Atu-da “Düzgün kliniki Praktika” seminarı keçirilib


elmləri doktoru, professor  Aqil Əlirza



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix26.12.2016
ölçüsü9,57 Mb.
#3541
1   ...   7   8   9   10   11   12   13   14   ...   28
elmləri doktoru, professor  Aqil Əlirza 

oğlu Əliyev olmuşdur.

u

 



    

Nazirlər Kabineti yanında İcbari Tibbi 

Sığorta üzrə Dövlət Agentliyinin rəsmi 

saytı istifadəyə verilib.

saytda icbari tibbi sığorta haqqında məlumat, bu sahədə 

qanunvericilik bazası, icbari sığortadan kimlərin istifadə 

edə biləcəyi barədə informasiya, vətəndaşları maraqlandı-

ran suallara cavab əksini tapıb.

Saytın “Ana səhifə” bölməsində istifadəçi “İcbari tibbi 

sığorta nədir?”, “İcbari tibbi sığortadan kimlər istifadə 

edə bilər?”, “Vətəndaş icbari tibbi sığorta haqqında nələri 

bilməlidir?”, “İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar 

hansı xidmətləri əldə edir?” kimi suallara cavab tapa bilər. 

Hər hansı sual yaranarsa, istifadəçinin qurumla əlaqə sax-

laması üçün telefon nömrələri və elektron müraciət forması 

da yerləşdirilib.

Növbəti bölmədə icbari tibbi sığorta haqqında ümumi 

məlumat verilib. Bu bölmədə Nazirlər Kabineti yanın-

da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 

Əsasnaməsi, fəaliyyət istiqamətləri, məqsədi barədə 

məlumat əldə etmək mümkündür.

“Media” bölməsində icbari tibbi sığortanın tətbiqi 

ilə əlaqədar mətbuatda yayılan xəbərlər, yazılar, 

müsahibələr və televiziya süjetləri yerləşdirilib.

“Vətəndaşlar üçün” nəzərdə tutulan növbəti 

bölmədə quruma ən çox ünvanlanan suallara cavab 

verilib.


“İcbari tibbi sığorta” bölməsində icbari tibbi sı-

ğortadan kimlərin faydalana biləcəyi, vətəndaşların 

hansı xidmətlər əldə edəcəyi və s. barədə ətraflı 

məlumat qeyd olunub.

Nəhayət, sonuncu “Qanunvericilik” bölməsində “Tibbi 

sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 

tanış olmaq imkanı yaradılıb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında İcbari Tibbi 

Sığorta üzrə Dövlət Agentliyi 2016-cı il fevralın 15-dən 

fəaliyyət göstərir. Agentliyin məqsədi səhiyyə sisteminin 

maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarla qurulmasını 

və əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırıl-

masını təmin etməkdir. Agentlik səhiyyə sahəsinə ayrılan 

vəsaitlərin daha səmərəli istifadə edilməsi ilə əhalinin 

sağlamlığının yaxşılaşdırılmasına xidmət edir.


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin