Auditor rəyindən imtinanın nümunəvi forması aşaüıdakı kimidir:
AUDITOR OPINION SERIYA SA №_______
AZəRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI
SəRBəST AUDITOR ___________________________
(soyadı)
__________________________________
(sifarişçi-təsərrüfat subyektinin adı)
Mən, sərbəst auditor ________________________ Azərbaycan
(soyadı)
Respublikası Аuditоrlаr Palatası tərəfindən "___" ___________201.____ tarixli (qeydiyyat №____)
______ saylı lisenziyaya əsasən fəaliyyət göstərən "___"_______________201.____ il tarixindən 31 dekabr 201.___ il tarixli _________ seriyalı____________ saylı müqaviləyə əsasən____________________________________________________
(sifarişçi-təsərrüfat subyektinin adı)
"___" yanvar 201.____ il tarixindən 31 dekabr 201.___ il tarixinədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən _____ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.
Yoxlama "___" ___________ 201.___ tarixində başlayıb, "___"_____________ 201.____ il tarixində başa çatdı.
Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.
Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət verməkdir və yalnız rəydə göstərilən mülahizəmə görə məsuliyyət daşıyıram.
Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.
Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.
Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.
Auditin aparılması zamanı ____________________________
_____________________ səbəbləri üzündən __________________
_______________________________________________________
faktların yoxlanılmasının qeyri mümkünlüyü aşkar edildi.
Auditor sübutlarının çatışmazlıüı ilə əlaqədar olaraq bu aspektlərdə başqa audit prosedur-ları ilə aradan qaldıra bilmədiyim qeyri müəyyənlik mövcuddur. Göstərilən hallar ümumilikdə işin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir və maliyyə vəziyyətini təhrif edir.
Əvvəlki bölmələrdə göstərilənləri nəzərə alaraq mən maliyyə hesabatlarına dair mülahizə yürüdə bilmirəm.
Ünvan: _______________________________________________
Sərbəst auditor: ______________ _______________________
(imza) (soyadı)
Auditor rəyi yoxlamanı aparan auditor tərəfindən tərtib olunur, imzalanır və analitik və ümumi hissələrin hər biri ayrılıqda auditorun (auditor təşkilatının) möhürü ilə təsdiqlənir. Auditor verdiyi rəydə, yuxarıda qeyd olunan nümunələrin məzmununu saxlamaqla əlavələr edə bilər.
Dostları ilə paylaş: |