Atdd tüm Hakları Saklıdır 1970-ci İllərin Sovet Tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyətinə Münasibət


Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix14.05.2023
ölçüsü0,8 Mb.
#113581
1   ...   11   12   13   14   15   16   17   18   19
1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146

Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 
Kerimli 
233 
təhlilini mənfi müstəvidə verməklə, onun bir dövlət kimi mövcudluğunu ortaya 
qoyur. Müəllif, sovet rejiminin müəyyənləşdirdiyi çərçivədə yazmasına rəğmən, 
tarixi obyektivliyi gizlədə bilməmiş, alternativ quruluş simasında, Cümhuriyyəti 
nəzərə çatdırmışdır. Halbuki, Azərbaycanda sovet hakimiyyətinin qurulmasına aid 
yazdığı əsərlərdə müəllifin əsas məqsədi Cümhuriyyəti inkar etməkdir. 
Gördüyümüz kimi, 70 illik dönəmdə sovet tarixşünaslığının prioritet 
mövzusuna çevrilmiş Azərbaycanda sovet hakimiyyətinin qurulması mə- sələsinə 
həsr olunan yüzlərlə geniş həcmli məqalələr, əsərlər, monoqrafiya- lar və 
araşdırmalarda Cümhuriyyətə səthi və yaxud ətraflı çəkildə münasibət bildirilmişdir. 
Bütün sovet müəllifləri istisnasız olaraq, Azərbaycanda sovet hakimiyyətinin 
qurulmasının Cümhuriyyətin süqutundan keçdiyini qeyd etmək məcburiyyətində 
qalmışlar.
Topluda “Поступь индустрии” (Sənayenin inkişafı) məqaləsi ilə çıxış edən 
Qüdrət Əbdülsəlimzadə Rusiya imperiyasının tərkibində olan Azərbaycanın digər 
milli ərazilərdən yüksək formada fərqləndiyini bildirir. Müəllif, imperiya ərazisnin 
0,4%, əhalisinin isə 1,4%-ni təşkil edən Azərbaycanın sənaye və kənd təsərrüfatı 
sahəsindəki göstəricilərini ortaya qoyaraq, sosialist inqila bının xüsusi mülkiyyəti 
ləğv etməsi nəticəsində ölkə iqtisadiyyatının müsbətə doğru köklü surətdə 
dəyişdiyini bildirir. Maraqlıdır ki, Q.Əbdülsəlimzadə, Azərbaycan Cümhuriyyətini 
açıq şəkildə ümumiyyətlə qeyd etmir, lakin “sosialist inqilabının qələbəsi” 
cümləsində alternativin quruluşun mövcudluğunu sətiraltı ifadə ilə bildirir.
44
A.Mahmudov, H.Qasımov və B.Səmədovun həmmmüəllifliyi ilə yazılmış 
“Подъем сельского хозяйства” (Kənd təsərrüfatının yüksəlişi) məqaləsində oktyabr 
çevrilişi və sosial-siyasi məsələlərdən başlıcası kimi “mülkədar torpaq sahibliyinin 
ləğvinə yönələn aqrar islahat” olduğunu bildirən müəlliflər, əvvəlki siyasi dünya 
tarixində dönüş nöqtəsi kimi təsnifləndirilir. Müəlliflər, Kommunist partiyasının 
proqramında aqrar məsələnin qoyulduğunu bildirməklə, onun sosialist quruculuğu 
yolunda əsas yer tutduğunu vurğulayırlar
45
. Azərbaycanda sovet hakimiyyətinin 
qələbəsindən sonra qarşıda duran iqtisadi quruluşun çatışmazlıqlarını göstərməyə 
çalışırlar. Məsələ ondadır ki, müəlliflər sovet hakimiyyətinin hansı dövlət üzərində 
“qələbə”sini qeyd etmirlər. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 5 may dekreti 
ilə bütün - xan, bəy, monastır, xəzinə və digər torpaqların milliləşdirilərək, kəndlilərə 
verilməsi ilə sovet quruluşunun “fəhlə-kəndli hökuməti” olduğunu isbata çalışan
46

müəlliflər, qeyd etməsələr də, təhlildən görünür ki, əsas məqsəd Cümhuriyyətin 
tənqidi ilə bolşevik işğalına haqq qazandırmaqdır. Gördüyümüz kimi, müəlliflər 
dünya siyasi sisteminin fövqünə qaldırdıqları sosialist cəmiyyətinin alternativsizliyini 
44
Q. Abdulsalimzade, “Postup industrii”. Velikiy Oktyabr i rassvet ekonomiki i kulturı Sovetskoqo 
Azerbaydjana, Elm, Baku, 1977, s. 19. 
45
A. Maxmudov, Q. Kasumov, B.Samedov, “Podyem selskoqo xozyaystvo”, Velikiy Oktyabr i 
rassvet ekonomiki i kulturı Sovetskoqo Azerbaydjana, Elm, Baku, 1977, s. 54. 
46
Mahmudov, Qasımov, Səmədov, a.g.m. s. 55. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin