Avqust 2016 İş yeri statistikası açıqlanıb


Valyuta yağışından quraqlığa…



Yüklə 4,35 Mb.
səhifə25/46
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#1670
1   ...   21   22   23   24   25   26   27   28   ...   46

Nazirlər Kabinetinin çevik reaksiya vərdişləri yoxdur”


23.08.2016


“Azərbaycan Konstitusiyasına təklif olunmuş əlavə və dəyişikliklər konstitusiya islahatlarının məntiqi davamıdır”. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli APA-ya açıqlamasında belə deyib.

Əli Hüseynli qeyd edib ki, Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad var: “Bu kontekstdə icra hakimiyyəti institutunda həyata keçirilən institusional islahatlar daha çox əhəmiyyət kəsb edir. Uzun müddətdir cəmiyyətimiz, insanlarımız ölkə prezidentinin islahatlara birbaşa rəhbərlik etdiyini müşahidə edir. Başqa sözlə, prezidentin bu islahatları daha çox birbaşa administrasiyası vasitəsi ilə həyata keçirdiyi görünür. Nazirlər Kabineti mövcuddur, qərarlar qəbul edilir, amma ölkə prezidentinin qəbul etdiyi qərarların sürətli icrasını müşahidə edirik. Bu, yeni institusional islahatları tələb edir. Bu baxımdan prezidentin təyin edəcəyi vitse-prezidentlər institutunun yaradılması bir zərurətə çevrilir. Bu, iqtisadiyyatın bütün sahələrində müşahidə etdiyimiz bir reallıqdır”.

Əli Hüseynli Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad olduğuna diqqət çəkib: “Əlbəttə, Nazirlər Kabinetinin mövcud konstitusiyaya və qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri var və öz icra mexanizmləri mövcuddur. Nazirlər Kabineti kollegial orqandır. Hüquq sahəsi ilə bağlı deyə bilərəm ki, çoxlu sayda sənədin, hətta qanunvericilik aktlarının qəbulu ilə bağlı müəyyən zamana ehtiyac olur. Nazirlər Kabineti həmin sənədlərə baxır, təbii ki, kollegial orqan olduğu üçün aidiyyəti nazirliklərə göndərir. Nazirliklərdə sənədlər hazırlanır, onlara viza qoyulur, yenidən Nazirlər Kabinetinə qaytarılır. Bu proses bəzən aylarla sürən prosesə çevrilir.

Azərbaycanın indiki inkişaf mərhələsi, onun regionda, dünyada tutduğu mövqe fonunda qərarların çox sürətlə, bir neçə gün, bəzən saatlarla ölçülən zaman çərçivəsində qəbulu və icraya yönəlməsi tələb olunur. Mövcud durumda Nazirlər Kabinetinin çevik reaksiya vermək üçün mexanizmləri, vərdişləri yoxdur. Bu dövrdə Nazirlər Kabinetinin islahatların önündə getməsini də müşahidə etməmişik. İqtisadiyyatda və digər vacib sahələrdə bütün təşəbbüslər prezidentdən gəlir, həmin qərarların icrasının Prezident Administrasiyası vasitəsi ilə həyata keçirildiyini müşahidə edirik. Bu baxımdan konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticəsində vitse-prezidentlər institutunun yaradılması Azərbaycan dövlətçiliyi baxımından çox əhəmiyyətli bir addımdır, çevik bir mexanizmdir”.

Sentyabrın 26-da konstitusiyaya əlavə və dəyişikliklər referendumu keçiriləcək. Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişikliklər təklifi yer alır. Eyni zamanda ana qanuna bir neçə yeni maddə təklif olunur. Əsas yeniliklərdən biri vitse-prezident postlarının təsisidir. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin