Avropa regionu ölkələrinin siyasi-iqtisadi coğrafi səciyyəsi Avropada miqrasiya problemi


Problemdən çıxış yolu axtarışında



Yüklə 25,68 Kb.
səhifə5/5
tarix06.11.2022
ölçüsü25,68 Kb.
#67585
1   2   3   4   5
Avropada miqrasiya problemi

3. Problemdən çıxış yolu axtarışında
Onu da etiraf etmək lazımdır ki, mövcud miqrasiya reallığına uyğun olaraq hər bir dövlətin müvafiq təhlükəsizlik siyasətinin həyata keçirilməsi zərurəti yaranır. Yuxarıda sadalanan problemləri nəzərə alsaq onda bir sıra dövlətlərin öz milli təhlükəsizliyinin qeydinə qalması başadüşüləndir. Amma necə deyərlər, məqsədə gedən yolda istifadə olunan metod və vasitələr yalnışdır. Belə ki, məlumatlara görə, bir sıra Avropa ölkələri, o cümlədən Böyük Britaniya, Macarıstan, Yunanıstan, Sloveniya, İtaliya və digərləri Şimali Afrika və Yaxın Şərq ölkələrindən gələn miqrant axınının qarşısını xüsusi üsullarla almaq haqqında qərar qəbul etmişdir. Almaniya Xarici İşlər Nazirliyi miqrantlara qarşı tətbiq olunan sərt qaydaların bundan sonra da ardıcıl həyata keçiriləcəyinin mesajlarını vermişdir. Yaxın keçmişin acı nəticələri isə tətbiq olunan siyasətin nəinki problemin həllinə rəvac vermədiyini, əksinə onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirdiyini göstərir.
Bu kontekstdə onu da əlavə etmək istərdik ki, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan məcburi miqrasiya ilə üzləşmişdir. Bu gün Azərbaycanda məskunlaşmış qaçqın və məcburi köçkünlər məcburi miqrasiyanın başlıca subyekti kimi Azərbaycan hökumətinin hərtərəfli diqqət və qayğısı ilə əhatə edilmişdir. Bu insanların məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar müntəzəm olaraq tədbirlər həyata keçirilir.


  1. Ərəstü Həbibbəyli, Müasir dövr miqrasiya proseslərinin pərdəarxası. Bakı, 23 oktyabr 2018 – Newtimes.az

  2. Sahibə QAFAROVA, Avropada miqrasiya problemi: reallıqla həyata keçirilən tədbirlər arasındakı ziddiyyət. STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

Yüklə 25,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin