qatı yay çəkən uz atar.
qatı yüngül, altı yoğun çox durar. (qat: dam).
qatığ yumşansa diş kəsər, yumşaq qatqulansa iş kəsər.
qatıq, köhnə beyinlər. –qız bala ərdə yaxşı, ər yoxsa gorda yaxşı!.
qatılığa qatlandıqca qatılar. (qabalığa, kötülüyə qarşı dözdükcə kötüləşir).
qatılığa qatlandıqca qatılar. (qabalığa, kötülüyə qarşı dözdükcə kötüləşir).
qatın qatınğa, söğüt sulunqa. (qayınğ: qatın. ğan ağacı). (ğan ağacı qat yeri sevər, söğüt ağacı sulu yeri).
qatır, əli ilə ayağdan, insan, dililə başdan bəlaya düşər.
qatırı anası ilə, atı atası ilə.
qatqısız sevi tökdüm ayağına, sənin gözün çuval götündəymiş. (qatqısız. çılxa).
qatnaşanlar yol qırağında qalmış, çalışqanlar yol uzağını almış, çatar bir gün yorulmadan gedilsə, verәr ürün, açıq topraq bolluca su öğün çağda əkilsə. (qatnaşanlar: dözəgənlər). (ürün: hasıl). (açıq topraq: sürülmüş yer). (öğün: oğun: tuxum).
qatranı qaynatsan, olurmu şəkər, cinsi batası, cinsinə çəkər.
qatta ağac sərt yelləri sevərmiş, incə güllər bir əsiylə gülərmiş.
qavın pişsə, sapında durmaz.
qavını ye, qarnıva bax, qarpuzu ye, bənzivə bax, üzümü ye, qolsuva bax. (qolsuv: budar. bazu. qolşaq. qoltaq).
qavışan şaşdı, qapıda qaldı. (haq qapısı).
qavqaçı qurd səmirməz, savlaşlı iş səkirməz. (savlaşlı: məşvərətli). (səkirməz: büdrəməz. çaşmaz).
qavun qavundan alalır, kişi kişidən utanır. (alalır: al alır: rəng alır). (qaykişidən ut güdmə. (qaykişidən: namərddən). (ut: utanmaq).
qavurqa ver dişliyə, ağız əngi işliyə.
qaya başında gəzən, günündə qayar. (günündə: bir gün).
qaya kimi yerin olsa, ərən kimi ərin olsun.
qaya üstünə, ağac üstünə yuva qurulur, acı üzünə balta vurulur.
qayar özdən ər bolmaz, sevməz canda dərd olmaz. (qayar özdən: zatı pozuqdan. kökü xərabdan).
qayası daşı dağ yaraşıqı, igid oğullar el yarşığı.
qayğı əğər, qəm bükrər. (bükrər: bükürər).
qayğı əri, od yağı əridər. (qayğı: fikir xiyal).
qayğı insanı qocaldar, güvənc anı ucaldar.
qayğı kişini qurudar, qurd ağacı.
qayğı qalxsa kişi batırar, su qalxsa qayığ.
qayğı yemə bitər ömür, yaşlıq çağın tezin gömür. (gömür: quylanır. batır).
qayğunub dalğunma. demə ''Olmasaydı Nə Olurdu'', denən ''Yoxdur Nə Olur''.
qayğurların yarınların qoruğmur, əlindəki sevincivi oğurlur. (qayğurların: iztirabların).
qayıq su üsdə, qaymaq süt üsdə.
qayından qardaş, gəlindən bacı olmaz. (olmaz: çıxmaz).
qayıranmasan, qaydırma. (qayırmaq: bərkitmək. bərqərar edmək).
qayıtmış keçən günlər, yad qalıb gülən üzlər. (keçən günə gün çatmaz).
qaykəsin işi pula yarsada, pulu işə yarmadı (qaykəsin: nakəsin).
qaykəsin pulu yarmaz işə (qaykəsin: nakəsin).
qaykimlərin əlindəsə dərmanın dayan dərdə, o dərmana əğilmə. (qaykimlərin: namətlərin).
qaykişidən borclanma, boclansanda, harcanma. (qaykişidən: nakişidən).
qaykişidən çəkməyən, doğrusunu tanımaz. (tanımaz: dəğərləndirəməz. qiymətləyəməz).
qaykişidən dilərsən dilək, diləyin çatmaz, kişini kəmsidən kişilik qanmaz, bulanıq əsgi oda at yanmaz. (qaykişidən: nakişidən). (bulanıq: mundar).
qaykişidən sırdaş yox, yamanlardan yoldaş yox. (qaykişidən: namətdən).
qaykişinin yoldaşu üzdən suyun itirmiş, çağında durmuş işə, qalmaz işi bitirmiş. (qaykişinin: alçaq. namət). (durmuş: mütşəbbis olmuş).
qayqanağı pişirmək üçün yumurtanı sındırmaq gərək.
qayqısızam nə qavqam var, mən məndə tapdım imanı.
qaymaz işləyən, qaytsız iş yoxdur. (qaymaz: səhv edməz. kırıxmaz). (qaytsız: qayrımsız. səhv olunmaz. kırıxılmaz).
qaynana ana, qaynata ata olmaz.
qaynana bir çiçək, hər sözü bir gerçək.
qaynana ilən baldız, əş (bir) doğublar.
qaynanadan dadlı söz, ağız yaxar göz oyar. (gəlin üçün).
qaynanadan dadlı söz, könül açan olasılıq gözləmə.
qaynanalar gəlinimiş çağında, küyüb yanmış qaynananın yağında.
qaynanaynan baldız əş (bir) doğublar.
qaynar çaylar, keçiksiz olmaz.
qaynar dərə keçitsiz olmaz.
qaynar qazan içi dışı bir olmaz, görüb duyan, eşit görüş dəng olmaz.
qaynar üzür keçiksiz olmaz. (üzür: çay).
qaynatadan ata olmaz, qaynanadan ana çıxmaz.
qayra uyan, qaya qalar.
qaytalan söz aldağan olur. (tikrar olunan söz, yalansılaşır). (bir söz çox deyilirsə, tәkәrlәnirsә, tikrar olunursa yalan olmaq olasılığı çoxalır).
qaytaş bilim anası. (qaytaş: təkərləmə. tikrar. təmrin).
qaytı qalsa qaytalanar. (tikrar olar). (əğri düzəlməlidir). (qaytı: suç).
qaytıb yerini bulmuş, azaşqandan man uçmuş. (man uçmuş: ayb gedmiş. bağışlanmış). (azan kimsənin kəsir suçuna göz yumulmuş, kəndini yenidən toparlamışsa).
qaytılarız doğrulsun, açmazlarız yoğrulsun. (qaytı: suç).
qaytısız kişi olmaz, keçitsiz çay. (qaytı: suç).
qayudan gəlib, qayuya yolum. (haradan gəlib, haraya yolum). (nərədən gəlib, nərəyə yolum).
qaz düş, yax piş.
qaz qopsa, ördək gölə yiğələnür (yiğələnür: iyələnir. əkələnir. malik olur). (qopsa: ölsə. köçsə. uçsa). (yiyəsiz göldə, qubağa xanlıq edər). .
qaz qopsa, ördək gölə yiğələnür (yiğələnür: iyələnir. əkələnir. malik olur). (qopsa: ölsə. köçsə. uçsa). (yiyəsiz göldə, qubağa xanlıq edər). .
qazan başda əlin, topluluğda dilin saxla. (topluluğda: köpçülükdə. cəmiyyət içində).
qazan başında yağu, çalış qazan dosdu sən.
qazan boşsa qaynamaz. (yoxsulda yox qayğı varın itirsin).
qazan boşu qaynamaz.
qazan dedi qızıldı dibim, çömçə dedi, burğanıbda görmüşəm. (burğamaq. buramaq. bulamaq. bulğamaq).
qazan düşdü, yaxan pişdi.
qazan düşmüş, yaxan pişmiş.
qazan qaynar dursa, ağıl durmadan gələr.
qazan qaynar, ağıl oynar.
qazan vardır çömçə yox, çömçə vardır qazan yox.
qazan yuvarlanıb, qapağın bulmuş. (govduş yuvarlanıb, duvağın tapıb: iki arxadaş, iki qarı birbirinə uyğun).
qazan, od üsdə qoyarlar. (nədənsiz iş olarmı?).
qazana baxıb aşın dəğirləmə. (dəğirləmə: qiymət biçmə).
qazana bardın qarası, yamana bardın qadası var. (qadası: bəlası).
qazana dəğərsin, qarası dəğər, yamana dəğərsin, bəlası.
qazana görə aşı yarqınmaz. (yarqınmaz: dəğər biçilməz).
qazana yaxın qarası yoğar. (yoğar: bulaşar).
qazana yanaşma qarası yoğar, yamana yanaşma qadası.
qazanc elə itgi yarından qayıt.
qazancının ərki var, qaydan qulağ çıxarsa. (qazançı qazanın qulağını (qulpunu) iştədiği yerə taxar). (qaydan: hardan).
qazançının ərki (ixtiyarı) var, qayda qulaq taxırsa. (qazançı qazanın qulpunu, istədiği yerə taxar).
qazanda olmasa, kömçədən küsmə.
qazanda olsa, çomuçda çıxar. (çomuçda: kömçədə. susaqda). {içində olsa işində gözəkir (gözəkir: təcəssüm tapır)}.
qazanda olsa, çomuçqa çıxar. (çomuçqa: çömçəgə. çəmçəgə). (hər nə salsan aşıva, oda çıxar qaşığan).
qazanda pişirib, qapağında yemək. (yoxsulca yaşayıb, qanıqmaq).
qazandığı qazanında. (qazandığın yeyən).
qazandığın sevməyən, sevdiklərin qazanmaz.
qazandığından yarat, ələ çatmaz sevişlər.
qazanı başqa qayğusu başqa.
qazanı başqanın, qayğısı başqadır.
qazanı görən, boşqaba qanmaz. (çoxa öğrəşən, aza dayanmaz).
qazanmanın bir kefi, çıxartmağın iyi yolla min kefi. (tükətməyin mini var). (çıxartmaq: xərcləmək).
qazaş itiş bir oyun, hamı ona bir qoyun, çalış ona yol qoyun, yol seçənin düzlügü, yol sonunda bəlgürür.
qazaş üçün bilim gücü, yaşam üçün, sözün gücü.
qazi balası, bilirəm deyər, bəy balası, alaram deyər.
qazı balası, bilirəm deyər, bəy balası, alıram deyər.
qazığa düşən yazığın (bitisin) aramaz.
qazıqlar istər istəməz, səndən ötürdür.
qazma alıb kəndi yolun qazgilən, yoxdu yazı, qələm alıb kəndi yazın yazgilən.
qazma düşərsən, yaxma pişərsən.
qazmanı başlasan qızıldanda, gedib gəvən dibi eşər. (başlamaq: (qazma, kərki) saplamaq). (qızıl saplı olsada, qazma işi eşmədi).
qeyrətlinin ürəgi qaynar, qeyrətsizin ürəgi oynar.
qeyrətlinin ürəgi qaynar, qeyrətsizin ürrəgi oynar.
qeyrətsizdə iman arama.
qeyrətsizin dilin al, dilin verdi gözün al.
qeyrətsizin dilin al, dilin verdi gözün al.
qəbri qazan bir olur basdıra min.
qədər olmasa, qadir olmaz.
qədrimi, ölüm biləsən, gedim biləsən!.
qəfəsdə qalan quşun kefin, uçan quşdan sor.
qəhbə olan hardan bilir qıncı (kin. nifrət) nədir, sevgi nədir, hər gələni sevib gedər, hər gedəni söğüb gedər.
qəhbə olub minbir tanış, gen evrənin dar gəlir, kişi olub iki dosla, dar evrənin gen gəlir.
qəhbə varmış vermiş olur dadımlıq, sevən odur vermiş ola doyumluq.
qəhbə yalnız tən satar, könlü qəhbə dos satır.
qəhbəlik dəğər bulsa, xanımlıq düşər (itər) gözdən.
qəhbənin sonu baxıcı olur.
qəhbəyə öğüş yaramaz, yamana söğüş (öğüş: nəsihət. (söğüş: yaman).
qəhrivin zəhrilə ölsəm, ağulu otlar bitər, qəbrim üstünə gəldin qorx göylərdən sağın.
qəlbir can evi olanın, gözləri qədər dərdi var.
qəlbir ələgə gözük demiş. (gözük: gözlü. deşik) ). {kor kora cıt gözən kimi. (kor kora cıt gözən deyər)}. (qazan qazana götün qaradır deyir!).
qəlbir ələğə gözər demiş.
qəlbirlə su daşınmaz, başlı ağız, hər gələni danışmaz.
qələm çəkər qaşuva, ağu qatar aşuva, daşın salar başuva, yalançıdır bu evrən. .
qələm olsa yazılar, iğnə olsa tikilər, tikan olsa didilər.
qələm süngü kimi sökməyə yaramaz, süngü qələm kimi yazmağa.
qələmə gəmirən eşşəyin qabıq yeyən balası olar.
qələmə gəmirən eşşəyin qabıq yeyən balası olar.
qələmin dili iki olsada, yazısı birdir.
qəm bağlayan yolları, gülüşlər açar.
qəm kitiriz çaxır içrə boğulmaz, hər ikisi yaxcı bilir üzməyi. (qəm kitiriz: qəm qussələr).
qəm səni yeyər, sən qəmi yeyincə.
qəm yerində doğur, dəm yaratsan olur. (dilənmədən yaşam dadı dadınmaz). (dilənmədən: istəmədən. çabanmadan).
qərə yel, quru yel.
qərəçidən igid törəsə, öz çadırın çapar.
qərib it, quyruğun qısıb gəzər.
qərib kor olur.
qərib ölkədə kefə dolan, doğma yurdunda qussədən ölər.
qərib, kor olur.
qəribin boynu uzun, dili qıssa olar.
qəribin əzanın, kimsə dinləməz.
qəribin yalımı (üzü) alçaq olur.
qəsir kəsir. ziyan. -qorunmayan kəsir görər.
qıçı qırıq yolda, beyni qırıq gorda qaldı. {yaraqın qorun, yoraqın yorun. (yoraqın yorun: tədbirin qıl)}. {işə anıq çıx). (anıq: hazır)}. (gün gecəni gözləməz). {günün üçün yaraq qıl, yarın açan gül olsun. (gül olsun: uğur olsun. ası bərə dərəsin)}.
qıfın gen başından girən, dar başından çıxar.
qığılcım, tüstüləməz.
qıx çörək, borc olmaz.
qıızdırmağa öğrəşən, ölümə yürür.
qıl tay olsa düşmanın, qılıc yalı gör anı.
qıl yaruğun gəlmәdәn ölümdə yox savucluq, gəlsə bir gün dinmədən, çapmış gedər tinivi. (savucluq: elçilik. sözçülük. raporçuluq. quzariş vermə). (çağrılırsan gedməli, dinmәkliyə qalmaz gərək, yoxku bayraq bildirə, yoxdur ölümdə savçılar. (dinmәkliyə: e’tiraza).
qılalar qulluğnu gecə gündüz, tapıdan kiməsnə döndərməyə üz.
qılavuzsuz, quş uçmaz. (qılavuzsuz: öndərsiz).
qılıc kimdə olursa, qələmi alır, qələm qarşı çıxsa, qılıncı salır.
qılıc qının kəsməsədə, yiyəsin qırar.
qılıc qınına qıymadı, yiyəsisini doğradı. {qoraq yiyəsinə yağu durar. (əsləhə sahabına düşmandur)}.
qılıc qınına qıymaz, isinə qıyar. (isinə: yiyəsinə).
