Avropa regionu ölkələrinin siyasi-iqtisadi coğrafi səciyyəsi Avropada miqrasiya problemi


İnsan resursları və onun xüsusiyyətləri



Yüklə 25,68 Kb.
səhifə2/5
tarix06.11.2022
ölçüsü25,68 Kb.
#67585
1   2   3   4   5
Avropada miqrasiya problemi

İnsan resursları və onun xüsusiyyətləri Avropanın sahib olduğu siyasi-iqtisadi potensialdır. İqtisadi istiqamətdən inkişaf edərək yüksək həyat standartlarına çatmaları elmi inkişaflı insanlardan ibarət əhaliyə və elm-texnologiyada göstərmiş olduqları irəliləmələr sayəsində olmuşdur. Müasir dövrdə ABŞ əhalisinin bir çox hissəsi avropalıdırlar. Məhz Avropalılar tərəfindən də elmi və texnoloji inkişafları reallaşdırılmışdır. Avropa Birliyi Avropa dövlətlərinin hər istiqamət üzrə birləşməsini qarşısına məqsəd qoymuş və Avropanın planetdəki gücünü və əhəmiyyətini artırmaqla bu yolda əhəmiyyətli tədbirlər həyata keçirir.
Qərbi Avropanın hərbi təşkilatı olan NATO-ya bu ölkələrin böyük hisəsi daxil olaraq beynəlxalq təhlükəsizliyin təminatında iştirak etməyə başladılar. 1990-cı ilin əvvəlində mövcud olan hərbi, iqtisadi və siyasi qütbləşmə bununla da Avropa regionunda öz ideoloji əhəmiyyətini itirdi. 52-dən çox dövlət yerləşən Avropada inzibati-idarəetmə formasına görə 33 dövlət respublika, 11 monarxiya, bir dövlət - Vatikan teokratik-mütləq monarxiyaya malikdir. Dünyanın siyasi və iqtisadi, hərbi təşkilatlarından NATO, DÜNYA BANKI, AVROPA İTTİFAQI və s. burada fəaliyyət göstərir.
Qədim dövrlərdən daha çox məskunlaşmış əraziyə malik Avropa əhalisi sayına görə yalnız Asiya qitəsindən geridədir. Yer kürəsi əhalisinin 19%-ni təşkil edən Avropada 731 milyondan çox əhali yaşayır. Əhali daha sıx Atlantik okeanı sahillərində, mühüm sənaye rayonlarında, iri şəhər və paytaxtlarda, çay və nəqliyyat yolları boyunca yerləşmişdir. Daha az əhali 60 dərəcə şimal enliklərindən şimalda olan soyuq ərazilərdə məskunlaşmışdır.
Qloballaşma dövrü və üçüncü minillik bəşər cəmiyyəti qarşısında yeni çağırışlar, dilemmalar ortaya çıxardı. Heç şübhəsiz ki, günümüzdə ən çox rast gəlinən, eşitdiyimiz ifadə "böhran" sözüdür. Dünya maliyyə böhranı, iqtisadi böhran, beynəlxalq hüququn qarşılaşdığı ədalət böhranı, hətta mənəvi dəyərlərin aşınması böhranı və sonsuz sayda digər məsələlərlə bağlı cəmiyyətin qarşılaşdığı istənilən aktual problemi böhran olaraq qəbul etmək olar.
Üçüncü minilliyin gündəmini zəbt edən ən aktual məsələlərdən biri də miqrasiya böhranıdır. Hazırda müxtəlif ölkələrdə bu problemə dair çoxlu tədqiqatlar aparılır, elmi əsərlər ortaya qoyulur. Qeyd edilməlidir ki, ciddi elmi dairələrdə belə fərqli yanaşmaların şahidi oluruq. Miqrasiya böhranının yaranma səbəbləri, miqrantların axın etdiyi ölkə və regionlar, gəldikləri ölkələrdə davranış normaları və qarşılaşdıqları reaksiya, dini-irqi motivlər və bir sıra digər amillərə görə yanaşmalar da fərqlənir.
Bu bir reallıqdır ki, bütün tarixi dövrlərdə miqrasiya prosesləri cəmiyyətin qarşısında bir çağırış olmuşdur, lakin bugünkü kimi böyük təzadlar heç vaxt yaranmamışdır. Müasir dövr miqrasiya prosesləri bir sıra səciyyəvi xüsusiyyətləri ilə fərqlənir. İlk növbədə qeyd etməliyik ki, hazırda planetimizin demək olar ki, hər bir yerində miqrasiya axınları baş versə də, miqrasiya böhranı adlandırılan proses daha çox "Qoca qitə"yə yönəlmiş köçlə əlaqələndirilir. Bu isə Avropaya yönələn miqrantların mənəvi dəyərlərdən tutmuş məşğulluğa qədər böyük təsir arealında kəskin dəyişikliklərə səbəb olması ilə əlaqədardır. Bu mənada miqrantların Avropa yolunda əsas marşrutlarından olan Aralıq dənizinin "ölüm dənizi" adlandırılması da təsadüfi hesab edilməməlidir. Afrikanın, Yaxın və Orta Şərqin bir çox ölkələrində məhz "böyük güclər"in siyasi müdaxilələri nəticəsində evlərini tərk etməli olan miqrantlar üçün Aralıq dənizi ölüm-qalım uğrunda mübarizə meydanına çevrilmişdir.
Böhran isə təkcə "dənizdən sağ çıxmaq"la bağlı deyil. Hazırda öz vətənlərindən məcburi miqrasiyaya məruz qalan insanlara üz tutduqları ölkələrdə münasibət də birmənalı deyil. Onlar gəldikləri ölkələrdə əksər hallarda ayrı-seçkiliklə üzləşirlər, etnik, dini kimlik ön plana çıxarılır. Bu baxımdan müasir dövr miqrasiya prosesləri fərqli sivilizasiya daşıyıcılarının toqquşması, multikultural böhranla müşayiət olunur.
Qərbin "soyuq müharibə"də qələbəsindən sonrakı dövrü müasir miqrasiya proseslərində üçüncü mərhələ və haqlı olaraq "geosiyasi miqrasiya" hesab edirlər. Bu dövrdə Qərbin dominantlığı üzərində qurulan yeni geosiyasi konfiqurasiyada miqrasiya prosesləri bir tərəfdən "beyin axınının" Qərbə istiqamətlənməsinin təşviqi ilə, digər tərəfdən isə hegemon dövlətlərin hərbi müdaxiləsindən sonra öz evlərindən didərgin düşməyə məcbur olmuş insanların "arzu edilməyən miqrantlara" çevrilməsi, dözümsüzlüyün artması, xüsusilə də islamafobiya meyllərinin kəskinləşməsi ilə xarakterizə olunur. Bütün bunlar cəmiyyətdə fərqli qütblərin yaranmasına, ziddiyyət və təzadların kəskinləşməsinə gətirib çıxarır.
Beləliklə, göstərilən tarixi dövr ərzində miqrasiya hər zaman Qərb dövlətləri tərəfindən idarə olunan proses olmuşdur. Amma görünən odur ki, yeni minillikdə miqrasiya proseslərini Qərb öz maraqlarına uyğun tam idarə edə bilmir. Hətta son illərin ən məşhur taktikası "idarəolunan xaos" da bu proseslərdə özünü doğrultmur. Ola bilsin ki, bu mənada proseslərin idarəolunmadan çıxmasını Qərbin maraqlarına uyğun miqrasiya böhranı adlandırırlar.
Bilindiyi kimi Avropada birinci qaçqın böhranı I dünya müharibəsi və 1917-ci ilin rus inqilabının təsiri altında baş vermişdir. Həmin dövrə qədər "Qoca qitə" "ağ irq, xristian din və avropalı etnik" nüvədən kənara çıxmırdı. II dünya müharibəsinə qədərki dövrdə Avropaya çoxsaylı qaçqın axını olsa da bu, qeyd etdiyimiz nüvənin struktur tərkibinə əhəmiyyətli təsir edə bilməmişdi. Müharibələr arası dövrdə vətəndaşlığı olmayan miqrantların tənzimlənməsi üçün ilkin normalar və institutlar, "Nansen pasportları"nın verilməsi kimi məsələlər müəyyən edilməyə başlandı. Əsaslı dəyişikliklər isə II dünya müharibəsindən sonra Avropanın ucuz işçi qüvvəsinə olan tələbatını ödəmək üçün müstəmləkələrdən təşviq etdiyi miqrant axınından sonra oldu. Avropa ölkələrinin əksər keçmiş müstəmləkələri Afrikada və müsəlman ölkələri olduğundan Avropanın əhali strukturunda ağ olmayan irqi, islam dini daşıyıcıları və multietnik mozaik quruluş yarandı.

Yüklə 25,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin