Kafedra: İqtisadi nəzəriyyə Fakültə: Biznes və Menecment İxtisas: Menecment Fənn: Azərbaycan İqtisadiyatı Qrup: 120 Kurs: 2 Mövzu: Maliyyə siyasəti Elmi rəhbər: i.f.d. M.A.Mədətov Tələbə: Əliyev Əli
Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti
Plan 1. Maliyyə siyasəti haqqında ümumi anlayış 2. Maliyyə siyasəti və onun həlqələri 3. Respublikamızda maliyyə siyasəti və maliyyə siyasətinin çatışmazlıqları 4. Dövlət maliyyə siyasətinin məqsədi və istiqamətləri
Giriş
Maliyyə siyasəti – Maliyyə qanunvericiliyinə əsaslanan, dövlətin və onun orqanlarının qarşıda duran vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan ictimai maliyyənin (dövlət və bələdiyyə idarələrinin pul fondları) yaradılmasına, yayılmasına və istifadə olunmasına yönəldilmiş dövlət və bələdiyyələrin onların orqanlarının timsalında sistematik fəaliyyətidir. Maliyyənin məqsədi - gələcəkdə maliyyə fəaliyyətinin ən ideal nəticələridir. Maliyyə siyasətinin məqsədi isə - dövlətin mövcud sosial münasibətlər sisteminin möhkəmləndirilməsi və maliyyə vəsaiti ilə təmin edilməsidir. Maliyyə siyasətini həyata keçirmək üçün maliyyə mexanizmindən istifadə olunur. Giriş Maliyyə siyasəti çox vaxt dövlətin öz maliyyə funksiyalarını yerinə yetirməsi üçün maliyyə münasibətlərindən istifadə edilməsi ilə əlaqədar dövlət orqanlarının müəyyən olunmuş fəaliyyəti kimi nəzərdən keçirilir. Maliyyənin bu cür şərh olunması özündə bir sıra təhlükələr yaradır. Məsələ burasındadır ki, dövlətin funksiya və vəzifələri xalq təsərrüfatının inkişafında dövlətin rolu barədə cəmiyyətdə üstünlük təşkil edən təsəvvürlərə uyğun olaraq formasını dəyişir, transformasiya edilir. Daha sonra, maliyyə siyasətindən yalnız dövlətin vəzifələrinin yerinə yetirilməsi vasitəsi kimi istifadə edilməsi mütləq dövlət hakimiyyət orqanları və yerli özünüidarə orqanlarının maraqlarının maliyyə sisteminin digər subyektləri, məhz təsərrüfat subyektləri və ölkə əhalisinin maraqları ilə toqquşmasına gətirib çıxarır və biz bunun şahidiyik.