Avropa Şurası Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını tanıyır
Avropa Şurası ilə Azərbaycan arasında əlaqələrin tarixi 1992-ci ildən başlayır. Bu dövrdə müstəqilliyini
yenicə əldə etmiş respublikamız dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə etibarlı əməkdaşlıq münasibətləri
qurmağa cəhd göstərir və bu istiqamətdə müəyyən addımlar atırdı. 1992-ci ildə Azərbaycan "xüsusi dəvət
olunmuş qonaq" statusu verilməsi xahişi ilə Avropa Şurasına rəsmi müraciət etdi.
Lakin bu müraciət uzun müddət AŞ-nin diqqətindən kənarda qaldı. Şübhəsiz ki, bunun səbəblərini ilk
növbədə Azərbaycan rəhbərliyinin səriştəsiz xarici siyasətində axtarmaq lazım gəlirdi. Doğrudur, burada
beynəlxalq birliyin Azərbaycana münasibətdə ikili standartlara üstünlük verməsini də nəzərdən qaçırmaq olmaz.
Lakin qeyd etmək lazımdır ki, respublikanın o vaxtkı rəhbərliyi də "buzun" sındırılması üçün konkret və qəti
addımlar atmırdı.
Bütün bunlar isə nəticə etibarilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində də
özünü aydın şəkildə büruzə verirdi. Avropa Şurası bu münaqişəyə dair qəbul etdiyi ilk sənədlərdə qərəzli və
ədalətsiz təhlillərə yol vermiş və problemin əsl mahiyyətini açıqlamağa cəhd göstərməmişdi.
1992-ci ilin fevralında Avropa Şurası Parlament Assambleyasının AŞ-yə üzv olmayan Avropa ölkələri ilə
Əlaqələr Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk bəyanatı qəbul etdi. Sənəddə
Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə edilir və tərəflərə atəşi dayandırmaq, münaqişəni
sülh yolu ilə aradan qaldırmaq tövsiyə olunurdu. Bu bəyanatda Ermənistanla münaqişə bölgəsinə BMT
qüvvələrinin gətirilməsi xahişi də öz əksini tapmışdı.
Həmin ilin mart ayının 12-də Avropa Şurasının Nazirlər Komitəsi də münaqişə ilə bağlı bəyanat qəbul etdi.
Bu sənəd də problemə obyektiv qiymət vermir və onun mahiyyətini açıqlamırdı. AŞ-nin Nazirlər Komi-təsi
mümkün qədər neytral mövqe nümayiş etdirməyə çalışmışdı. Sənəd münaqişənin zor yolu ilə həllinin qəti
əleyhinə çıxır və bütün sərhədlərin toxunulmazlığı prinsipinin gözlənilməsini tələb edirdi. Qeyd edək ki,
sərhədlərin toxunulmazlığı prinsipinin gözlənilməsi bəyanatın yeganə müsbət məqamı olsa da, sənədin sonrakı
hissələrində sərhədlərin dinc yolla və qarşılıqlı razılıq əsasında dəyişdirilməsinin mümkünlüyü öz əksini
tapmışdı.
1993-cü ilin aprelində AŞ Nazirlər Komitəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə
dair daha bir bəyanat qəbul olundu. Bəyanata görə, AŞ Nazirlər Komitəsi BMT-nin bölgədə sülhün bərqərar
edilməsinə dair tələblərini dəstəkləyir və döyüş əməliyyatlarının dayandırılmasına tərəfdar çıxırdı. AŞ Nazirlər
Komitəsi Kəlbəcərdə hərbi əməliyyatların güclənməsindən narahatlığını ifadə etsə də, rayonun erməni
qəsbkarları tərəfindən işğal olunması faktını göstərmirdi. Ən maraqlı məqamlardan biri isə bundan ibarət idi ki,
Avropa Şurası Nazirlər Komitəsinin qəbul etdiyi sənəddə Ermənistanın adı, ümumiyyətlə, çəkilmirdi, halbuki
işğalçılıq əməliyyatları məhz bu ölkə tərəfindən həyata keçirilmişdi.
Avropa Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ədalətsiz mövqe tutmasını
sübut edən daha bir hadisə 1994-cü ilin yanvarında baş verdi. Belə ki, qurumun AŞ üzvü olmayan Avropa
dövlətləri ilə Əlaqələr Komitəsi Strasburqda münaqişənin həlli ilə bağlı görüş keçirilməsi barədə təşəbbüslə
çıxış edərkən, danışıqlara Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrini də dəvət etmişdi. Bu isə
görüşün baş tutmamasına gətirib çıxardı və Azərbaycan tərəfi bu formatda keçiriləcək danışıqlara
qatılmayacağını bəyanladı.
Bir qədər sonra, 1994-cü ilin iyulunda Strasburqda Avropa Şurasının təşəbbüsü ilə Ermənistan—
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar keçirildi. Azərbaycan AŞ ilə əlaqələrin inkişafının
zəruriliyini nəzərə alaraq bu danışıqlarda iştirak etdi. Görüşün nəticələrindən biri ondan ibarət oldu ki, AŞ PA-
nın quruma üzv olmayan Avropa dövlətləri ilə Əlaqələr Komitəsinin sədri Devid Atkinsonun rəhbərliyi ilə
regiona nümayəndə heyətinin göndərilməsi qərara alındı.
Noyabrın 14-də nümayəndə heyəti Azərbaycana səfərə gəldi. Bundan bir neçə gün əvvəl, noyabr ayının 10-
da isə Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk
qətnaməsini qəbul etdi.
"Dağlıq Qarabağda münaqişəyə dair" adlanan bu qətnamə problemə ədalətli qiymət vermir və onun
mahiyyətini təhrif edirdi. Qətnamədə may ayının 12-də əldə olunmuş atəşkəsə riayət olunmasından razılıq ifadə
edilir və sülh sazişinin yaxın vaxtlarda imzalanacağına böyük ümidlər olduğu bildirilirdi. Burada 20 mindən çox
insanın həlak olması və bir milyon insanın qaçqın düşməsi faktı göstərilsə də, qaçqınların azərbaycanlı olması
və Ermənistanın təcavüzkar siyasəti nəticəsində öz torpaqlarını tərk etdiyi göstərilmirdi. Qətnamədə hətta belə
bir bənd də öz əksini tapmışdı ki, AŞ PA Ermənistan və Azərbaycan müdafiə nazirlərinin və Dağlıq Qarabağ
ordu komandanının atəşkəsi gözləmək öhdəliyini alqışlayır. Bu, bir tərəfdən Ermənistanın münaqişədə iştirakını
təsdiqləyirdisə, digər tərəfdən Dağlıq Qarabağdakı separatçı rejimi ayrıca bir tərəf kimi təqdim edirdi.
1996-cı ilin 28 iyununda Azərbaycan Avropa Şurasına "xüsusi dəvət olunmuş qonaq" statusu aldı. Bu, artıq
AŞ ilə münasibətlərin inkişafında növbəti mərhələnin başlanğıcı kimi xarakterizə olunurdu. "Xüsusi dəvət
olunmuş qonaq" statusu Azərbaycanın tezliklə AŞ-yə tamhüquqlu üzv kimi qəbul olunacağına böyük inam
yaratmışdı.
1997-ci ilin aprelində AŞ PA Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair daha bir qətnamə
qəbul etdi. "Zaqafqaziyada münaqişələrə dair" qətnamə Abxaziya və Dağlıq Qarabağdakı münaqişələrin həllinə
AŞ-nin kömək göstərməsinin zəruriliyini vurğulayırdı. Azərbaycan, Gürcüstan və Ermənistanın AŞ-yə üzv
qəbul edilməsində bölgədəki münaqişələrin həlli istiqamətində səylərin də əsaslı rol oynaya biləcəyini göstərən
bu sənəddə münaqişələrin həllinin sərhədlərin toxunulmazlığı, region xalqları üçün çoxmillətli sülhməramlı
qüvvələr tərəfindən dəstəklənən təminatlı təhlükəsizlik, Abxaziyaya və Dağlıq Qarabağa muxtariyyət statusunun
verilməsi, qaçqın və köçkünlərin geri qaytarılması prinsipləri əsasında mümkünlüyü nəzərdə tutulurdu.
Sənədin Dağlıq Qarabağ münaqişəsinə dair bölməsində işğal olunmuş ərazilərin azad edilməsi münaqişənin
sülh yolu ilə nizamlanması Avropa Şurasının tövsiyəsi kimi öz əksini tapmışdı. Lakin qətnamənin mənfi
cəhətlərindən biri bundan ibarət idi ki, Azərbaycan, Ermənistan və Dağlıq Qarabağın birbaşa danışıqlar
aparmasının zəruriliyi vurğulanırdı. Bu isə yenə də Dağlıq Qarabağdakı separatçı rejimin müstəqil tərəf kimi
tanınması mənasını verirdi və buna görə də həmin qətnamə də real səciyyə daşımırdı.
2000-ci ilin 28 iyununda AŞ PA Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar
qəbul etdi. 2001-ci il 17 yanvar AŞ Nazirlər Komitəsi də analoji addım ataraq bu qərarın hüquqi qüvvəyə
minməsini təmin etdi. Həmin ilin yanvar ayının 25-də Azərbaycanın Avropa Şurasına qəbul olunması mərasimi
keçirildi və bununla da ölkəmizin Avropa ilə əlaqələrinin tarixində yeni mərhələ start götürmüş oldu.
AŞPA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığı və
diplomatik fəallığı nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başladı. Azərbaycanlı deputatlar AŞ PA-
nm müxtəlif dövlətlərdən olan üzvləri ilə yaxşı münasibətlər qurur, ölkəmizin qarşılaşdığı problemlər, əldə
etdiyi nailiyyətlər, eləcə də torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması,
bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşaması barəsində ətraflı məlumatlar verirdilər.
2001-ci ilin yanvarında Azərbaycan və Ermənistanın AŞ-yə tamhüquqlu üzv kimi qəbul olunduğu sessiyada
İngiltərədən olan deputat Corc Teylor Azərbaycanda Dağlıq Qarabağda ermənilərin törətdiyi vəhşiliklərdən
danışdı. O, burada insan hüquqlarının kobud şəkildə tapdalandığını, ermənilərin Azərbaycana qarşı təcavüzkar
siyasət apardıqlarını bəyan etdi. C.Teylor qaçqınların və məcburi köçkünlərin ağır vəziyyətdə yaşadığına diqqəti
çəkərək AŞ-nın bu sahədə ciddi addımlar atmasının zəruriliyini bildirdi. O, ermənilərin işğal olunmuş ərazilərdə
dağıdıcılıqla məşğul olduqlarını, buradakı mədəniyyət abidələrini, xidməti binaları, məktəbləri, xəstəxanaları
məhv etdiklərini söylədi: "Dağlıq Qarabağda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş genosidə
siyasi qiymət verilməlidir", - deyə sərt bəyanatla çıxış edən C.Teylorun bu fikirləri ermənilərin ciddi etirazı ilə
qarşılansa da, obyektiv həqiqətləri özündə əks etdirirdi. Bu ermənilərin AŞ PA-da qarşılaşdıqları ilk sürpriz idi.
Bundan sonra da Azərbaycan nümayəndə heyəti ermənilərin işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşası
istiqamətində mühüm işlər görə bildi. Məhz Azərbaycan nümayəndə heyətinin fəallığı sayəsində AŞ Nazirlər
Komitəsinin 108-ci sessiyasının rəsmi məlumatında Ermənistanın təcavüzkar siyasəti pislənilirdi.
Həmin sənəddə aydın şəkildə qeyd olunurdu ki, Avropa Şurası ölkələrin ərazi bütövlüyü, suverenliyi,
sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Ermənistan bu sənədə millətlərin öz müqəddəratını təyinetmə
hüququnun da salınmasını istədi. Lakin heç kim bu təklifi dəstəkləmədi və rəsmi məlumat olduğu kimi qəbul
edildi. Nəticədə 43 dövlətdən yalnız Ermənistan həmin sənədin əleyhinə çıxdı.
Bu, erməni deputatlarının ilk ciddi səhvi idi. Çünki ərazi bütövlüyünün dəstəklənməməsi, faktiki olaraq,
beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş normalarına qarşı çıxmaq demək idi. Bir qədər sonra
Azərbaycan nümayəndə heyəti bu vacib məqamdan istifadə edərək Ermənistanın Azərbaycanın ərazi
bütövlüyünü tanımaması faktı ilə bağlı AŞ-yə sorğu təqdim etdi.
2001-ci il aprelin 24-də Strasburqda AŞ PA-nın sessiyasında "Avropanın iqtisadi və transmilli mütəşəkkil
cinayətkarlığa qarşı mübarizəsi" mövzusunda keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyəti də fəal
iştirak etdi.
1
Bu müzakirələrdə nümayəndə heyətimizin rəhbəri cənab İlham Əliyev çıxış edərək ölkəmizi
narahat edən məsələlərə toxundu: "Azərbaycan bu məsələdən, xüsusilə narahatdır. Çünki Avropada mütəşəkkil
cinayətkarlığın mərkəzlərindən biri məhz bizim ərazidədir. "Dağlıq Qarabağ respublikası" deyilən ərazidə
nəinki Azərbaycanın hakimiyyət orqanlarının bu cinayətkarlıqla mübarizəyə məsul olan beynəlxalq təsisatların
da heç bir nəzarəti yoxdur.
Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir
milyon azərbaycanlı qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimizin,
əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçılarının zəbt etdikləri ərazidə bütün
infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazidə mütəşəkkil cinayətkarlığın inkişafı üçün
çox əlverişli şərait yaranmışdır". Daha sonra cənab İlham Əliyev Azərbaycanda yaranmış vəziyyətin ağırlığını
göstərən faktları sadaladı:
1. "Dağlıq Qarabağ respublikası" deyilən ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün
istifadə edilir. Bu fakt ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət
strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapmışdır. Narkotiklərlə məşğul olan işbazlar və
tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər. Onları "Dağlıq Qarabağ respublikası"nın
bədnam rəhbərləri müdafiə edir. Həmin rəhbərlər narkotiklərin satışından gələn pulları Azərbaycanın işğal
olunmuş ərazisini əldə saxlamaq və muzdlulara haqq ödəmək üçün istifadə edirlər.
2. Yaxşı məlumdur ki, Rusiyanın keçmiş rəhbərləri özlərinin müvafiq strukturlarına Ermənistana qanunsuz
yolla bir milyard dollarlıq silah ötürməyə icazə vermişdilər.
Həmin silahların çox hissəsi Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində
yerləşdirilmişdir. Mən sual edirəm, Ermənistan və Dağlıq Qarabağ bu silahları almaq üçün bu qədər pulu
haradan tapdı? Bu regiondakı vəziyyəti bilən hər kəsə aydındır ki, Ermənistanda iqtisadi vəziyyət çox pisdir.
Ermənistan əsas etibarilə xarici yardımlar hesabına yaşayır. Daimi iqtisadi tənəzzül ucbatından yüz minlərlə
adam Ermənistanı tərk etmişdir.
Cavab aydındır. Ya onlar həmin silahları pulsuz alıblar - buna güman çox azdır - ya da narkotiklərin
satışından əldə olunan pula alırlar.
3. Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət bu qondarma "respublikanı" "çirkli" pulların
"yuyulması" əməliyyatları sahəsində məşhurlaşdırmışdır.
4. Ermənilər Dağlıq Qarabağın ərazisində silahlı birləşmələrə təlim keçirlər, bu birləşmələr terrorizmə qarşı
mübarizə üzrə beynəlxalq konvensiyaların nəzarətindən tamamilə kənardadır".
1
Bu məlumatları diqqətə çatdırdıqdan sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri bütün Avropa
strukturlarından erməni təcavüzkarlarının, işğalçıların torpaqlarımızdan çıxması, bir milyon azərbaycanlı
qaçqının insani hüquqlarını pozmağa və torpaqlarımızdan öz cinayətkar əməllərindən ötrü istifadə etməyə son
qoymaları üçün ciddi tədbirlər görməyi xahiş etdi.
Sessiya zamanı nümayəndə heyətimiz Ermənistanda və Dağlıq Qarabağda azərbaycanlı girov və əsirlərin
olması faktı ilə bağlı xüsusi sənədin layihəsini hazırlayaraq deputatlar arasında yaydı. Bu sənəddə
torpaqlarımızın işğalı nəticəsində 4959 nəfərin itkin düşdüyü, onlardan 1092 nəfərinin 1992-2001-ci illər
ərzində azad edildiyi və bu insanların 176 nəfərinin xəstə olduğu göstərilirdi.
Sənəddə qeyd olunurdu ki, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazisində 783 nəfər əsir
saxlanılır, onlardan 18-i uşaq, 43-i qadın, 56 nəfəri qocadır. Layihədə Ermənistanın bu faktı inkar etdiyi də
bildirilirdi və faktlarla göstərilirdi ki, əsirlikdə olanlar qul kimi işlədilir, daim təhqir olunur və işgəncələrə məruz
qalırlar. Onlar normal qidalanmır, lazımi tibbi yardım almırlar.
Bu sənədə Macarıstan, Rusiya, Lüksemburq, İspaniya, Türkiyə, Niderland, Latviya, Litva, İsveç, Ukrayna
və digər ölkələrdən olan bir çox deputatlar da imza atmışdılar və layihə AŞ PA-nın sessiyasında iştirak edən
dövlətlərin parlament nümayəndə heyətləri arasında yayılmışdır.
Bu sessiya ərəfəsində Fransa parlamenti və Senatı qondarma "erməni soyqırımı"nı tanıması barədə qərar
çıxarmışdı. Bu fürsətdən istifadə etməyə çalışan erməni deputatları, Avropa Şurası Parlament Assambleyasında
Ermənistan parlamentini təmsil edən deputatlar "məzlum erməni millətinin Osmanlı imperiyası tərəfindən
soyqırımına məruz qalmasına dair sənəd hazırlamışdılar. Aparılmış təbliğat nəticəsində bir neçə deputat bu
sənədə imza atmışdı.
Buna cavab olaraq Azərbaycan nümayəndə heyəti ötən əsrin əvvəlindən bu günə kimi ermənilərin xalqımıza
qarşı törətdikləri vəhşiliklər, indi isə ərazimizin 20 faizini işğal etmələri haqqında bəyannamə hazırlayaraq
Avropa Şurasının üzvü olan ölkələrin deputatları arasında yaydı.
