Atdd tüm Hakları Saklıdır



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#44457
  1   2   3   4   5   6   7   8   9   ...   19
Fiqh elminin metodologiyas v h dis nasl qla olan laq si ( i m zh bi kontekstind )[#632377]-829678



 

©  ATDD Tüm Hakları Saklıdır                                                                        

                                                                                    

                                                                                                 

 

 



Fiqh elminin metodologiyası və hədisşünaslıqla olan əlaqəsi 

(Şiə məzhəbi kontekstində) 

 

İbrahim Quliyev

*

 

ORCID: 0000-0001-9789-3148 

 

Öz 

Fiqh üsulu İslam ilahiyyatında xüsusi və əhəmiyyətli bir yerə sahibdir. Bu elm vasitəsi ilə 

şəriətin  (İslam  hüququnun)  metodoloji  əsasları,  dəlilləri,  onların  əhəmiyyəti,  növləri  və  digər 

xüsusiyyətləri öyrənilir. Fiqh üsulu alimlərinə görə, dəlil dedikdə, düzgün hökm verməyə səbəb 

olan  və  ya  bir  hökmün  əsaslı  olduğunu  təmin  edən  vasitə  nəzərdə  tutulur.  Deməli,  fiqhdə  dəlil 

dedidkdə, ümumiyyətlə, fiqhi bir hökmün dini-hüquqi dayağı  başa düşülür. Buradan belə aydın 

olur  ki,  fiqh  elminin  əsasları  (üsuli-fiqh)  elmi  vasitəsi  ilə  dəlillərdən  hökm  əldə  edilməsinin 

yolları öyrənilir.Şiə məzhəbində dəlil və digər üsuli istilahları tədqiq edərkən sözgedən məzhəbin 

daxilində meydana gələn üsul qollarının - Əxbarilər və Üsulilərin – bu mövzudakı qeyd etdikləri 

diqqətdən kənarda qalmamalıdır.  Çünki  Əxbarilərə  görə, şəri  hökmlərin dəlilləri  yalnız  Qurani-

Kərim və hədisi-şəriflərdən (sünnədən) ibarətdir. Hədisi-şərif həzrət Peyğəmbər (s) və məsum on 

iki İmamın (ə) söz, fel  və təqrirləri olaraq qəbul  edilmişdir. Bu  mövzuda  məşhur Əxbari alimi 

Məhəmməd  Əmin  əl-Astrabadinin  (öl.  1626)  fikri  qeyd  edilə  bilər.  Ona  görə,  Uca  Allah  

qiyamətə qədər ümmətin ehtiyac duyduğu hər şeyi bildirmiş, Quran və Peyğəmbərin (s) sünnəsi 

də yalnız itrət-məsum İmamların (ə) da daxil olduğu Əhli-beyt (ə)-tərəfindən bilinə və izah edilə 

bilər.  



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin