Qabil ABDULLAYEV
Öncə Clinical Key elekt-
ron kitabxanasının təqdimat
mərasimi keçirilib.
Mərasimi açıq elan edən
ATU-nun beynəlxalq əlaqələr
üzrə prorektoru, dosent
Rəhimə Qabulova Elsevier
Clinical Solutions Kompani-
yası ilə əməkdaşlığın artıq iki
ildir ki, davam etdiyini bildi-
rib.
Bu əməkdaşlıq çərçivəsində
qeyd edilən mənbənin satış
meneceri Atilla İkinci və Ge-
mini Şirkətinin ölkəmizdəki
rəsmi təmsilçisi Eda Özde-
miroğlu universitetimizdə
qonaq olublar.
Rəhimə Qabulova şirkət
tərəfindən həkimlərə və
rezidentlərə çox gözəl şərait
yaradıldığını da diqqətə
çatdırıb:
“Biz
Elsevier
şirkətinin bazasına daxil
olaraq ödənişsiz istifadə
imkanı əldə etmişik. Eyni
zamanda tədris və elmi
tədqiqatlar üçün vacib olan,
sübuta əsaslanmış ən son
məlumatlar burada yer alıb”.
Rəhimə Qabulova onu da
qeyd edib ki, bu kompani-
ya ilə əlaqələrimiz gələcəkdə
daha da genişlənəcək və daha
böyük işlərə imza atılacaq.
Daha sonra çıxış edən Else-
vier Şirkətinin satış meneceri
Atilla İkinci yaradılan şəraitə
görə ATU-nun elmi işlər üzrə
prorektoru Rauf Bəylərova və
beynəlxalq əlaqələr şöbəsinin
müdiri Nadir Zeynalova
minnətdarlığını bildirib.
Atilla İkinci Elsevier Kom-
paniyası olaraq gördükləri
işlərin əsas mahiyyətindən,
burada daha keyfiyyətli tibbi
məlumatların yer almasından,
həkimlərin dünyanı dəyişdirə
biləcək yeni kəşflərlə tanış ola
biləcəklərindən də danışıb.
Satış meneceri Elsevierin
bütün dünyada məşhur olan
bir kompaniya olduğunu da
diqqətə çatdırıb və bildirib
ki, kompaniyanin təmsilçisi
Gökhan Baykal bir həftə
ərzində universitetin klini-
kalarında olacaq, həkimləri
maraqlandıran suallara cavab
verəcək.
Daha sonra ATU-nun elmi
işlər üzrə prorektoru Rauf
Bəylərov çıxış edib.
Rauf Bəylərov bu işbirliyi-
nin qurulmasında Rəhimə
Qabulovanın xüsusi rolunun
olduğunu bildirib və qeyd
edib ki, layihə gələcəkdə öz
töhfəsini verəcəkdir: “Mən
inanıram ki, Elsevier şirkəti
ilə əməkdaşlığımız uzun
müddətli olacaq. Çünki, biz
onlara şərtlərinə və Clinical
Key çıxışlarına görə üstün-
lük verdik. Həkimlərin və
rezidentlərin işinin asan-
laşdırılması baxımından bu
layihə çox faydalı olacaq”.
Sonda Elsevier tərəfindən
Clinical Keydən pulsuz
istifadə etmək imkanı ilə bağlı
Azərbaycan Tibb Universiteti
ilə Elsevier Clinical Solutions
arasında Anlaşma Memoran-
diumu da imzalanıb.
Dostları ilə paylaş: |