Həmin bəyannamədə bildirilirdi ki, ermənilər "böyük Ermənistan" yaratmaq iddiası ilə 1905-1907-ci illərdə
azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirmiş, 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Qarabağ,
Zəngəzur, Naxçıvan, Lənkəran və başqa ərazilərdə azərbaycanlılara qarşı qətlim törətmişlər.
1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlanandan sonra yüz minlərlə azərbaycanlı yenidən öz tarixi
torpaqlarından deportasiya olunmuş, 1992-ci il fevral ayının 26-da Xocalı əhalisi ermənilər tərəfindən
bütünlüklə məhv edilmiş, şəhər xarabazara çevrilmişdir.
Azərbaycan nümayəndə heyəti bununla kifayətlənməyərək həm də geniş təbliğat aparmış və bunun
nəticəsində ermənilərin heç bir əsası olmayan sənədinə imza atmış bir neçə deputat öz imzalarını geri
götürmüşdü.
2001-ci ilin yay sessiyası da Azərbaycan nümayəndə heyətinin gərgin və səmərəli fəaliyyəti ilə yadda qaldı.
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Milli Məclisinin nümayəndə heyəti tərəfindən
hazırlanmış və iyunun 26-da deputat Gültəkin Hacıyevanın adından Nazirlər Komitəsinə ünvanlanmış
"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır" sərlövhəli müraciət rəsmi sənəd kimi AŞ PA-nın
deputatları arasında yayıldı. Həmin sənəddə qeyd olunurdu ki, Avropa Şurasının Nazirlər Komitəsinin mayın
10-11-də keçirdiyi 108-ci sessiyasında Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan sessiyada bildirmişdir
ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq
niyyətində deyil və tanımayacaq. Bunu nəzərə alaraq nümayəndə heyəti Azərbaycanın və Ermənistanın Avropa
Şurasının tamhüquqlu üzvü olduğunu; ölkəmizin ərazi bütövlüyünün BMT, ATƏT, Avropa Şurası və bütün
dünya dövlətləri tərəfindən tanındığını; Avropa Şurasının üzvü olan bir dövlətin - Ermənistanın Avropa
Şurasının üzvü olan başqa bir dövlətin - Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədiyini; Azərbaycan
torpaqlarının 20 faizini Ermənistanın işğal etdiyini və bunun nəticəsində insan hüquqlarını kütləvi sürətdə
pozduğunu nəzərə alaraq Avropa Şurasının Nazirlər Komitəsindən Ermənistan Respublikasını beynəlxalq
qanunların əsas prinsiplərindən biri olan dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmət etməyə və
Ermənistan hərbi qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmağa çağırmağı xahiş edirdi.
Azərbaycan nümayəndə heyətinin hazırladığı daha iki mühüm sənəd iyunun 27-də rəsmi sənəd kimi AŞ PA-
nın deputatları arasında paylanmışdır. Azərbaycan mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdılması və
mənimsənilməsi barədə sənədi 18 deputat imzalamışdır. Bu sənəddə qeyd olunurdu ki, Azərbaycan
Respublikasına qarşı erməni təcavüzünün faciəvi nəticələrindən biri də odur ki, Azərbaycan torpaqlarının 20
faizini işğal etməkdən əlavə, ermənilər ölkənin zəbt olunmuş bölgələrində Azərbaycanın milli-mənəvi irsini
məhv edirlər.
Nümayəndə heyətinin yaydığı ikinci sənəd Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji tarazlığın
Ermənistan tərəfindən pozulmasına aid idi. Həmin sənədə 16 deputat imza atmışdı.
2001-ci ilin sentyabrında AŞ PA sədri Rassel Conston Bakıya gəldi. Səfər zamanı bir sıra əhəmiyyətli
görüşlər keçirən R.Conston Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qanunsuz "seçkilərə" də
münasibətini bildirdi. Ö, AŞ-nin bu seçkiləri tanımadığını və DQ-nin Azərbaycanın tərkib hissəsi olduğunu
bəyan etdi. AŞ PA sədri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını da öz çıxışlarında dəfələrlə
təsdiqlədi.
Sentyabrda AŞ PA-nın payız sessiyasında Azərbaycan tərəfi iki sənəd təqdim etdi. Birinci sənəd
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin AŞ PA-da müzakirəsi ilə bağlı olmuşdu. Hazırlanmış
layihədə Azərbaycan torpaqlarının işğalı, bir milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətində
yaşaması, Ermənistanın regionda sülhə və sabitliyə təhlükə yaradan siyasət yürütməsi və digər mühüm faktlar
öz əksini tapmışdı. Azərbaycan nümayəndə heyətinin hazırladığı bu sənəd AŞ PA-da 30-a qədər ölkəni təmsil
edən 50 deputat tərəfindən imzalanmışdı. Layihədə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın
Ermənistan tərəfindən işğal olunduğu qeyd edilirdi. Bu sənəd AŞ PA-da yayıldı və təşkilatın rəsmi sənədləri
sırasına salındı.
Azərbaycan nümayəndə heyətinin hazırladığı ikinci sənəd isə "Avropada təhsilin gələcək inkişafı
kontekstində Azərbaycanda qaçqın və məcburi köçkünlərin təhsil hüquqları" adlanırdı. Bu sənəddə
Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlının öz yurd-yuvalarından didərgin düşməsi
nəticəsində yaranmış vəziyyət haqqında geniş məlumat verilirdi. Minlərlə uşağın təhsil almaq hüququnun
Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu qeyd edən Azərbaycan nümayəndələri AŞ-nin nüfuzlu
beynəlxalq təşkilat kimi bu mühüm problemi diqqət mərkəzində saxlamasının zəruriliyini ifadə etmişdilər. Qeyd
edək ki, bu sənəd də kifayət qədər geniş rezonans doğurdu və Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin
beynəlxalq ictimaiyyətə açıqlanması istiqamətində mühüm addım kimi yadda qaldı.
Erməni deputatları bu dəfə də Azərbaycan nümayəndə heyətinin gözlənilməz addımı ilə qarşılaşdılar və əsas
diqqətlərini sənəddə əksini tapmış faktların təkzib edilməsinə ayırmalı oldular. Qeyd edək ki, cənab İlham
Əliyevin başçılığı ilə nümayəndə heyətimizin fəallığı hər dəfə erməniləri çıxılmaz vəziyyətə salaraq münaqişə
barəsində dünyada obyektiv təsəvvür formalaşmasına xidmət etməklə yanaşı, qarşı tərəfin də əks-təbliğat
aparmasına imkan vermirdi. Çünki hər sessiyada azərbaycanlı deputatlar yeni sənədlər təqdim edirdi ki, bu da
AŞ PA-da böyük rezonans yaradır və həm Ermənistana qarşı münasibətin pisləşməsinə, həm də erməni
deputatlarının Azərbaycana qarşı addımlarının qarşısının alınmasına gətirib çıxarırdı.
Azərbaycan nümayəndə heyəti AŞ Nazirlər Komitəsinin 108-ci sessiyasında ərazi bütövlüyünün
toxunulmazlığı prinsipinin əleyhinə çıxmış Ermənistanla bağlı sorğu göndərmişdi. Bu sorğuda Ermənistanın
Azərbaycanın ərazi bütövlüyünü tanımamasının AŞ PA-nın və ümumiyyətlə, beynəlxalq hüququn prinsiplərinə
uyğun gəlmədiyi qeyd olunurdu. Azərbaycan nümayəndə heyəti bu məsələyə dair AŞ PA-nın rəsmi mövqeyini
öyrənmək istəyirdi. Bu sorğu əsasında müzakirə aparıldı və Nazirlər Komitəsi Azərbaycanın ərazi bütövlüyünün
toxunulmazlığı prinsipini tanıdığını rəsmən elan edərək Ermənistanı da bu sənədə imza atmağa dəvət etdi.
Nəticədə Ermənistan bu məsələdə mövqeyini dəyişdi və sənədə imza atmağa məcbur oldu.
AŞ PA-nın sentyabrın 25-də keçirilmiş iclasında beynəlxalq terrorizm məsələsi ətrafında müzakirələr
aparıldı. Ayrı-ayrı ölkələri təmsil edən deputatlar çıxış edərək terrorizmin genişlənməsini pisləmiş və onun
bəşəriyyətin ümumi bəlasına çevrilməsindən narahatlıqlarını bildirmişdilər. Erməni deputatı Hovanesyan iclasda
çıxış edərək bildirdi ki, guya Ermənistan heç bir terror aktını dəstəkləmir və terrorizmə qarşı mübarizə aparır. O,
Dağlıq Qarabağın erməni əhalisinə qarşı Azərbaycanın guya terror siyasəti yeritdiyini, məşhur terrorçu Ben
Ladenin Bakı ilə telefon əlaqəsi saxladığını iddia edən gülünc mülahizələr söyləmişdi. AŞ PA-da Azərbaycan
nümayəndə heyətinin başçısı, Milli Məclisin deputatı İlham Əliyev isə çıxış edərək erməni nümayəndələrinin bu
iftiralarının heç bir əsası olmadığını faktlarla sübut etdi: "Tam məsuliyyətlə sizə deməliyəm ki, bu, tamamilə
əsassız yalandır. Bu əsassız iddia heç kim tərəfindən təsdiq olunmayıb və mən bütün həmkarlarıma müraciətlə
xahiş etmək istəyirəm ki, Avropa Şurasının yüksək kürsüsündən öz siyasi məqsədləri naminə böhtan yaymaq
üçün istifadə etməsinlər.
Birləşmiş Ştatlara qarşı törədilmiş terror aktları ilə bağlı bizim hamımız böyük sarsıntı keçirdik. Azərbaycan
nümayəndə heyətinin adından mən istərdim ki, minlərlə günahsız insanın ölümü və yaralanması ilə nəticələnmiş
terror aktları ilə bağlı Birləşmiş Ştatların hökumətinə və Amerika xalqına səmimi başsağlığı verim.
Mən həm də istərdim ki, bu dəhşətli cinayəti törətmiş adamların tapılması və onların ədalət məhkəməsinə
cəlb olunması ilə əlaqədar Azərbaycan hökuməti adından Birləşmiş Ştatlara tam dəstəyimizi bir daha bildirim.
Birləşrniş Ştatlara qarşı törədilmiş terror aktları aydın şəkildə göstərir ki, hamımızın yaşadığı dünya nə
dərəcədə kövrəkdir. Heç kim özünü tam təhlükəsiz hiss edə bilməz. Ona görə də beynəlxalq birlik dünyanın hər
yerində terrorizmin bütün formalarına qarşı mübarizədə birləşməlidir", - deyə cənab İlham Əlıyev
vurğulamışdır. Nümayəndə heyətimizin rəhbəri Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarına da
diqqəti çəkərək bildirdi ki, Azərbaycan terrorizmdən çox əziyyət çəkmişdir. "Ermənistanın təcavüzü
başlanandan erməni terrorçu qrupları tərəfindən Azərbaycana qarşı 32 terror aktı törədilmişdir. Bu terror aktları
nəticəsində Azərbaycanda 2 min adam yaralanmışdır. Azərbaycan xalqına qarşı terror aktları qatarlarda,
avtobuslarda, gəmilərdə, metro qatarlarında törədilmişdir. Erməni terrorçularının Azərbaycan xalqına qarşı
törətdiyi terror aktları Ermənistan silahlı qüvvələrinin Azərbaycana genişmiqyaslı təcavüzünün əsas
elementlərindən biridir. Bu terrorizmin nəticəsi kimi on minlərlə azərbaycanlı öldürülmüş, bir milyon adam
qaçqın vəziyyətinə düşmüş, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Erməni
terrorçu təşkilatı ASALA Ermənistanın Azərbaycana qarşı son 13 ildə həyata keçirdiyi terror və soyqırımı
siyasətində çox fəal rol oynamışdır. Hazırda qondarma "Dağlıq Qarabağ respublikası"nın ərazisi və eləcə də
Azərbaycanın işğal olunmuş digər rayonları tam nəzarətsiz ərazilərdir. Qanunsuzluq hökm sürən bu ərazilərdə
erməni rəsmiləri təkcə Ermənistandan deyil, digər ölkələrdən gələn terrorçuların da hazırlanması üçün
düşərgələr yaradıblar. Dağlıq Qarabağın ərazisi narkotik maddələrin daşınması üçün istifadə olunur və
narkotiklərin istehsalından, daşınmasından əldə edilən külli miqdarda pul terror məqsədləri üçün xərclənir".
2002-ci ilin aprelində AŞ PA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyəti fəal surətdə iştirak edərək
bir sıra məsələlərlə bağlı mühüm sənədlərin yayılmasına nail oldu. Həmin sənədlərdən biri "Azərbaycan
Respublikasının işğal olunmuş ərazilərində nüvə texnologiyaları və nüvə tullantıları haqqında" adlanırdı. Bu
sənəddə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə nüvə tullantılarının basdırılması və burada nüvə
texnologiyalarının saxlanılması barədə faktlar öz əksini tapmışdı. 80 deputatın və 30 dövlətin imzaladığı sənəd
AŞ PA-nın rəsmi sənədləri sırasına daxil edildi.
1
Sənəddə öz əksini tapmış faktları Ermənistan nümayəndə
heyətinin üzvləri təkzib etməyə çalışsalar da, inandırıcı arqumentlər təqdim edə bilmədilər. Digər tərəfdən,
azərbaycanlı deputatlar da AŞ PA-nın üzvləri ilə fəal əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olduqlarından
artıq Ermənistan Assambleyada təklənmiş vəziyyətə düşmüşdü və bu ölkəni təmsil edənlər Azərbaycan
nümayəndə heyətinin addımlarına qarşı adekvat tədbirlər görə bilmirdilər.
"AŞ-yə üzv olan dövlətlərdə beynəlxalq prinsip və qaydalara riayət olunması haqqında" 20 ölkəni təmsil
edən 40-dan çox deputatın imzaladığı daha bir sənəddə isə Ermənistanın işğalçılıq əməllərinin regionda
təhlükəsizlik üçün problem yaratdığı və AŞ üzvü olan ölkələrin qəbul etdiyi beynəlxalq hüquq normaları ilə bir
araya sığmadığı qeyd olunurdu. Bu sənəd də AŞ PA-nın əksər üzvləri tərəfindən dəstəklənmişdi.
2002-ci ilin iyununda AŞ PA-nın yay sessiyası zamanı Azərbaycan nümayəndə heyəti bir sıra məsələlərdə
irəliləyiş əldə olunmasına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair təşkilat üzvlərinin
məlumatlandırılması istiqamətində uğurlu addımlar atılmasına nail oldular. Sessiya başlanmamışdan əvvəl və
sessiyanın gedişi zamanı da nümayəndə heyəti burada yüksək səviyyəli görüşlər keçirir və ölkəmizin
qarşılaşdığı problemlər ətrafında təşkilatın nüfuzlu şəxsləri ilə müzakirələr aparırdılar. Belə görüşlərdən biri də
AŞ PA sədri Piter Şiderlə keçirildi. Burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağrılı
nəticələri ilə bağlı danışıqlar keçirildi və Azərbaycan nümayəndə heyəti AŞ PA sədrindən bu məsələni diqqətdə
saxlamağı xahiş etdi. Ölkəmizi təmsil edən deputatlar qaçqınların və məcburi köçkünlərin yaşayış tərzinin
dözülməz olduğu barədə də ətraflı məlumat verərək beynəlxalq təşkilatlar tərəfindən onlara humanitar yardımın
artırılmasının zəruri olduğuğunu bildirdilər.
Nümayəndə heyətinin AŞ PA-nın Baş katibi Valter Şvimmerlə görüşündə də bu məsələlər diqqət
mərkəzində saxlanıldı. Şübhəsiz ki, burada deputatların əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin təşkilatın diqqət mərkəzində qalmasına nail olmaq və Azərbaycana qarşı münasibətdə mövcud
olan ikili standartların aradan qaldırılması üçün müəyyən təbliğatı işlər aparmaqdan ibarət idi. Artıq sessiya
başladıqdan sonra müəyyən uğurların əldə edildiyi məlum oldu. 27 iyunda AŞ PA-nın Miqrasiya, qaçqınlar və
demoqrafiya komissiyasının sədri Rutqabi Vermot-Manqold "Ermənistan, Gürcüstan və Azərbaycanda
qaçqınların vəziyyəti" mövzusunda məruzə ilə çıxış etdi. O öz nitqində Azərbaycanda 900 min, Ermənistanda
150 min qaçqın olduğunu, Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini dedi. Qeyd edək ki, R.Vermot-
Manqold azərbaycanlı qaçqın və məcburi köçkünlərin sayını dəqiq göstərməmişdi. Çünki rəsmi statistikada
qaçqın və köçkünlərin sayı bir milyondan çox göstərildiyi halda, onun çıxışında bu rəqəmin 900 min civarında
olduğu qeyd edilirdi. Bununla belə, bu çıxış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl
səbəbləri barədə müəyyən qədər obyektiv təsəvvür yaradır və həqiqətin avropalı deputatın dilindən səslənməsi
faktların obyektiv olduğuna daha böyük inam yaradırdı. Rutqabi Vermot-Manqold on minlərlə Məhsəti
türkünün də Azərbaycanda məskunlaşdığını bildirdi. Qaçqınların çox ağır şəraitdə yaşadığını qeyd edən deputat
onların sosial vəziyyətini yaxşılaşdırmaq üçün bütün beynəlxalq təşkilatların humanitar yardım göstərməsinin
zəruriliyini vurğuladı. Sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyev də geniş çıxış
edərək qaçqınların vəziyyətinin ağır, Azərbaycanda hər 8 nəfərdən birinin qaçqın olduğuna diqqəti çəkdi. O,
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə beynəlxalq ictimaiyyətin göz yummamalı olduğunu və
bu məsələyə konkret münasibət bildirilməsinin vacibliyini önə çəkdi. Ermənistandan, işğal olunmuş
ərazilərimizdən və Özbəkistandan gəlmiş qaçqın və məcburi köçkünlərə Azərbaycanda dövlət tərəfindən böyük
qayğı göstərildiyini, bununla belə, onların sosial şəraitinin yaxşılaşdırılması üçün dünya ictimaiyyətinin
köməyinə ehtiyac olduğunu vurğulayan İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə
ədalətli münasibət bildirilməsinin zəruriliyini bir daha vurğuladı: "Nə vaxta kimi Avropa belə bir fakta göz
yumacaq ki, Avropa Şurasının bir üzvü olan Ermənistan başqa bir üzvün - Azərbaycanın ərazilərinin 20 faizini
işğal altında saxlayır?" - deyə o bildirdi. Azərbaycan nümayəndə heyətinin bu çıxışı sessiyada böyük rezonans
doğurdu və problemə obyektiv şəkildə münasibət bildirməyin vaxtının çatdığını ortaya qoydu. Məhz bu çıxış
AŞ PA deputatlarını münaqişənin nəticələri barədə təşkilatın ədalətli mövqe tutmasının vacib olduğuna
inandırmışdı. Görünür elə bunun nəticəsi idi ki, həmin sessiyada Terri Devis AŞ PA-nın Dağlıq Qarabağ üzrə
məruzəçisi təyin edildi. Qeyd edək ki, ermənilər Azərbaycan və Ermənistanın AŞ-ya üzv qəbul olunmasından
sonra Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçinin təyin olunmasına həmişə etiraz edir və bu ideyanın həyata
keçirilməsinə mane olmağa çalışırdılar. Lakin Azərbaycan nümayəndə heyətinin prinsipial mövqeyi və cənab
İlham Əliyevin rəhbərliyi altında aparılmış ardıcıl diplomatik mübarizə sayəsində bu təklif AŞ PA üzvləri
tərəfindən dəstəkləndi.
2002-ci ilin sentyabrında payız sessiyasında Azərbaycan və Ermənistanın AŞ qarşısında götürdükləri
öhdəliklərin yerinə yetirilməsi vəziyyəti müzakirə olundu. Azərbaycanın təkidi ilə Ermənistan barədə
qətnaməyə Azərbaycan torpaqlarının işğal olunması, qaçqınlar və məcburi köçkünlərin bu işğal nəticəsində öz
torpaqlarından didərgin düşməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə
düzəlişlər edildi. Bu məsələlər Azərbaycana aid qətnamədə də öz əksini tapdı. Ermənilər ciddi müqavimət
göstərsələr də, qətnamənin mətninə Azərbaycan tərəfinin təklif etdiyi düzəliş və əlavələrin aradan qaldırılmasına
nail ola bilmədilər.
2003-cü il yanvarın 27-də isə Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyev AŞ PA-nın sədr
müavini və büro üzvü vəzifələrinə seçildi.
1
Bu, ölkəmizin AŞ ilə əlaqələrinin kifayət qədər yüksək səviyyədə
inkişaf etdiyini və nümayəndə heyətimizə cənab İlham Əliyevə böyük etimadın mövcud olduğunu təsdiqləyən
çox mühüm bir hadisə idi. Azərbaycan nümayəndə heyəti rəhbərinin AŞ PA kimi nüfuzlu beynəlxalq təşkilatın
sədr müavini və büro üzvü seçilməsi isə daha ciddi nailiyyətdir və bunu heç kim inkar edə bilməz. AŞ
Azərbaycan üçün yeni, eyni zamanda daha yüksək tribuna kimi qiymətləndirilirdi və onun fəaliyyətini
istiqamətləndirən əsas vəzifələrdən birində Azərbaycan vətəndaşının əyləşməsi ölkəmizə göstərilən etimadın
təcəssümü kimi səciyyələndirilməlidir. Diplomatiya tariximizdə analoqu olmayan bu faktı yetərincə
qiymətləndirmək üçün, sadəcə, on il bundan öncə xarici siyasətin ən müxtəlif sahələrində qarşılaşdığımız
problemləri xatırlamaq kifayətdir. Bu möhtəşəm hadisə cənab İlham Əliyevin beynəlxalq aləmdə nüfuzlu siyasi
xadim kimi tanındığını, onun fəaliyyətinin dünyanın ən qüdrətli dövlətləri tərəfindən diqqətlə izlənildiyini
sübuta yetirən çoxsaylı faktlardan biri idi və sonrakı mərhələdə də biz onun siyasi nüfuzunun məhz şəxsi
keyfiyyətlərinin zəruri etirafı kimi başa düşüldüyünün şahidi olduq.
Qeyd edək ki, cənab İlham Əliyevə göstərilən bu etimadın arxasında kifayət qədər ciddi arqumentlər
dayanırdı. Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra Azərbaycan öz milli maraqları ilə bağlı
problemlərin beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çıxarılması istiqamətində prinsipial addımlar atmağa
müvəffəq olmuşdur. Azərbaycan nümayəndə heyətinin AŞ PA-nın sessiyasında nümayiş etdirdiyi fəallıq bu
prosesin uğurlu inkişafını təmin edə bilmişdir. Cənab İlham Əliyev nümayəndə heyətinin fəaliyyətini milli
mənafelərimizin effektli şəkildə müdafiəsinə və Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq miqyasda
ifşasına yönəltməklə yüksək keyfiyyətlərə malik bir lider olduğunu nümayiş etdirə bilmişdir. Məhz onun xüsusi
siyasi uzaqgörənliyinin nəticəsi idi ki, təşkilatın və onun ayrı-ayrı komitələrinin demək olar, hər iclasında
ermənilər azərbaycanlı deputatların yeni "sürprizləri" ilə qarşılaşırdılar.
AŞ PA sədrinin müavini və büro üzvü kimi fəaliyyətə başlayan cənab İlham Əliyevin bu vəzifədəki ilk
addımı da Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin beynəlxalq aləmə çatdırılmasından ibarət oldu.
Cənab İlham Əliyev Parlament Assambleyasının 2003-cü il yaz sessiyasında deputat Əli Abbasovun "Cənubi
Qafqazda mədəniyyətin vəziyyəti" mövzusunda məruzəsinə dair çıxışında Ermənistanın təcavüzkar siyasəti
nəticəsində Azərbaycana aid külli miqdarda mədəniyyət abidələrinin dağıdılması haqqında faktlara toxunaraq
bu sənəddə əksini tapmış statistik göstəricilərin real həyat həqiqətlərinə əsaslandığını inandıncı dəlillər əsasında
sübut etmişdir. Nəticədə erməni deputatlarının işğal faktını sənəddən çıxarılması ilə bağlı təklifi rədd olundu.
Lakin ermənilərin narahatlığı təkcə bu məsələnin müzakirəsi zamanı üzə çıxmamışdı və Azərbaycan nümayəndə
heyətinin başçısı cənab İlham Əliyevə sessiyanın iclasına sədrlik etmək səlahiyyətinin verilməsi onları daha çox
qıcıqlandırmışdı. Bütün bunlara baxmayaraq, ermənilərin iddiaları təmin olunmadı və onlar növbəti dəfə bu
nüfuzlu beynəlxalq təşkilatın sessiyasında uğursuzluğa düçar oldular.
Həmin sessiyada AŞ PA-nın bürosunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə
edildi. Müzakirələr zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütməsi qəti şəkildə pislənildi
və bunun bütün beynəlxalq hüquq normalarına zidd olduğu bəyanlandı. Bu, Ermənistanın işğalçı dövlət
olmasının və Azərbaycan ərazilərini qəsb etməsinin AŞ PA tərəfindən təsdiqləndiyini sübut edən növbəti fakt
idi.
2003-cü ilin yay sessiyasında da Azərbaycan nümayəndə heyəti nəzərəçarpacaq fəallıq nümayiş etdirə bildi.
Bu sessiya zamanı ölkəmizin qarşılaşdığı problemlərlə bilavasitə bağlı olan bir məsələ - "Avropada muxtar
vilayətlərin müsbət təcrübəsi" mövzusunda müzakirələr aparıldı. AŞ PA sədrinin müavini və büro üzvü,
Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təklifi ilə muxtar vilayətlərin ərazi bütövlüyünü
pozmaq səlahiyyətlərinə malik olmadığı barədə müddəa sənədə əlavə edildi. Qeyd edək ki, ermənilər bu təklifə
qarşı ciddi müqavimət göstərdilər və belə bir maddənin sənədə daxil edilməsinə lüzum olmadığına AŞ PA
deputatlarını inandırmaq üçün müxtəlif arqumentlər gətirdilər. Lakin cənab İlham Əliyevin qətiyyətli, eyni
zamanda məntiqli çıxışları ermənilərin təklifinin keçməsinə imkan vermədi. Nəticədə sənədə "muxtariyyət
verilməsi dövlətin özünün suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalıdır" cümləsi əlavə edildi. Bu, faktiki
olaraq, Dağlıq Qarabağdakı separatçı rejimin müstəqillik tələblərinin qarşısına sədd çəkən çox mühüm bir
addım idi. Çünki artıq belə bir maddənin AŞ PA sənədlərində öz əksini tapması Dağlıq Qarabağdakı rejimin
müstəqillik tələblərinin hüquqi cəhətdən əsassız olduğunu göstərirdi.
Qısa vaxt ərzində azərbaycanlı nümayəndələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair
faktları Avropanın mərkəzindən dünya ictimaiyyətinə bəyan edə bildilər. Ermənilərin azərbaycanlılara qarşı
törətdikləri soyqırımı aktları, işğal olunmuş ərazilərdə mədəniyyət abidələrinin məhvi, hərbi əsirlər və girovların
saxlanma şəraiti, ermənilərin qəsb etdiyi torpaqların ekoloji vəziyyəti, qaçqın və məcburi köçkün uşaqlarının
təhsilində yaranmış problemlər, məcburi köçkünlərin sosial durumu və bu kimi onlarca ağrılı fakt bütün
Avropaya və dünyaya regiondakı hadisələrin mahiyyətini obyektiv və dəqiq təsəvvür etmək imkanı verirdi. Bu
imkanı cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin vətənpərvər fəallığı yaratmışdı.
Cənab İlham Əliyevin nümayəndə heyətimizə rəhbərlik etdiyi dövrdə AŞ PA-da Azərbaycan həqiqətlərini
özündə ehtiva edən 30-a yaxın sənəd hazırlanmış və təşkilatın rəsmi sənədləri kimi yayılmışdır.
1
Azərbaycan
nümayəndə heyətinin AŞ PA-da çoxşaxəli fəaliyyətinin əsas prinsiplərindən biri Dağlıq Qarabağ münaqişəsinin
əsl səbəbləri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdan ibarət idi və nəticələr həmin prinsipin bütün
müddəalarının həyata keçirildiyini söyləməyə əsas verir. Təşkilatın konflikt üzrə xüsusi məruzəçisinin təyin
edilməsi istiqamətində aparılan gərgin mübarizənin uğurlu sonluqla yekunlaşması bu mənada, xüsusilə
diqqətəlayiq hadisə kimi qiymətləndirilə bilər. Cənab İlham Əliyevin AŞ PA-dakı uğurlu fəaliyyəti təşkilatın
bütün strukturlarında, komissiya və komitələrində nümayəndə heyətimizin fəal iştirakının təmin olunması ilə
nəticələndi. Bütün bunlar ermənilərin beynəlxalq aləmdən təcrid olunması prosesinin həyata keçirilməsi üçün
mühüm əhəmiyyətə malik idi.
Şübhəsiz ki, bütün bu qeyd olunan məqamlar Azərbaycan nümayəndə heyətinin AŞ PA-dakı fəaliyyətinin
müxtəlif detallarını özündə ifadə edir. Cənab İlham Əliyevin azərbaycanlı deputatların vahid bir komanda kimi
formalaşması və milli maraqlarımızı daha etibarlı şəkildə müdafiə etməsi sahəsində nümayiş etdirdiyi
prinsipiallıq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını təmin etmişdir. Məhz buna görə də
o, artıq beynəlxalq siyasi müstəvidə də ciddi və qətiyyətli siyasətçi kimi qiymətləndirilir. Şübhəsiz ki, prezident
İlham Əliyevin siyasətdə qazandığı uğurlar onun Azərbaycan xalqının milli maraqları uğrunda gərgin və
səmərəli fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Dünya o siyasətçini qəbul edir və
perspektivinə inanır ki, o, ilk növbədə mənsub olduğu xalqın daimi mənafelərinin müdafiəçisi kimi özünü
tanıtmağa müvəffəq olsun. Cənab İlham Əliyev Azərbaycanda yalnız milli maraqlarımızın etibarlı müdafiəçisi
yox, həm də fəaliyyətini müasir dünyanın mürəkkəb reallıqlarına uyğunlaşdırmağı bacaran lider kimi qəbul
edilir. Onun siyasi uğurlarının əsas səbəblərindən biri də elə bu amillə bağlıdır.
|