«Atəşgah» Sığorta Şirkəti asc


Maddə 10. II Fəslə aid xüsusi istisnalar



Yüklə 208,32 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix28.03.2017
ölçüsü208,32 Kb.
#12766
1   2   3

Maddə 10.

II Fəslə aid xüsusi istisnalar

10.1. Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıdakılara təminat

verilmir:

10.1.1.Sığortalının işcisinin Avtonəqliyyat vasitəsinin sərnişini olarkən Sığortalı ilə əmək

münasibətlərindən irəli gələn peşə vəzifələrinin icrası zamanı və bununla bağlı ölməsi və ya bədən xəsarəti

alması nəticəsində yaranan məsuliyyət;

10.1.2.Avtonəqliyyat vasitəsinin sərnişini kimi hərəkət edən Sığortalının hər hansı ailə üzvünə

münasibətdə yaranan məsuliyyət;

10.1.3.Sığortalının hər hansı müqavilə ilə öz üzərinə götürdüyü və belə müqavilənin mövcud olmaması

halında yarana bilməyən hər hansı məsuliyyət;

10.1.4.Avtonəqliyyat vasitəsinin altında olan hər hansı körpüyə, viaduka, nəqliyyat magistralına və ya

bunlara bənzər başqa tikiliyə Avtonəqliyyat vasitəsinin titrəməsi və ya onun daşıdığı yükün çəkisinin ağırlığı

nəticəsində dəyən ziyan.

10.1.5.Əldən cıxmış fayda və ya digər dolayı zərərlər üçün məsuliyyət;



_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

8

10.1.6.Cərimələr və ya mənəvi zərərlər ücün təzminat ödəmək öhdəliyi ;



10.1.7.Çirklənmə, buxarlanma, his, tüstü, işlənmiş qaz, turşular, qələvilər, toksik kimyəvi maddələr,

mayelər və ya qazlar, materialların tullantıları və ya qıcıqlandırıcı təsiri olan başqa zəhərli və çirkləndirici

maddələrin torpağa, atmosferə və hər hansı su kanallarına və ya hovuzlara ifraz edilməsi, axması və ya

tullanmasından irəli gələn məsuliyyət.



Maddə 11. Sığorta ödənişi

11.1. Sığortaçı Sığortalının aşağıdakı xərclərinin əvəzini ödəyir:

11.1.1.Sığortaçının ilkin razılığı əsasında Sığortalı ilə üçüncü şəxslər arasında məhkəmədən kənar

razılaşma əsasında müəyyən edilmiş təzminat öhdəliklərinin məbləği;

11.1.2.Üçüncü şəxslərə zərər vurulması ilə əlaqədar olaraq, məhkəmə qərarı ilə Sığortalının üzərinə

qoyulan təzminat ödənişlərinin məbləği;

11.1.3.Sığortaçının ilkin razılığı əsasında üçüncü şəxslərin irəli sürdüyü tələblərdən müdafiə olunmaq və

bu tələblərin tənzimlənməsi məqsədi ilə Sığortalının cəkdiyi bütün xərclər;

11.1.4.Sığortaçının təminat verdiyi və onun göstərişlərinə əməl edilməsi ücün zərərlərin azaldılması

məqsədilə çəkilən zəruri, əsaslandırılmış, ağlabatan və sənədləşdirilmiş xərclər.

11.2. Yuxarıda sadalanan bütün xərclərə münasibətdə sığortaçıların məsuliyyətinin ümumi həcmi heç bir

halda Sığorta müqaviləsində təsbit edilmiş müvafiq məsuliyyət həddini aşa bilməz.



III Fəsil

Sərnişinlərin və səlahiyyətləndirilmiş sürücülərin fərdi qəza sığortası

Maddə 12. Sığorta predmeti və sığorta riski

_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

9

12.1. Bu Fəsil üzrə sığorta predmeti Sığorta olunanların həyat və sağlamlığıdır.



12.2. Bu Fəsil üzrə sığorta riskinə Avtonəqliyyat vasitəsinin bütün Fəsillərə aid olan ümumi istisnalarda,

habelə I və III Fəsillərə aid olan xüsusi istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza

törətməsi nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan dəyməsi daxildir

12.3. Bu Fəsil əsasında bağlanan Sığorta müqaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit

edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər sığortanın qüvvədə olduğu müddət ərzində

Avtonəqliyyat vasitəsinin bütün Fəsillərə aid olan Ümumi istisnalar və I və III Fəsillərə aid olan xüsusi

istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza törətməsi nəticəsində Sığorta olunanın həyat

və sağlamlığına ziyan dəyərsə və belə ziyan I və III Fəsillərə aid olan xüsusi istisnaların qüvvəsi altına

düşməzsə, Sığortaçı Sığorta olunana və ya onun qanuni vərəsələrinə bu Qaydaların 14-cü maddəsinə müvafiq

olaraq zərərin əvəzini ödəyəcəkdir.



Maddə 13. III Fəslə aid Xüsusi istisnalar

Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıda sadalananların

nəticəsi olaraq Sığorta olunanların ümumi əmək qabiliyyətini itirməsi və ya ölümü hallarına təminat verilmir:

13.1.Sui-qəsd və ya sui-qəsdə cəhd və ya bilə-bilə özünə bədən xəsarəti yetirmə;

13.2.Avtonəqliyyat vasitəsini idarə edən Səlahiyyətləndirilmiş sürücünün ruhi pozğunluq vəziyyətində

olması;


13.3.İnsan həyatını xilas etmək məqsədilə edildiyi hallar istisna olmaqla, bilərəkdən özünü təhlükə altına

atma.


Maddə 14. Sığorta ödənişi

14.1.Sığorta ödənişinin həcmi qəza nəticəsində alınan zədələrin ağırlığından asılı olaraq sığorta

məbləğinin aşağıdakı faizlərini təşkil edir:

14.1.1.Ölüm halında – 100 %;

14.1.2.Fərdi qəzanın nəticəsi olaraq aşağıdakı bədən xəsarətləri nəticəsində ümumi əmək

qabiliyyətinin daimi itirilməsi:

Hər hansı bir ətrafın (ayaq, pəncə, əl və ya bilək) itirilməsi

100 %


Hər iki gözdə görmə qabiliyyətinin tam itirilməsi

100 %


Carpayı və ya əlil arabasına bağlılıqla nəticələnən iflic

100 %


Tam ruhi pozğunluq

100 %


Yüxarıda göstərilənlərdən başqa əmək qabiliyyətinin tam və daimi itirilməsi

100 %


Nitqin tam və bərpa olunmaz şəkildə itirilməsi

75 %


Hər iki qulaqda eşitmə qabiliyyətinin tam və bərpaolunmaz şəkildə itirilməsi

75 %


Bir gözün görmə qabiliyyətinin tam və bərpa olunmaz şəkildə itirilməsi

50 %


Bir qulaqda eşitmə qabiliyyətinin tam və bərpa olunmaz şəkildə itirilməsi

50 %


Budun və ya çiynin tam hərəkətsizliyi

40 %


Dizin, dirsəyin və ya biləyin tam hərəkətsizliyi

25 %


Əlin baş barmağının itirilməsi

10%


Əlin şəhadət barmağının itirilməsi

5%

Əlin hər hansı digər barmağının itirilməsi



2%

Ayağın baş barmağının itirilməsi

10%

Ayağın hər hansı digər barmağının itirilməsi



3%

14.2.Əgər fərdi qəzanın nəticələri Sığorta olunanın həmin hadisənin baş verməsindən əvvəl mövcud

olmuş hər hansı vəziyyəti və ya fiziki catışmazlıqları səbəbindən ağırlaşarsa, həmin nəticələrə münasibətdə bu

sığorta ilə həyata keçiriləcək ödəniş məbləği, belə ağırlaşmanın olmadığı hal üçün ödənilməli olan ağlabatan

məbləğə bərabər olur.

14.3.Yuxarıda göstərilməyən bədən xəsarətləri nəticəsində əmək qabiliyyətinin hər hansı daimi

itirilməsinə görə ödəniş sığorta olunanın məşğuliyyət növü nəzərə alınmadan yuxarıda göstərilmiş bədən

xəsarətləri ilə müqayisədə onların ağırlıq dərəcələrinə müvafiq olaraq veriləcəkdir.



_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

10

14.4.Bu sığortanın əhatə etdiyi bir və ya bir neçə fərdi qəzaya münasibətdə Sığorta müqaviləsi üzrə bir



Sığorta olunan ücün ödənilən məbləğ bir şəxs ücün müəyyən edilmiş ümumi sığorta məbləğini aşa bilməz.

Maddə 15. Fərdi qəzanın nəticələrinin təzahür müddəti

15.1.Fərdi qəza anından 12 (on iki) ay müddətində baş verən və həmin fərdi qəzanın səbəb olduğu bədən

xəsarətinin nəticəsi olan ölüm, fərdi qəza nəticəsində baş verən ölüm sayılır.

15.2.Əmək qabiliyyətinin daimi itirilməsinə görə ödənişlər, belə əmək qabiliyyətinin itirilməsinin fərdi

qəza hadisəsinin nəticəsində baş vermiş olması, belə fərdi qəzanın baş vermə tarixindən 12 (on iki) ay ərzində

təzahür etməsi və 12 (on iki) ay ərzində davam etməsi halında həyata kecirilir.

15.3.Əmək qabiliyyətinin daimi itirilməsi dedikdə, Sığorta olunanın hər hansı peşəkar və ya işguzar

fəaliyyətlə məşğul olmasına tam mane olan və 12 (on iki) ay davam edən və bu müddətin bitməsindən sonra

bərpa olunması mümkün olmayan əmək qabiliyyətinin itirilməsi başa düşülür.

IV Fəsil

Sərnişinlərin və Səlahiyyətləndirilmiş sürücülərin tibbi xərcləri

Maddə 16. Sığorta predmeti və sığorta riski


_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

11

16.1. Bu Qaydaların «Sərnişinlərin və Səlahiyyətləndirilmiş sürücülərin fərdi qəza sığortası» Fəsli üzrə



sığorta predmeti Sığorta olunanların həyat və sağlamlığıdır.

16.2. Bu Fəsil üzrə sığorta riskinə Avtonəqliyyat vasitəsinin bütün Fəsillərə aid olan ümumi istisnalar və I

və III Fəsillərə aid olan xüsusi istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza törətməsi

nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan dəyməsi ilə bağlı tibbi xərclərə məruz qalması daxildir

16.3.Bu Qaydaların «Sərnişinlərin və Səlahiyyətləndirilmiş sürücülərin fərdi qəza sığortası» Fəsli üzrə

sığorta təminatının Sığortalı tərəfindən əldə edilməsi şərtilə Sığortaçı Sığortalı ilə razılaşır ki, əgər sığortanın

qüvvədə olduğu müddət ərzində Avtonəqliyyat vasitəsinin bütün Fəsillərə aid olan ümumi istisnalarda və I və

III Fəsillərə aid olan xüsusi istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza törətməsi

nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan vurularsa, Sığortaçı Sığorta olunana və ya onun

qanuni vərəsələrinə belə qəzanın nəticəsində onların məruz qaldığı tibbi xərclərin əvəzini, həmin tibbi xərcləri

təsdiq edən müvafiq sənədlərin Sığortaçıya təqdim edilməsi şərtilə ödəyəcəkdir.

Maddə 17. Sığorta ödənişi

Belə tibbi xərclər ücün bir nəfərə ödənilməli olan məbləğ, bunlardan hansının daha az olmasından asılı

olaraq ya bu Qaydaların III Fəslinə müvafiq olaraq Sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta məbləğinin 5

faizi həddində, yaxud da 1.500 manat təşkil edəcək. Sığorta müqaviləsinin III və IV Fəsilləri ilə ödənilməli

olan bir nəfərlik ümumi məbləğ Sığorta müqaviləsinin III Fəsli üzrə Sığorta müqaviləsində təsbit edilmiş bir

nəfərlik ümumi sığorta məbləği ilə məhdudlaşır.

Lakin bu tibbi xərclər ücün Sığortalı başqa sığorta üzrə ödəniş almaq hüququna malikdirsə, Sığortaçı

yuxarıda göstərilən hədlərə müvafiq olaraq yalnız belə ödəniş məbləğilə ümumi tibbi xərclər arasındakı fərqə

görə məsuliyyət daşıyır.


_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

12

V Fəsil

Bütün Fəsillərə aid olan ümumi qaydalar

Maddə 18. Sığorta sinifləri

Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu aşağıdakı sinifləri əhatə edir:

18.1. Avtonəqliyyat vasitələrinin sığortası;

18.2. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;

18.3. Avtonəqliyyat vasitələrinin Sərnişinlərinin və Səlahiyyətləndirilmiş sürücülərin fərdi qəza sığortası

18.4. Avtonəqliyyat vasitələrinin Sərnişinlərinin və Səlahiyyətləndirilmiş sürücülərin tibbi xərclərinin

sığortası.

Maddə 19. Sığortalının fəaliyyəti, üçüncü şəxslər

19.1. Bu Qaydaların Sığortalıya aid olan bütün müddəaları Sığorta müqaviləsində göstərilmiş

Səlahiyyətləndirilmiş sürücüyə, Sığorta olunanlara və Faydalanan şəxsə da eyni dərəcədə aid edilir.

19.2. Bu sığortanın məqsədləri ücün Sığortalının fəaliyyətinə qanunvericiliyə, Sığorta müqaviləsinə,

vəzifə təlimatlarına, etibarnaməyə və ya mövcud adətlərə müvafiq olaraq Sığortalının adından cıxış etmək ücün

səlahiyyətləndirilmiş onun işçilərinin, vəzifəli şəxslərinin və digər nümayəndələrinin hərəkətləri də aid edilir.

19.3. Aşağıdakılardan başqa (bu Qaydaların 19.4-cü bəndində nəzərdə tutulan hal istisna olmaqla) bu

Qaydaların məqsədləri üçün sığorta və daşıma müqaviləsi üzrə tərəf hesab olunmayan, yol-nəqliyyat hadisəsi

nəticəsində bütün zərər çəkən hüquqi və fiziki şəxslər, habelə onların qanuni vərəsələri (hüquqi varisləri)

üçüncü şəxslər sayılırlar:

 Avtonəqliyyat vasitəsinin sahibi və ya sürücüsü;

 Öz ailə üzvlərinin (həyat yoldaşı, valideynləri, övladları, nəvələri) səhhətinə və ya əmlakına zərər

vuran Avtonəqliyyat vasitəsinin sahibinin, yaxud sürücüsünün həmin ailə üzvləri;

 Avtonəqliyyat vasitəsinin sahibinin xidməti vəzifəsini yerinə yetirən işçisi.

19.4. Yol hərəkəti zamanı iki və daha artıq avtonəqliyyat vasitəsinin toqquşması nəticəsində zərər

çəkənlərdən hər biri digəri qarşısında üçüncü şəxs sayılır.



Maddə 20. Sığorta təminatı

Bu Qaydaların yalnız Sığorta müqaviləsində göstərilmiş Fəsilləri üzrə verilmiş sığorta təminatı etibarlı

hesab olunur.

Maddə 21. Bütün Fəsillərə aid olan Sığorta risklərindən istinalar və ya sığorta təminatında

məhdudiyyətlər

Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, aşağıdakı halların nəticəsində ortaya çıxan

istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir:

21.1. Sığortalının qəsdli hərəkətləri;

21.2. İonlaşma, radiasiya, yaxud nüvə yanacağının və ya nüvə tullantılarının istifadəsindən, həmçinin bu

istisnanın məqsədləri ücün özünü dəstəkləyən hər hansı atom nüvəsinin parçalanması prosesini daxil edərək,

nüvə yanacağının alovlanmasından ortaya çıxan radioaktivlik nəticəsində ətraf mühitin çirkləndirilməsindən

bilavastiə, yaxud dolayı yolla yaranan hər hansı məsuliyyət, zərər və ya ziyan;

21.3. Bu Qaydalara əsasən aşağıda göstərilən hər hansı bir hadisə nəticəsində hər hansı vəsatətin (tələbin)

ortaya çıxması hallarında, Sığortalı bədbəxt hadisənin, itkinin, zərərin və ya məsuliyyətin (qanunvericiliyin

tələblərinin bunu tələb etdiyi dərəcədə yerinə yetirilməsi halları istisna olmaqla) aşağıda göstərilən hər hansı

hadisələrdən və ya onların nəticələrindən asılılığının, əlaqəsinin və onların nəticəsi olmamasını sübut etməlidir.

Zəruri sübutların olmaması halında, Sığortaçı belə vəsatətə görə heç bir məsuliyyət daşımır:

Yuxarıda göstərilən hadisələrə daxildir: müharibə, düşmən ölkələrinin əməlləri, düşmən aktları, hərbi

əməliyyatlar (müharibənin elan olunub-olunmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, qiyamlar,

buntlar, tətillər, ictimai intizamsızlıqlar, əmək iğtişaşları, üsyanlar, inqilablar, hərbi və ya qəsbkar hakimiyyətin

əməlləri, həbs qoyulma və ya müsadirə, yaxud bunları etməyə cəhd və ya yuxarıda sadalanan hadisələrdən hər

hansı birinin bilavasitə və ya dolayı nəticələri, qanunsuz və ya qərəzli hərəkətlər vasitəsi ilə və ya hər hansı



_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

13

qanunsuz təşkilatın adından və ya onunla birlikdə hərəkət edən şəxslər tərəfindən törədilən aktların nəticəsində



baş verən hadisələr.

Bu istisnanın məqsədləri ücün:

«qanunsuz təşkilat» - terrorçuluq fəaliyyəti ilə məşğul olan və sığortanın əhatə etdiyi ərazidə qanunla

qadağan olunan təşkilatı özündə birləşdirən hər hansı təşkilatı bildirir;

«terrorçuluq» - cəmiyyəti və ya cəmiyyətin hər hansı qrupunu qorxutmaq məqsədi ilə zor tətbiqi də daxil

olmaqla siyasi məqsədlərlə zor tətbiqi deməkdir.

21.4. Avtonəqliyyat vasitəsinin məcburi qanunsuz zəbt etmə halları istisna olmaqla, Avtonəqliyyat

vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində olan sürücü tərəfindən idarə edilməsi;

21.5. Avtonəqliyyat vasitəsinin təlim məqsədilə, yaxud yarışlarda, sürət müsabiqələrində, sürət

sınaqlarında, avtomobil rallilərində, icarə ücün, davamlılıq sınaqlarında, həmçinin avtonəqliyyat vasitələrinin

satışı ilə bağlı hər hansı məqsədlə istifadə edilməsi;

21.6. Avtonəqliyyat vasitəsinin bu Qaydalara əsasən Səlahiyyətləndirilmiş sürücü olmayan şəxs

tərəfindən idarə edilməsi;

21.7. Sunami, zəlzələ və ya vulkan püskürməsi ;

21.8. Həddən artıq yükləmə və ya dartma da daxil olmaqla Avtonəqliyyat vasitəsinin onun texniki

təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə edilməsi;

21.9. Qanunvericiliyə əsasən avtonəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə əsas verən

nasazlıqları olan Avtonəqliyyat vasitəsinin istismar olunması;

21.10. Sığortalıya məxsus olan və ya ona etibar edilmiş, digər şəxslərə məxsus olan və Sığortalının

məsuliyyət daşıdığı iş və ya hər hansı digər təyinatlı paltarlara və Sığortalıya və ya digər şəxslərə məxsus olan

digər əmlaka onların Avtonəqliyyat vasitəsinin daxilində və ya üzərində daşınması zamanı ziyan dəyməsi və ya

həmin paltarların və ya əmlakın məhv olması və ya oğurlanması;

21.11.Avtonəqliyyat vasitəsinin hər hansı digər Avtonəqliyyat vasitəsini yedəkləməsi zamanı baş verən

hər hansı zərər, xəsarət və ya yaranan məsuliyyət;

21.12. Avtonəqliyyat vasitəsinin hər hansı digər nəqliyyat vasitəsinə yüklənməsi və ya həmin nəqliyyat

vasitəsindən boşaldılması və ya Avtonəqliyyat vasitəsinin hər hansı digər nəqliyyat vasitəsilə daşınması zamanı

yaranan zərər və ya məsuliyyət;

21.13. Avtonəqliyyat vasitəsinin yüklənməsi və ya boşaldılması zamanı yaranan zərər və ya məsuliyyət;

21.14. Avtonəqliyyat vasitəsinin Sığortanın əhatə etdiyi ərazidən kənar istismar olunması halında.

Sığortanın əhatə etdiyi ərazi Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi və onun yazılı formada

razılığının alınması şərtilə genişləndirilə bilər.

21.15. Sərnişinlərin ödənişli daşınması;

21.16. Avtonəqliyyat vasitəsinin hər hansı qeyri-qanuni ticarət, daşıma və ya cinayət məqsədilə istifadə

edilməsi;

21.17. Xidmət və ya iş vaxtı baş verməsindən asılı olmayaraq, Avtonəqliyyat vasitəsinin Sığortalının ailə

üzvləri, işçiləri və ya ona xidmət edən şəxslər tərəfindən qaçırılması, oğurlanması və ya bunlara cəhd edilməsi;

21.18. Avtonəqliyyat vasitəsinin təyyarələrin enib qalxdığı təyyarə limanı, aerodrom və ya hərbi bazanın

ərazisində istifadə edilməsi;

21.19. Aşağıdakı məqsədlər üçün hər hansı Avtonəqliyyat vasitəsinə sahiblik, texniki xidmət, onun

istismarı və saxlanması ilə əlaqədar baş verən istənilən zərər, xəsarət və yaranan məsuliyyət:

a) nitroqliserin, dinamit və bunlara bənzər başqa partlayıcı maddələrin daşınması;

b) mayeləşdirilmiş neftin və ya neft məhsullarının tarasız daşınması;

c) maye, sıxılmış və ya qazabənzər formada kimyəvi maddələrin və ya qazların daşınması;

d) ictimai yollardan kənarda podratçının avadanlığı kimi istifadəsi.



Maddə 22. Sığortanın əhatə etdiyi ərazi

Tərəflərin başqa cür razılaşdığı və belə razılaşmanın Sığorta müqaviləsində (sığorta şəhadətnaməsində)

təsbit olunduğu hallar istisna olmaqla, bu sığorta Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Maddə 23. Sığorta müqaviləsinin bağlanması qaydası

23.1. Bu Qaydalara əsasən Sığortaçı Sığorta müqaviləsini Sığortalı ilə bağlayır.



_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

14

23.2. Sığorta müqaviləsini bağlamaqdan ötrü Sığortalı özünə məlum olan, Sığortaçının sığorta riskinin



dərəcəsini müəyyənləşdirməsinə təsir edə biləcək halları özündə əks etdirən, müəyyən olunmuş formada yazılı

ərizəni dolduraraq Sığortaçıya təqdim etməlidir. Bu ərizə Sığorta müqaviləsinin tərkib hissəsi hesab edilir.

23.3. Sığortalının ərizəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

23.3.1. Sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı), ünvanı və telefon nömrəsi;

23.3.2. sığorta predmeti və yerləşdiyi ünvan, həmçinin sığorta olunan(lar)ın adı (fiziki şəxs olduqda,

həmçinin soyadı, atasının adı, doğum tarixi) və ünvanı;

23.3.3. Riskin dərəcəsini və sığorta haqqını müəyyənləşdirmək üçün lazım olan digər məlumatlar.

23.4. Sığorta müqaviləsi yazılı formada aşağıdakı kimi bağlanır:

23.4.1. Tərəflərin bu Qaydalar əsasında sığorta müqaviləsini tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;

23.4.2. Bu Qaydalar ilə Sığortalının razı olmasını təsdiq etməsi şərti ilə Sığortaçı tərəfindən ona sığorta

şəhadətnaməsinin verilməsi yolu ilə;

23.5. Sığorta şəhadətnaməsi tərtib olunduğu halda, sığorta şəhadətnaməsində sığorta predmetinin

sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.

23.6. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan və Sığortaçının sığorta müqaviləsindən

imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar

barədə Sığortaçıya məlumat verməlidir.

23.7. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan Sığortalı bu barədə

sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta

məbləği göstərilməlidir. Tələb edildikdə bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.

23.8 Sığorta obyekti bir neçə sığortaçıda sığortalandığı halda, sığortaçılar Sığortalı qarşısında birgə

məsuliyyət daşıyırlar.

Maddə 24. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası

24.1.Sığorta müqaviləsinə edilən əlavələr və dəyişikliklər yazılı formada tərtib olunmalı və hər iki

tərəfdən imzalanmalıdır.

24.2. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

24.2.1. Sığorta predmeti artıq mövcud olmadıqda;

23.2.2.Aşağıdakı hallar istisna olmaqla, Sığortalı fiziki şəxs öldükdə və ya Sığortalı hüquqi şəxs ləğv

olunduqda:

24.2.2.1.Sığorta müqaviləsini bağlamış Sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış

Avtonəqliyyat vasitəsini qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək

Sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda Sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə

üzrə hüquq və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış

Avtonəqliyyat vasitəsini qəbul edən şəxsə keçir;

24.2.2.2. Qanunvericilikdə və ya Sığorta müqaviləsində başqa şərtlər müəyyən edilməmişdirsə,

Sığortalının hüquq və vəzifələri sığorta predmeti olan miras Avtonəqliyyat vasitəsinin yeni mülkiyyətçisinə,

sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də Sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;

24.2.2.3. Sığortalı olan hüquqi şəxs Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil

edildikdə, onun həmin Sığorta müqaviləsi üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq

varisinə keçir;

24.2.3. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi

sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;

24.2.4. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;

24.2.5. Sığorta marağı artıq mövcud olmadıqda;

24.2.6.Sığortalı sığorta haqqını qanunvericilikdə və Sığorta müqaviləsində müəyyən edilən qaydada

ödəmədikdə;

24.3. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə Sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti

olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa,

mülki məsuliyyət sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam

verilmiş hesab edilir, digər hallarda isə belə Sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi

həyata keçirir.


Yüklə 208,32 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin