- Siz nəsə əlavə etmək istəyirsinizmi?
- Azərbaycan Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etmək istəyir. Bu, Avropa Şurasına daxil olarkən
bizim götürdüyümüz öhdəlikdir. Amma siz də başa düşməlisiniz ki, bu, daim davam edə bilməz, bu status-kvo
həmişə qala bilməz. Ona görə də mən Ermənistandakı sağlam düşüncəli adamlara məsləhət görmək istərdim:
Azərbaycan münaqişənin həlli ilə bağlı dövlətimizin ərazi bütövlüyünə xələl gətirən hər hansı qərarla heç bir
şəraitdə razılaşmayacaq, Azərbaycan buna heç vaxt getməyəcəkdir. Ermənistanda bunu nə qədər tez anlasalar,
münaqişənin həllinə bir o qədər tez nail olmaq mümkündür.
AzərTAc
«Xalq qəzeti»,
29 sentyabr 2001-ci il