Pakistanın Baş naziri Nəvaz ŞƏRİF dedi:
- Təşəkkür edirəm, cənab Prezident.
Burada olmaq bizim üçün şərəfdir. Çox
gözəl Bakı şəhərinə səmimi dəvətinizə və
qonaqpərvərliyinizə görə Sizə minnətdaram.
Şəhərinizə heyran qalmışam. Hər yerdə Sizin
şəhərin gözəlliyindən çox danışılır.
Mən bir dəfə 1998-ci ildə yolüstü Bakıda ol-
muşam. Bu, mənim ondan sonra bu şəhərə
ilk səfərimdir. Gözəl Bakı şəhərində olmaqdan
məmnunam. Bakı dünyanın ən gözəl şəhərlərindən
və mənim gördüyüm ən təmiz şəhərlərdən biridir.
Mən bir daha burada olmağıma şadam.
Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Xoş
sözlərinizə görə minnətdaram.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı ikitərəfli
münasibətlər və qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dostları ilə paylaş: |