Oktyabrın 14də Azərbaycan Tibb Univer
sitetinin Tədris Terapevtik Klinikasında Azər
baycanTürkiyə I Bey nəl xalq Məhkəmə Tibbi Eks
pertiza və Patologiya Konqresi öz işinə başlayıb.
Azərbaycan və Türkiyə nin dövlət
himni səslən dirildikdən sonra uni-
versitetin elmi işlər üzrə prorek-
toru Rauf Bəylərov açılış nitqi ilə
çıxış edib. O bildirib ki, Türkiyə
ilə Azərbaycan arasında qardaş-
lıq və dostluq münasibətlərinin
möhkəmlənməsi hər iki ölkənin
bütün sahələrdə strateji inkişafı-
nın bazasını təşkil edir. Ölkələrimiz
arasında hüquq və tibb elmi-
ni özündə birləşdirən məhkəmə
təbabəti sahəsində əməkdaşlıq
da bu inkişafın tərkib hissəsidir.
Azərbaycan və Türkiyənin məhkəmə və pa-
toloji anatomiya üzrə mütəxəssislərinin bu
gün bir araya gəlməsi təcrübə mübadiləsi
baxımından
təqdirəlayiqdir.
“Bugün-
kü konqres ölkələrimiz arasında dostluq
münasibətlərinin daha da dərinləşməsinə
səbəb olacaq. Ümid edirəm ki, bu konqres
gələcəkdə də keçiriləcək”, - deyə R.Bəylərov
əlavə edib.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Eks-
pertiza və Patoloji Anatomiya Birliyinin
baş direktoru, professor Ədalət Həsənov
isə çıxışında ölkəmizdə məhkəmə təbabəti
üzrə ilk dəfə keçirilən konqresin tarixi
əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib
ki, konqresdə məhkəmə təbabəti və pato-
loji anatomiyaya dair elmi-tədqiqat işlərinin
nəticələri ilə yanaşı, mütəxəssis mübadiləsi
məsələləri də müzakirə olunacaq.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası
Mərkəzinin rəisi Fuad Cavadov Azərbaycan
və Türkiyənin məhkəmə tibbi ekspertiza
sahəsində əməkdaşlıq əlaqələrindən da-
nışıb. O, Azərbaycanın Ədliyyə Nazirliyi ilə
Türkiyənin Daxili İşlər Nazirliyi arasında
məhkəmə ekspertizasına dair sazişin imza-
lanmasını diqqətə çatdırıb.
Sonra Türkiyənin məhkəmə təbabəti üzrə
tanınmış mütəxəssisləri Osman Celbiş, Sevil
Atasoy və Ahmet Hakan Dinç çıxış edərək
konqresin işinə uğurlar arzulayıblar və belə
bir əhəmiyyətli tədbirin təşkilində əməyi
keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.
Konqres işini panel iclaslarında davam
etdirib. Panel iclaslarında türkiyəli və yer-
li mütəxəssislərin məhkəmə tibbi eksper-
tiza və patoloji anatomiyaya dair ən aktual
problemlər və bu sahədə tətbiq edilən son
metodlarla bağlı məruzələri dinləniləcək, fi-
kir mübadiləsi aparılacaq.
Qeyd edək ki, 3 gün davam edəcək
konqresə Türkiyədən 90 nəfər qatılıb. On-
ların içərisində Türkiyə Səhiyyə Nazirliyinin
əməkdaşları, Türkiyə Məhkəmə Tibbi Eks-
pertiza İnstitutunun direktorları, professor-
lar iştirak edirlər.
Dostları ilə paylaş: |