Audit santdarları nədir və hansı qruplara bölünür?
Audit santdarları- Öz peşə vəzifələrini yerinə yetirərkən auditorların rəhbər tutmaları olduqları normativ materialdır.
Audit standartları 3 qrupa bölünür:
I. Ümumi standartlar.
II. Auditor yoxlamasının aparılması standartları.
III. Hesabatın (aktın) tərtib edilməsi standartları.
Auditor rəyinin hansı növləri var?
Şərtsiz müsbət rəy;
Şərti müsbət rəy;
Mənfi rəy;
Rəy vermədən imtina.
Kassa əməliyyatlarının həyata keşirilməsində tətbiq edilən ilkin sənədləri neçə hissəyə bölünür və hansılardır?
mədaxil və məxaric sənədləri.
“Alıcılar və sifarişçilərlə hesablaşmalar” hesabı nə zaman tətbiq edilir?
Bu hesab uçot siyasətinə görə məhsulun (işin, xidmətin) satışından gəliri hesablama metodu ilə (mallar yükləndikdə və ya alıcıya hesablaşma sənədi təqdim edildikdə) uçota aldıqda geniş tətbiq edilir. Alıcılar və sifarişçilərlə hesablaşmaların auditi malsatan və podratçılarla hesablaşmaların auditinə çox oxşardır. Alıcı və sifarişçilərlə hesablaşmalar əsasən nağdsız formada aparılır. Belə hallarda nağdsız hesablaşma formaları ödəniş tapşırığı, akkreditiv əməliyyatları, hesablaşma çekləri ilə və s. formada aparıla bilər.
Əsas vəsaitlər nədir və neçə hissəyə ayrılır?
Dəyəri şərti maliyyə vahidinin yüz mislindən yuxarı olan, xidmət müddəti bir ildən yuxarı, öz dəyərini istehsal olunan məhsul üzərinə hissə-hissə keçirən və öz fiziki formasını saxlayan vəsaitlərə əsas vəsaitlər deyilir. Müəssisə və təşkilatların maliiyə - təsərrüfat fəaliyyətində iştirak edən əsas vəsaitlər iki hissəyə ayrılır: istehsal prosesində iştirak edən əsas vəsaitlər və qeyri-istehsal prosesində iştirak edən əsas vəsaitlər.
İstehsal prosesində iştirak edən əsas vəsaitlərə binalar, qurğular, avadanlıq və məhsul istehsalında iştirak edən digər əsas vəsaitlər aiddir.
Qeyri-istehsal prosesində iştirak edən əsas vəsaitlərə mənzil kommunal təsərrüfatı, elm və mədəniyyət binalarını və s. aid etmək olar.
Dostları ilə paylaş: |