Avropa İttifaqının yaranmasını şərtləndirən amillər


Avropa İttifaqının hüquqi əsaslarının yaranması



Yüklə 37,96 Kb.
səhifə2/2
tarix14.12.2023
ölçüsü37,96 Kb.
#179302
1   2
Ai yaranma sertleri

Avropa İttifaqının hüquqi əsaslarının yaranması
Fransanın xarici işlər naziri olmuş Robert Şuman və milli planlaşdırma üzrə komissar Jan Mone Avropa Birliyinin yaradıcıları hesab olunurlar. 1950-ci il 9 may tarixi R.Şumanın tarixi əhəmiyyətli nitqi səbəbindən Avropa Birliyinin doğum günü hesab olunur və “Avropa Günü” kimi qeyd edilir. Avropa Birliyinin yaranmasında əsas məqsəd bir daha Avropanın heç bir vəchlə müharibə meydanına çevrilməməsi idi. Avropa Birliyinin əsas yaradıcıları olan Almaniya və Fransa öz resurslarının (kömür və polad) inteqrasiyanın hərəkətverici qüvvəsinə çevriləcəyi qənaətində idilər. Elə o dövrdə R.Şuman polad və kömür üzərində nəzarətə sahib birgə ali hakimiyət orqanının yaradılmasını təklif etmişdi. Müharibə sənayesinin əsas resursları olan kömür və polada nəzarət edilməsi vasitəsi ilə onlar arasında qarşılıqlı asılılığın yaradılması və bu vasitə ilə iki ölkə arasında müharibə ehtimalının minimuma endirilməsi planlaşdırılırdı. [2] 18 aprel 1951-ci ildə Fransa Almaniya, İtaliya, Belçika, Hollandiya və Lüksemburq arasında Paris müqaviləsi imzalandı. Müqavilə 23 iyun 1952-ci ildə qüvvəyə mindi. Bu müqaviləyə əsasən Avropa Kömür və Polad Birliyi yaradıldı. Bu Avropa İttifaqının yaradılmasına gedən yolda ilk addım idi. [53] 1955-ci ilin iyul ayında altı dövlət Mesina şəhərində görüşdülər. Görüşün nəticəsində birgə iqtisadi ittifaqın yaradılması qərarı alındı. Elə həmin görüşdə Belçikalı dövlət xadimi Pol Spakın təklifi Roma müqaviləsinin əsasını qoydu. Roma müqaviləsi isə Avropa Birliyinin əsasını qoyan müqavilə kimi xatırlanır. Roma 10 müqaviləsi 25 mart 1957-ci ildə imzalanmış və 1 yanvar 1958-ci ildə qüvvəyə minmişdir. Bu müqavilə ilə 3 təşkilatın (Avropa Kömür və Polad Birliyini, Avropa İqtisadi Birliyi, və Avropa Atom Enerjisi Birliyini) birləşməsi nəticəsində Avropa Birliyi yarandı. Roma müqaviləsinə əsasən Avropa Birliyi 4 əsas orqan vasitəsi ilə idarə olunur: Ali Orqan səlahiyyətlərini üzərinə götürən Avropa Komissiyası; Parlament Assambleyası; Nazirlər Şurası; Ədalət Məhkəməsi. [31, 45] Roma müqaviləsi malların, insanların, xidmətlərin və kapitalın azad hərəkəti əsasında qurulan vahid bazarın yaradılmasını nəzərdə tuturdu. Müqavilədə Avropa İqtisadi Birliyinin və vahid bazarın məqsədi 6 üzv ölkənin ərazisində ticarət və istehsal şərtlərinin transformasiya edilməsi və Avropanın daha sıx siyasi bütövləşməsinə doğru bir addımın atılması idi. Müqaviləni imzalayan dövlətlər öz iqtisadi siyasətlərini tədricən uyğunlaşdırmağa razılaşdılar. Bundan başqa müqavilədə 6 ölkə arasında gömrük vergiləri ləğv edildi və AİB ölkələrindən kənardan idxal üzrə vahid xarici tarif yaradıldı. Həmçinin, vahid kənd təsərrüfatı siyasəti, vahid ticarət siyasəti, və nəqliyyat siyasətinin yaradılması qərara alındı. [54] Böyük Birtaniya bu müqaviləyə qoşulmayaraq ona alternativ olan Avropa Azad Ticarət Assosiasiyasını yaratdı. Təşkilatın üzvləri Avstriya, Danimarka, İsveçrə, İsveç, Norveç, Portuqaliya və Böyük Britaniya idi. [31, 45] 8 aprel 1965 tarixində 6 ölkə arasında Avropanın 3 qurumunun birləşdirilməsinə dair müqavilə imzalandı. Bu müqavilə nəticəsində Avropa Kömür və Polad Birliyi, Avropa Atom Enerjisi Birliyi və Avropa İqtisadi Birliyi birləşdirilərək vahid bir şura, komissiya və parlament yaradıldı. Müqavilə 1967-ci il iyulun 1-indən etibarən qüvvəyə mindi. [55] Avropa Birliyi ilk genişlənməyə qədər əsas diqqəti 6 üzv dövlət arasında inteqrasiyanın daha da dərinləşməsinə yönəltdi. Bu inteqrasiyanın mərkəzində Fransa və Qərbi Almaniya arasında alyansın daha da möhkəmləndirilməsi dururdu. 1963-cü il 22 yanvar tarixində 2 dövlət arasında Yelisey sarayında müqavilə imzalandı. 11 Fransa-AFR alyansı Avropa Birliyinin yaranmasında və inteqrasiyanın dərinləşməsində əsas hərəkətverici qüvvə oldu. [10] 1965-ci ildə 1 iyul tarixində Fransa Avropa Birliyi Şurasının və Daimi Təmsilçilər Komitəsində iştirak etməyəcəyini bəyan etdi. Bu Avropa Birliyi tarixinə “boş stul” böhranı olaraq düşmüşdür. Böhranın yaranmasına səbəb digər üzv ölkələrlə Fransa arasında xüsusi səs çoxluğu ilə səsvermə qaydası ilə bağlı yaranan anlaşmazlıq idi. Fransa prezidenti Şarl de Qol düşünürdü ki, bu cür səsvermə üzv dövlətlərin suverenliyinə təhdid ola bilər. Şarl de Qol yekdillik prinsipi ilə qərarların qəbul olunması tərəfdarı idi. Onun təkidi ilə dövlətlərin suverenliyinə zərər vuracaq qərarların qəbulunda üzv dövlətlərə veto hüququ verildi. Ancaq bəzi qərarların qəbulunda xüsusi səs çoxluğu səsvermə qaydası tətbiq olunmağa davam etdi. Əslində “Lüksemburq kompromisi” kimi tanınan bu razılaşma birlik daxilində inteqrasiyanın dərinləşməsinin qarşısını 20 il müddətində aldı. Avropa Parlamenti üzvlərinin birbaşa səsvermə yolu ilə seçilməsi Avropa vətəndaşları üçün əhəmiyyətli bir hadisə idi. 1979-cu il 7-10 iyun tarixlərində ilk seçkilər keçirildi. 410 parlament üzvü seçildi və Simone Veil Avropa Parlamentinin prezidenti seçildi. [2] İnsanların azad hərəkəti prinsipi - Avropa İttifaqı çərçivəsindən kənarda qarşılıqlı əməkdaşlığı nəzərdə tutan 14 iyun 1985-ci ildə Almaniya və Fransa arasında bağlanmış Şengen razılaşması ilə tənzimlənirdi. Sonradan bu müqaviləyə Benilüks ölkələri də qoşulmuşdu. İlkin mərhələdə müqavilə üzv dövlətlər tərəfindən həmin dövlətin vətəndaşlarının sərhəd keçid məntəqəsində pasport və gömrük yoxlamalarında nəzarətin sadələşdirilməsini, 1 yanvar 1990-cı ildən isə, ümumiyyətlə belə yoxlamaların ləğvini nəzərdə tuturdu. Şengen razılaşması digər dövlətlərin böyük marağına səbəb oldu. Belə ki, Şengen razılaşması formal sərhəd yoxlamalarını dayandırmaqla və ya yoxlama qaydalarını sadələşdirməklə insanların azad hərəkətinə şərait yaradırdı. Bu da, öz növbəsində, vahid daxili bazar münasibətlərinin inkişafına, investisiya qoyuluşuna, yeni törəmə və birgə müəssisələrin açılmasına, iş yerlərinin sayının artırılmasına müsbət təsir göstərir, iştirakçı dövlətlərin kənar sərhədlərində 12 nəzarətin gücləndirilməsinə gətirib çıxarırdı. Bu səbəbdən Şengen razılaşmasına qoşulan üzv dövlətlərin sayı getdikcə artırdı. 1990-cı ildə İtaliya, 1991-ci ildə İspaniya və Portuqaliya, 1992-ci ildə Yunanıstan, 1995-ci ildə isə Avstriya müqaviləyə qoşuldu. [49] 17-28 fevral 1986-cı ildə Lüksemburq və Haaqa konfranslarının nəticəsi olaraq 12 üzv dövlət tərəfindən «Vahid Avropa Aktı» imzalandı. «Vahid Avropa Aktı» 34 maddə və 20-dən artıq təklifi və digər məzmunlu sənədləri özündə birləşdirən 1 yekun aktından ibarətdir. Aktın I maddəsində göstərilir ki, Vahid Avropa Aktının məqsədi Avropa Birliyinə gətirib çıxaran üzv dövlətlərin siyasi əməkdaşlığına nail olmaqdır. Vahid Avropa Aktı həmin dövr üçün böyük ümid mənbəyi olsa da, keçid xarakterli olması ilə fərqlənirdi. [56] Üzv dövlətlərin birləşməsi prosesinin təkmilləşdirilməsi üçün mövcud hüquqi baza çətinlik yaradırdı. Vahid valyuta mexanizminin işə salınması, iqtisadi, valyuta, vahid sosial siyasətin, eləcə də, xarici siyasət, ümumi təhlükəsizlik məsələləri sahəsində yeni hüquqi bazaya zərurət yaranmışdı. Avropada və yer kürəsinin digər hissələrində köklü dəyişikliklər baş vermişdi. Belə ki, Şərq ölkələrində sosialist rejimlərin çökməsi Varşava Müqaviləsi əməkdaşlığının sonu ilə nəticələnmişdi. SSRİ ayrı-ayrı müstəqil dövlətlərə parçalanmışdı. İkinci Dünya müharibəsindən sonra Almaniyanı iki hissəyə ayıran «Berlin divarları» sökülmüşdü və Almaniya vahid dövlət kimi mövcudluğuna qayıtmışdı. Belə bir şəraitdə Avropa Birliyinin beynəlxalq aləmdə müstəqil və legitim qüvvə kimi təqdim olunmasına zərurət artırdı. Hələ 1990-cı ilin əvvəllərindən Fransa prezidenti Fransua Mitteran və Almaniya kansleri Helmud Kol yeni və xüsusi əhəmiyyətli təşəbbüslə çıxış etdilər. Onların təşəbbüsü təkcə iqtisadi əməkdaşlığı deyil, ümumi Avropa siyasətini və kollektiv təhlükəsizlik məsələlərini də əhatə edirdi. Bu məqsədlə Xarici İşlər nazirlərinin iştirakı ilə keçirilən görüşlərdə zəruri məsələlərin – siyasi, iqtisadi və valyuta birliyinin, Avropa Mərkəzi Bankının yaradılması məsələlərinin müzakirəsi üçün hökumətlərarası iclasların keçirilməsi qərara alındı. Bu məqsədlə yeni müqavilə layihəsi hazırlandı. Layihənin müzakirə edilməsi üçün 9-10 dekabr 1991-ci ildə Hollandiyanın Maastrix şəhərində Avropa 13 Birliyi üzvlərinin iclası keçirildi. 12 üzv dövlət başçısı tərəfindən bəyənilən müqavilə rəsmi olaraq «Avropa İttifaqı haqqında saziş» adlandırılsa da, əksər hallarda, iclasın keçirildiyi şəhərin şərəfinə «Maastrix müqaviləsi» adlandırılır. [57] Avropa İttifaqı Müqaviləsi 7 fevral 1992-ci ildə imzalandı və 1993-cü ilin 1 noyabrında qüvvəyə mindi. Bu müqaviləyə uyğun olaraq, Avropa Birliyi bundan sonra “Avropa İttifaqı” adlandırıldı. Maastrix müqaviləsi Avropa İttifaqlı daxilində inteqrasiyanın dərinləşməsini keyfiyyətcə yeni mərhələyə qaldırdı. [2] Avropa İttifaqına yenilik gətirən Amsterdam müqaviləsi 2 oktyabr 1997-ci il tarixində imzalandı. Və 1 may 1999-cu il tarixindən qüvvəyə mindi. Amsterdam müqaviləsi nəticəsində Maastrixt müqaviləsinin bəzi müddəaları yumşaldıldı. Birgə qərar qəbuletmə proseduru sadələşdirildi; Avropa Parlamentinin inteqrasiya proseslərində səlahiyyətləri genişləndirildi; Daxili İşlər və Ədliyyə sahəsində dəyişikliklər edildi; ümumi xarici və təhlükəsizlik siyasəti yenidən quruldu. [86, 101] 26 fevral 2001-ci il tarixində bu istiqamətdə yeni bir razılaşma-Nis (Nitsa) müqaviləsi imzalandı. Müqavilənin imzalanmasında məqsəd Avropa İttifaqının ən böyük genişlənməsinə hazırlaşmaq istiqamətində onun iş mexanizminin təkmilləşdirilməsi idi. Avropa İttifaqı (Maastrix) müqaviləsinə düzəlişlər etmək və onu dövrün tələblərinə uyğunlaşdırmaq lazım idi. [10] Müasir dövrdə genişlənmə siyasəti ilə bərabər Avropa İttifaqının qarşısında duran əsas məsələlərdən biri birlik daxilində inteqrasiyanın gücləndirilməsidir. XX əsrdə üzv dövlətlər Avropa İttifaqı inteqrasiyasını gücləndirmək məqsədi ilə bir sıra addımlar atdı kı, onlardan ən vacibi Avropa İttifaqı Konstitusiyasının hazırlanması idi. Avropa İttifaqı Dövlət və Hökumət Başçılarının 2000-ci ilin dekabr ayında Fransanın Nis şəhərində keçirilmiş Zirvə görüşü İttifaqın genişlənməsi ilə bağlı müvafiq qərarlar qəbul etməklə bərabər, Avropa İttifaqının Konstitusiyasının işlənib hazırlanması üçün də ilkin addımlar atdı. Bir il sonra Laaken şəhərində Avropa İttifaqının gələcəyi ilə bağlı yeni Bəyannamə qəbul edildi. Bu Bəyannamə üzv dövlətlərin qarşısına bir sıra vəzifələr qoydu. Bunlardan biri də Avropa vətəndaşları üçün vahid Konstitusiyanın yaradılması idi. Avropa İttifaqının Dövlət və Hökumət 14 Başçılarının Şurası İttifaqın Konstitusiyasının işlənib hazırlanması üçün Fransanın keçmiş prezidenti Qistard De Steytinqin rəhbərliyi altında xüsusi Konvensiyanın çağırılması barədə qərar qəbul etdi. Bir neçə il davam edən müzakirələrdən sonra, nəhayət, Konvensiya öz işini başa çatdırıb Avropa İttifaqı Konstitusiyası Layihəsini hazırlayaraq Aİ rəhbərliyinə və üzv dövlətlərin hökumətlərinə təqdim etdi. [2] 29 oktyabr 2004-cü ildə Romada Kici sarayının Qoraçiyev zalında təntənəli surətdə «Avropa Konstitusiyası» Aİ-nin 25 üzv dövləti tərəfindən imzalanmışdır. Konstitusiya layihəsini hazırlayan mütəxəssislərin fikrincə, Avropa Konstitusiyası «ümumavropa düşüncəsini aşılamalı və Avropa İttifaqı timsalında dünyaya yeni nümunəvi davranış qaydaları gətirməlidir». Konstitusiya Avropa İttifaqı təsisatlarının quruluşunu və funksiyalarını dəyişdirir. Lakin qeyd edilməlidir ki, Konstitusiyanın qüvvəyə minməməsi Avropa İttifaqının tənəzzülü deyil. Təsis sənədləri və digər normativ hüquqi aktlar öz qüvvəsini saxlayır. Üzv dövlətlər Konstitusiyanı ratifikasiya etmək üçün ali qanunvericiliklərinə uyğun olaraq, iki üsuldan birini seçməlidirlər: 1.Parlamentdə səsvermə ilə 2. Ümumi referendumla Bununla əlaqədar Avropa ölkələrində referendum keçirildi. İspaniya, Lüksemburq kimi ölkələrdə konstitusiya bəyənilərək qəbul olundu. Fransada da 29 may 2005-ci il tarixində bu mövzu ilə bağlı referendum keçirildi. Ancaq referendumun nəticələrinə görə Avropa İttifaqının Konstitusiyası layihəsi xalq tərəfindən qəbul olunmadı. Yalnız Fransada deyil, bir çox Avropa ölkələrində də bu hal yaşandı. Bu səbəbdən Avropa İttifaqının 22-23 iyun 2007-ci ildə keçirilən konfransında Konstitusiyanı müvəqqəti əvəz edən «İslahatlar barədə saziş» imzalanmışdır. Saziş 2007-ci ilin 13 dekabrında Lissabonda imzalandığından Lissabon sazişi adlanır. [58] Lissabon sazişi və ya Avropa İttifaqının islahatları haqqında saziş - tərkibində 27 dövləti birləşdirən Avropa İttifaqının dünya arenasında mövqeyinin və əhəmiyyətinin artırılması, kəskin qlobal dəyişikliklərin baş verdiyi bir dövrdə fəaliyyətinin və səmərəliliyinin artırılması məqsədilə 19 oktyabr 2007-ci ildə Lissabonda keçirilən 15 Hökumətlərarası konfransda yekun olaraq razılaşdırılmışdır. Sazişin üzv dövlətlər tərəfindən imzalanması onun ratifikasiya olunması prosesinə start vermiş və nəzərdə tutulmuşdur ki, 1 yanvar 2009-cu ilədək ratifikasiya prosesi başa çatdırılmalıdır. Mahiyyətinə görə saziş ratifikasiya olunmayan Konstitusiyanı əvəz etməlidir. 2008-ci ilin iyulunadək saziş 27 üzv dövlətdən 23-ü tərəfindən ratifikasiya olunub. Lissabon sazişi Fransa tərəfindən 7 fevral 2008-ci tarixində ratifikasiya olunmuşdur. Burada Aİnin hüquq subyekti olması bir daha təsdiqlənir. (Aİ haqqında müqavilənin 32-ci maddəsi) - bu onunla şərtlənir ki, Aİ səlahiyyətləri çərçivəsinə bir sıra hallarda beynəlxalq sazişlər bağlaya bilər. Üzv dövlətlərin Aİ tərəfindən imzalanmış sazişlərlə ziddiyyət təşkil etməyən və ya Aİ-nin səlahiyyətlərinə aid olmayan sahələr üzrə istənilən beynəlxalq sazişi imzalamaq səlahiyyətləri var. Lissabon Sazişi Avropa İttifaqı təsisatlarında bir sıra islahatların keçirilməsini nəzərdə tutur və həmçinin, «mütləq səs çoxluğu» prinsipi ilə qəbul edilən məsələlərin siyahısını müəyyənləşdirir. Beləliklə, Aİ dövlətləri Lissabon sazişi ilə qəbul edilməmiş Avropa İttifaqı Konstitusiyasını əvəz etməyə çalışaraq birlik daxilində inteqrasiyanın gücləndirilməsi yönündə uğurlu addımlar atdı. Avropa İttifaqının daxilindəki inteqrasiya prosesinin sürətləndirilməsindən sonra birlik genişlənmə məsələlərinə daha çox diqqət verməyə başladı. [59]


Yüklə 37,96 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin