10 oktyabr - Ümumdünya Psixi Sağlamlıq Günündür
Oktyabrın 12də Azərbaycan Tibb Universite
t inin Tədris Terapevtik Klinikasında pediatr,
endokrinoloq İlsur Novruzovun xəstə təhlili ilə
bağlı görüşü keçirilib.
Görüşdə çıxış edən Klinikanın direktoru,
dosent Könül Xəlilova xəstə təhlilinin həm
tələbələr, həm də rezidentlər üçün bö-
yük əhəmiyyəti olduğunu bildirdi. Çünki
klinikamıza kifayət qədər ağır formada
gətirilən və öz sağlamlıqlarına qovuşan
insanlar olub. Biz də bu prosesin gedişi
ilə yaxından tanış olmalı və professorları-
mızla bunu müzakirə etməliyik.
Daha sonra çıxış edən İlsur Novruzov
iki azyaşlının anadangəlmə hipotireoz
xəstəliyi ilə müraciət etdiyini söylədi.
Anadangəlmə hipotireoz haqqında
məlumat verən İ.Novruzov bildirdi ki,
bu xəstəlik yeni doğulan uşaqlarda rast
gəlinir və tiroid hormon çatışmazlığı ilə
xarakterizə olunur.
Bu xəstəlik müşahidə olunan uşaqlar
vaxtında müalicə olunmalıdır. Əks halda
onlar fiziki cəhətdən inkişaf etsələr də,
əqli cəhətdən geri qalacaqlar.
Görüşün davamında xəstənin yaxınla-
rı və həkimlər anadangəlmə hipotireoz
xəstəliyi ilə bağlı müzakirələr apardılar.
Dostları ilə paylaş: |