«Atəşgah» Sığorta Şirkəti asc


Maddə 25. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar etmə



Yüklə 208,32 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix28.03.2017
ölçüsü208,32 Kb.
#12766
1   2   3

Maddə 25. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar etmə

_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

15

25.1. Bu Qaydaların 24.2-ci bəndində göstərilən hallarda Sığorta müqaviləsinə vaxtından əvvəl xitam



verilməsi üçün əsas olan şərait yarandıqda, Sığorta müqaviləsinə xitam verilməsində maraqlı olan tərəf dərhal

digər tərəfi bu barədə xəbərdar etməlidir.

25.2.

Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına



əsasən, Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu

barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (Sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60

gün, üç aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş

göndərməlidir.

25.3. Belə bildiriş Sığorta müqaviləsinin ləğvi tarixini özündə əks etdirməklə Sığortalının və ya

Sığortaçının Sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, Sığorta müqaviləsi bildirişdə göstərilən

tarixdən ləğv edilmiş sayılır. Bu bildirişin poçt vasitəsilə göndərilməsi, yuxarıda göstərildiyi kimi, həmin

xəbərdarlığın edilməsi faktının sübut edilməsi ücün kifayətdir və Sığorta müqaviləsi bildirişdə göstərilən

tarixdən və vaxtdan etibarsız sayılacaq.

Maddə 26. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri

26.1. Sığorta müqaviləsinə Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta

qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı Sığorta müqaviləsinin qurtarmamış

müddəti üçün sığorta haqqını aşağıdakı cədvəl əsasında Sığortalıya qaytarır:



Sığorta müqaviləsinin qurtarmamış müddəti

(ümumi sığorta müddətindən faizlə)



Sığorta haqqının Sığortalıya qaytarılan

hissəsi

(ümumi sığorta haqqından faizlə)

92% və daha çox olduqda

68.10%


83%-dən – 92%-dək

58.48%


75%-dən - 83%-dək

50.48%


67%-dən - 75%-dək

43.38%


58%-dən - 67%-dək

36.88%


50%-dən - 58%-dək

30.83%


42%-dən - 50%-dək

25.12%


33%-dən - 42%-dək

19.69%


25%-dən - 33%-dək

14.50%


17%-dən - 25%-dək

9.50%


8%-dən - 17%-dək

4.67%


8 % və daha az olduqda

0%

Qeyd:



Müqaviləyə vaxtından əvvəl xitam verildikdə sığorta haqqının Sığortaçı tərəfindən tutulan

hissəsi hər bir halda 50 manatdan az olmamalıdır.

26.2. Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqqını

bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının Sığorta müqaviləsi üzrə vəzifələrini yerinə

yetirməməsi ilə bağlıdırsa, Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqının Sığortalıya

qaytarılması bu Qaydaların 26.1-ci bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

26.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı

tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına

bərabər və ya ondan çox miqdarda sığorta ödənişi

verilmişdirsə, sığorta haqqı Sığortalıya qaytarılmır.

26.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı

tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta

haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması

müvafiq olaraq bu Qaydaların 26.1-ci və 26.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.



_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

16

26.5.


Sığorta müqaviləsi bu Qaydaların 24.3-cü bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında

xitam verilmiş hesab edildikdə, Sığortaçı müqavilənin

qurtarmamış müddəti üçün sığorta haqqını, bu

Qaydaların 26.1., 26.3 və 26.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, Sığortalıya qaytarır.

26.6. Sığorta müqaviləsi üzrə sığorta haqqının yenidən hesablanmalı olması halında Sığortaçı bunlardan

hansının daha yüksək olmasından asılı olaraq, artıq qazanılmış sığorta haqqını və ya hər hansı minimal və (və

ya) depozit sığorta haqqının qısamüddətli hissəsini saxlamaq hüququna malikdir.

Maddə 27. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması

Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı qanunvericiliyə zidd olmayan başqa şərtlər barədə

razılığa gələ bilərlər

Maddə 28. Sığorta müqaviləsinin qüvvəyə minməsi

Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, Sığorta müqaviləsi sığorta haqqının ilk

hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.

Maddə 29. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri

29.1.Sığortalı Sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Sığortaçının müqavilədən imtina

etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, sığorta riskinin artması

ilə bağlı bütün hallar, xüsusən də aşağıdakı hallar barədə Sığortaçıya təxirə salınmadan məlumat verməlidir:

29.1.1.İcarə və ya hər hansı digər mülki-hüquq müqaviləsi əsasında Avtonəqliyyat vasitəsinin və (və ya)

onun əlavə avadanlığının üçüncü şəxslərə verilməsi, həmçinin girov müqaviləsinə əsasən Avtonəqliyyat

vasitəsinin yüklü edilməsi;

29.1.2.Avtonəqliyyat vasitəsinə mülkiyyət hüququnun ücüncü şəxslərə keçməsi;

29.1.3.Avtonəqliyyat vasitəsinin sığorta hadisəsi hesab olunmayan hadisə nəticəsində ciddi zədələnməsi

və ya məhv olması;

29.1.4.Avtonəqliyyat vasitəsinin ərizə formasında göstərilmiş məqsədlərdən fərqli məqsədlər ücün

istifadə edilməsi;

29.1.5.Avtonəqliyyat vasitəsinin Dövlət Yol Polisi orqanlarında qeydiyyatdan çıxarılması və ya

Avtonəqliyyat vasitəsinin Dövlət Yol Polisi orqanlarında təkrar qeydiyyata salınması;

29.1.6.Avtonəqliyyat vasitəsinin qeydiyyat sənədlərinin itirilməsi, oğurlanması və ya dəyişdirilməsi;

29.1.7.Avtonəqliyyat vasitəsinin gövdəsinin və ya mühərrikinin dəyişdirilməsi;

29.1.8.Avtonəqliyyat vasitəsinin açarlarının itirilməsi;

29.1.9.Sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq, Səlahiyyətləndirilmiş sürücülərin siyahısında

dəyişikliklərin edilməsi;

29.1.10. Avtonəqliyyat vasitəsinə aid olan və Ərizə formasında Sığortalı tərəfindən göstərilən məlumat və

halların dəyişməsi;

29.2. Sığorta riskinin əhəmiyyətli dərəcədə artmasına təsir göstərə bilən hallar haqqında məlumatı

aldıqdan sonra Sığortaçı :

29.2.1. Sığorta müqaviləsinə müvafiq dəyişikliklər edə bilər;

29.2.2. Əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər;

29.2.3. Bu şərait yarandıqdan sonra Sığorta müqaviləsinə xitam verə bilər.



Maddə 30. Sığorta haqqının hesablanması və ödənilməsi

30.1.Sığorta haqqının məbləği və ya onun hesablanması və ödənilməsi qaydası Sığorta müqaviləsi ilə

müəyyən edilir.

30.2.Sığorta haqqını nağdsız formada ödəyərkən Sığortalı ödəniş tapşırığında sığorta haqqının

ödənilməsinin əsasını təşkil edən Sığorta müqaviləsinin, yaxud sığorta şəhadətnaməsinin nömrəsinə istinad

etməlidir.

30.3.Sığorta haqqının ödənilməsi qaydası və forması Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata

keçirilir.

30.4. Sığorta haqqı onun Sığortaçının bank hesabına daxil olduğu və ya Sığortaçı tərəfindən nağd ödəniş

formasında alındığı gün ödənilmiş hesab olunur.



_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

17

Maddə 31. Sığorta haqqının vaxtında ödənilməməsi

31.1.Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə Sığortaçı onun ödənilməsi üçün bu

Qaydaların 31.2-ci bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 (on beş) günədək müddət müəyyən edə bilər.

31.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi Sığorta müqaviləsi bağlandığı

gündən 1 (bir) aydan gec olmayaraq ödənilməlidir.

Maddə 32. Valyuta haqqında qeyd-şərt

32.1. Sığorta məbləğinin, azadolma məbləğinin və tələblərin Sığorta müqaviləsində xarici valyuta ilə

ifadə olunduğu hallarda, bütün ödənişlər ya Azərbaycan Respublikası Milli Bankının ödənişin həyata kecirildiyi

tarixə olan rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə, ya da Azərbaycan Respublikasının valyuta

qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata keçirilə bilər.

32.2. Əgər sığorta ödənişinin verilməsi ücün əsas olan sənədlər Azərbaycan manatı və ya Sığorta

müqaviləsinin valyutasından fərqli valyutada ifadə olunmuşdursa, Sığorta müqaviləsinin ifadə olunduğu

valyutaya çevirmə Azərbaycan Respublikası Milli Bankının həmin sənədin buraxıldığı tarixə uyğun rəsmi

məzənnəsi əsasında həyata kecirilir.

Maddə 33. Sığortaçı tərəfindən nəzarət

33.1. Əgər sığortanın qüvvədə olduğu müddət ərzində Avtonəqliyyat vasitəsi məhv olarsa və ya ona

maddi ziyan dəyərsə, Sığortalı Sığortaçıya həmin Avtonəqliyyat vasitəsi təmir edilməmişdən və maddi ziyanın

fiziki sübutları itməmişdən əvvəl Avtonəqliyyat vasitəsini yoxlamaq üçün lazımı qədər vaxt və imkan

verməlidir.

33.2. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətləri üzərində

nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul

etmək imkanına malik olmalıdır. Sığortalı Sığortaçının tələbi ilə ona imkan dairəsində kömək etməlidir. Sığorta

hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına Sığortalının maraqlarını təmsil

və müdafiə etməyə haqlıdır. Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına

yönəlmiş hər hansı bir hərəkət edə, saziş bağlaya və ya vəd verə bilməz.

Maddə 34. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri

34.1. Bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi barədə

Sığortalı və ya Sığorta olunan şəxs, yaxud Faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya

mümkün olan ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə

uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə

xəbər verməlidir.

34.2.Sığortalı sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin

müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları Sığortaçıya təqdim etməlidir.

34.3.Sığortalı Sığortaçıya sığorta hadisəsi üzrə araşdırma aparmağa və ona zərərin baş verdiyi şəraiti,

onun xarakteri və həcmini müəyyənləşdirmək üçün əhəmiyyət daşıyan sənədlərlə maneəsiz tanış olmaq

imkanını verməlidir;

34.4. Sığorta təminatı verildikdən sonra Sığortalının itkiləri üçüncü şəxslər tərəfindən tam şəkildə, yaxud

qismən ödənilərsə, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ərzində qanuna görə

Sığortalını sığorta təminatını əldə etmək hüququndan tam şəkildə və ya qismən məhrum edən şərait yaranarsa,

üçüncü şəxslərdən vəsaitləri aldıqdan sonra, yaxud Sığortaçıdan qanun əsasında sığorta təminatının müvafiq

hissəsini Sığortaçıya qaytarmaq əsasında ödənişinin ödənilmə tələbi alındıqdan sonra 5 iş günü ərzində müvafiq

məbləği geri qaytarmalıdır.

34.5. Sığorta hadisəsinin baş verməsi və vurulan zərərin həcminin sübuta yetirilməsi öhdəliyini Sığortalı

daşıyır.

34.6. Avtonəqliyyat vasitəsinin oğurlanması və ya qaçırılması hallarında Sığortalı Sığortaçıya

Avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və Avtonəqliyyat vasitəsinin açarlarını (bütün

komplektləri) təhvil verməlidir. Sığortalı bunları Sığortaçıya təhvil vermədiyi təqdirdə səbəbləri göstərməklə

yazılı surətdə izahat verməlidir.


_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

18

Maddə 35. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

35.1.Sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün Sığortalı aşağıdakı sənədləri

Sığortaçıya təqdim etməlidir:

35.1.1.Sığorta hadisəsi haqqında yazılı ərizə;

35.1.2. Sığorta müqaviləsinin (Sığorta şəhadətnaməsinin) əsli;

35.1.3.Sığorta hadisəsinin baş verməsini təsdiq edən arayış;

35.1.4.Zərərin həcmini müəyyənləşdirən sənədlər;

35.1.5.Sığortaçının mülahizəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün

lazım olan digər sənədlər.

Maddə 36. Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri

36.1. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

36.2. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası bu Qaydalara əsasən

bağlanan Sığorta müqaviləsi ilə müəyyən edilir.

36.3. Sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulduğu halda, sığorta ödənişi azadolma məbləği

çıxılmaqla Sığortalıya ödənilir. Sığorta müqaviləsində azadolma məbləği kimi göstərilmiş məbləğ Sığortaçı

tərəfindən əsaslı kimi qəbul edilən hər bir sığorta vəsatətinin (tələbinin) və (və ya) bir hadisə üzrə irəli sürülən

bir necə vəsatətin yekun məbləğindən cıxılır və Sığortaçı belə vəsatətin və ya vəsatətlərin azadolma məbləğinin

cıxılmasından sonra qalan məbləği ücün məsuliyyət daşıyır. Azadolma məbləğinin tətbiqindən əvvəl Sığortaçı

tərəfindən əsaslı kimi qəbul edilən hər bir vəsatətə və ya eyni hadisə üzrə bir necə vəsatətə münasibətdə

ödəniləcək sığorta ödənişinin məbləği Sığorta müqaviləsinin müvafiq Fəslində göstərilmiş müvafiq sığorta

məbləğini və məsuliyyət hədlərini aşmamalıdır.

36.4. Sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində Sığortalıya dəyən real zərərin

miqdarından çox ola bilməz.

36.5. Sığorta müqaviləsində sığorta məbləği sığorta dəyərindən aşağı səviyyədə müəyyənləşdirilərsə,

Sığortaçı sığorta hadisəsi baş verdiyi zaman axırıncı tərəfindən vurulan ziyanın bir hissəsini Sığortalıya sığorta

məbləğinin sığorta dəyərinə nisbətinə mütənasib olaraq ödəniş verməlidir.

36.6. Sığorta müqaviləsində real zərərin ödənildiyi an zərərin natural formada ödənilməsi qaydası

Sığortaçı tərəfindən nəzərdə tutula bilər.

36.7. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra, sığorta ödənişinin verilməsi

Sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə bilər:

36.7.1. Zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;

36.7.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün Sığortalıya (sığorta olunana və

ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya

ödənilməsi;

36.8.Sığorta ödənişinin verilməsi zamanı Sığortaçı sığorta ödənişi məbləğindən Sığortalının ona ödəməli

olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.

36.9. Sığortalının üçüncü tərəfdən təzminat alması halında, bu təzminatın məbləği azadolma məbləğinin

tətbiqindən əvvəl sığorta ödənişi məbləğindən çıxılmalıdır.

Maddə 37. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişinin verməkdən imtina olunması haqqında

qərarın qəbul edilməsi müddəti

37.1. Qanunvericilikdə və bu Qaydalarda nəzərdə tutulan sığorta ödənişindən imtina halları istisna

olmaqla, Sığortaçı bu Qaydaların 34-cü maddəsində sadalanan sənədləri aldıqdan sonra 15 iş günü ərzində

ödəniş aparılmasının forması, qaydası və sair əlaqədar məlumatları əks etdirən ödənişə əsas verən sənədi

(sığorta aktı, razılaşma, protokol və s.) tərtib edir və razılaşdırılması üçün bu sənədi Sığortalıya və (və ya

Sığorta olunana, yaxud üçüncü səxsə) təqdim edir, yaxud sığorta ödənişinin verilməsindən imtina olunduğu

halda imtinanın səbəblərini əsaslandırmaqla Sığortalıya yazılı məlumat verir.

37.2. Sığorta ödənişinin verilməsi sığorta aktı həm Sığortaçı, həm də Sığortalı tərəfindən imzalandıqdan

sonra 10 iş günü ərzində həyata keçirilir. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin

müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azaldılır.

37.3. Qanunvericilikdə və ya bu Qaydalarda nəzərdə tutulmuş əsaslar aşkar olunduqda və ya əmələ

gəldikdə, Sığortaçı verilmiş sığorta ödənişinin geri qaytarılması tələbini irəli sürmək hüququna malikdir.



_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

19

Maddə 38. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları

38.1. Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, aşağıdakı halların nəticəsində ortaya

çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir və sığorta ödənişinin verilməsindən imtina edilir:

38.1.1. bu Qaydaların 29.1 və 34.1-ci bəndlərinin tələblərinə əməl edilməməsi nəticəsində, o cümlədən

sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi

nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya)

dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq

onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda ;

38.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, Sığortalının, müvafiq

hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi,

habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;

38.1.3. Sığorta müqaviləsi və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin

baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;

38.1.4. Sığortalının sığortalanmış Avtonəqliyyat vasitəsinə dəyən zərərin qarşısını almaq və ya həcmini

azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən

görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, Sığortalı mümkün tədbirləri görmüş

olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;

38.1.5. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən

maneçilik törədilməsi;

38.1.6. Sığortalının zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərər vuran

zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;

38.1.7. baş vermiş hadisənin qanunvericiliyə və ya Sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab

edilməməsi;

38.1.8. sığorta hadisəsinin sığorta haqqının tam və ya onun ilk hissəsinin ödənilməsi müddəti başa

çatdıqdan sonra baş verməsi halında sığorta haqqı ödənilməmiş olduqda;

38.1.9. sığorta hadisəsinin sığorta haqqının növbəti hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə

tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra baş verməsi halında sığorta haqqının müvafiq hissəsi

ödənilməmiş olduqda;

38.1.10. sığorta hadisəsinin bu Qaydaların 31.1-ci bəndində nəzərdə tutulmuş halda Sığortaçının müəyyən

etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqının müvafiq hissəsi

ödənilməmiş olduqda.

38.1.11. bu Qaydalarda nəzərdə tutulan mühüm şərtlərin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında

əlaqənin olub-olmamasından asılı olmayaraq Sığortalının Sığorta müqaviləsində nəzərdə tutulan belə şərtlərə

əməl etməməsi;

38.1.12. yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına

gətirib cıxaran, Sığortalı tərəfindən Sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə

edilən öhdəlik və şərtlərin yerinə yetirilməməsi. Bu halda Sığortacının verməməyə haqlı olduğu sığorta

ödənişinin məbləği, belə yerinə yetirilməmənin sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin

artmasına təsir dərəcəsinə müvafiq olmalıdır;

38.1.13. Sığortaçının nümayəndəsi hadisə yerinə gəlib çıxanadək, Səlahiyyətləndirilmiş sürücünün,

aşağıda göstərilən səbəblərdən hadisə yerini tərk etməsi halları istisna olmaqla, hadisə yerini tərk etməsi:

38.1.13.1. bədən xəsarəti alması ilə əlaqədar Səlahiyyətləndirilmiş sürücünün tibb müəssisəsinə

aparılması;

38.1.13.2. Səlahiyyətləndirilmiş sürücünün hadisə nəticəsində bədən xəsarəti almış sərnişinləri və ya

üçüncü şəxsləri tibb müəssisəsinə aparması;

38.1.13.3. yol-nəqliyyat hadisəsinin rəsmiləşdirilməsi ilə əlaqədar Səlahiyyətləndirilmiş sürücünün

səlahiyyətli dövlət orqanları tərəfindən aparılması.

Maddə 39. İtkilərin qarşısının alınması və azaldılması

Bu sığorta ilə əhatə olunmasından asılı olmayaraq, Sığortalı artıq baş vermiş istənilən zərər, xəsarət və

yaranmış məsuliyyətin azaldılması və gələcəkdə baş verə biləcək belə halların qarşısının alınması məqsədi ilə

bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur. Sığortalının belə tədbirləri görməməsinin birbaşa və ya

dolayı nəticəsi olaraq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətə münasibətdə sığorta təminatı

verilmir. Avtonəqliyyat vasitəsini xilas etmə, bərpa etmə və ya onun qorunub saxlanması məqsədilə görülən



_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

20

bütün belə tədbirlər bütün maraqlı tərəflərin mənafeyi üçün həyata keçirilmiş hesab edilir və tərəflərdən heç



birinin hüquqlarına təsir etmir. Belə tədbirlərin görülməsi zamanı Sığortalı Sığortaçıdan aldığı bütün təlimatlara

əməl etməlidir.



Maddə 40. Zərərin azaldılması məqsədilə çəkilən xərclər

40.1. Sığortaçı tərəfindən əvəzi ödənilməli olan zərərləri azaltmaq məqsədilə Sığortalının çəkdiyi xərclər,

həmin xərclərin digər zərərlərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq, Sığortaçı tərəfindən

ödənilir, bu şərtlə ki, belə xərclər zərurət və ya Sığortaçının göstərişlərini yerinə yetirmək məqsədilə ortaya

çıxmış olsun.

40.2. Sığortaçı zərərlərin qarşısını almaq və ya azaltmaq məqsədilə Sığortalının bilərəkdən ağlabatan və

mümkün (səmərəli) tədbirləri görməməsi nəticəsində ortaya çıxan zərərləri ödəmək öhdəliyindən azad edilir.

Maddə 41. Subroqasiya hüququ

41.1. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan

üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş Sığortaçının istifadə etmək

hüququdur.

41.2.Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq

sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

41.3.Sığortalı sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan

bütün lazımi sənədlərlə Sığortaçını təmin etməlidir.

41.4.Sığortalı zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi

sənədləri Sığortaçıya verməkdən imtina etdikdə Sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən

subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.

41.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə

bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış digər sığortaçıya, həmçinin qanunvericiliyə əsasən

dəyən zərərə görə Sığortalı qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

Sığortalının hər hansı məhkəmədənkənar razılışma və ya məhkəmə qərarı əsasında zərərə görə məsuliyyət

daşıyan şəxslərdən aldığı təzminat məbləğləri ilk növbədə Sığortaçının Sığorta müqaviləsi üzrə həyata keçirdiyi

sığorta ödənişlərinin əvəzinin ödənilməsinə xərclənəcək.

Maddə 42. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə

yetirilməməsinə görə tərəflərin məsuliyyəti

Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə

görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 43. Mübahisələrin həlli qaydası

Bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsindən irəli gələn mübahisələr Sığortaçı ilə Sığortalı

arasında arasında danışıqlar yolu ilə, tərəflər razılığa gələ bilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş

qaydada həll edilir.



Maddə 44. Marağın keçməsi

44.1. Avtonəqliyyat vasitəsinin satılması və yaxud ondan istifadə hüquqlarının digər şəxsə verilməsi

halında, Sığortacının razılığı olmasa, Sığorta müqaviləsi ilə verilən sığorta təminatı, alıcıya və ya Avtonəqliyyat

vasitəsinə hüquqları alan hər hansı digər şəxsə aid edilmir. Bu halda Sığortaçı ilə Sığortalı və ya Avtonəqliyyat

vasitəsi xeyrinə özgəninkiləşdirilən şəxs arasında yeni Sığorta müqaviləsi bağlanıla bilər.

44.2. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortalı vəfat etdikdə qanuni vərəsələrin və

ya icraçıların Sığortalının ölümündən kecmiş 30 (otuz) gün müddətində Sığortaçı ilə razılaşdırılması halında,

Sığorta müqaviləsi, həmin müqavilənin qüvvədən düşmə müddətinə qədər Sığortalının varisləri və ya miras

qoyulan əmlakın üzərində nəzarəti həyata keçirən icraçılar üçün öz etibarlılığını saxlamağa davam edəcək.

Maddə 45. Məlumatın təhrif edilməsi və aldatma

Sığortalı və ya onun hər hansı nümayəndəsi Sığorta müqaviləsi və ya Sığortaçı və (və ya) hər hansı digər

Sığortaçı ilə bağlanmış və artıq öz qüvvəsini itirimiş Sığorta müqaviləsi üçün mühüm əhəmiyyət kəsb edən


_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

21

şərait və ya məlumatı gizlədər, yaxud təhrif edərsə və ya bilə-bilə aldatma yolu ilə belə aldatmanın zərərin



həcmi və digər məsələlərə aid olmasından asılı olmayaraq, yalan vəsatət (tələb) irəli sürərsə, Sığorta müqaviləsi

və bütün tələblər etibarsız hesab ediləcək.



Yüklə 208,32 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin