaz. (kövrə (gövdə, tən, bədən) qocalır, könül yox).
köz altda kül olmaqdansa, köz üsdəki kül ol.
köz yarası iz qoyar, söz yarası köz qoyar.
közə yanmış altundan qaçar. (közə yanmış: közdın yanmış).
közəku uzun bolsa, əlik göyməz. (maşan uzun olsa, əl yanmaz).
közəku uzun bolsa, əlik küyməz: maşan uzun olsa, əl yanmaz.
Kul azmayınca hak yazmaz, Kulun başına felaketler, kulun yoldan çıkmasıyla gelir. (Bayram Özdemir).
Kul hatasız olmaz, mükemmel insan olmadığı gibi her yaptığı iş iyi olan insan da olmaz. (Bayram Özdemir).
Kurban Bayramı Türk kardeşlerimize mübarek ve kutlu olsun. Yeni hayırlara sebep olsun, Kardeşliğimizi birliğimizi güçlendirsin. Allah hepimizi korusun. (Bayram Özdemir).
Kusursuz güzel olmaz, Her şeyin hoşa gitmeyen bir yanı olduğu gibi, her güzelin hoşa gitmeyen bir yanı vardır. (Bayram Özdemir).
küçə iti, qapı bəkləməz (güdməz). (küçə iti: çarşı iti- sokaq iti).
küçük hürə-hürə it olar.
küçük qafa büyük savaş savlayar. (savlayar: iddiasında bulunar).
küçük təpə kölgəsi, böyüksünər toranda. (boy atırsa axmaqların kölgəsi, qoyar günəş üzün yürür batmağa). (böyür axmaq kölgəsi, günəş gedirsə batası). (yamanlar, pislər qaranlığı gücləndirər. bilgisizlərə, kahıllara ‘‘yaman’’ böyük görünər).
küçük, hürməyi anasından öğrənir.
küçüklər bulunsa uluq qatda, ulular alçalar küçükdən alta belə. (uluq qatda: uca məqamda).
küddək əgər padişəhi şəhr ola, sih götünü dərvazadan sal yola. (küddək: dağdaş kişisi. uyqarlıqdan uzaq olan).
küfdəli iş, tapar diş.
küfdəsi olsa işin, güdmə buraxsın izin.
kükərsə göy, küyməz topraq. (kükrəsə göy, yanamz susuzluğa topraq).
kül at küllük, gül ək güllük.
kül külə oxşar. (alçaqlar birbirindən seçilməz) -hər bağlığın öz barı var, hər güllüyün kəndi gülü, hər gülün öz iysi var.
kül olmadan qorxmadım, qul olmadan çəkindim.
kül olmasan sonunda, qul olmağın nəyidir.
kül olsun odu, alçağın yandıran odu. (alçaq: şərəfsizin).
kül urküncə, köz ürk (ürkmək: püfləmək). (kül püfləmə. köz püflə). (kül püflərsən gözün dolar. köz püflərsən işin onar).
kül ürküncə, köz ür. (ürküncə: kürküncə. ürfüncə). (kül piləyincə köz pilə). (piləyincə: püfləyincə).
küldən ot qalxar, oddan kül.
küldən təpə, qardan oyuq olmaz.
külək əsdiyi yöndəndə kəsilir.
külək əsir saman titrəyir, ağzın açıb, sözün girdəlir.
külək odu qızışdırar, araq hirsi.
külək olsan borana ras gələrsən.
külək otu qurudar, qayğı kişini.
küləkli gün yort, yağışlı gün, yat. (yort: yeri).
külənin yarısı yerdə. (keçmişdə külə kişilər kələkçiliyə adlanmışlardı).
küləyin önünə düşməyən yorular.
küllük odsuz sanğırma. (sanğırma: fikrivədə gətirmə).
küllük olar gurbalıq, verən olsa güllüyə. (gurbalıq: kübrəlik).
küllükdən kül seçilməz.
külsüz evdə od qalmaz. (od kül altda qoruna). (od küldə qorunur).
külü çox, odu yox ellər.
külü göyə səpən, gözündə, başında yığar.
külü kimə, gülü kimə düşdü.
külü savırma, girər gözüvə, tüpürmə göyə, düşər üzüvə.
külüdə sənin gülüdə.
küp küpüyə, küp deyər.
küpçü bilir küpdəkin, torbadakın dilənçi.
küpə, küpə küp diyər.
küpün zoru deşikdən çıxar.
kür ol, küpür yox. . (kür: iyid). (küpür: məğrur).
kür olsa kişi, küplükdür işi. . (kür: iyid). (küplükdür: mütəkəbbirlik).
kürd ha belə dəğişsədə, kütlügündən əl çəkməz. (kütlügündən: yamanlıından. kötülügündən. anlamazlığından).
kürə görmədən, dəmir döymədən, dəmirçi nədən ?.
kürə görməsə dəmir, yumşanmaz.
kürədən çıxdın, korluğa düşdün.
kürəyə yapılmışdı palan, deyirdik, ayaqsızdır yalan.
kürkü gündə küpə, tülkü, tülkünü gündə küpə, gülgü. (quzu kürkünü hər gün çırpsan tülkü kürkünə (yumşağa) dönər, tülkü kürkünü hər gün çırpsan, gülünc olur.
kürsü isdi, göt yastı, xanımın könlü nə istir.
kürzünün bir barmağın kəssən dönər ondan keçər, gəlki bu qurpuz aluğun soy dərisin ağlamaz. (kürzünün: kürüzün: zahidin). (ondan: onğdan. doğrudan. haqdan). (qurpuz: qurpsuz. misgin. yoxsul. kasıb).
küsənin ardıca qaçma. (o gedәn yolları ot basıb indi, nə gözəlki gedəni ol gedən oldu).
küsənin payı yeyilər, yayı qırılar. (yayı: kamanı).
küsmə!. küsən, paysız qalar, şamsız yatar.
küsmək istəyir küsə bilməyir, barşıqda dözə bilməyir.
küssə çoban itindən, qurda düşər toy halay. . (halay: şənlik).
küsülmüşük yerində, köməkləş yükü çataq.
küşən dəniz, qalın qalıq: coşan dərya, bulqan hava.
küt göz, nə görər, küt ox, nə deşər.
küt gözə, iti ox nə gərək.
küt küt yeyər yoncanı, yada salmaz daycanı. (küt küt: kürt kürt. xırt xırt. xıt xıt. xırp xırp. xıp xıp. qırç qırç. ).
küt qarı dilə, küt pıçaq ələ küt verir. (küt qarı: deyingən qarı). (küt verir: kötü gəlir. zərər verir).
küt qayçı, dərziyə korac. (korac: işini pozan, sınıxlayan ararrac!.
küt piçaq ələ küt verir. (küt: kot. kor. kesgin olmayan) (küt verir: əziyət verir).
küt piçaq, ələ yavuz, kötü avrad dilə yavuz. (kor pıçaq ələ yavuz, kötü qadın yavuz).
kütlüyə bir boya çatmış o 'qara', qutluğun düz boyası gündə çalarlı boyadur.
kütük dedin dal qabağı bəllənməz, başdan oxu dibdən oxu dəğişməz. (kütük sözün başdan oxu dibdənsə anlamı heç dəğişməz). (kütük: kötük. kündə). (boşqanın dal qabağı bəllənməz) (boşqanın: boşqafanın).
küydürən çox, övkəyən yox. (övkəyən: təsəlli verən).
küysün o pitik yandıran əllər. (küysün: yansın).
küzə gündə sınmaz, günündə sınar.
küzə qıranda bir, suyu gətirəndə bir.
küzə qırılsada qılpı əldə qalır.
küzədən axan içindəndir.
küzənin geri verdiyi içindəndir.
küzəyə bulaşan, içindən değil.
kәmsitiklə baxma ulu babava. (kәmsitiklə: həqarətlə. təhqirlə).
qaba səmirən, özü qapılar. (gobudluk öğrədən, günündə qabıya yem olur, gobudluqdan paysız qalmaz).
qabaq sırlı, qabaq sırlı qadəhdir, döyərsən yarasa qırlanqıç olmaz.
qabaqda, inamın olsun, arxada, dayağın.
qabaqdaki ötürmüş, dalındaki eşitmiş.
qabal ağça yiyəsinə düşər. (qabal: qondarma). (yalan, uydurma nərsə çətin bəğənilər).
qabalıqlar yoğunun, verər sənə yoxunun. (yoxunun: yaxın olanın. yoxun olanın: içdən sananın).
qabanın ardınca qaçan, evdəki doğuzunda itirdi.
qabay başda, sonku us. (qabay öndə qaçar, us izindən) (qabay: qəhr. abay. qəzəb). (qızma, hirslənmə ağlı, məntiqi basar).
qabay öndə qaçar, us izindən. (qabay başda sonku us) (qabay: qəhr. abay. qəzəb). (qızma, hirslənmə ağlı, məntiqi basar).
qabayın utan köpərməz. (qabayın: hirsin. -tanrı qabayar, bolluq aparar). (köpərməz: köpməz).
qabığına çəkilmiş. (qınına girmiş. dış evrəndən, çevrəndən, dünyadan ilişgilərin kəsmiş. ətliyə sütlüyə qarışmazlıq).
qaçan at tutulur, söz çıxırsa tutulmaz.
qaçan fili, quyruğundan saxlaya bilməzsən.
qaçan qurtuldu, duran tutuldu.
qaçanda tanrını çağırır, qovanda.
qaçanda tarı çağrır, qavanda.
qaçanı qovma, düşəni vurma.
qaçanı qovma, geçəni təpmə, yıxığı vurma.
qaçanı qovma, yıxığı vurma. (qaçanı qovma, yıxılanı vurma!).
qaçanı tutur, duranı vurur. (qaçanı tutur, qalanı qoğur).
qaçanı tutur, qalanı qoğur. (qaçanı tutur, duranı vurur).
qaçarsa ardından yel yetməz, qovarsa önündən geyik qurtulmaz.
qaçıq dodaq gülüşsüz, ağlar gözlü hölüksüz (qalmaz). (hölüksüz: nəmsiz. yaşsız).
qaçınmamış başlamaqçün istəmək, istənmədən heç nəsiyə çatılmaz.
qaçış olsa qıyaş olmaz. (qıyaş: qıyşı. (< qıymaq). birbirinə qıyma işi. güvəniş. e'timadlaşış). .
qaçmağilə çatılmaz, dözülməsə yapılmaz, istənməsə alınmaz, aranmasa bulunmaz.
qaçmaq məndən, qovmaq səndən.
qaçmaqdan qoğalamağı unutmaq. (bir işlə çox dərin uğraşmış olmaq).
qaçmaqdan qovalamaya vakıt tapmamaq.
qaçmaqla çox yaşanmaz, savaşa girmək əcəl yarımaz.
qaçsan tutular, sorsan tapılar. (atsan tutular, sorsan tapılar).
qada bala handadır, yürsən ayaq astında. (handadır: hardadır). (yaşam odla su arasında qurulub, dinc yaşamaq bir bacarı, bir seçimdir).
qada düşəndə, başı qoyub, daşa düşməz.
qadam alsın gözəllərin alayı (qəmzə, naz, hilə), gözəllərdən sıdqım sıyrıldı könül.
qadam gəlsin keçmiş yoldan dönənə.
qadam olsun gedənin, dərdi mənim gələnin.
qadana (zəncir), su saxlamaz, yırtıq ağız söz saxlamaz.
qadanın içinə qaçan itirdi, dışına basan apardı.
qadaş qardaşın yoxluğun istər, ölümün yox.
qadın alsan balta al, ayaqların çalda al.
qadın başlıdan erkək olmaz.
qadın erkək, birbirinin can yoldaşı, iç dayağı, kit sevincin tam ortağı. (kit: kədər).
qadın ərdən nə istəyir. –qızı kimi qorunma, -qadın kimi sevilmə, -ana kimi sayğılma.
qadın ilqarı, deyir kişidən asılı, kişi ilqarı deyir, vardan basılı.
qadın kəndi evin xanımı, kişi kəndi evin ağası, it öz nininin arslanı.
qadın malı, hamam toxmağı.
qadın orqağuc olar, ama qancıq yox. (orqağuc: doğan. doğuran).
qadın seçim, hər kiminə özünkü.
qadın tayfasının yaramazı yaramazdı, iyisi iyidi.
qadın yerdən çıxmamış, erkək aydan düşməmiş.
qadın, erkəyin əşi, evin günəşi.
qadına bəzəkdir paltar, ağacındır bəzəyi yapraq.
qadına göz yaşı sudu.
qadına inanan kəndin, inanmayan qadının aldadır.
qadını çimrinin qazanı qaynamaz.
qadını evindən, kişini pirindən sorarlar.
qadının bəzəyi yalan, yalın, çılpaqlıqdı.
qadının fəndi, ərkəyi yendi.
qadının gözünü yox, sözünü düşün.
qadının saqqalına gül, ağlın oğurla (al).
qadınların dili, erkəklərin əli yumşanmalıdır. (yumşaq dil təpməz, yumşaq əl itməz, oxşar).
qadınların dili, erkəklərin əli yumşanmalıdır. (yumşaq dil təpməz, yumşaq əl itməz, oxşar).
qadınsız ev olmaz, acıtsız çörək. (acıtsız: mayasız).
qadınsız, ev donanmaz, yəhərsiz at.
qafava taxılandan qorx, işivə gələildən yox. (gələildən: gələbiləndən).
qağan aslan kimi anğar ərənlər, oxa qalxan kimi göğsü (sinə) gərənlər.
qağan aslan kimi anğar ərənlər, oxa qalxan kimi sinə gərənlər.
qaqılmasa, açılmaz (döğülməsə açılmaz). (qapı).
qaqırın utmaq, batır yaraşı. (qaqır: qağış. qəzəb. qəhr. qəhir. acığ).
qaqran yola çıxmış, başın itirmiş. (qaqran: acığlı. hirsli. qəzəbli). {(acığla yola çıxan, başın colağa soxar. (colağa: gora. qadıya)}.
qal savı qalmaz, kağıl bağı yazmaz: ağsaqqal sözü işlər, söğüt dalından qurulan bağ, düğün açılmaq.
qalan geriyə batır, yaşam yarına baxır.
qalan günün başlanırı bu gündən, doğan günü qarışdırma tüniylə. (günün: ömrün).
qalana ged deməm, gedənə qal, qalan yerin bilir, gedən yolun bulur.
qalar olmaz sanma, gələr dönməz inanma, ölməz demə itməz yox.
qaldı yerdə ol yükün, palan yoxsa çatılmaz, yov yavalar başçıdır, doğru yola varılmaz. (yov yavalar: yağu yamanlar. düşman bədxahlar).
qaldıq yaman günə biz, bilməm nədən qınamız. -qanmır deyir qanıram, kordur deyir görürəm, laldır deyir ötürəm, kardır deyir duyuram. bilməm nədən qınamız. (qınamız: 1. əzabımız. 1. günahımız).
qaldın bükün, aldıın yükün. (beli bükük qalsan yeklənirsin). (devrən olduğun, göründüyün kimi sənlə davranır). (devrən çevrən).
qaldır qaşıvı, yesin aşıvı.
qalx ayaq üsdə dayan, ölsəndə, igidə çox yaraşır dursa ayaq üsdə gərək.
qalx qarananqu gecənin bağrını yar. (qalx: çıx).
qalxanı qapız olanın, süngüsü xiyar gərək. (süngüsü: neyzəsi).
qalxıb durar kişi yıxılsa özü, yıxıldı duranmadı, dosda yıxılan.
qalxış keçir düşməkdən. (qalxış yolu düşməkdən). (yıxılmadan durğalmır). (bulanmadan duralmır).
qalxış qaldır əngəli, at yiyəsin meydan səni gözləyir. (qalxış: cürət ed. cəsarət ed. təşəbbüs ed). (əngəli: manei).
qalxsın ortadan qarşılıq, tutsun yerin yarşılıq. (qarşılıq: . ixtilaf). (yarşılıq: barış. saziş).
qalıb kimisi boşana! kimisi dolana!.
qalıq quşlar adası, balıq suda qalası, yalıq qara barası. (qalıq: hava). (barası: yaratığı). (quş havada, balıq suda, insan topraqda olsı).
qalımın sözü yoxdur, ölümün sonu yoxdur.
qalın qaz, qılavuzsuz olmaz. (qaz sürüsü). (qalın: > gəllə. sürü).
qalın qolan çuvqasız (yalavacsız, qılavuzsuz) olmaz.
qalın qolan yoğqasız olmaz. (yoğqasız: yolqasız). (yekə kərvan qılavuzsuz olmaz). {qolan. (qol kimi uzanan) kərvan. arğaş}. .
qalın versə qız alır, gərək olsa qız alır: (qalın: cehiz). (qız: baha).
qalınğ yoxdur, qız dura, öğlə qoymaz, gün dura. (qalınğ: cehiz). (qızın cehizi olsa, alan tapılır, gün öğlə qalxdıqda, gün batıya, sönməyə yaxlaşır).
qalının tozu, kötünün sözü bitmez.
qalırsa sağlasın, ölübsə yarqasın.
qalısa nisgili eşqin ürəyim parçalayar, buna dərman aradım söylədilər yengə ara. (yengə: yengisin. yenisin. tayın).
qalma geri, işin keçər, gəzək ötər, karvan köçər. (gəzək: sıra. fürsət).
qalmağıva yer verdim, içməyivə çay verdim, sevməyivə can verdim, gedməyivə yol verdim, nə umurdun bilmədim!.
qalmaram böylə sınaqdan, çıxaram mən.
qalmaz güvən özüvə, qılsan güvən özgüyə.
qalsa tək başın, at yaman daşın. (yamanla dosluqdansa, yalnız qal).
qamçı atı, butum igidi çapıtar. (butum: yutuğ. sınas. vicdan).
qamınisdən türk üçün elçin güc olmaz. (elçin: milli).
qamış sudan doymaz, qadın toydan.
qamışı boş tutsan, əlivi kəsər.
qamışın ayağı (dibi) suda olsada, başı qurudur.
qamu ağruquna canan dəvayi dərd edər yovğaş, neçün qılmaz bana dərman, bəni ağruq sanmazmı. (ağruquna: sökəlinə. naxoşuna. bimarına) (yovğaş: bolqat. ehsan).
qamu ilə tanış qıl, dosluğuva ərdəm bul.
qamuğ kişi düz ərməs. (adamların hamısı bir deyil, bir qıl deyir).
qan ağlasan qarındaş, özgəsilə yağ yalamaq baş tutar. (qarındaş: özünkü).
qan axırsa dünyalar görər, kim bilər ağrısa ürək.
qan gəzsə damarda huş başında gücü qolda tavan əldə, verməklə dәnәr əldə edinmiş dəğərin mal. (qan damarda gəzmək: qayratlı (qeyrətli) olmaq). (varın işlətməyi bilən sağ başlı olur).
qan içində bok tapılsa öldürər, bok içində qan tapılsa ölümcül elər. (bok: pox).
qan ilən girən can ilən çıxar. (qanla girən canla çıxar).
qan qardaş olsada, mal qardaş deyil.
qan qoxusu, gəlir iyi, çəkir gözü, salır əzir, izdən izə.
qan qurumuş unutulmamış. (qan quruyar unutulmaz).
qan quruyar unutulmaz. (qan qurumuş unutulmamış).
qan ocağına çevrilən taxlar.
qan örtülsə qan ilə, qan qoxusu kəsilməz, qan yuğulsa su ilə, qandan bir iz tapılmaz.
qan sudan ağır basar. (qanla su ölçüştürüləməz).
qan sudan ağır.
qan suyu bular, su qanı yuğar. (yuğarsa qanı su, qan suyu bular).
qan ürəkdən atar, su bulaqdan!.
qan yerinə danşıq, qanlı içə barşıq (gətrir).
qana qan, cana can, duza duz, düzə düz demişlər.
qanacağı çox olan acıları qolayca aşınar. (aşınar: sindirər. həzm edər).
qanacağın az olsa, inandığın çox olar.
qanacı yox, inancı çoxdan qaçın.
qanan gözdə. -ölümə inanan ucalmır, ama ölümü danan alçalır, gülünc olur.
qanan ilə daşı daş, qanmaz ilə yemə aş. (qanan ilə ölsəndə, qanmaz ilə yaşama).
qanan ilə ölsəndə, qanmaz ilə yaşama. (qanan ilə daşı daş, qanmaz ilə yemə aş).
qanan yanar, qanmayan yandırar.
qanan, qanmazı qanar.
qanana bir göz, qanmaza mini yetməz.
qanana bir söz, yanana bir köz.
qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən. (araz gündüz).
Qanana da can qurban, qanmaza da, dad yarımçıq əlindən.
qananı qandırmaq çox güc, qanmazı qandırmaq nə qolay. (qandırmaq: aldatmaq).
qananınan qanmazın qarşıtlı sözü (bir birinin qabağında sözü) birdir: yox. qanan qanmazı qanmır, qanmaz qananı qanmır.
qananlardan yapınca, yapanlardan qanınca.
qananlarız yürürüz, inandıqda dururuz.
qanansa de düzünü, özü qoyar duzunu, qanamaza de sözünü, yozar sözü el içində xar edər.
qanat aç, kəndivi yığ, öz oyansın. (kəndivi: nəfsivi). (öz: iç özün).
qanatların döşərmiş, bilgə kişi bilgəsə. (bilgəsə: bilmək istəyən kimsəyə).
qanatlı pişik quş qoymaz, qanatlı qurd qoyun.
qancıq çox amcıq yox.
qandığınca yapınsan, yapdığıvı qanarsan.
qandığıvı yapınca, yapdıqların düşün qıl.
qandıranmırsa, qındırar, aldıranmırsa, sındırar. {bu söyləv sırvazın (sadismə tutqunun) gördüyü işi, tutduğu yolu göstərir}. (qandıranmırsa: inandıranmırsa). (qındırar: öldürər). (aldıranmırsa: bacaranmırsa. nail olanmırsa. müvəffəq olanmırsa). (sındırar: qırar).
qanı, qan ilə yunmaz.
qanığ düşncənin yuvası. (qanığ: qavram gücü. şuur).
qanığan aldı yolun, vurdu daşa, çıxdı başa, qanımaz boynu yoğun, başı qoyun, çatdı aşa. (qanığan: düşünən, dərk edən). (qanımaz: düşünməyən. dərk edməyən).
qanığay yox yaşama. (yaşamdan doydum deyən tapılmaz).
qanilə qan yuğulmaz, barış yağış qurulmaz. (barış yağış: sülh rəhmət).
qanılmazı ələ salmaq, el içində dəb olub, sıra gəlmiş, dönə dönmüş, özü çönmüş lağ olub.
qanla girən canla çıxar. (qan ilən girən can ilən çıxar).
qanla qanlı bulaşsa, barış köçər qay gələr. (qay: bəla).
qanlı düşmanı, kəndi devləti, dirçəlməyər can devləti.
qanmaq işi iş istir, qanmamağa navarki. (iş: zor. çalışma).
qanmayıb dinləmək, kişinin ən böyük vırqınıdı. (vırqınıdır: bəlasıdır).
qanmaz anlamaz, kütbeyin yaşlandıqca yaşıllanmaz, ağıllanmaz.
qanmaz arvad ev pozar, yarım xoca din pozar.
qanmaz başa söz taxma, şoraq yerə dən səpmə.
qanmaz başlar yaman bitə tuş gəlir. (bitə: sona. aqibətə).
qanmaz elin başı gora batası.
qanmaz ilə sırdaşma, kar biriylə qonuşma, kor biriylə yollaşma. (yollaşma: yola çıxma).
qanmaz ilə sırdaşma, kar biriylə qonuşma, kor biriylə yollaşma. (yollaşma: yola çıxma).
qanmaz kiminə sözün yaxşısı, günü bıraxıb çırağ yaxtısı. (anlamazla sözləşmək günü bıraxıb çirağ gəzməkdir). (yaxtısı: ışığı).
qanmaz qonaq ev sahibini ağırlar.
qanmaz nə bilir özgə dili, qanə zəhərdir, atmaq dilini, sil kəsəlindəndə betərdi. söksən ürəyin, gördüyü düşdə ana dildə, amma ki sanar öz dili, otlağu bitərdi. (sil kəsəlindəndə: tüberküloz). (otlağu bitərdi: çöl otudur).
qanmaz yoldaş, sıy bilməz (nadan yoldaş, qədir bilməz!).
qanmaz, dirilərin ölüsüdü.
qanmaz, qanana, qanmazlığın nə olduğun görsətir.
qanmaza söz qandırma, quru ağaca su (səpmək kimidi).
qanmaza ver çörəyi, başında yığ kürəyi.
qanmaza, qın yox.
qanmazı dinlə, qanandan söz eşit.
qanmazı yaş onarmaz. (anlamaz kişi yaşlandıqca ilərləməz).
qanmazın sözündə düşün, qananın sözündən üşün.
qanmazları, qanandaki, tov bassın! (tov: güc).
qanmısan, bacarmısan, qayğılısan oyanmısan?.
qanmıyanın bir başına min daş gəlsə kəm olmaz, qanana min can belə az olar.
qansanki dilin vardı, böyük yer yiyəsi dillər içində, yadlar dili baldursa gülüm, ağzuvu sancar, öz doğma dilindirki şirindir sənə baldan.
qanuna əyən el olur, qanunu əyən nə olur.
qanuna əyən eldi, qanunu əyən başçı.
qapa gözün bir anlıq, gördüyün nə? qaranlıq, olsan uzaq yanımdan, çevrəm olur koranlıq.
qapaqsız qazan qaynamaz, qaynarsada, gec qaynar.
qapaqsız qazan qaynamaz.
qapalı bazar, dosluğu pozar.
qapalı dodaq man görməz, işləməz əl bar görməz. (man görməz: ayıbsız görnər).
qapanın biləni yox, bilənin qapanı yox.
qapanmamış yaralar nisgilə çönür.
qapatsansa keçmişin, açıq durar yarınlara yolların, açıq keçmiş ıraq qoğar yarının. (keçmişindən qırmadan, yarına yol tapılma).
qapı açıq olsada, sorabmamış girilməz.
qapı açıq, sən o tayda mən bu tayda, təki ''uğra gecən'' deyənmədik. (uğra gecən: gecən xeyrə).
qapı halqasız, dəniz dalğasız olmaz.
qapı məçidin, it yatmaz, xoca çörəgin el dadmaz.
qapı yapmadan evə girmək. (çox tələsik iş aparmaq).
qapı yox açmıya altundan haçar.
qapıda qulağ, yolda gözün qalsa, çıpın gəlir alar səni. (çıpın: cin).
qapıdan axan su dərək bulmaz. (gündəliyə aldışa dönən tutardan düşər).
qapıq beyin, açıq ağız bollu sorun yaradar.
qapıq qapıdan umuqdansa, açıq qapıya umutqıl.
qapıq qapını unutqıl, açıq qapını gözdə tut.
qapıq yolu tanımaq, açıq yola yarımaq. (qapıq: keçmiş. ötmüş).
qapılan qapanındı, tapılan tapanındi.
qapıldınsa aldışa, qaçırdacaq ardıca.
qapıldınsa aldışa, yaramırsa at dışa. (bir alışqanlığın asığı düşüğü yoxsa, dışarı tuulamalısan) (asığı düşüğü: karı uyqunluğu, faydası).
qapılma ona. -ölümün, qorxunun gücü qat qat dözümlə olumun gücündən yekədir!. (olumun: varlığın).
qapım qandan uzaqdır, qan qapıma düşməsə.
qapından keçən arxı çöp basar. (əldə olan danğa (ne'mətə) gərəyi dəğər verilməz).
qapını açan öğrətçi, qapıdan yürən öğrənçi.
qapını elə bağla dönsən açabiləsən.
qapını girmədən döğ, girdin bağla.
qapısı yaman evi neylisən, anası yaman qızı neylisən.
qapıtsa qapını kötü kişilər, iyilər anca kəndilərin aratmış olur. (anca: ol dərək). (kötülər uzaq olduqda, iyi gündən günə kəndlərin arıtlarlar). (bilki, kötüdən kötülük yoğar). (yoğar: bulaşar. sirayət edər).
qapıvı döğən ya özlüdür, ya üzlüdür, ya sözlü. (özlüdür: öz, iç adamdır),.
qapıyan düşən, amacın tapsın, bilgələrin, bildiyin yapsın. (qapıyan: qapına).
qaplan tilki izin basmamış. (qaplan: igitlik simgəsi) (tilki (tülkü) izin: yalançılıq, kələk yolun).
qaplanın hirsinə baxma, oda öz balasın yemir.
qaplanınki dişi var, buynuz nəyinə gərəkdir.
qapmaz it, təpməz at demə.
qar dağın, su çuxurun tapar.
qar dənəsinə döndük arada, toxunmadan birbirinə əridik düşən yerdə.
qar qarın başın yeyər.
qar yağarda buz olar, gün düşərdə əriyər, yağış olub yağda sən, sənsin qalan geriyə.
qar yağırsa sevinmə, ayazı var izindən, çox gəpirməyin yeğ deyil, barası var gerindən. (izindən: gerindən. dalından).
qar yağırsa sevinmə, ayazı var izindən, çox gəpirməyin yeğ deyil, barası var gerindən. (izindən: gerindən. dalından).
qar yağış olar, dağda daşda, atalar sözü, ağıllı başda.
qara (kor) gözden yaş, yoxsul evden aş bekleme!.
qara baxan göz, qamaşar.
qara baxdın əli yetişdi aşa, başı dəydi daşa. (qara bəxdin: əli aşdasa, başı daşda olar).
qara baxt elin, qara baxt dili var, dil yoxdusa, elin kimi var ?.
qara baxtın əli yetişdi aşa, başı dəydi daşa. (qara bəxdin: əli aşdasa, başı daşda olar).
qara başın yarağın eyləqıl sən.
qara bibər qaradır, dirhəmlə satılır, qar, ağ appağdır, kürəklə atılır.
qara bulutu yel açar, urun belə il açar: rüşvət düğün açar.
qara daşdan, soğur gözdən yaş çıxmaz. (soğur: göz giləsinin yerləşən sulu torbası sökülmüş, tökülmüş kor).
qara dəmir qara kömür oda düşsə qızarar.
qara doğmuşa, qarqa oğluna, sabın neyləsin, çoğan neyləsin.
qara duyqular yaşın çürütür. (pis fikirlər, hayatıvı zəhər edər).
qara el ağlı baş pozar. (qara el: bayağı, sıradan olan).
qara gecə ağ olmaz, eski düşman dosd olmaz. (Arif Herawi).
qara gecə ağ olmaz, yalançıdan dosd olmaz. (yaqub bayat).
qara gilənar suda cihlənər, sevəgən könül tez ürəklənər. (cəhlənmək: cihlənmək. ciklənmək. paxırlanamaq).
qara gilənar suda cihlənər, sevgili ürək tez ürəklənər.
qara gördük bırak olmaz bu qara ol qaradan. (bırak: ama). (bu qara o qaralardan deyil).
qara görsə it hürər. (qara: kölgə).
qara günü gözləyən qara günə qalar.
qara it qapar, ağ it yapılar (tutular).
qara keçə ağ olmaz, qarı (əsgi) düşman dosd.
qara keçə, ağ bolmaz, qarı düşman dos bolmaz.
qara keçə, ağ bolmaz, yalançıdan dos bolmaz.
qara qara qarqalar, qalın qalın qar qalaqlarının qabağında, qar qar qarıldaşırlar.
qara qarıların otsuz ocağı, qara günlərin qutsuz bucağı.
qara qazan, könül versən ağarar.
qara quş ləş başında, soyqunçu mal qaşında.
qara quşa ox, öz yələyindən dəğər.
qara sevda başa iş alasevda başdan iş.
qara toprağa batda, alçaqlara alçalma. (alçaqlara: iğrənclərə. namətlərə).
qara topraq həp varlığı utacaq, üzqaralıq qaykişiyə qalacaq.
qara topraq söz yiyəsin qucaqlar, ondan sonra giz yaratuq tanuqlar.
qara üstünə qara yoxdur.
qara üstünə, yox boya, aca verdin, ver doya.
qara üzlü pul, ağartmış qara gecəni.
qara var göz qarası, qara var üz qarası. qoşusu qara, o qara hara, bu qara hara. (qara var gözdə, qara var üzdə. qoşusu qara, o qara hara, bu qara hara). (qoşusu: ikisi).
qara var gözdə, qara var üzdə. qoşusu qara, o qara hara, bu qara hara. (qara var göz qarası, qara var üz qarası. qoşusu qara, o qara hara, bu qara hara). (qoşusu: ikisi).
qara yerdən yaşıl göylük gögərir.
qara yerin qədrin əkinçi bilər, qara yolun qədrin, yolağçı (yolçu).
qara yerin qədrin əkinçi bilər, qara yolun qədrin, yolağçı.
qara, rənglərin üstünüdür, ağı görməyincə.
qara, tamuq, ağ uçmaqlıq demişlər.
qarabatdaq yolu gedən qarqa, batar.
qaraçı çalıb, kürd oynamaq. (qarışmış olub, kimin nə yapdığı bəlli olmayan).
qaradan yoxdu qara, ölüm üsdə yoxdu yara.
qaradan yuxarı rəh, ölümdən yuxarı dərd yox.
qaraqçıdan oğru qaçar. (yol kəsən oğruya güc basar).
qaraquş milçək, avlamaz.
qaralıqda oyanıq, aydınlıqda uyanıq. (uyanıq: uykulu). (iki çeşit yaşarız. -qaralıqda oyanıq, aydınlıqda uykulu).
qaralıqda oyanıq, aydınlıqda uyanıq. (uyanıq: uykulu). (iki çeşit yaşarız. -qaralıqda oyanıq, aydınlıqda uykulu).
qaraltı verər, ışıq verməz. (özün qabağa atar, yaraq (istifdə) verməz).
qaraltısı görünsə uzaq olmaz çatması. (bildir izi, bu il özü).
qaran gecə bitməz işi, uzun ərişi, bitməz sevgi başı burar dolar gorda itər. (qaran: qaranlıq). (bitməz sevgi başı: toxdamaz sevgi yarası).
qaranğunu yıxıb durub, dan gəliri, dan gəlir, allı dürlü boyan boyub, yaz gəliri, yaz gəlir.
qaranquda qardaş səsi tanınar. (hər nə alır bir boya, yalnız səsdir boyanmaz).
qaranquda qulaq duyar göz görməz.
qaranquda qulaq səsi qayrıqmaz. (qayrıqmaz: qarıqmaz. kırıx salmaz. tərs, iştibah tutmaz).
qaranquluqda yeriş yaramaz. (qaranquluqda: zil qaranlıq).
qaranquşla yaz gəlmər, yaz gətirər qaranquş! (gəlmər: gəlməz).
qaranlığa ışıq gərək, yaşamağa, bilik.
qaranlığın qədrin bilməyən, ışıqda kor qalar.
qaranlıq aydınlıqdan, yalan doğrudan qaçar, günəş yalnız da olsa, ış çevrənə saçar, qarqalar sürüylə, qartal yalnız uçar. (ış: ışıq).
qaranlıq yerə girdin, gözüvü yum çəliyi tut.
qaranlıqda atınan eşşək seçilməz.
qaranlıqda çığırsan, qarındaşdan bəklə səs. (qarındaş: özünkü).
qaranlıqda ışığa sarı yerimə, ışığı tut önən yeri.
qaranlıqda iz qalmaz. (qaranlıqda kölgə yox). (istənilən iş, kimsə bilmәdәn, qaranlıqda yapılır).
qaranlıqda kölgə yox.
qaranlıqda od, aydınlıqda tüstü saklanmaz.
qaranlıqda, hər nə qara görünür.
qaranlıqı görübdə aydınlığa inandım.
qaranlıqlar yaranmışdır kölgədən.
qaranuq tün gecəni yarmağa yarmışdı bilim. (qaranuq tün gecəni: qap qaranu gecəni) (yarmağa yarmışdı: açmağa yaramlşdı).
qarasevda qara köynək dəğişməz, qara köynək, alasevda yad qalar.
qarasevdalı duraq bilməz, alasevdalı sorağ bulmaz. (duraq: dinclik) (sorağ: cavab. adres).
qaraüzdən (qə. bədən: oruspudan) arvad olmaz, oynaşdan ər olmaz.
qaravaşa don geydirsən xanım olmaz, ləpə ləpə qar yağsa yaza qalmaz.
qaravaşdan xanım olmaz, çiçəkgildən, odun olmaz. (çiçəkgildən: gül ağacından).
qaravaşın bəlalı başı, külü qoy, toprağı daşı.
qaravqul ol ağzına, dil durur canın qadası, qıs dişingi qatıraq, dişdir dilin qalası. (qalası: qapısı). (misgin).
qaraysa könül silinməz qara. (pis gümanlı olan çətin düzələ).
qarçıxdı dağa dadlandı.
qardaş evdə, yaxın demə, qonşu çöldə, uzaq demə.
qardaş qardaşın yoxluğun istər, ölümün yox.
qardaş səsi qaranlıqda bəlgirür. (qaranlıqda qulaq çətin ki yanıla).
qardaş yaman uzaq ol, yaxşı eldən qaçınma.
qardaş, qan qardaş olur, mal qardaş yox.
qardaşdan qarın yaxın. (kişi hammıdan irəli özün düşünür).
qardaşından ər olmaz, könlün açan gəp olmaz. (təkligi seçən qıza söylənir).
qardaşlığın tanıqlat, sonra istə sovğavı. (tanıqlat: təsdiq edit). (sovğavı: irsivi).
qardaşlığın tanıqlat, sonra istə sovğavı. (tanıqlat: təsdiq edit). (sovğavı: irsivi).
qarəndaşın kölgəsi gündə bəlli.
qarğa qarısın kim bilər, kişi alasın kim tapar.
qarğa qartal olmaq istədi vurdi qanadı sındı.
qarı biəni gəlin bilməz.
qarı dəvə köşək (bala) verməz.
qarı dəvə köşək verməz.
qarı dəvə qızıl-qızıl olsada, köşək gözləmə.
qarı öküz baltadan qorxmaz. (öğrənişmiş nərsədən qorxu tökülər).
qarıcıqlar gəlinciklər yaşlarını gizləməz.
qarıdıqca bir öküz qatlaşırı buynuzu. (öküz qarıdıqca buynuzları qatlaşar). (öküz qarı buynuz qatı). (qarı öküz qatı buynuz).
qarın doyuran aşın, yağu yıxan daşın olsun.
qarın tox, qayğı yox. (bir para yaratıqlar belədir).
qarın yediyin qusar. (güllə yatan gül qoxar).
qarın yükü qata düşər, ayaq gedər, qab üzülər. (qata: dama).
qarındaşlıq alınmaz, doğan qarın bir gərək, yol yoldaşlığı alınmaz, yayaq atlı dəh gərək.
qarındaşlıq qarımaz, düz ilqarlı arınmaz.
qarınğ bar, bərkətin bar. (güzün çisi, qışın qarı, yaz yamğırı, il bolluğu).
qarının birçəyi ağ, ürəyi qara, gəncin ürəyi ağ, birçəyi qara.
qarının hörübü yaman, suyun örübü yaman. (hörüb: kələk. çatı. cadı. ovsun) (örüb: öğüb: çöğüb. burğov. girdab).
qarınqulu qarnına gedər.
qarınqulu öz qarnın güdər, özgə əlin (götün) axdarar.
qarınpa qazanın altına yox, üstünə baxar.
qarınpanın özü doysada, gözü doymaz.
qarışıq dilli, duru kimlik qazanmaz.
qarışqa daşımaqdan, qarınpa aşımaqdan yorulmaz. (aşımaqdan: aşamaqdan).
qarışqa olsanda ol, kəndi gücün bilgilən.
qarışqanı ayağa qoy, özü başa çıxar.
qarıvmasa bağ olmaz, sağılmasa yağ olmaz. (qarıvmas: baxılmasa).
qarqa aytmış appağım, kirpi aytmış yumşağım. (hamıya dadlı öznünkü, kəndi manın görməzkin) (görməzkin. görməz heçkəzin).
qarqa bala ağcalaq, kirpi bala yafcalaq. (ağcalaq: ağapbağ). (yafcalaq: yumşaq).
qarqa balasın lappağım (ağ appağım), kirpi balasın yumşağım deyər.
qarqa döşün çəkməklə qaz olmaz.
qarqa gözü poxda.
qarqa qarıldar, qış gətirər, qaz qaqqası, yaz gətirər.
qarqa qarqa gözün çoqurmaz. (çoqurmaq: çuqurmaq. oymaq).
qarqa qarqanın gözün çoxubaytmaz. (qarqa qarqanın gözünü çıxarmaz).
qarqa qarqanın gözün oymaz.
qarqa on iki hava qarıldar, biri birindən zəhlə getməli.
qarqa tavçası çöplüyə salar. (tavçası: tovsiyəsi) (çöplüyə: poxluğa).
qarqa yuğunar, qarası çıxmaz.
qarqa, qarqa gözün çoğurmaz. (çoğurmaz: oymaz. kor edməz).
qarqa, qarqa gözün çügürməz. (çügürmək: çükürmək. dimdikləmək. oymaq).
qarqada quş sayılır, sərçədə.
qarqadan göyçək quş istədilər, öz balasın göstərdi.
qarqanın bir gözü oxda, bir gözü poxda.
qarqanın ötməsi, özünə xoş gələr.
qarqanın ötməsi, özünə xoşdur (xoş gələr).
qarqanın səsindən xoş səs yoxdu, bülbülü duymuyan yerdə.
qarqanın üzü qara, içi ala (pozuq).
qarqanın, mininə də, bir daş yetər.
qarqanmaz ata, yarqansa bala. (qarqanmaz: qınanmaz. cəzaya düşməz). (yarqansa: tərbiyət olsa. hidayət olsa).
qarqaşa qılayatğan bala aldağan yaxşı. (qarqaşa, dincsizlik qılıb duran cocuğu oyalamaq yeğdir). (qarqaşa: şuluğluq. dincsizlik).
qarqış ilə doğunmuş qara qışlar bilmədim.
qarqışlar qocaldır, alqışlar ucaldır.
qarqıya dedilər poxun dərman, getdi dəniz ortasın seçdi.
qarqnın bir gözü oxda, bir gözü poxda.
qarlı dağ kimi yalnız, kəndi qayğıma dalğız, aşq yolun tutalı, nisgil özləm qalağız. (dalğız: batmış). (nisgil özləm qalağız: həsrət həsrətə qalanır. həsrət həsrət üstünə qalanır).
qarna qulluq, kəsəllərin başıdır. (qarınqululuq xəsdəliklərin başıdır).
qarnı ac gözü acdan tez doyar.
qarnı acığan, qazana baxar.
qarnı acmış, gücü qaçmış.
qarnı tox, beyni yox.
qarnı tox, sözü yox.
qarnım kürəyimə qovuşub, mənimki məndən sovuşub.
Qarnım üçün yaşamıram, arım üçün yaşayıram. (Ara Gündüz).
qarnımdan çıxan qada, kimə gedim səndən dada.
qarnıva görə aş iç, boyuva görə don biç.
qarnıva görə aş iç, boyuva görə don biç.
qarpuz başdan, ağac yaşdan böyüyər.
qarpuz kəsmeklə, yürək soğumaz.
qarpuz qabuğu ilə böyüyən eşeğin, ölümü sudan olur.
qarrı arslan sıçana, qarrı börü itlərə yem olarmış.
qarrı qoca başda usun, təndə gücün itirsə, cibi boşsa ən yaxını yad olar.
qarrı qoca başda usun, təndə gücün itirsə, cibi boşsa ən yaxını yad olar.
qarrı qurd hünkürtüdən, dəğirman sıçanı gurultudan ürkməz. (ürkməz: qorxmaz).
qarrığa aylandı biz görən yaşlar, ayağa dolandı biz görən başlar. (qarrığa: qarıya). (aylandı: çöndü). (yaşlar: gənclər). (ayağa dolandı: yerə düşdü. öldü).
qarrığa aylandı biz görən yaşlar, ayağa dolandı biz görən başlar. (qarrığa: qarıya). (aylandı: çöndü). (yaşlar: gənclər). (ayağa dolandı: yerə düşdü. öldü).
qarşılığın güdməmiş, seviş alanda nökər.
qarşılığın içində, sevgi yolun tutanlar.
qarşılıqsız iş görən, seviş eşqə kölədir.
qarşılıqsız nə yapılmış, degilən. (hər nəyin qarşılığı var). (hər qılıqda bir qarşılıq bəklənir, bəklənən nərsə ''heçnə'' olabilir).
qarşından atar, başından yox. (qarşından: göz qabağındn).
qarşından gedib, başından çıxar, çıxmayırsa bil, ayağdan yıxar.
qarşısa başın xoşluğa könül gec qalır ölüm.
qarşıva çıxanı boşla, qarşına gedəni tuşla.
qarşıva sən doğru çıxan gözləmə, doğru yapın özünlə sən bil yetər.
qartal qocalsa, sıçan avlar.
qartal yuva qurmaz tanqa qalırsa belə. (tanqa > tənha. tək. yalnız).
qartal yuvasın gəzər, at sürüsün.
qartalla gəzən daşa, tüküylə gəzən ləşə qonar.
qartallar çırpışır, göyərçin tükü ürpəşir (tozlanır).
qartalsız ölkədə, yapalaq qartal sayılır.
qasırqaya dayanan, əsən yellə yıxılar. (bulağayla, qarışılıqla araya girən, qarışılıqla aradan çıxılar).
Qaş qayıran yerdə vurub gözünü tökdü. (Araz Gunduz).
qaş üsdə göz yaparlar, əlindəkin alarlar. (qaş üsdə göz yaparlar, əlindəkin çalarlar) (qaş üsdə göz yaparlar: başıvı şer başına oxşadarlar).
qaş üsdə gözü var dedilər, varın yoxun yedilər. (kişini şişirtdilər).
qaş yapayım dərkən, göz çıxarmaq. (iş düzəltmək diləyi ilə iş pozmaq).
qaşa baxma, gözə bax, ağızdan çıxan sözə bax.
qaşa qaşa, qazan olur, yasa yasa, daban. (qaşa qaşa: qaşıya qaşıya). (yasa yasa: yastılata yastılata). (daban: ayağın altı, ayası).
qaşıq bilər isti soyuqdursa aş. (ağız yandıran aşı qaşıq tanar).
qaşıq ilə aş verib, sapı ilə göz oyur.
qaşıq qaşıq yığarsa aşı, iğnə ilə qazdırar daşı, bel külüklə dağıdar başı, oddur yandırar qurunu yaşı, ağarmaz qaşı bilinməz yaşı, yalan dünya, yalan dünya.
qaşıq yapan çox olar, qılpın verən az olar.
qaşıq yapdın, qılpın qoy, iş gördün dibin qoy (bitir).
qaşıqla verən mənidim, gözüvü deşən sapıydı.
qaşıqla verir, sapıynan göz çıxarır.
qaşıqla yedirib, sapıyla gözün oymaq, çıxarmaq. (yapdığı bir iyiliyə qarşıt, qat qat artığna kötülük edmək).
qaşıqla yığılar, çanaqla yıxılar (tökülər). (qaşıqla yığılar, çanaqla yıxılar).
qaşınmadan yaraşmaz. (yonulmadan yaraşmaz).
qat qata yolda verər boşda verər. (dövlət dövlətlə ötüşər). (qat: hakimiyyət. dövlət).
qata umut qata umuq yaratır. (qata: kətə. yekə. böyük).
qatarda dəvən olsa yükün yerdə qalmaz, əkində əlin olsa, xırmanda çuval boş qalmaz.
qatarda ər olsa, yük yerdə qalmaz. (qatarda: qurupda).
qatarından ayrılan qaz, bir topa qarğaya yem olar.
qatdan baxan dərin görür. (qatdan: damdan. ucadan). (qat: dam).
qatı dal, iti baltasar. (baltasar: balta istər).
Dostları ilə paylaş: |