qılıc qınına qıymaz, yiyəsin doğrar. {qoraq yiyəsinə yağu durar. (əsləhə sahabına düşmandur)}.
qılıc qınında dursa puslar. (puslar: paslanar).
qılıc pulla gücü sevər. .
qılıc yiyəsin qoyub, qının kəsməz. (ont: doğur).
qılıcı sınmış yayı yasılmış.
qılıcın kimi sevgi yarar, acısı keçər, izgisi qalar.
qılıcla oyun, qurdla qoyun olmaz.
qılığ gözəl, üz gözəl. (qılığ: xuy).
qılın tapsan, qar küyər. (qılın: qılığın). (işin qılığın, yolun bulursan, qar da belə od tutar, yanar).
qılınc birini, dil bir ordunu kəsər.
qılınc sapı kimdədi!.
qılınc vurmaq bilməyən özünə ilişdirir.
Qılınc yarası sağalar, söz yarası sağalmaz. (Araz Gunduz).
qılıncı düşmana vurmasan ''ağzı'' kəsər özüvi, ''ucu'' deşər gözüvi.
qılıncı düşmana vurmasan ''ağzı'' kəsər özüvü, ''ucu'' deşər gözüvi.
qılıncın güdəysə, bir atdım öngrək ol.
qılındınsa düşünmə, düşünmədən qılınma.
qılını bilən qızıl geyər. yapını bilən yaşıl geyər. (xoşa gəlmək istəyən qırmızı geyər. iş yapmaq istəyən, yaşıl geyər).
- qılnu bilsən qızıl gey, yaranu bilsən yaşıl gey. (qırcanmağa qırmızı, can almağa, göy qurşan).
qılış qında pas atar.
qılış tutuqsa, iş batar, ər tatıqsa, el batar. (tutuqsa: paslansa). (dadıqmaq: . pasıqmaq. paslanmaq).
qılışlı kişi, görər işi, yaxcını pisi. (qılış: iradə).
qılışlı qorxağı, çomaxlı batır salar.
qılmalın var qılınqıl, yarın gələr gəlməz, bəllənməz. (evrən işi ötürmək, işi burda bitirmək).
qılmalısan qılınqıl, çağun durmaz, acun əylənməz.
qılncla alınmayan, dadlı dillə alınar.
qılnu bilsən qızıl gey, yaranu bilsən yaşıl gey. (: qırcanmağa qırmızı, can almağa, göy qurşan).
qılov durmaz güc ilə puldan qıraq. (qılov: siyasət).
qılov düzlük götürməz. (qılov: siyasət).
qılpın tutub, için buraxıb.
qılpsız qaşıq, qırıq çömçə. (işlərinin təməli tutarlı, doğru, düzgün olmayıb, əksikliyi, tərsliyi çox olan. yarım yamalaq nərsə, kimsə. qırıq, güvənilməz, aldavac kimsə).
qıltay manın olunca, dayaq enər başına. (manın: aybın).
qımdımaqla qarın doymaz, hər yetəni ürək qoymaz. (ürək qoymaq: könlün bəğənməsi) (qımdımaqla: qısmırlıqla. qıtmırlıqla).
qımıldab qır aşdı, qaynalab qın daşdı. (qımıldab: təprəşən). (qaynalab: qaynayan). (qın: qab). (yürüyən yolun bitirər, işləyən işin).
qımıldağan qır aşdı. (qımıldağan: qımıldayan: təprəşən. dəbəşən, işləyə işin bitirdi) (qır: çöl. uzun yerlər. ucu bucağı görünməyən yerlər). (təprəşən qır aşdı, dırmaşan dağ aşdı).
qımıldayan qır aşar.
qımıldayan qır aşmış, yatan öküz ac qalmış.
qın qurtara bir gəmi sınmış olsa yelkəni (qın: çətin).
qın sınamaz, bal olmaz. (çətinlik görmədən dadlı ələ gəlməz). (qın sınamaq: zəhmət çəkmək).
qınamam səni, sevmədin məni, yol gəzər səni.
qınanc, onu çəkənə gəlir, qıvanc, onu gəzənə. (qınanc: dərd) (gəzənə: qovana: axdarana). (qıvanc: şadlıq. -sevinc).
qınçalar qıyından dolub daşmayan doymaz. (qınçalar qıyından: əzablar məşəqqətindən).
qınçıların əlləri, yerə döğər belləri. qara topraq gül açar, uğur bular elləri. (qınçıların: zəhmətkeşlərin).
qını çox, dadı yox. (qını çox: zəhmət çox).
qınıc, yıxmış ev dirək, çalış, yapna bir ürək. (qınıc: nifrət). (çalış: çalça. başar. qeyrət ed). (yapna: yapın. yapunc. yoğar. ələ al. düzəlt. onar).
qının dosda aytma koni göynədi, qının yada aytma koni söynədi. (qının: ağrın. qayğın. çətinliyin. ). . (koni: ki oni). (söynədi: sevindirər).
qının sonu olsun, yırtıq donun olsun. (qının: əzabıbıvın. ağrıvın). (kəsəl yoluxmasında). (yoluxmasında: əyadətində).
qınsız yerin adı yox. (qınsız: qıyınsız. əzabsız. zəhmətsiz).
qıra yağsa yağış, çəkməz suyu, axındırar sel axış. (qır: qırın. qup quru çöl. susuz, çoraq yer, çöl. səhra). qır, çoraq, bərk toprağ yağan yağış suyun çəkməyib, geri verib sel axın yola salar. (o deməkki: hər topraq suvarılmaz, hər kişiyə yaxlıq yavlıq (yaxcılıq pislik) qılınmaz).
qırağda yeyir, ortada sıçır, ortada yeyir, qırağda sıçır.
qırağdan baxanın səggiz gözü olar.
qırağın demə, bezini de, anasın demə, qızını de.
qırasın görüb bezin tanı, anasın görüb qızın.
qırasın görüb əkisin tanı, anasın görüb qızın. (əkisin: bosdanın).
qırdı kəndi, ucdan uca, nə igit qoydu nə qoca.
qırx dərədən su gətirən. qırx evin pişiyiən, qırx qapının ipin çəkən, qırx daraxda, bezi olan.
qırx gün qırxıda qılpı qırıq gün.
qırx gündə doyular cəmaldan, qırk ildə doyulmaz kamaldan.
qırx il qıran olmuş, əcəli gələn ölmüş.
qırx ilə təkin, bəy cığay (yoxsul) düzlənür.
qırx quldur, bir lütü soya bilməz.
qırxda qılığ dəğişməz. (qılığ: xəsiyət).
qırxda olmadı başın, daşı ha daşın.
qırxında, çalmaq öğrənən, gorunda çalar. genclikdə, qız seçənmiyən, dulunu alar! (qrx yaşında, çalmaq öğrənən, gorunda çalar. genclikdə, qız seçənmiyən, dulunu alar!) (qrx yaşında, çalmaq öğrənən, gorunda çalar. genclikdə, qız seçənmiyən, duluna qalar!).
qırxlıdır pişməyinə çox var hələ. (pişməyinə: pişməsinə).
qırxlısan pişməyivə çox var hələ, qırxıva çatmaq üçün dözməlisə. (qırxlısan: körpəsən) (qırxıva: qırx yaşıva).
qırıx çömçə su saxlamaz, pay güdməklə, qarın doymaz.
qırıx zəncir dəngir işi ləngidir. (dəngir: mütəadil. normal).
qırıq tökük yaşantım, bırax kəndimə qalayım, sən kəndivə yamaqçıysın, ötür yarımı kəndi özüm bulayım. .
qırıqların düğünü umut, sınıqların tutumu umut.
qırılırsa dönəklər, türk erinə yağu qalmaz. (xainlər qırılırsa, türk erinin düşmanı olmaz).
qırılmadan qorxanın, bitməz sevgi bağında.
qırılmağı düşünən güvənmədən üşünər.
qırılmalar sınaqdan, qurulmalar yaşamdan. (sınaqdan: təcrübədən).
qırılmış yay, ox atmaz.
qırılsa dal, yoxdu quşun qorxusu, güvəndiyi dal deyil güvən alar qanatdan.
qırılsa könül, yapışan deyil, ölüksə odun alışan deyil. (ölük: yaş).
qırın sapları baltadan yoğunları, avluqarları (avluqarları: rüşvəxorları).
qırqın gələ min qıran, çıpını çatman ölməmiş. (qırqın: bəla. qəza). (çıpın: əcəl. çağal çağla yaşam sürəsinin sonu). (çıpını çatman: əcəli yetməmiş).
qırqınlıq ummaqdan doğur. heç nə heç kimdən, kəndindən belə umma. bırax yüyəni, güdmə gözləri, kəndivə güvən.
qırma köprünü, umut yuvasın körpüdə qurur.
qırma qırılma, üzmə üzülmə.
qırmadan sındırır, yaxmadan yandırır, acı öclü azlı kəmli söz atan. (atan: aytan. deyən).
qırmağını bilməyən, qurmağında uğursuz. (uğursuz. namüvəffəq. nailiyyətsiz).
qırmızı köynək, tez - kej görünər. (tez kej: tez kec).
qırna qarır, qaraçı olur. (qırna: qaravaş. külfət. keçmişdə ev işləri üçün tutulan on-on iki yaşlı qız işçisi) (qaraçı: falçı).
qırtlaq qırx boğumdur, hər boğumda düşünmək gərək.
qıs kişi savı (adı. şöhrəti), yörüklü olmaz: qıs kişi say yoruqlu olmaz (pəxil, qıtmır, adlı keçəli (nifuzlu, e'tibarlı) olmaz. bunu pəxil kişiyə əlaçıqlığı öğüt vermə üçün söylənir).
qısa yaşam, uzun tünə, qısa günə tüş oldu.
qısa yaşam, uzun tünlərə, qısa günlərə tüş oldu.
qısanın əli çatmadı, ucada əğilmədi.
qısıq girdəc geniş töləş götürməz. (girdəc: gəlir) (töləş: xərcləmə).
qısılmayın qış çıxıb, yıldanmayın yay gəlir. (yıldanmayın: tələsməyin).
qısır bulut, boş boşqatay, gurlayar!. (belədirki, gənc olaraq, bilgisinə güvənərək bağımaq yaraşıqlı deyil). (qısır bulut: barsız bulut. yağmaz bulut).
qısqanc erkəgin oxu ovsuz, əli qansız qalmaz. (qısqanan: cicikli. özgələri çəkəməz). (axdaran baş ağrısın bulur, dərdin tapır).
qısmasan boğazı, dəvəni utar. (könül dolmaz, qarın doymaz). (həvəsdi, bəsdi).
qismət adlı nərsə yox, ya seçildin ya seçdin.
qıssa arzular ömür uzatır, uzun arzular onu qıssatır.
qıssa ömür, alqamaz dözüm. (alqamaz: xoş qarşılamaz). {əkib dözən, bitirər işin, dözməyi əkən, itirər işi). (dözməyi əkən: çox səbr edən)}.
qıssa ömür, uzun ümüd, yaş boyunu qıstırar.
qıssa sürdü umutlar, qırıq qaldı umuqlar.
qıssa sürən umutlar, verməz uzğan umuqlar. (uzğan: uzun ).
qış çağunu soyuq hava yaşlılıq, təprəndikcə dәrdi artar bu tәnin.
qış gəlir deb sevinmə, izinin ayazı var. (teb: deyib). (izinin ayazı: dılısının şaxdası).
qış gəlirsə yorqanı sal qıçıva, yay gəlirsə ayranı qat aşıva.
qış küləyi, qar gətirər.
qış qəmin yaz ye, yay ye, olmasa, güz ye.
qış qışlığın edməsə, yaz yazlığından qalar.
qış qonağı od.
qış qonağın od olsun.
qış olmasa yaz olmaz, qar olmasa bar olmaz.
qış soyuqundan ölməkdənsə, yay issisi yeğdir.
qışa edin, gəlsə qalı, qutlu yay, tün gün keçə ilgənür ötlük belə ay. (edin: yaraqlan). (qalı: əgər). (qutlu: bərəkətli). (keçə: keçir). (ilgənür: ilərlir. aylanur: dolanır). (ötlük: zaman).
qışda ağlayar, yazın gülən.
qışda ayran, yayda yorqan gəzilməz.
qışda ayran, yayda yorqan verilməz.
qışda balığ istəyənin, quyruğu (götü) buzda gərək. .
qışda darı darınmaz, qışda darı əkilməz.
qışda sevmən soğuq uradı, yayda sevmən quruq qaladı, güzdə sevmən sarab soladı, yazda sevki banqu qaladı. (sevmən: sevmərəm). (uradı: vurar). (sarab: saralıb). (banqu: dura. həmməşəlik).
qışda sevsəm soyuq çalar, yayda sevsəm isti vurar, güzdə sevsəm xəzəl alar, yazda sevsəm manqu qalar.
qışdan qorxma, artdan yaz gəlir, güzdən qorxma, artdan qış gəlir.
qışı keçin, yazı keçit, yayda durur sırada. (hər nəyin çağı var, hər qaranın ağı var).
qışı qarlı, yazı barlı.
qışı qışsıramasa, yazı yazsıramaz. (qışsıramasa: qışlamasa. qış edməsə. qış kimi keçməsə).
qışın ayranı, yayın yorqanı görülməz.
qışın dərdini yazda çək, yaş (həyat) dadını olanda.
qışın gün qısa, tün uzun.
qışın günü qırx tüyslü, qırxısıda qılıqsız. (qış günündə birbirinə oxşamaz, her çeşit koşulu güdməli). (qış günü ipə sapa gәlmәz).
qışın işi, yazın yemişi bol olur.
qışın ki yağlı əbbək, isti kürsü, yayın ki kərdi yanı, odlu tüstü.
qışın qarlı, yazın barlı.
qışın ocaq başı, yazın dağ başı.
qışın uzat yorqana, yayın çəkdir ayrana. (çəkdir: əğil. könül ver. meyil sal).
qışın yazı, yazın qışı unutma. (qışın: qışda). (yazın: yazda).
qışın yorqanı, yayın ayranı.
qıt gəlirsəm sırtılar, üz verirsəm dürtülər.
qıtlıqda çox qıtma, sıxlıqda çox sıxma, bolluqda boş tutma (boş: şol).
qıya edən, qırılar. (özgəsinə güvənən sınar, ulamaz (onamaz. ). (qıya: qıyşı. (< qıymaq) qıyma işi. güvən. e'timad). .
qıyaş olsa, işlər onar. (güvənişmədən, işlər batar). (qıyaş: qıyşı. (< qıymaq). birbirinə qıyma işi. güvəniş. e'timadlaşış). .
qıyaş ondurar, qağaş öldürər. (qıyaş: qıyşı. (< qıymaq). birbirinə qıyma işi. güvəniş. e'timadlaşış). (ondurar: yartırar, düzəldər). (qağaş: cicik).
qıyı gözdən itmədən, özdən üzün gedmədən, engin sənə bəllənməz. (engin: uqyanus).
qıyı olmasaydı, dəniz olmazıdi.
qıyıb qıymasanda ötən ötüb, qıyma boş ötə qalan günlər.
qıyın gəlir doydurasan acgözü, ac qarını doydurmağa navarki.
qıyınçılıq yaşamaqla doğulmuş, ölməkilə boğulmuş. (qıyınçılıq: çətinliklər).
qıyısız tarlaya davarda girər, tapdığın yiyər. (qıyı: bir yerin, nərsənin qıyısına, qırağına taxılan çevrəlik). .
qıyışmadan tikilsə, ya dar gələr yada gən. (
Dostları ilə paylaş: |