Sevənləriniz heç zaman
sizi unutmayacaq
u
XXI əsrin informasi-
ya
texnologiyalarının
inkişaf istiqamətləri
içərisində müxtəlif növlü, tipli
və məzmunlu sənədləri mühafizə
edən elektron informasiya daşı-
yıcılarının hazırlanması, sistem-
ləşdirilməsi, mühafizəsi və şəbə-
kə rejimində uzaq məsafədən
istifadəsi vacib yer tutur. Bütün
bu istiqamətlər kompleks şəkildə
elektron kitabxanaların yara-
dılmasında və elektron kitabxa-
na-informasiya təminatının təş-
kilində öz əksini tapır. Elektron
kitabxanalar tarixən mövcud
olan şəbəkə kitabxana-informasi-
ya xidmətinin yeni metod, vasitə
və texnologiyalar baxımından
məntiqi davamıdır. Elektron ki-
tabxanalar superaçıq informasiya
sistemləridir.
Əsaslı
kitabxanamız
universitet rəhbərliyinin
diqqət və qayğısını daim
hiss edir. Kitabxana
müasir informasiya tex-
nologiyaları ilə təchiz
edilmiş, müasir tələblərə
cavab verən İRBİS-64
avtomatlaşdırılmış kitab-
xana-informasiya sistemi
(AKİS) ilə təmin edilmiş-
dir. İRBİS-64 AKİS-nin
kitabxanamızda tətbiqinə
2010-cu ilin aprel ayından
başlanılmışdır. Bu sistem
kitabxanamızın beynəlxalq informasi-
ya məkanına daxil olmasınının, dünya
standartlarına uyğun elektron kitabxa-
nanın və elektron kataloqunun yaradıl-
masınının, təhsil və elmi tədqiqatlar
üçün əsas amil olan və bütövlükdə
cəmiyyətin inkişafına birbaşa təsir
edən elektron mənbələrindən sərbəst
istifadə olunmasının təminatçısıdır.
Bu sistem imkan verir ki, biz öz
zəngin kitab fondumuzu, həmçinin
alimlərimizin elmi fəaliyyətlərinin
nəticəsi olan kitab və jurnalları,
məqalələri dünya istifadəçilərinə
təqdim edək və eyni zamanda dünya
kitabxanalarının zəngin kitab fon-
dundan müəllim və tələbələrimizin
istifadə etməsinə də şərait yaradaq.
Hazırda kitabxanamızda IRBİS-64
sisteminin “Komplek ləş dirmə”, “Ka-
taloqlaşdırma”, “Oxucu”, “Kitab ve-
rilişi” və “Administrator” modulları
üzrə fəal iş gedir. “Elektron Kataloq”
modulu kitabxana fondunun elektron
versiyasının, yəni elektron kataloqu-
nun yaradılmasını həyata keçirir. Bu
modul üzrə elmi kitabxanamızda çox
ciddi iş gedir. Artıq tibbi ədəbiyyatın
çox böyük bir hissəsi: 20 000 adda
azərbaycan, türk, rus, ingilis dillərində
olan kitablar elektron kataloquna da-
xil edilmışdır. Həmçinin 10. 100 qəzet
məqaləsi və 17. 000 jurnal məqaləsi də
elektron kataloqunda öz əksini tapmış-
dır. Qeyd edə bilərik ki, latın qrafikalı
və kiril qrafikalı Azərbaycan dilində
olan bütün ədəbiyyat, həmçinin
Heydər Əliyev fondu tərəfindən kitab-
xanamıza hədiyyə edilmiş çoxlu sayda
yeni tibbi ədəbiyyat, ulu öndərimiz
Heydər Əliyevə və Prezident İlham
Əliyevə həsr edilmiş kitablar artıq
elektron kataloqunda öz əksini tap-
mışdır. Bu kataloqda ən qədim kitab
XIX əsrin əvvəllərində çap olunmuş
kitabdır.
Elektron kataloq kitabxana fondu-
nun “güzgüsüdür” desək səhv etmərik.
Bu kataloq vasitəsilə istifadəçilərə
uzaq məsafədən operativ informasiya
xidməti göstərmək, həmçinin fondun
idarə olunmasını həyata keçirmək
mümkündür. Elektron kataloq bibli-
oqrafik informasiya bazasının daha
etibarlı qorunmasına şərait yaradır
və istifadəçinin ona zərər yetirməsini
praktiki olaraq qeyri mümkün edir.
Kitabxananın
İnternetdə
yerləşdirilmiş
elektron
katalo-
qu dünyanın istənilən nöqtəsindən
istifadəçiyə kitabxanamızın fondu ilə
tanış olmağa, lazımi ədəbiyyat axta-
rışını aparmağa və tapılmış ədəbiyyatı
sifariş etməyə, ədəbiyyatın elektron va-
riantı olduqda isə, onu əldə etməyə im-
kan verir. Universitet əməkdaşlarının
elmi əsərlərinin, dərsliklərin, dərs
vəsaitlərinin tammətnli elektron ver-
siyalarını yaradaraq daha səmərəli
elektron xidməti həyata keçirmək,
kitabxanamızı ən qabaqcıl elmi in-
formasiya mərkəzinə çevirmək qar-
şımızda duran vacib işlərdəndir. Biz
bütün fəaliyyətimizi və gücümüzü bu
istiqamətə yönəldərək mühüm işlər
görməyə çalışırıq.
Elektron kataloq kitabxanalararası
biblioqrafik informasiya mübadiləsini
təmin etməklə yanaşı, həm də hər bir
kitabxananın “imicini” formalaşdırır.
Kitabxananın yüksək nüfuza və
reytinqə malik olması üçün elektron
kataloq zəngin, dolğun məlumat ba-
zasına və mükəmməl axtarış aparatına
malik olmalıdır. Məhz bununla kitab-
xana coğrafi uzaqlıqdan, yerləşdiyi
məkandan asılı olmayaraq özünə dün-
yanın istənilən yerindən istifadəçi cəlb
edərək xidmət göstərə bilər.
Bu xidmət istifadəçi sifarişini uzaq
məsafədən yerinə yetirməklə kitabxa-
nalararası elektron sənəd mübadiləsini
də təmin edir.
Elektron kitabxanalar müasir dövrün
əsas tələbi olub, cəmiyyətin informasi-
yalaşdırılmasında, elmi-ədəbiyyatın
təbliğində və əldə edilməsində mü-
hüm rol oynayırlar. O, uzaq məsafədən
oxuculara daha dolğun informasiya
xidməti göstərərək, bu xidmətin za-
man və məkandan asılılığına son qo-
yur. Elektron kitabxanalar informasiya
mübadiləsi sistemlərinin, virtual infor-
masiya mühitinin yaradılmasına, dis-
tan təhsilin inkişafına, cəmiyyətin peşə
və ümumi mədəniyyət səviyyəsinin
artmasına xidmət göstərirlər. Onun
vasitəsilə oxucular dünyanın istənilən
nöqtəsindən 24 saat müddətində ki-
tabxananın informasiya bazasından
istifadə edə bilirlər.
Müasir dövrdə ən operativ infor-
masiyanı əldə etmək üçün internetdən
istifadə əvəzsiz sayılır. Elmi informasi-
ya təminatını isə elektron kitabxanalar
daha çox təmin edirlər. Müəllim, tələbə
və ya elmi işçi, əlavə vaxt itkisinə yol
vermədən, istədiyi kitabı, məqaləni,
informasiyanı, olduğu məkandan ası-
lı olmayaraq, internetə yerləşdirilmiş
Elektron Kitabxanaya daxil olmaqla
əldə edə biləcəkdir. Elektron Kitab-
xana həm də kitabxana fondunun qo-
runub saxlanılmasına xidmət edir.
Xüsusilə nadir və bir nüsxədən ibarət
olan kitablar, internetdə öz əksini tapa-
raq, ələ verilmədən, çox sayda tələbatçı
tərəfindən eyni zamanda istifadəsinə
şərait yaradılır.
Hazırda
kitabxanamızda
bu
istiqamətdə çox fəal işlər gedir.
Dostları ilə paylaş: |