Aslan Emil Aslan oğlu
160 saylı Klassik Gimnaziya-
nın məzunudur. 685 bal toplayaraq ATU-nun II müalicə-
profilaktika fakültəsinə daxil olub. Həkim olmaq Aslanın ən
böyük arzusu olub. Bu arzusuna çatdığı üçün çox sevinir.
Təəssüratlarını bizmlə belə bölüşür: “Arzuma çatdığım üçün
çox sevindim. Universitetdə oxuduğum ilk günlər məndə xoş
təəssüratlar yaranıb. Müəllimlərimlə və tələbə yoldaşlarımla
tanış olmuşam. Bizə yeni fənlər tədris olunur. Həkim sənətinin
sirləri öyrədilir. Buna görə mən bizə bu şəraiti yaradan ölkə
başçısına və universitet rəhbərliyinə öz təşəkkürümü bildi-
rir və universitetdə oxuduğum müddətdə dərslərimdən əla
qiymətlər alacağıma, elmi və ictimai işlərdə fəallıq göstərəcəyimə söz verirəm.
Tələbəlik illərində və həyatımın sonrakı dönəmlərində “Prezident təqaüdçüsü” adı-
nı layiqincə doğruldacaq və yüksək ixtisaslı həkim kimi xalqımızın sağlamlığının
keşiyində duracağam” .
Dostları ilə paylaş: |