Avqust 2016 İş yeri statistikası açıqlanıb


Hesablama Palatası ünvanlı sosial yardım təyinatında nöqsanlar üzə çıxarıb



Yüklə 4,35 Mb.
səhifə24/46
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#1670
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

Vergi sistemində dəyişikliklər olacaq (Nazirliyin açıqlaması)


23.08.2016


Avqustun 23-də özəl açıqlama yayan Vergilər Nazirliyi bildirir ki, prezidentin avqustun 4-də imzaladığı vergi islahatları sərəncamında mühüm istiqamətlərdən biri də vergi yükünün azaldılması və inzibatçılığın yüngülləşdirilməsi ilə bağlıdır. Açıqlamada sərəncamın vergi dərəcələrinin optimallaşdırılması baxımdan xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanır: “Vergi idarəçiliyi sistemində inzibatçılığın müasir standartlar çərçivəsində təşkili həm vergi orqanlarının fəaliyyətinin səmərəliliyinə, həm də vergi ödəyicilərinin vergitutma sahəsində öhdəliklərinin keyfiyyətlə yerinə yetirilməsinə təsir göstərən əsas amillərdəndir. Azərbaycanın vergi siyasətində vergi inzibatçılığının təkmilləşdirilməsi mühüm yer tutur.

Vergi Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2001-ci ildən ötən dövr ərzində hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi 27 faizdən 20 faizə endirilib. Bu dəyişiklik 1 yanvar 2010-cu ildən tətbiq edilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin illik gəlirlərindən tutulan gəlir vergisinin dərəcəsi isə 1 yanvar 2010-cu ildən 20 faiz həddində müəyyən edilməklə hüquqi və fiziki şəxslərin mənfəətinə (gəlirinə) tətbiq olunan verginin dərəcəsi eyniləşdirilib. Əlavə dəyər vergisinin dərəcəsi Vergi Məcəlləsi qüvvəyə mindiyi tarixdən 18 faiz dərəcə ilə müəyyənləşdirilib.

Hazırda Azərbaycanda vergi yükü göstəricisi əksər dövlətlərdən aşağıdır. Lakin qeyri-neft sektorunda investisiyaların təşviqi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə vəsaitlərinə qənaət etməklə istehsalın genişləndirilməsi və məşğulluğun təmin edilməsi məqsədilə vergi yükünün yenidən qiymətləndirilməsi zəruridir. Ekspertlərin fikrincə, bu proses bir sıra vergi dərəcələrinin aşağı salınması, bəzi vergi növlərinin inzibatçılığının təkmilləşdirilməsi, vergi nəzarətinin sadələşdirilməsi və elektron audit sisteminin geniş tətbiqi formasında öz əksini tapa bilər”.

Nazirlik bildirir ki, sərəncamda diqqət çəkən məsələlərdən biri də sabit verginin tətbiqidir: “Sabit vergi fiziki şəxslərin əldə etdiyi gəlirlərinin həcmindən asılı olmayaraq aylıq vahid məbləğdə müəyyən edilən vergidir. Sabit verginin tətbiqi təcrübəsi hazırda qüvvədə olan Vergi Məcəlləsində də mövcuddur. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslərə münasibətdə sabit vergi sistemi nəzərdə tutulur. Həmin şəxslər Vergi Məcəlləsinin 220-ci və 221-ci maddələri ilə müəyyən edilən sadələşdirilmiş vergini sabit vergi şəklində ödəyir və bu zaman istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün “fərqlənmə nişanı” alırlar. Mövcud qanunvericiliyə görə, fərdi xidmətlər təqdim edən və bu tip kiçik sahibkarlıq fəaliyyəti göstərən şəxslər də digər vergi ödəyiciləri kimi qanunvericiliklə müəyyən edilmiş vergilərin ödəyiciləridir. Fərdi sahibkarlıqla məşğul olduqlarına görə bu şəxslər əldə etdikləri gəlirdən, seçdikləri vergitutma metodundan asılı olaraq sadələşdirilmiş və ya gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Bunun üçün onlar ilk növbədə Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmalıdırlar. Fərdi sahibkarlıqla məşğul olan şəxslərin vergi öhdəliklərinin sadələşdirilməsi və patent sisteminin tətbiqi ilə bağlı vergi qanunvericiliyinə dəyişikliklər edilməsi istiqamətində təkliflər sərəncamda öz həllini tapıb.

Yeniliklərin tətbiqi fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə vergi inzibatçılığının yüngülləşdirilməsi, vergi ödəmələrinin bəyannamə təqdim edilmədən sadələşdirilmiş qaydada yerinə yetirilməsi məqsədi daşıyır. Bu məqsədlə Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə həmin kateqoriyaya aid olan fiziki şəxslərin siyahısının və aylıq sabit vergi məbləğlərinin müəyyən edilməsi nəzərə tutulur”.



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin