İradə Rza,
kafedranın əməkdaşı
BAHAR NƏFƏSLİ ÖMÜR...
u
Qarının ön divarında
yerləşən irihəcmli yırtıq-
ların cərrahiyyə yolu ilə aradan
qaldırılmasının optimal üsulla-
rının işlənib hazırlanması təkcə
tibbi yox, həm də sosial əhəmiyyət
kəsb edir. Bu kateqoriyadan olan
xəstələrin əksəriyyətində əmək
qabiliyyəti xeyli məhdudlaşır,
onların bədbinliyə qapanmaları
psixoloji kompleks yaradır, hətta
həyat üçün təhlükə törədə bilən
hallara gətirib çıxarır.
Bunu Azərbaycan Tibb Universi-
tetinin ümumi cərrahlıq və anestezi-
ologiya kafedrasının assistenti, tibb
üzrə fəlsəfə doktoru Elnur Qasımov
deyib.
Onun sözlərinə görə, xəstəliyin
əsas və yeganə müalicəsi cərrahiyyə
yolu ilə aparılır. Müalicənin
nəticəsinin yaxşı alınması üçün
mütləq şəkildə müxtəlif tərkibli
və ölçülü torlardan istifadə olunur.
İndiyədək cərrahiyyə praktikasında
istifadə edilən torlar primitivlikdən
təkmilləşməyə doğru uzun bir
yol keçib, lakin hələ də bu torlar
həkimləri və xüsusən də xəstələri
tam qane edəcək bir səviyyəyə
çatdırılmayıb. Hazırda istifadə
edilən torların müəyyən qismi
əməliyyatdan sonra həcmcə kiçilir,
onlarda büzüşmə gedir və təkrar
yırtıqların əmələ gəlməsinə zəmin
yaradır. Eyni zamanda, torlar yad
cisim olduğuna görə müxtəlif növ
ağırlaşmalar yarada bilir. Belə ağır-
laşmaların ən təhlükəli növlərindən
biri anibiotiklərin enteral və paren-
teral təyin edilməsinə baxmayaraq,
kəskin və xroniki infeksiyanın ətraf
toxumalardan torun üzərinə yayılıb
həmin nahiyədə irinli proses yarat-
masıdır. Bu da bəzi hallarda torun
təkrar əməliyyatla çıxarılmasına və
yenidən yırtığın əmələ gəlməsinə
səbəb ola bilir. Buna görə istifadə
edilən torların optimal variantları-
nın işlənib hazırlanması herniologi-
ya elminin qarşısında duran priori-
tet məsələlərdəndir.
“Qeyd olunanları nəzərə ala-
raq son bir ildə Azərbaycan Milli
Elmlər Akademiyasının nəzdində
fəaliyyət göstərən və yeni texnologi-
yalar yaratmağa imkan verən, eləcə
də zəngin elmi-praktiki potensiala
malik olan Qeyri-Üzvi Kimya və
Kataliz İnstitutunun laboratoriyası-
nın əməkdaşları ilə əlaqə saxladıq,
artıq bu istiqamətdə elmi işlər apa-
rırıq. Hazırda Almaniyada, ABŞ-da
və digər ölkələrdə istehsal olunan
torların eksperimental yolla ha-
zırlanmasına və cərrahi təcrübədə
tətbiqinə elmin inkişafı naminə bö-
yük maliyyə vəsaitləri sərf edilir.
Bizim bu sahədə atdığımız addım-
lar Sankt-Peterburq alimləri ilə bağ-
lanmış müqavilə əsasında aparılır.
Diqqətimizi cəlb edən müasir tex-
nologiyalardan biri ondan ibarətdir
ki, ölkəmizdə inkişaf etmiş kimya
sənayesinin imkanlarından istifadə
edərək keyfiyyətlə hazırlanan tor-
ların üzərinə kimyəvi üsulla yüksək
dərəcədə bakterisid xassəyə malik
olan antibakterial komponentlər
hopdurulur. Belə bir torun ha-
zırlanması əməliyyatdan sonrakı
mərhələdə plastika sahəsinin pato-
gen mikroorqanizmlərdən qorun-
masında və təkrar yırtıqların əmələ
gəlməsinin qarşısının alınmasında
mühüm əhəmiyyət kəsb edə bilər”,
- deyə E.Qasımov bildirib.
Azərbaycanda belə torların is-
tehsalının mümkünlüyünə gəlincə,
həkim qeyd edib ki, əvvəllər
ölkəmizdə yırtıqların plastika-
sı üçün torlardan istifadə fai-
zi çox cüzi idi, lakin son 10 ildə
beynəlxalq əlaqələrin qurulması
nəticəsində cərrahların inkişaf et-
miş xarici ölkələrin müasir kli-
nikalarında təkmilləşmə kursla-
rı keçmələri onların imkanlarını
genişləndirib. Bu da bizi torların ha-
zırlanması istiqamətində tədqiqatlar
aparmağa sövq edib. “Ümidverici
məqamlardan biri odur ki, bizdə
bu istiqamətin işlənilməsi Elmin
İnkişaf Fondu tərəfindən qranta la-
yiq görülüb. Aparılan tədqiqatlar
müsbət nəticələr versə, ölkəmizdə
də belə torların istehsalının re-
allaşması mümkün ola bilər. Bu
sahədə Azərbaycan Tibb Universi-
tetinin Elmi-Tədqiqat Mərkəzində
apardığımız
eksperimentlərdən
əldə etdiyimiz preparatlar histoloji
müayinədən keçirilib. Hesab edirik
ki, belə torların işlənib hazırlan-
ma texnologiyasının bir hissəsinin
ölkəmizdə aparılmasına şərait ya-
ransa, bu, xaricdə hazırlanan tor-
lardan nisbətən ucuz başa gələr”, -
deyə E.Qasımov əlavə edib.
Dostları ilə paylaş: |