Avropa şurasi (AŞ pa)


- Heydər Əliyeviçin səhhəti necədir?



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə55/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   52   53   54   55   56   57   58   59   60
Avropa Şurası

- Heydər Əliyeviçin səhhəti necədir? 

Əladır, çox yaxşıdır, hər şey qaydasındadır. 

-  Ona cansağlığı, uğurlar arzulayırıq. Dünən burada Sizin belə bir bəyanatınız səsləndi ki, Qarabağ 

münaqişəsinin nizama salınmasında ATƏT-in Minsk qrupunun xəttilə heç bir irəliləyiş yoxdur və  təklif 

etdiniz ki, bu məsələ Avropa Şurasında müzakirə olunsun. Siz nə üçün belə bir qənaətə gəldiniz? 

Əvvəla, biz həmişə bunu əsas tutmuşuq və burada Avropa Şurasının rəhbərliyinə dəfələrlə bildirmişik ki, 

Avropa Şurasının və ATƏT-in fəaliyyətinin bir-birini  əvəz etməsini əsla istəmirik və bunu yolverilməz sayırıq. 

ATƏT və onun Minsk qrupu çox faydalı funksiyanı yerinə yetirirlər. Doğrudur, Ermənistanın qeyri-konstruktiv 

mövqeyi üzündən bugünədək heç bir qərar  əldə olunmayıbdır. Ona görə  də biz Azərbaycanda istəmirik ki

ATƏT bu münaqişənin nizama salınmasında özünün aparıcı rolunu zəiflətsin. 

Digər tərəfdən, biz istəyirik ki, Avropa Şurası, ATƏT-i əvəz etməməklə, bu məsələ ilə fəal məşğul olsun. 

Çünki müxtəlif səviyyələrdə nə qədər çox müzakirələr aparılarsa, dünya ictimaiyyətinin bir o qədər çox dairələri 

Azərbaycanın ədalətli mövqeyini başa düşəcəklər. 

Təəssüf ki, biz Ermənistan tərəfindən də belə bir istək olduğunu görmürük. Bizə elə gəlir ki, Ermənistan tərəfi 

hər vəchlə məsələnin əsl mahiyyətinin üstünü vurmamağa, yəni Azərbaycanın torpaqlarının işğalını, Azərbaycana 

qarşı  təcavüzü, bu təcavüz nəticəsində bir milyon qaçqının evsiz-eşiksiz qalmasını açıb-ağartmamağa çalışır. 

Ermənistan diqqəti əməkdaşlıq üzərində cəmləşdirmək istəyərək, deyir ki, gəlin, məsələnin mahiyyətinə varmayaq

qoy bununla kimsə haradasa məşğul olsun, gəlin, iqtisadi əməkdaşlıqdan danışaq. Lakin başa düşmək lazımdır ki, 

bu, mümkün deyildir. Ərazilərimiz azad edilməyincə, Azərbaycan heç bir əməkdaşlığa razılıq verməyəcəkdir. 

Ona görə yenə də sualın əvvəlinə qayıdaq, demək istəyirəm, biz istəyirik ki, Avropa Şurası bu məsələ ilə 

ciddi və fəal məşğul olsun. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Avropa Şurası çərçivəsində müzakirə 

keçirilməsi barədə təklifimizi bu sessiyada müxtəlif ölkələrin 50 deputatı dəstəkləmişdir. Hesab edirəm ki, bu, 

bizim böyük uğurumuzdur. Biz bu istiqamətdə işləyəcəyik və istəyirik ki, Avropa Şurası bu məsələ ilə məşğul 

olsun, onu müzakirə etsin, məruzəçi təyin etsin, Ermənistana da, Azərbaycana da müvafiq ekspertlər gəlsin və 

onlar kimin təcavüzkar, kimin isə zərərçəkən tərəf olduğunu öz gözləri ilə bir daha görsünlər. 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin