- İlham müəllim, nümayəndə heyətimizin Avropa Şurasının rəhbərliyi, müxtəlif strukturları və digər
ölkələrin nümayəndə heyətləri ilə əlaqələri Sizi qane edirmi?
- Bəli, qane edir. Bilirsiniz ki, Azərbaycan heç bir il deyil Avropa Şurasının tam hüquqlu üzvüdür. Bu
müddət ərzində biz bütün səviyyələrdə çox işgüzar, çox gözəl əlaqələr yarada bilmişik. Avropa Şurasının bütün
rəhbər işçiləri ilə bizim gözəl əlaqələrimiz vardır. Biz hər dəfə onlarla görüşürük, fikir mübadiləsi aparırıq.
Münasibətlər çox yüksək səviyyədədir. Deyə bilərəm ki, həm rəhbər vəzifəli şəxslərlə, eyni zamanda Avropa
Şurası komitələrinin nümayəndələri ilə, siyasi qruplarda, komitələrdə, həmçinin burada çalışan məmurlarla da
gözəl əlaqələrimiz var. Əlbəttə ki, gələcəkdə bu, daha da yüksək səviyyədə olacaqdır. Amma indi də bu
münasibətlər bizi qane edir. Ən önəmlisi odur ki, biz burada Azərbaycana çox böyük rəğbət görürük. Həqiqi
mənada rəğbət görürük. Azərbaycanın mövqeyi burada öz dəstəyini alır. Azərbaycan nümayəndə heyəti çox
səmərəli çalışır. Həm ölkəyə rəğbət var, eyni zamanda bizim nümayəndələrə, yəni deputatlara, burada
Azərbaycanı təmsil edən deputatlara böyük rəğbət var. Bu, çox müsbət haldır. Bu amil imkan verir ki, bizə
lazım olan, Azərbaycana lazım olan sənədlərə çoxlu imza toplaya bilək.
- Təşəkkür edirik. Azərbaycan nümayəndə heyətinə fəal işində yeni uğurlar arzulayırıq. Maraqlı məlumat
Dostları ilə paylaş: |